Suriyalı qadınlar hər şəyə baxmayaraq, güclüdür


alman_dergisinden_turkiye_ye_iftira_suriyeli_kadinin_fiyati_5_bin_tl_h23609_a05ebSuriya vətəndaş müharibəsi son beş ildir xəbər başlıqlarından heç düşmür. Ancaq bu da bir həqiqətdir ki, Suriya xalqının ehtiyacı olan yardımlar başlıqlarda bu qədər çox yer almır. Bir də bir qrup var ki, bu müharibədə ən çox xəsarət alanlar onlar olduğu halda, manşetlərdə onlardan heç bəhs edilmir. Bəli, suriyalı qadınların yaşadıqları çətinliklər kifayət qədər bilinmir. Vətəndaş müharibəsi 200,000 insanın həyatını itirməsinə və milyonlarla insanın həm sevdiklərini, həm də evlərini itirməsinə səbəb oldu. Əllərində qalan isə yalnız xarabalığa çevrilmiş bir ölkədi. Hava hücumları, barel bombaları, kimyəvi silahlar və baş verən müharibənin amansızlığı ürəkləri dağlasa da, qadınların varlığı bir çox insan üçün hələ də ümid işığı olmağa davam edir.

Suriyada bir çox insan anasını, atasını, həyat yoldaşını, qardaşlarını, evini, sosial həyatını, karyerasını itirdi. Son üç il ərzində Suriyadan qaçan 2.8 milyon əhalinin hər beşindən dördü qadın və uşaq idi. BMT-nin hesabatlarına görə, hazırda qonşu ölkələrdə yaşayan 145,000 suriyalı qaçqın ailə artıq qadınlar tərəfindən idarə olunur. Bu ailələrin kişiləri ya öldürülmüş, ya yaralanmış, ya da həbsxanalara atılmışdır. Qərbli bir çox insanın heç əhəmiyyət vermədiyi bu qadınlar bir tərəfdən yaşadıqları bu travmanın üstəsindən gəlməyə çalışır, bir tərəfdən də ailələrinə necə baxacaqlarını və onları necə saxlayacaqlarını düşünürlər.

Ancaq suriyalı qadınların məruz qaldıqları çətinliklər bunlarla da bitmir. Həyatda sahib olduqları hər şeyi itirməyin, kasıblığın və qaçqın kimi yaşamağın çətinlikləri ilə yanaşı, məruz qaldıqları cinsi zorakılıq da başqa bir problemdir. Xüsusilə Suriyada rejim qüvvələri tərəfindən ağlasığmaz rəftara məruz qalırlar. Həbslər, zorla bilinməyən yerlərə aparılmalar, işgəncələr demək olar ki, normal qəbul edilir. Bununla yanaşı bir də həyat yoldaşlarına və ya qardaşlarına təzyiq etmək üçün rejim qüvvələri tərəfindən təqib edilir, bəzən də canlı qalxan olaraq istifadə edilirlər. Çox vaxt əsas göstərilmədən həbsxanaya atılır, bir qismi də edilən işgəncələr nəticəsində həyatını itirir.

Bütün bunlara baxmayaraq, qadınlar yenə də müqavimət göstərir və güclü qalmağı bacarırlar. İordaniyada ailəsi bir qaçqın düşərgəsində qalan 17 yaşlı Mazoun Almellehan bunun ən gözəl nümunələrindən biridir. Hələ kiçik qız olmasına və düşərgədə çox ağır şəraitdə yaşamasına baxmayaraq, üzündəki gülümsəməsi, par-par parlayan gözləri, həyat sevgisi və ətrafına yardım etmək üçün göstərdiyi səy həqiqətən də görülməyə dəyər. Bəlkə də bir çox insanın gücü çatmayacağı qədər böyük cəsarət göstərərək yaşadığı yerdəki kiçik qızları qorumağı qarşısına məqsəd qoyan, onları təcavüzdən, pis rəftardan və təhsil ala bilməməkdən xilas edə bilmək üçün cəhd edir. Bütün bu etdikləri həqiqətən də böyük alqışa layiqdir və Mazoun artıq beynəlxalq cəmiyyətdə “Suriyanın Malalası” olaraq tanınır.

Əlbəttə, Mazoun bu vəziyyətin yeganə nümunəsi deyil. Vətəndaş müharibəsindən əvvəl rejim əleyhinə toplantılar keçirməklə məşhur olan suriyalı qadınlar hazırda humanitar yardım fəaliyyətlərinə diqqət yetirir və ətraflarına yardım toplamaq üçün böyük səy göstərirlər. “Humanitar yardım liderləri”- kimi tanınan bu qadınlar çoxsaylı qaçqın qrupları himayə edən məktəblərə və ya bunun kimi məkanlara rəhbərlik edir, insanlara və uşaqlara təlim-təhsillə bağlı kömək edirlər.

Əlbəttə, bu qadınların qətiyyətini görmək, dünyanın bu insanlara kömək əli uzatma barəsindəki məsuliyyətlərini gözardı etməsinə səbəb olmamalıdır. İkinci Dünya Müharibəsindən, həmçinin Bosniyada, Darfurda və sonradan Ruandada baş verən fəlakətlərdən sonra bütün dünya artıq müharibələrin baş verməməsi üçün ciddi qərar vermişdi. Elə isə niyə bu fəlakətlərin  təkrar baş verməsinə icazə veririk? Niyə yardım əlimizi uzatmırıq? Daha da acınacaqlısı, necə olur ki, dünyanın bəzi bölgələrində suriyalı qaçqınlar ağlasığmaz şəkildə pis rəftara məruz qalır, çox çətinliklə nail olduqları ölkələrin sərhədlərindən geri göndərilir və hətta terrorist münasibəti görürlər. Necə olur ki, avropalı siyasətçi vicdanı heç sızlamadan, “Orada İŞID olduğu üçün uşaqların və qadınların da bombalanması lazımdır” deyə bilir?

Bunu heç vaxt unutmamalıyıq: insan olaraq bizim vicdanı məsuliyyətimiz məruz qaldıqları bütün bu dəhşət mühitinə baxmayaraq, əsalətlərindən heç vaxt güzəşt etməyən suriyalı bacı-qardaşlarımızın içində olduqları bu ağır şəraitdən xilas olmalarına yardım etmək üçün əlimizdən gələni etməkdir.

http://www.gdnonline.com/Details/51175/Syrian-women-still-stand-strong

http://onlykashmir.in/syrian-women-stand-strong-despite-everything/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma