Miqrantlar Paris hücumlarının cavabdehi yox, zərərçəkənidir


greece-migrantsAvropa sahillərinə çatmağa çalışarkən Egey və Aralıq dənizində boğulur, körpə, qadın, kişi cəsədləri sahilə vurur. Hətta bəzən qayıqları qəsdən batırılır və dənizdə ölümə tərk edilirlər.

Yaxud da səyahət etdikləri yük maşınlarında havasızlıqdan can verirlər.

Mədəniyyətin mərkəzi olaraq qəbul edilən torpaqlarda uşaq və qadın ayırd etmədən gözyaşardıcı qaz və təzyiqli su ilə qarşılanır, dəyənəklə döyülürlər.

İnsan hüquqları və qanunun aliliyi dəyərləri üzərində qurulan Avropa İttifaqında dəmir qəfəslərə salınaraq insanlıqdan kənar rəftara məruz qalırlar.

Bütün bu zülmlər azmış kimi, indi də bəzi dairələr tərəfindən Paris hücumlarının səbəbkarı kimi göstərilirlər.

Onlar demək olar ki, hər gün faciələrini mediadan izlədiyimiz miqrantlardır. Əslində ancaq bir məqsədləri var: bomba, terror və müharibəyə görə yaşanmaz hala gələn vətənlərindən qaçırlar. Ailələri ilə birlikdə əmin-amanlıq, təhlükəsizlik və rifah içində yaşaya biləcəkləri ölkələrə getməyə çalışırlar.

Hər nə bahasına olursa-olsun, miqrantların Avropaya getməsinə qarşı olan dairələr Paris hücumlarını bəhanə etməkdə gecikmədilər. Fransa Milli Cəbhə partiyasının lideri Marina Le Pen miqrant qəbulunun dərhal dayandırılmasına dair çağırış etdi. Bəhanəsi isə miqrantların İŞİD üzvü olma ehtimalıdır. [i] Polşanın Avropa İttifaqı məsələləri üzrə naziri Konrad Şzimanski Parisdə baş verən faciəli hadisədən sonra Avropa İttifaqının miqrantları Avropa ölkələri arasında bölüşdürmə layihəsini tətbiq etmək imkanının qalmadığını bildirdi. [ii]

Nasist Almaniyası II Dünya müharibəsində Parisi işğal etdikdə digər ölkələr ölümdən qaçan fransızları aralarında nasist agenti ola bilər ehtimalı ilə qəbul etməsəydilər, Le Pen nə deyərdi? Ya da Qərb ölkələri soyuq müharibə illərində Sovet İttifaqının işğalı altındakı Polşadan gələn miqrantları geri göndərsəydilər, Szymanski nə düşünərdi?

Xoşbəxtlikdən məsələni ağılla dəyərləndirən Qərbli siyasətçilər da çıxdı. Almaniyanın daxili işlər naziri Tomas de Maiziere qaçqınlarla Paris terror hücumları arasında bir əlaqə qurulmamalı olduğunu ifadə etti. [iii] Yenə Avropa Komissiyasının sədri Jan Klod Juncker avropalı liderlərə xəbərdarlıq etdi. Terrorçularla miqrantların qarışdırılmamasını, hücumları törədənlərin  miqrantların da xilas olmağa çalışdığı insanlar olduğuna diqqət çəkdi. [iv]

Mediada miqrantları terrorçu kimi göstərib hər yerdə əzilməsinə çalışan, bilərək və ya bilməyərək onları hədəf göstərənlər var. Şübhəsiz, Paris hücumlarını belə məzlum insanların üstünə atmaq çox böyük bir zülm olar. Həmçinin bu vaxta kimi təhqiqatın ortaya qoyduğu həqiqət odur ki, hücumlarda iştirakı dəqiqləşən hər kəs Avropa İttifaqı vətəndaşıdır. İddia edildiyi kimi, təcavüzkarlardan birinin cibindən Suriya pasportu çıxdığını qəbul edək. Bu pasport oğurluq və ya saxta ola bilər. Terrorçuya yox, hadisə yerindəki məsum birinə aid ola bilər. Bir çox ehtimal mümkündür. Təhlükəsizlik səbəbi ilə geniş tədbirlər almaq, əlbəttə ki, dövlətlərin təbii haqqıdır, amma miqrantlara sərhədləri bağlamaq tədbir deyil.

Qaldı ki, İŞİD kimi radikal təşkilatların şiddət və terror aktları həyata keçirmək üçün miqrantlara qətiyyən ehtiyacı yoxdur. Onsuz da hazırda Avropa sərhədləri içində fransız, ingilis, yaxud da Avropa İttifaqı vətəndaşı olan minlərlə İŞİD üzvü və ya tərəfdarı yaşayır. Dolayısilə məzlumu cinayətkardan ayırd etmək ancaq ətraflı kəşfiyyatla mümkün ola bilər.

Şübhəsiz kəşfiyyatdan şiddəti gərginləşdirməyəcək səviyyədə istifadə edilməsi mühümdür. Xəbər alma fəaliyyəti həll yolu deyil, yalnız qoruyucu və önləyici bir tədbir ola bilər. Qəti həll yolu üçün isə problemin kökünə istiqamətli bir plan lazımdır. Şiddət tərəfdarı radikallar İslamı Qurana görə başa düşmür. Fanatik inanclar, saxta hədislər və xurafatlardan çıxardıqları izahlarla şiddəti qanuni hala gətirirlər. Buna görə də qəti həll yolu ancaq həqiqi İslam və Quran əxlaqını əsas götürən maarifləndirmədir. Sevgi, şəfqət, mərhəmət və təvazökarlıqla yaxınlaşaraq təqdim olunan maarifləndirmə. Bunun xaricində əsla batil ideologiyalarını və silahlarını tərk etməzlər.

Miqrantlara qarşı sərhədlərə tikanlı məftillər çəkmək və ya hündür divarlar hörmək qətiyyən həll yolu olmaz. Onlar zorakılıqdan və müharibədən qaçan və bu yolda hər cür çətinliyi, hətta ölümü gözə alan insanlardır. Belə tədbirlər miqrantların ağır həyat şəraitini dözülməz hala salar, amma yollarından geri döndərməz, daha da dəhşətlisi soyuq hava şəraitində kütləvi ölümləri qat-qat artırar. Düşünülməsi belə narahatlıq verici bu vəziyyət isə ürəklərdə və vicdanlarda dərin yaralar açar, Avropa tarixi üçün bir utanc qaynağı olar.

Onlar evlərini, mallarını, sevdiklərini, hər şeylərini geridə qoymuş kasıb və məzlum insanlardır. Dəhşət içində hara gedəcəklərini, nə edəcəklərini bilmirlər. Çoxunun üzərindəki paltarı və kiçik neylon torbasındakı bir neçə əşyasından başqa heç bir şeyi yoxdur. Avropalılar qısa bir müddətə də olsa özləri, ailələri və sevdiklərini oxşar vəziyyətə düşdüyünü düşünməli, miqrantların içində olduğu çətinlikləri hiss etməyə çalışmalıdırlar. Bu sayədə onlara sevgini, şəfqəti və mərhəməti əsas götürərək yanaşmanın əhəmiyyətini daha yaxşı başa düşəcəklər.

Qərb dövlətləri mühüm bir imtahandan keçir. Sahib olduqları güclü maddi, iqtisadi və texnoloji imkanlarla miqrant probleminə təcili həll yolu gətirə bilərlər. Ümid edirik ki, çarəsiz vəziyyətdəki miqrantlara məhəbbətlə qucaq açar və müdafiə etdikləri azadlıq, bərabərlik, qardaşlıq, ədalət, sevgi, həmrəylik kimi gözəl dəyərlərə bir daha yiyələnərlər. Çünki əks tədbirlər getdikcə artan zorakılıq hadisələrinə dəvətnamə çıxaracaq.


[i] http://www.dailymail.co.uk/news/article-3320841/Paris-terror-attacks-pave-way-march-Far-Right-Le-Pen-demands-immediate-halt-new-migrants-France-PEGIDA-hopes-draw-record-crowds-tally-tonight.html
[ii] http://www.independent.co.uk/news/world/europe/poland-plans-to-backtrack-on-migrant-commitment-following-attacks-in-paris-a6734521.html
[iii] http://news.yahoo.com/dont-paris-attacks-migrant-influx-german-interior-minister-153747598.html
[iv] http://www.independent.co.uk/news/world/europe/paris-terror-attacks-jean-claude-juncker-warns-european-leaders-do-not-mix-up-terrorists-with-a6736271.html

http://www.mbctimes.com/english/refugees-are-the-victims-of-the-paris-attacks-not-its-perpetrators

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma