Miqrantlara qucaq açmaq


1026977969Son 5 il ərzində dünya miqyasında miqrant problemi geniş vüsət aldı. Bunun çoxu da Türkiyənin yaxınlığında Ərəb Baharı ilə birlikdə baş verən xalq hərəkatlarına verilən sərt cavablardan sonra baş verdi. Yəmən, Liviya, İraq, Əfqanıstan, Eritreya və Suriyadakı vətəndaş müharibələri nəticəsində milyonlarla insan evlərini, yurdlarını, ailələrini, dostlarını, mallarını, mülklərini geridə qoyub xarici ölkələrə sığınmaq məcburiyyətində qaldı.

Aralarında kiçik uşaqlar, hətta südəmər körpələr, qadınlar və qocalar olan bu məzlum insanların bəziləri soyuq havaya, yağışa və palçığa baxmayaraq, həyatını xilas etmək üçün arxasına baxmadan qaçdı. Bəzisi heç bir əşya götürmədən, təkcə üzərindəki geyimlə köhnə gəmilərə, katerlərə minərək qeyri-müəyyənə doğru səfərə çıxdı. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) hesabatına görə, dünyadakı ümumi miqrant sayı 2014-ci ilin sonuna olan rəqəmlərə görə, 60 milyona çatıb. [i]

Doğma vətənlərini, böyüyüb boya-başa çatdıqları torpaqları və öyrəşdikləri hər şeyi geridə qoyaraq tamamilə başqa torpaqlara köç etmək məcburiyyətində qalmış 60 milyon insan…

Heç şübhə yoxdur ki, bu gün miqrant deyildikdə, dərhal ağlımıza təqribən beş ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyadan köç edən 4 milyon insan gəlir. Bu rəqəmin 75%-ini qadınlar və uşaqlar təşkil edir. Evlərini qoyub başqa bir şəhərə köç etmək məcburiyyətində qalan, digər bir ifadə ilə öz yurdlarında qaçqın vəziyyətinə düşən 7 milyondan çox suriyalını də nəzərə alsaq, müharibədən əvvəl 22 milyon əhalisi olan ölkənin az qala yarısının köç etmək məcburiyyətində qaldığını söyləmək mümkündür. Bu vəziyyət Suriyanı dünya miqyasında ən böyük miqrant böhranının baş aktyoru halına gətirib çıxarır. [ii]

Vətəndaş müharibəsi və aclıq səbəbindən yurdlarını tərk edən bir digər xalq da somalililərdir. Müxtəlif ölkələrə səpələnmiş somalili miqrantların sayı bir milyonu keçir. Müharibədən qaçaraq bir çox ölkəyə sığınmış əfqanlı miqrantların sayı isə 2.4 milyondur.

Myanmanın Arakan bölgəsində yaşayarkən gördükləri zülmdən qaçan 1.5 milyon Rohinca müsəlmanı Banqladeşdə həyatda qalmaq uğrundan mübarizə aparır. 240 mindən çox Rohinca müsəlmanı da milyonlarla suriyalı kimi öz vətənində qaçqın vəziyyətinə düşüb. Ölkənin Tailand sərhədində isə 120 min miqrant var. Pakistan, Səudiyyə Ərəbistanı, Malayziya, Tailand və bəzi Avropa ölkələrində də yüz minlərlə rohincalı miqrant kimi yaşayır.

Miqrant probleminin Suriya, Əfqanıstan, Somali, Myanmadan başqa, İraq, Sudan, Yəmən və daha bir çox ölkədə getdikcə artdığı məlumdur. Zülm, təzyiq və zorakılıq səbəbindən sonu bilinməyən səfərə çıxmaq məcburiyyətində qalan milyonlarla insanın bir qismi yollarda həyatını itirir, məqsədinə çatanlar isə layiq olmadıqları qeyri-insani rəftarlarla qarşılaşırlar. Dalğalarla mübarizə apararkən rezin qayıqları nizə ilə deşilir, körpələr, uşaqlar gecənin qaranlığında, soyuq sularda dəhşət yaşayır, kiçik bədənləri sahillərə vurur.

Yaxın Şərqdəki müharibələrdən qaçmağa çalışan yüz minlərlə miqrant Aralıq dənizi və Egey dənizi üzərindən Avropaya çatmağa çalışır. Ancaq bu səfərlər zamanı minlərlə insan həyatını itirir. Rəsmi rəqəmlərə görə, 2015-ci ildə aralarında qadın və uşaqların da olduğu 3601 miqrant Aralıq dənizində boğularaq həyatını itirdi. [iii] Əslində isə həyatını itirənlərin sayı bu rəqəmlərdən daha çoxdur.

Avropa İttifaqı ölkələri miqrant problemi məsələsində artıq üzərinə daha çox məsuliyyət götürmək məcburiyyətindədir. Böhran dərinləşmədən əvvəl Avropa İttifaqı dənizdə tutulan miqrantları Avropa Ədalət Məhkəməsinin qəbul etdiyi qərarları nəzərə almadan Avropa İttifaqı Sərhəd Təhlükəsizliyi Agentliyinin (Frontex) apardığı əməliyyatlarla Şimali Liviya kimi vətəndaş müharibəsinin davam etdiyi ölkələrə geri göndərirdi. Avropa İttifaqı bu dövrdə Frontex əməliyyatları ilə sanki ətrafına yeni Berlin divarı hörərək İttifaqı yüksək müdafiəli divarlarla əhatəli bir qalaya çevirməyi hədəfləyən bir siyasət izləyirdi. Bu gün gəlinən nöqtədə bütün bu tədbirlərin bir işə yaramadığı ortaya çıxıb. Qanuni yollardan Avropa İttifaqı ölkələrinə gəlmələrinə mane olunan miqrantların daha bahalı olan, əsasən də insan qaçaqmalçılarının köməyi ilə Aralıq dənizini keçməyə çalışmaları nəticəsində faciələrin baş verdiyini və bu vəziyyətin humanitar və əxlaqi böhrana çevrildiyini görürük. [iv]

Halbuki dini, məzhəbi nə olursa-olsun, hər hansı bir səbəbdən dünyada köməksiz qalan insanlara sahib çıxmaq, onları qorumaq və dünyada zülmün sona çatması üçün səy göstərmək insanlıq borcudur. Ölüm qorxusu ilə evlərindən çıxan və təhlükəsiz bir sığınacaq axtarışında olan məzlum insanlara sevgi və şəfqətlə qucaq açmaq, əldə olan bütün imkanları onlarla bölüşmək lazımdır. Başqalarının həyatının təhlükəsizliyini, rahatlığını öz rahatlığından, öz hüzurundan üstün görmək ləyaqətli olmağın bir şərtidir. Miqrantlara təkcə sərhədi açmaq yox, onları öz evlərindəki kimi qarşılamaq, rahat şərait yaratmaq İslami və əxlaqi dəyərlər çərçivəsində üzərimizə düşən bir məsuliyyətdir.

Bu məqamda həm dövlətlərə, həm qeyri-hökumət təşkilatlarına, həm də dünya mediasına böyük iş düşür. Miqrant məsələsinə humanitar bir məsələ kimi baxdıqda, aid olduqları vətənlərindən, evlərindən, ailələrindən, mallarından, mülklərindən ayrılmaq məcburiyyətində qalan bu məzlum insanlara sevgi və şəfqət göstərdikdə problemin kökündən həll ediləcəyinə şübhə yoxdur. Unudulmamalıdır ki, sevgi bütün çətinliklərin həllidir. Dünyanın hər tərəfində yardımlaşma və fədakarlığı dirçəldəcək sevgi kampaniyası başlamaq, miqrant problemini həll etmədə ən mühüm addım olacaq.

Reallıq odur ki, yaşadığımız dövr ədalətsizliklərə və amansızlığa səssiz qalacaq, milyonlarla insan zülm altında olduğu halda, heç bir şey yoxdur kimi davranacaq bir dövr deyil. Miqrant məsələsində də səssiz qalmamaq lazımdır. Zülmə razı olmağın, zülm olduğu həqiqətini unutmadan vicdan sahibi hər kəs məzlum miqrant qardaşlarımızın qurtuluşu üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir.


[i] Birleşmiş Milletler Mülteciler Yüksek Komiserliği Küresel Eğilimler Raporu, Basın açıklaması 18 Haziran 2015, http://www.unhcr.org.tr/?content=640
[ii]  Updated Overview: 2015 Syria Response Plan and 2015-2016 Regional Refugee and Resilience Plan, Kuwait 31 March 2015, s.2
[iii] http://missingmigrants.iom.int/
[iv]  Türkiye, Almanya ve Ab Üçgeninde Mülteci Krizi, SETA Yayınları, Enes Bayraklı, Kazım Keskin, Kasım 2015, Sayı 143, s.9

http://ekurd.net/welcoming-refugees-open-arms-2016-01-01

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma