Sünni-şiə düşmənçiliyi yoxdur, ancaq provokasiya var


vehdet-616x320Dərin qlobal güclərin İslam aləmini kiçik, gücsüz və təsirsiz hissələrə bölmə planı çərçivəsində əl atdıqları üsulların ən hiyləgər və təhlükəli olanlarından biri şübhəsiz ki, məzhəb ayrı-seçkiliyinin qızışdırılmasıdır.

Yaxın dövrdə Səudiyyə Ərəbistanı, Küveyt, Pakistan, Banqladeş, Yəmən kimi müxtəlif İslam ölkələrində aparılan məzhəb yönümlü qanlı provokatif hərəkətlər bu hiyləgər üsulun hər an qüvvədə olduğunu bizlərə bir daha göstərdi.

Bu cür təxribatlarla şiə və sünnilər arasında yaradılan süni düşmənçilik və qarşıdurma mühitinin miqyasını genişləndirərək bütün İslam aləminə yaymaq istəyirlər. Son aylarda baş verən bu məzhəb mənşəli provokatif hərəkətlərdən bəzi nümunələr bu şəkildədir:

Ötən may ayında Səudiyyə Ərəbistanının Qatif şəhərindəki şiə məscidinə təşkil olunan hücumda 21 nəfər şəhid oldu, onlarla insan da yaralandı. Bundan bir həftə sonra yenə başqa bir şiə məscidinə təşkil edilən bombalı intihar hücumunda ən az dörd müsəlmanın şəhid olduğu bildirildi.

Növbəti ay məzhəb təxribatı Küveytə sıçradı. Əl İmam əl Sadiq adlı şiə məscidində təqribən 2000 nəfərin namaz qıldığı bir vaxtda bombalı intihar hücumu oldu. 24 müsəlmanın şəhid olduğu, ən az 8 nəfərin yaralandığı bildirildi.

Ötən oktyabr ayında Banqladeşin Dəkkə şəhərində şiə məscidinə edilən bombalı hücumda 14 yaşlı bir uşaq şəhid oldu, 80 nəfər isə yaralandı.

Yenə həmin ay Pakistanda təkcə 1 həftə ərzində 3 ayrı məzhəb mənşəli terror aktı baş verdi. Pakistanın Sind əyalətinin Jakobabad şəhərində Kərbəla mərasimləri üçün yığışan şiə müsəlmanlarına qarşı təşkil edilən intihar hücumunda 22 nəfər şəhid oldu.

Eyni həftədə Belucistan əyalətində bir şiə məscidinə təşkil olunan hücumda 10, eyni əyalətin paytaxtı Kettada bir sərnişin avtobusuna yerləşdirilən bombanın partladılması nəticəsində isə 11 müsəlman şəhid olmuşdu.

Son dövrə aid bu təxribatlar əslində İslam dünyasında on ildən çoxdur davam edən, qardaşı qardaşa qırdırmağı hədəfləyən, məzhəb mənşəli zorakılıq və terror əməllərinin yalnız bir neçəsidir. Bu təxribatların ilk çıxış tarixlərinə qayıtsaq:

İran sərhədindəki Belucistan əyalətində şiə-sünni ayrı-seçkiliyinə əsaslanan zorakılıq və terror hücumları nəticəsində bu günə qədər təqribən 2 min müsəlman şəhid oldu. Maraqlı olan isə sünni və şiələr arasında fikir ayrılıqları olsa da, ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal edənə qədər ciddi bir zorakılıq hadisəsi olmadan qardaş kimi yaşamaları idi.

Eynilə ABŞ-ın 2003-cü ildə İraqı işğal etdikdən sonra Mosulda, Bağdadda, Bəsrədə həyata keçirdiyi bombalı hücumlar ölkədə sünni-şiə gərginliyini zirvəyə çatdırdı. Həm sünni, həm də şiələrdən on minlərlə müsəlman şəhid oldu.

Livanda da 2000-ci li illərin əvvəlindən etibarən şiə Hizbullah və sünni Hariri qrupları arasında daim artan gərginlik 2005-ci ildə Baş nazir Rəfiq Haririnin sui-qəsd nəticəsində həyatını itirməsi ilə ən yüksək səviyyəyə çatdı. 2013-cü ildə Hariri keçmiş maliyyə naziri Məhəmməd Şatah da bir sui-qəsd nəticəsində həyatını itirdi. Bu surətlə Hariri tərəfdarları ilə Hizbullah qrupu yenidən qarşı-qarşıya qoyulmaq istənildi.

Oxşar şəkildə ərəb baharından sonra Bəhreyndəki iqtidar mübarizəsinin şiə və sünni qruplar arasında olduğu da bilinən həqiqətdir.

Nəticədə İslam dünyasının hər bir ölkəsində başda sünni-şiə olmaqla məzhəb fərqləri müsəlmanları bir-birinə qırdırmaq, İslam ölkələrində vətəndaş müharibəsi və qarışıqlıq çıxarmaq üçün istifadə edildi və hələ də istifadə edilməyə davam edir. İslam ölkələrindəki bir qism siyasətçilər, “dini bəyanatlar” və media himayədarları da bu təxribatlarda mühüm yer tutur.

Sünni-şiə ixtilafının İslam dünyasındakı müharibə və gərginliklərin əsas hərəkət verici qüvvəsi olduğu bir çox xarici təhlillərdə yer alır. Məsələn, «Council of Foreign Relations»ın internet səhifəsindəki “sünni-şiə ayrı-seçkiliyi” başlıqlı məqalədə bu qeydlər yer alır:

“Sünni və şiələr arasındakı qarşıdurmalar Yaxın Şərq xəritəsini dəyişdirməklə təhdid edən Suriya vətəndaş müharibəsini alovlandırdı, İraqı parçalayan zorakılığı qızışdırdı və bir çox gərgin Körfəz ölkəsindəki çatları genişləndirdi”. [i]

Bu arada son Yəmən nümunəsi də məzhəb təxribatı amilinin İslam ölkələrini bir-birilə müharibə etmə səviyyəsinə çatdırdığını göstərməsi baxımından əhəmiyyətlidir.

Nəticə etibarilə, məzhəblər arasında kin və nifrət toxumları səpmək üçün törədilən təxribatların iki əsas məqsədi var:

Birincisi, İslam ölkələrində qarışıqlıq, xaos və daxili münaqişələr çıxararaq bu ölkələrin sabitliyini pozub, gücdən düşüb bölünməsinə, yox olmasına zəmin hazırlamaq.

İkincisi, İslam ölkələrini bir-birinə düşmən etmək. İran-İraq-Suriya-Livanın şiə cəbhəsi ilə Türkiyə-Qətər-Səudiyyə Ərəbistanı-Pakistan kimi ölkələrdən ibarət sünni cəbhəsi yaradıb bir-birini məhv etməyi qarşısına məqsəd qoyan müsəlmanları iki zidd qütbə bölmək. Hazırda İraqda, Suriyada, Yəməndə baş verən  qarşıdurmalar da sanki bu qlobal münaqişənin bir prototipi kimidir.

Bu məqamda İslam dünyasının istər dini, istərsə də siyasi liderlərinə birləşdirici, sakitləşdirici və yolgöstərici olmaq məsələsində mühüm vəzifələr düşür. Bu yanaşmaya iki mühüm liderin sözlərini nümunə verə bilərik:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən aprel ayında İrana etdiyi səfərdə bu ifadələri işlətmişdir:

“Şiələr ölmüş, yaxud da sünnilər ölmüş deyə bir fərq qoymuram. Mənim üçün yalnız insan var və orada həyatını itirənlər müsəlmanlardır. “[ii]

İran dini lideri Ayətullah Əli Xamneyi də ötən may ayında bir çıxışında belə bir mühüm mesaj vermişdi:

“İslam düşmənləri müsəlmanlar arasında etnik və dini ayrılıq çıxarmağa çalışırlar. Düşmən üçün şiə-sünni deyə bir ayrı-seçkilik yoxdur”. [iii]

Eyni Allaha, Kitaba və Peyğəmbərə inanan, dini, qibləsi bir olan, eyni məsciddə namaz qılan müsəlmanlar hansı fikirdən, hansı məzhəbdən, hansı qrupdan olursa-olsun, ancaq qardaşdır. Bir-birilərinə düşmən olmalarını Allah haram buyurmuşdur. Belə bir düşmənçiliklə bir-birilərinin öldürmələri isə qarşılığı sonsuz Cəhənnəm əzabı olan qorxunc bir fəlakətdir.

Bu gün müsəlmanların başına gələn fəlakətlərin səbəbi Allahın əmrinə zidd olaraq ayrılıq və ixtilaf içində olmalarıdır. Yeganə qurtuluşları isə bu haramı tərk edib sevgi və qardaşlıq telləri ilə birləşərək tək vücud olmalarıdır.


[i] “Struggles between Sunni and Shia forces have fed a Syrian civil war that threatens to transform the map of the Middle East, spurred violence that is fracturing Iraq, and widened fissures in a number of tense Gulf countries.” (http://www.cfr.org/peace-conflict-and-human-rights/sunni-shia-divide/p33176#!/?cid=otr-marketing_url-sunni_shia_infoguide)
[ii] (http://www.el-balad.com/1475027)
[iii] (https://www.youtube.com/watch?v=D-dzFhNm0IA)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma