Qış planları və həll yolu gətirməyən miqrant siyasəti


miqrantŞimal yarımkürəsində qış mövsümünün özünü hiss etdirməyə başladığı bir dövrdəyik. İnsanların bir çoxu qış tətili üçün plan qurmağa başlayıb. Bəziləri xizək mərkəzində, bəziləri göl kənarında dincəlməyi planlaşdırır. Ailəsinin, qohum-əqrəbasının yanına getməyi və ya sevdikləri ilə bir evdə toplaşmağı düşünənlər də var. Ancaq bu planların heç də hesabda olmayan hadisələrə görə axsaması mümkündür. Məsələn;

Xizək mərkəzindəki ilk gündə ayağınız sına bilər.

Qayıqla gəzərkən gölün soyuq suyuna düşüb soyuqlaya bilərsiniz.

Ailənizin yanına gedib gözəl vaxt keçirəcəyinizi fikirləşərkən yol qəzası keçirib günlərlə onlardan uzaq qala bilərsiniz.

Kiçik bir diqqətsizlikdən yeməyin yanması və o gecə verəcəyiniz dəvətin ləğv olunması da ehtimallar daxilindədir.

Qısası, sizə xoşbəxtlik gətirəcəyini düşündüyünüz planlar bu kimi tərsliklərlə asanlıqla sıxıntı və xəyal qırıqlığına çevrilə bilər.

Bunları hər hansı bir şəkildə kompensasiya edə bilərsiniz: sındırdığınız ayağınızın sağalmasını gözləyə, maşınınızı təmir etdirə, ya da yanan yeməyin əvəzinə kənardan başqa bir yemək sifariş edə bilərsiniz.

Bəs qış planları qurarkən başınıza kompensasiyası mümkün olmayan axsaqlıqlar gəlsə, məsələn, eviniz yansa, uşağınızın qolu, bədəni parçalansa və ya həyat yoldaşınız gözlərinizin önündə suda boğularaq can versə…

Bir çox insanın çox guman ki, ağlına belə gətirmədiyi bu fəlakətlər, bir müddətdir ki, Aralıq və Egey dənizində tez-tez baş verir. Özünün və ailəsinin həyatını xilas etməyə çalışan insanlar münaqişələrdən və bombardmanlardan qaçarkən həyatlarını itirirlər. Özlərini təhlükəsiz hiss etdikləri bir yerə çatıb, yeni həyat qurmaq istəyən Şimali Afrika və Yaxın Şərq miqrantlarından bəhs edirik.

İndi BMT də qış planları qurur. Ancaq bu planlar miqrantların yaxşı vaxt keçirməsi üçün deyil, onları yaşatmaq üçün hazırlanır. Qış mövsümü miqrantların yaşadığı düşərgələrdə həyatın daha da çətinləşməsinə səbəb olur. Bu insanların bir çoxunun özlərini soyuqdan qoruyacaq nə bir evi, nə də onları isidəcək yanacaqları var.

Miqrantların qışı keçirmələri üçün yataq örtükləri, termal adyal, corab, geyim və ayaqqabı ehtiva edən yardım paketləri, soyuqdan qorunmaq üçün sığınacaqlar hazırlanır. Büdcəsi bir milyon dollar olan qış yardım proqramı ilə 2,5 milyon suriyalı və 700 min iraqlıya yardım edilməsi planlaşdırılır.

İşləri aparan BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı bu il Avropaya dənizdən 644 min miqrantın gəldiyini, İordaniya, Livan, Misir, İraq və Suriyadan qaçan 15 milyon insan olduğunu bildirir.*

BMT Türkiyə başda olmala, İordaniya, Livan kimi ölkələri əllərindəki bütün imkanları miqrantar üçün səfərbər etməyə çağıraraq, onları yaşatmağa çalışır. Bunun uğurlu olduğunu fərz edək. Bu il, ya da sonrakı il miqrantları qəbul edən ölkələr, yaxud da BMT mümkün görünməsə də onları qışın sərt soyuğundan qorusun və ən yaxşı şərtlərdə qarşılasın.

Bəs bu, miqrasiya probleminin həll edilməsi mənasına gələcəkmi? Yaxud Avropa İttifaqının böyük vəsaitlər ayıraraq tələb etdiyi kimi, miqrantların hamısının Türkiyədə qalması miqrant problemini aradan qaldıracaqmı?

Əlbəttə ki, yox. Avropa İttifaqının miqrant probleminə münasibəti I Dünya Müharibəsindən dərhal əvvəl Britaniyanın Baş naziri Nevill Çemberleni xatırladır. Çemberlen Hitler Almaniyasını “sakitləşdirmə siyasəti” ilə dayandıra biləcəyini düşünmüş ancaq bu siyasəti məğlubiyyətlə nəticələnmişdi. Miqrantları rədd etmək, sərhədlərə divarlar hörmək və ya Türkiyədə qalmalarına çalışma siyasəti qəti həll yolu deyil.

Problemin əsas mənbəyi Yaxın Şərqdəki münaqişə və silahlı müdaxilə siyasətidir. Buna son verilmədiyi təqdirdə miqrant axını dayanmaz. Münaqişənin əsasını təşkil edən maarifləndirmə problemi də həll edilməsə, bombardmanlar davam edər.

Avropalı dövlət adamlarının bir an öncə bu dünyanın heç kəs üçün etibarlı bir liman olmadığını xatırlaması mühümdür. Suriyalı, alman, liviyalı, fransız… Kim olursa-olsun, dünyanın harasında yaşayırsa-yaşasın, hər kəs bir anda çətin şəraitlə qarşı-qarşıya qala bilər.

Əslində sizin də maddi rifah içində, təhlükəsiz bir ölkədə yaşamağınızın heç bir əhəmiyyəti yoxdur (Alman işğalından öncə Avstriyanı xatırlayın). İşğal, terrorçu hücumlar, iqtisadi böhran və ya gözlənilməz təbii fəlakətlər bir millətin həyatını bir anda alt-üst edə bilər. Daha əvvəl insanlara yardım əli uzadan biri olsanız da belə bir vəziyyətlə qarşı-qarşıya qala və şəxsən özünüz yardıma möhtac vəziyyətə düşə bilərsiniz.

Bu səbəbdən Avropanın miqrant problemini həll etməsi üçün istifadə edə biləcəyi ən mühüm alət maliyyə mənbələrindən daha çox sevgi, şəfqət və həmrəylik ruhu olmalıdır. Şübhəsiz ki, sevgi və mərhəmət bütün maneələri aşır. BMT və oxşar təşkilatların miqrantlar üçün etdikləri təbii ki, təqdirəlayiqdir. Ancaq sevgi və mərhəmət insanlar köməyə möhtac olmadan əvvəl göstərilməlidir ki, bütün bu çətinliklər yaşanmasın.

Bəzi Qərb dövlət adamları çox guman ki, “ora Suriyadır, bizdən çox uzaqdadır, baş verən münaqişənin, müharibənin ölkəmizə heç bir təsiri olmaz” deyə düşünmüş ola bilərlər. “Təhdid ünsürləri”ni yox etməyin çözüm olacağını fərz edərək hava bombardmanı qərarı almış ola bilərlər. Müharibəni təşviq edən bütün oxşar səhv qərarlar nəticəsində hadisələr bugünkü vəziyyətə gəldi. Daha ən başında vasitəçilik və sülhyönümlü təşəbbüslər göstərilsəydi, Yaxın Şərq başda olmaqla bütün dünyanı bürüyən dəhşət heç vaxt yaşanmazdı və təbii ki, bu gün Avropada miqrant böhranı heç olmazdı. Unudulmamalıdır ki, insanlara sevgi bəsləmək, şəfqəti təşviq etmək bombalamaqdan daha asan, vicdana uyğun olandır və daha uzunmüddətli çözümlər təmin edir.

(*) Mənbə: http://www.unhcr.org/562a40e56.html

http://ekurd.net/migrant-winter-policies-no-solution-2015-11-27

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma