Qılınc balığındakı hikmətli yaradılış nümunələri


Sürətli üzə bilmələrinin səbəbi bədən quruluşlarıdır:01swordfish.adapt.1190.1

Qılınc balıqlarının bədən forması sualtı silah kimi istifadə edilən bombaya bənzəyir. Kürək üzgəcinin ön tərəfi oraq formasında və yüksək olub, sinə üzgəcləri uzun, iti və qarnına yaxın yerləşmişdir. Quyruğunun yan tərəflərində uzunlamasına bir xəncər var. Quyruq üzgəci oraq formasında olub, çox güclüdür. Gövdəsi qabarcıqlarla örtülmüşdür və qarın üzgəcləri yoxdur. Balığın malik olduğu bu xüsusiyyətlər, əslində, onun sürətlə üzməsi üçün yaradılmışdır. Belə ki, bu canlı saatda 96 km sürətlə üzür və 60 saniyədə 1.500 metr məsafəni qət edir. Qılınc balığının malik olduğu bu xüsusiyyət insanlara heyvanlardakı möhtəşəm yaradılış dəlillərini görmək və bu vasitə ilə Allah’ın qüdrətini haqqı ilə təqdir edib, Onu təriflə ucaltmaq üçün kifayətdir. Bir ayədə Rəbbimizin yaratma elmi belə xəbər verilmişdir:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (Nur surəsi, 45)

Kamuflyaj xüsusiyyəti

Qılınc balığı yaşamaq üçün ona bəxş edilmiş xüsusi sistemlərlə qida əldə edərkən, eyni zamanda, özünü düşmənlərindən də qoruyur. Bu canlıların özlərini qorumaq üçün məqsədilə kamuflyaj xüsusiyyətindən də istifadə edirlər. Qılınc balığının rəngi mövsümə və dənizin rənginə görə dəyişir və bu, canlının seçilməsini çətinləşdirir. Kürəyi göy rəngdə olan bu balığın yan tərəfləri mavi rəngə çalan boz rəngdədir. Lakin bu rəng metal mavisinə, göyə, boza çalan maviyə, hətta bürünc rənginə çevrilərək onun seçilməsinə mane olur. Qarın hissəsinin ağ olmasının səbəbi isə altdan baxdıqda göy üzünün parlaqlığına görə ilk anda seçilməməsidir. Beləcə, daha böyük balıqlar tərəfindən ovlanması çətinləşir. Kamuflyaj kainatda heç bir ziddiyyət və əlverişsizlik olmadığını və Allah’ın güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız biridir. “Mülk” surəsində Allah kainatdakı qüsursuz nizamı belə xəbər vermişdir:

“…Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3–4)

Qılınc balığının maraqlı  görmə xüsusiyyəti

İlıq və isti dənizlərdə yaşayan 18-22°C temperaturlu suları seçən qılınc balığı 200-600 m dərinliyə qədər enə bilir. Ancaq dənizin 600 metr dərinliyində hərarət 5°C-yə qədər düşür. Çox qısa zamandakı ani hərarət dəyişikliklərinin balığın bədən funksiyalarına təsir etməməsi üçün o, “beyin isitmə sistemi” adlanan xüsusi sistemlə təchiz olunmuşdur. Bu sistem sayəsində onun gözləri və beyinləri 19-28°C arasındakı hərarətdə saxlanılır. İsitmə sistemi balığın gözlərinin görmə funksiyası üçün lazım olan hərarəti təmin edir. Görmə bir sıra kimyəvi hadisələr nəticəsində reallaşır. Hava sərinləşdikcə kimyəvi reaksiyalar daha uzun müddət tələb edir. Buna görə də soyuqqanlı canlılar sürətli hərəkət edən obyektləri görmək üçün özlərini isitmək məcburiyyətindədirlər.

Təxminən 2,5 – 3 metr uzunluğundakı qılınc balığının göz bəbəyinin diametri 9-10 sm-dir. Gözün böyük olması bu canlının dəqiq görməsinə kifayət etmədiyi üçün tor qişası istiliyə qarşı çox həssas yaradılmışdır. Beləliklə, balıq ovlayacağı canlıları dərin və sərin sularda isidilməmiş gözlərə nisbətən 7-12 dəfə daha dəqiq və doğru görür. Rəbbimiz bütün canlıları ehtiyaclarına görə yaratdığını bir ayədə belə bildirir:

Sizin yaradılışınızda və (Allah’ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.  (Casiyə surəsi, 4)

Uca Allah qılınc balıqlarının göz və beyin quruluşlarını bənzərsiz xüsusiyyətlərlə yaratmışdır. Bu canlıların beyin hissəsindəki əsas sümük nazikdir və digər canlılardan fərqli olaraq sümük əvəzinə nazik toxuma ilə örtülmüşdür. Bundan başqa, göz kürəsinin ətrafı xüsusi yaradılmış əzələlərlə örtülmüş və arteriyalar bu əzələnin içində şaxələrə ayrılmışdır. Beləliklə, əzələdən çıxan vena və arteriyanın nazik damarları bir-birinə paralel yerləşdirildikləri üçün əks qan axımı sistemi reallaşır və çoxlu istilik çatdırılması baş verir. Uca Rəbbimizin yaratdığı bu xüsusi sistem sayəsində istilik itkisinin qarşısı alınmış olur.

Əzələnin orta hissəsindəki qan damarlarının ətrafı da xüsusi hüceyrələrlə əhatə edilmişdir. Bu hüceyrələr istilik istehsal edən və yağ toxumasına bənzəyən xüsusi quruluşlu hüceyrələrdir. Ağac budaqlarına bənzəyən qan damarları isə beyinin istiliyi çatdıran və xüsusi nazik lif toxuması ilə əhatə olunmuş hissəsini isidir. Beyinin böyük miqdarda yağlı toxuma ilə örtülməsi, həmçinin göz ətrafının yağlı toxuma ilə əhatə olunması gözün hər zaman isti qalmasını və balığın dərin və sərin sulara endikdə rahat görməsini təmin edir. Bütün kainatı yaradan uca Rəbbimiz ayədə qılınc balığının gözləri kimi bütün canlı gözlərini də yaradanın Özü olduğunu belə xəbər verir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs  (Allah’dan) qorxmursunuz?””  (Yunis surəsi, 31)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma