New Age (Yeni Əsr) imperializmi


4020483_origTarix boyu böyük və güclü ölkələrin öz rifah və zənginliklərini yüksək səviyyəyə çatdırmaq üçün daha zəif ölkələr üzərində hakimiyyət qurma arzusu müstəmləkəçilik hərəkatını ortaya çıxardı. Müstəmləkəçi ölkələr işğal etdikləri ölkələrin insan resurslarını, işçi qüvvəsini, təbii sərvətlərini və bazarlarını ələ keçirdilər. Qurduqları müstəmləkə rejiminə müqavimət göstərməmələri və maraq sistemlərinə zərər verməmələri üçün də yerli xalqları, onların hər cür sosial, mədəni və dini həmrəyliyini ciddi təzyiq altında saxladılar.

XVI əsrdə başlayan müstəmləkəçilik dövrü ərzində Fransa, İngiltərə, Hollandiya kimi ölkələr qoşun göndərdikləri müxtəlif Afrika, Asiya və Sakit Okean hövzəsi ölkələrində koloniya dövlətləri qurdular. Daha sonra həmin ərazilərə öz rəhbərlərini və qurumlarını yerləşdirməklə yerli xalqları öz maraqlarına xidmət etdirəcək planlar qurdular.

XIX əsrin sonları – XX əsrin əvvəllərində Avropada başlayan və bütün dünyaya yayılan milli dövlət anlayışının təsiri ilə müstəmləkəçilik hərəkatı mərhələli olaraq sona çatdı. Ancaq I və II Dünya Müharibəsi dövründə qlobal güc nisbətlərinin yenidən formalaşması, ad olaraq artıq mövcud olmayan, ancaq anlayış olaraq heç vaxt yox olmamış müstəmləkəçiliyin fərqli növlərini gündəmə gətirdi.

Başda kommunikasiya olmaqla, müasir elm və texnologiyaların inkişafı, insanların informasiya və məlumat mənbələrini asanlıqla əldə etməsi, beynəlxalq ictimaiyyəti əvvəlki əsrlərə nisbətən daha şüurlu və hadisələrdən xəbərdar hala gətirdi. Beləliklə, artıq əvvəllər olduğu kimi birbaşa işğal, kölələşdirmə, müstəmləkəçilik kimi üsulların böyük ictimai reaksiyalara səbəb olması qaçılmaz hala gəldi. Bu səbəbdən, çox incə hesablanmış, uzun dövrə yayılmış və hüquqi əsaslarla dəstəklənən metodlara ehtiyac yarandı.

II Dünya Müharibəsindən sonrakı illərdə dünya nəhəngləri bu prinsiplər çərçivəsində sürətlə yeni müstəmləkə layihələri hazırlamağa və həyata keçirməyə başladılar. Bunlardan ən böyük və geniş miqyaslı olan Böyük Yaxın Şərq layihəsi idi. Says-Piko sazişi artıq qüvvədən düşürdü. Ona görə Mərakeşdən İndoneziyaya qədər İslam dünyası xəritəsini yenidən formalaşdırmaq lazım idi. Layihə çərçivəsindəki ərəb baharı üsyanları, Əfqanıstan, İraq, Liviya, Misir, Suriya, Yəmən kimi müsəlman ölkələrində alovlandırılan müharibə, qarışıqlıq və fəlakətlər, Türkiyə və cənub sərhədlərində qızışdırılan separatçı terror, məzhəb münaqişələri bu yeni xəritənin son şəklinin formalaşmasına istiqamətlənmişdi.

Müstəmləkə dövrü, bəlkə də arxada qaldı, amma yenə də izi görünür. Bu səbəbdən, artıq müstəmləkəçilik və ya imperializm kimi anlayışlar əvəzinə, insanlarda leqal təəssürat yaradan demokratiya, azadlıq, xalqların öz müqəddəratını təyin etməsi, əzilən xalqların müstəqilliyinə qovuşması kimi anlayışlardan istifadə edilir.

Məhz bəhs etdiyimiz bu “ülvi” dəyərlər əsasında “new age”, yəni yeni dövr imperializmi adı verilən bir başqa gizli müstəmləkə forması ortaya çıxdı. İmperializm ölkələrin rəhbərliyini ələ keçirərək sərvətlərindən istifadə etməyi qarşısına məqsəd qoyarkən, “new age” imperializmi demokratiya, azadlıq kimi prinsipləri müdafiə adı altında ölkələrin konstitusiya və siyasətlərinin müxtəlif üsullarla gizli müstəmləkə halına gətirmək məqsədi güdürdü. Beləliklə, qlobal güclərin maraq dairəsindəki ölkələrin parçalanma prosesi üstüörtülü şəkildə də olsa nişan alınmış olurdu.

Məlum olduğu kimi, BMT 1966-cı ildə “Mülki və siyasi hüquqlar haqqında pakt” adlı sənəd hazırladı və üzv dövlətlərin imzalaması üçün göndərdi. Bu paktın əsas müddəaları bu şəkildədir:

1. Bütün xalqlar öz müqəddəratını təyinetmə hüququna malikdirlər. Bu hüquq sayəsində onlar öz siyasi statuslarını sərbəst müəyyən edir və öz iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst təmin edirlər.

2. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün … öz təbii sərvətləri və ehtiyatlarını sərbəst şəkildə sərf edə bilərlər. Heç bir xalq heç bir halda ona məxsus olan dolanışıq vəsaitlərindən məhrum edilə bilməz.

3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.

Bir müddət sonra bu strategiya Avropa İttifaqı tərəfindən də qəbul edildi. Avropa Şurası 1981-1984-cü illər arasında “muxtariyyətlərin müdafiə edilməsi demokratik prinsiplərə əsaslanan Avropanın qurulmasının əsas şərtidir” fikrindən yola çıxaraq “yerli özünüidarə muxtariyyət şərti” adlı layihəni qəbul etdi və layihə 1988-ci ildə qüvvəyə mindi.

Kağız üstündə demokratik kimi görünən bu qanunlar real həyatda xalqların iradəsini əks etdirməkdən çox, o xalqların torpaqlarında iqtisadi, siyasi və strateji maraqları olan qlobal güclərin müdaxilə və intriqalarına, hər cür daxili qarışıqlığa zəmin hazırlayır. Millətlərin parçalanmasının yolunu açan muxtariyyət qanunları Asiya və Afrikanın bölüşdürülməsinə səbəb olan 19-cu əsr imperializminin sanki 21-ci əsrə uyğunlaşdırılmış alternativi kimidir.

Belə ki, Avropa ölkələri də bu qanunları öz milli bütövlüklərinə potensial təhdid kimi gördükləri üçün demək olar ki, hamısı bunların praktikada həyata keçirilməsini məhdudlaşdıran şərhlər qoydu. BMT qanunları da məhz bu səbəbdən şərhsiz qəbul edilməmişdi. Bu şərhlər olmasa, İspaniyada Kataloniya və Bask bölgəsi, Böyük Britaniyada Şotlandiya və Uels, İtaliyada Veneto regionu, Belçikada zənginliyi bölüşmək istəməyən Flamand bölgəsi, Fransada Korsika adası bölünməyə doğru gedəcək və parçalanmış Balkanların izindən gedəcəkdi.

Maraqlısı budur ki, söhbət özlərindən  getdikdə muxtariyyətdən, parçalanmaqdan yayınan ölkələr, söhbət Yaxın Şərq, İslam dünyası, Türkiyə kimi ölkələrdən getdikdə muxtariyyət şərtlərinin həyata keçirilməsini sonuna qədər müdafiə edir, bu istiqamətdə hər cür pərdə arxası təbliğat, siyasi təzyiq əməliyyatlarını ardıcıl və sistemli şəkildə davam etdirirlər. Min illər boyu bir yerdə qardaş kimi yaşayan cəmiyyətlərin etnik mənsubiyyət və məzhəb ayrı-seçkiliyi ilə bir-birinə düşmən olması, parçalanıb kiçik parçalar halına gəlməsi üçün yeni müstəmləkəçi rejim var gücü ilə çalışır.

Hakim qüvvələr “demokratik muxtariyyət”, “xalqların azadlığı” kimi süni əsaslarla PKK kimi on minlərlə məsum insanın qatili, kommunist terror dəstələrinə, faşist mafyavari qruplara müstəqil dövlət qurmaq vədləri verərək onlara hər cür maddi və hərbi dəstəyi təmin edir. Ancaq digər tərəfdən Rohinca, Şərqi Türküstan, Kəşmir xalqları kimi həqiqətən əzilən, illərdir zülm görən, heç bir insan hüquqları tanınmayan cəmiyyətlərin xilası və azadlığı məsələsində çox laqeyd qalırlar.

Dünya tarixinin bəlkə də ən hiyləgər planı yenə görünməmiş ikili standart, pis niyyət və qeyri-səmimi şəraitdə, bəzəkli şüarlar altında bütün insanların gözü önündə addım-addım baş verir. Şübhəsiz ki, hiyləgərcəsinə gedən belə təhlükəli planı təbii görüb qəbul etmək çox yanlışdır. Bu səbəbdən bu həqiqətləri dilə gətirərək cəmiyyətlər üzərində qurulan hiyləgər planlar haqqında insanları məlumatlandırmaq və buna qarşı özlərini müdafiə edəcək strategiyalar formalaşdırmaq çox vacibdir.

http://www.gulf-times.com/story/473808/Twin-covenants-and-new-imperialism

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma