İslamın mənfəətlərini önəmli görməyən, qorxaq, öz mənfəətini düşünən və çətinliyə girməyən müsəlmanlar


qorxaq muselmanSəmimi olaraq vicdanınızın səsinə qulaq asın və düşünün.

İnsanlar doğulur, böyüyür, təhsil alır, iş həyatına atılır, evlənir, oğul-uşaq sahibi olur, bu arada gücü çatdığı qədər pul və nüfuz qazanmağa çalışır, sonra uşaqlarını evləndirir, nəvə sahibi olur, ölür. Daha sonra uşaqları, nəvələri də oxşar həyatı yaşayır və ölür. Sizcə dünyaya gəliş məqsədimiz budur?

Təbii ki, deyil. Ancaq din əxlaqından uzaq yaşayan insanların böyük bir qisminin həyat anlayışları bununla məhduddur. Hər kəs üçün həyat şərtləri dəyişsə də, bu əzbərlənmiş sıralamanı yaşayır və ölür. Bu zaman həyatlarındakı ən böyük nöqsanı görmür, dünyaya gəliş məqsədlərini düşünmürlər. Bu ən böyük çatışmazlığı görə bilmədiklərinə görə, iş yerlərində, təhsildə uğurlu olsalar belə, çətinliklərinə, əzablarına nəyin səbəb olduğunu da dərk etmirlər.

İman gətirənlər üçün isə həyat tamamilə başqadır. Ticarət, məktəb, ailə təbii ki, həyatlarında var. Ancaq həyatlarının tamamilə başqa olmasının səbəbi, bütün bunlarla məşğul olarkən dünyaya gəliş məqsədlərini unutmadan hərəkət etmələridir. Səmimi qəlblə iman edənlər dünyaya Allaha ibadət etmək, qulluq etmək üçün gəldiklərini, dünyanın bir imtahan yeri, axirət üçün hazırlıq yeri olduğunu bilərək hərəkət edirlər.

… insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

Bunlar Allahın razılığını hər şeyin üstündə tutan müsəlmanlardır. Dünyada  etdikləri hər şey Allahın razılığının ən çoxuna əsaslanır. Dünyada məqsədləri maddi imkanlarını artırmaq deyil. Karyera, vəzifə sahibi olmaq, şöhrətli olmaq həvəsində deyillər. Allah üçün, dünyada zülm görən milyonlarla müsəlmanı çəkdikləri əziyyətlərdən xilas etmək üçün səy göstərmək varkən evlənib, oğul-uşaq sahibi olmaq həvəsində deyillər. Nümunə götürdükləri insanlar, həyatları çətin imtahanlarla keçmiş peyğəmbərlər və saleh müsəlmanlardır.

Bir də müsəlman kimi tanıdığımız, yalnız həccə getmək, namaz qılmaq, kəlməyi-şəhadət gətirmək, oruc tutmaq, zəkat vermək kimi İslamın 5 şərti  deyə bilinən ibadətləri kifayət görən bir qrup insan var. Bu insanlar dünyada zülm görən müsəlmanların vəziyyətini düşünmürlər. Dünyanı bürüyən imansızlıq bəlasına qarşı elmi mübarizə aparmırlar. Allahın dinini anladıb yaymırlar. Müsəlmanların ortaq məxrəcə gəlməsinə çalışmırlar. Saydığımız misallardakı kimi saysız-hesabsız ibadətlə heç maraqlanmırlar. Bütün dünyaları öz evləri, iş yerləri, qonşuları ətrafında cərayan edir.

Namaz 5 vaxtdır, ancaq Quran əxlaqını yaşamaq, Allah üçün mübarizə aparmaq 24 saatdır. Beləliklə, din bizim həyatımızın hər anını əhatə edir. Hər bir müsəlman ilk növbədə Quranın hamısını oxuyub Allahın bizdən istədiyi əxlaqı anlamaq və hər dəqiqəsində Allahın razılığının ən çoxunu seçərək həyatına tətbiq etməklə mükəlləfdir.

Quran əxlaqında yuxarıda sadaladığımız kimi, müsəlmanların birliyi, yaxşılığı əmr etmək, pislikdən çəkindirmə, İslamın dünya hakimiyyəti üçün cəhd etmə, Allah üçün cəsarətli olmaq, Allah üçün qınayanın qınamasından, böhtana məruz qalmaqdan çəkinməmək kimi Allahın fərz etdiyi daha saysız-hesabsız ibadətlər var. Axirətdə bütün müsəlmanlar bu ibadətlərdən də sorğuya çəkiləcəklər. Allahın ayələrinin çox az bir qismini tətbiq edib, namaz kimi vacib olan digər ibadətləri yerinə yetirməyən, həyatlarını tam bir itaətlə Allaha həsr etmək əvəzinə həm dünyanı, həm də axirəti balansda saxladığını zənn edən müsəlmanlar Allah qorusun axirətdə böyük bir itkiyə məruz qalmaqdan çəkinməlidirlər. Səmimi müsəlmanlarla səmimiyyətsiz olanların fərqi məhz buradadır. Qurana görə insan ya dünya, ya da axirəti seçə bilər, hər ikisini balansda saxlamaq deyə bir şey yoxdur. Məhz bu qeyri-səmimilik, hər cür riskdən qaçmaq, qorxaqlıq və çəkingənlik İslam dünyasının bu gün içində olduğu vəziyyətin, İslam əxlaqının dünyaya hakim olmamasının səbəbidir. Bu laqeyd, yalnız öz mənfəətini düşünən insanlara görə İslam aləmi dağınıqdır. Bu insanlara görə müsəlmanların gördüyü əziyyət, zülm hər keçən gün artır.

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)

Səmimi iman edənlərin həyatları isə Bədiüzzaman Səid Nursi nümunəsində olduğu kimi şanlı və şərəflidir. Bədiüzzaman Səid Nursi dünyadan imtina etmiş, Allah yolunda mübarizə aparmış, çətin imtahanlardan keçərək 30 il həbsdə qalmış və Allahın rizasını qazanmağı ummuştur. Bədiüzzaman Səid Nursi də o əziyyətləri çəkmək əvəzinə istəsə özünə ailə qurar, yaxın ətrafı, qonşuları, ticarətlə məşğul ola bilərdi. İllərlə həbs, sürgün həyatı yaşamaz, dünyada rahat olardı. Amma Allah üçün 30 il həbsdə qalmaq onun üçün bütün bunlardan daha dəyərli idi.

Peyğəmbərimiz (səv) dövründə yaşayan, rahatlığını düşünən bəzi müsəlmanlar oyanıqlıq etdiklərini zənn edərək istini, evlərinin açıqda olduğunu bəhanə edib Peyğəmbərimizlə (səv), əshabələrlə birlikdə müharibəyə getməmiş, axirətlərini itirmişlər. Hava Peyğəmbərimiz (səv) və əshabələri üçün də isti idi, amma bu onları Allah yolunda mübarizə aparmaqdan saxlamamışdır. Peyğəmbərimizin (səv) və əshabələrin də evləri vardı, amma Allah üçün əlləri, qolları, ayaqları qopub. Bəlkə tək gözləri ilə müharibəyə getmək, Allah üçün mübarizə aparmağı seçmək onlar üçün hər şeydən vacib idi:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)

Dolayısilə Allah üçün hər cür çətinliyə girən və rahatlıqları pozulmasın deyə heç bir çətinliyə girməyən müsəlmanların vəziyyəti dünyada eyni olmadığı kimi, axirətdə də eyni olmayacaq. Ehtiyatlılıq həbsdən, mübarizədən, yorulmaqdan, yuxusuz qalmaqdan, böhtan atmaqdan qaçacaq şəkildə hər cür tədbiri alaraq mübarizəyə qoşulmamaq deyil. Ehtiyatlılıq bu dünyada Allaha tam təslim olaraq hər cür çətinliyə girmək, Allahın rizasını qazanmaq üçün hər dəqiqə bu dünyadakı son dəqiqə kimi mübarizə aparan müsəlmanlarla birlikdə hərəkət etməkdir.

Müsəlmanlara edilən zülmün, əziyyətlərin səbəbinin dinsiz ideologiyalar olduğu ortadadır. Zülmə qarşı yeganə həll yolunun müsəlmanların ittifaqı ilə dinsiz ideologiyalara qarşı elmi mübarizə, İslam əxlaqının dünyaya yayılması olduğu da ortadadır. Bu mühüm mübarizə İslamın mənfəətlərini vacib görməyib, təkcə qohum münasibətləri, ticarət kimi məsələlərlə məşğul olmaq Allah qorusun bu insanları axirətdə böyük bir rüsvayçılığa, peşmançılığa sala bilər. Ümməti hər cür fəsaddan salamatlığa çıxarmaq hər müsəlmanın borcu, fərz ibadətdir. Hər bir müsəlman bir-birinin vəlisidir. (Mömin kişilər və mömin qadınlar bir-birlərinin dostlarıdırlar… Tövbə surəsi, 71) Allah möminlərin bir-birini qorumalarını əmr etdiyi halda, bu fərzi etməmək müsəlmana yaraşmaz. Gözlərinin önündə vəlisi olduğu müsəlman qardaşının ölümünü seyr etmək müsəlmana yaraşmaz. Dünyanı imansızlıq bəlası əhatə etmişkən, dinsizliyə qarşı fikirlə, elmlə mübarizə aparmaq əvəzinə, kefinin arxasınca getmək müsəlmana yaraşmaz.

Yenə burada vəzifə səmimi müsəlmanların üzərindədir. Müsəlmanları laqeydlik, eqoizm bəlasından xilas etməyin, zülmün, ayrılıb dağılmışlığın yeganə həllinin Quran ayələrinin hər birini həyatımıza keçirmək olduğunu xatırlatmaq, birlik və bərabərliyimiz üçün səy göstərmək, müsəlman qardaşlarımıza yaxşılığı əmr edib pislikdən çəkindirmək hər birimizin məsuliyyətidir.

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali İmran surəsi, 105)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma