Avropa İttifaqı birlik olmada nə qədər uğurludur?


55eefad1c461885f6b8b457cAvropa İttifaqının elan edildiyi 1993-cü il Maastrixt sazişi ilə 12 ölkə Avropa xalqlarını birləşdirmək və ümumi problemlərə həll yolu tapmaq məqsədilə siyasi birlik halına gəldi. Vahid konstitusiya, vahid pul vahidi, mərkəzi icra və qanunverici orqanları birliyi gücləndirdi. 4-ci Böyümə ilə Avstriya, İsveç və Finlandiya, 5, 6 və 7-ci Böyümə ilə keçmiş Şərq Bloku ölkələri Avropa İttifaqına qatıldı. Avropa İttifaqı 28 ölkə, 500 milyon insan, 20 trilyon dollara yaxın bir iqtisadiyyatı ilə dünyanın sayılan güclərindən biri oldu.

Halbuki Avropa İttifaqının bu nəhəng maddi gücdəki siyasi birliyi sosial və mədəni həmrəyliklə lazımi qədər dəstəklənmədi. Bütün Avropa İttifaqı xalqlarını birləşdirən ortaq dəyərlər zənciri yaratmadı. Avropa cəmiyyətinin ümumi rifah, əmin-amanlıq və xoşbəxtlik səviyyəsini yüksəldəcək, ədalət və bərabərlik anlayışlarını bütün Avropa İttifaqına çatdıracaq addımlar kifayət qədər olmadı.

Bunun ən vacib səbəblərindən biri iki əsas blok arasında İttifaqın qurulmasından etibarən davam edən mübahisə oldu. Bu bloklar Fransa və Almaniya rəhbərliyindəki qitə Avropası ilə İngiltərə və İtaliyanın rəhbərliyindəki Avropanın sahilyanı bölgəsi idi. İttifaq daxilindəki bu ayrılıq və çəkişmə 2008-ci il iqtisadi böhranında İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa İttifaqı üzvlərinin maliyyə böhranı ilə üzləşmələrində mühüm rol oynadı.

Həmin böhran dövründə Qitə Avropasının lider ölkəsi Almaniya güclü iqtisadiyyatı ilə daha da önə çıxaraq Avropa İttifaqı daxilində daha çox söz sahibi olan ölkə oldu. Bunun nəticəsində Avropa İttifaqı üzvlərinin güc, sərvət və rifah səviyyələri arasındakı fərqlərin getdikcə uçuruma çevrildiyi bir struktur halına gəldi.

Halbuki birlik olmağın ən böyük məqsədi və xüsusiyyəti o birliyin hər bir parçasının bir-biri ilə bərabər, uyğun və koordinasiyalı şəkildə işləyərək, bir-birlərinin nöqsanlarını tamamlayaraq, məsuliyyətləri ədalətli şəkildə bölüşərək bütün birliyin ümumi güc və imkanlarına malik olmasıdır. Avropa İttifaqı ölkələrindəki son vəziyyət isə bu birlik məntiqindən uzaq olduğunu göstərir. Müəyyən ölkələrin üstün mövqeyə gəldiyi, müəyyən ölkələrin əzildiyi, bir qisminin bütün fədakarlıq və məsuliyyəti üzərinə götürüb, bir qisminin isə yalnız fürsət və mənfəət arxasınca olduğu bir quruluşda artıq birlikdən bəhs etməyin bir mənası olmayacaq.

Birlik anlayışının mühüm bir cəhəti də bütün birliyin ortaq prinsiplər əsasında hərəkət etməsini təmin edəcək güclü mərkəzi qərar qəbul etmə mexanizmidir. Bu mərkəzi hakimiyyət birliyin bütün əsas qərarlarını qəbul etmək və sanksiyaları tətbiq etmək səlahiyyətinə malik olmalıdır. Əks təqdirdə birliyin varlığını davam etdirməsi və tək vücud olaraq irəliləməsi mümkün olmaz. İttifaqın bütövlüyünü maraqlandıran məsələlərdə hər bir ölkənin yalnız öz milli maraqlarını müdafiə etdiyi, müstəqil siyasət yürütdüyü dağınıq quruluş birlik ruhuna ən böyük zərəri verir.

Bu baxımdan Avropa İttifaqının icra və məhkəmə sistemləri sözügedən güc və səlahiyyətə sahib olmaqdan olduqca uzaqdır. Dolayısilə üzv ölkələr üzərində sanksiya imkanları da olduqca məhduddur. Zaman keçdikcə İttifaqın rəhbər kadrları sanki 19-cu əsr aristokratiyasını xatırladır. Rəhbərlərin öz içlərində ayrılığa düşməsi kimi mənfi mənzərələr də mərkəzi hakimiyyət anlayışının möhkəmliyini bir dəfə daha zədələyir. Halbuki rəhbər və avam xalq ayrı-seçkiliyi etmədən Avropa xalqlarının sevgi, sülh və qardaşlığına əsaslanan siyasət yeridilməsi bu hakimiyyət problemini asanlıqla həll edə bilər.

Miqrant böhranı Avropa İttifaqının təcili surətdə həll etməli olduğu köklü problemləri ortaya çıxardı

Son dövrdə Yaxın Şərqdəki müharibədən qaçan insanların Avropa ölkələrinə sığınma cəhdinin mürəkkəb bir böhrana çevrilməsi də bu sistemsizlikdən irəli gəlir. Bu gün qitənin ortasında əlverişsiz iqlim şəraitində on minlərlə çarəsiz körpə, uşaq, qadın və yaşlı insan çadırlarda, düşərgələrdə, soyuq havada ac və pərişan halda yaşamaq uğrunda mübarizə aparır. Avropa ölkələri və rəhbərləri bu məzlumlara rahatlıqla kömək edəcək imkanları olduğu halda, ortaq qərar qəbul edib tətbiq etməkdən çox uzaqdırlar.

Halbuki miqrant probleminin həlli  çox sadə və texniki bir məsələdir. Türkiyə məhdud resursları ilə 2 milyondan çox məcburi köçkünə ev sahibliyi edir. Çadır şəhərlər düşərgələrə, düşərgələr isə tam təşəkküllü kiçik şəhərlərə çevrilib. Digər tərəfdən bu sadə məsələ haqqında Avropa İttifaqının 28 ölkəsindən 28 fərqli səs çıxır. Razılaşdırılan heç bir ortaq həll planı hələ ortaya qoyulmayıb.

Avropa İttifaqı ölkələrinin inkişaf etdirdiyi yeganə və “ən böyük həll yolu” isə gələn miqrantları Türkiyəyə göndərmək fikridir. Almaniya kansleri Merkel miqrantların Avropaya getməsinin qarşısını almağı Türkiyədən tələb edir. Ancaq bu tələbin tətbiqi həm Avropa İttifaqının yaranma fəlsəfəsinə, həm 1951-ci ildə Cenevrədə imzalanmış BMT-nin Qaçqınların Statusu haqqında konvensiyasına, həm də 1948-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının ümumdünya insan hüquqları Bəyannaməsinə ziddir.

9 noyabrda Avropa İttifaqının daxili işlər və ədliyyə nazirlərinin keçirdiyi iclasın protokolları Avropa İttifaqının yuxarıda bəhs etdiyimiz mərkəzi qərar qəbul etmə və sanksiya tətbiq etmə gücünün zəifliyini bir daha nümayiş etdirdi. İclasda Lüksemburqun xarici işlər naziri və Avropa İttifaqının sədri Jan Asselborn Avropa İttifaqı ölkələrində sığınacaq hüququ olan 160 min miqrantın təcili surətdə bölüşdürülməsini istəyərkən, İsveç miqrantların başqa ölkələrə göndərilməsi üçün Avropa İttifaqındən kömək istədi. Eyni görüşdə alman rəsmiləri də vahid miqrant qeydiyyat sistemi olan Hotspotu  aktivləşdirməyən İtaliya və Yunanıstanı tənqid etdi. Avstriyanın hədəfində isə Türkiyə sərhədini qoruya bilməməkdə təqsirləndirdiyi Yunanıstan var. Fransanın gündəmində miqrant statusu qazana bilməyəcək miqrantların qısa müddət ərzində ölkələrinə göndərilmələri var. Asellbornun Almaniya və İsveçin sərhədlərini bağlama təhdidinə qarşı,  “Avropa İttifaqının əsas prinsiplərindən olan bəşər mədəniyyətinin itirilməməsinə səy göstərməyimiz lazımdır” reaksiyasını bütün Avropa İttifaqı üzvləri tənqid olaraq öz üzərlərinə götürməlidirlər.

Miqrant böhranı Avropa İttifaqının öz içindəki qüsur və problemlərinin fərqinə varması və bir an əvvəl bunları aradan qaldırması üçün bəlkə də son imkanlarından biridir. Yarım əsrdən çoxdur davam edən birlik səylərinin boşa çıxma təhlükəsinə qarşı bütün Avropa İttifaqı ölkələri bu xəbərdarlığı nəzərə almalıdır. Öz problemləri ilə boğuşan deyil, bütün dünyanın problemləri ilə məşğul olan, həll edən, bütün məzlumların köməyinə çatan, ədaləti, sülhü, sevgi və qardaşlığı müdafiə edən bir Avropa İttifaqına həqiqətən ehtiyac var.

http://www.pravdareport.com/world/europe/19-01-2016/133086-european_unity-0/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma