Türkiyə insan hüquqları sahəsində nə qədər inkişaf edib?


turkiye_by_vespertiloBir çox qanun, saziş və normativ aktlarda öz əksini tapmış insan hüquqları bir ölkənin inkişaf səviyyəsini, demokratiya anlayışını, ideologiyasını, yəni yaşamağa əlverişli yer olub-olmadığını göstərən ən mühüm amillərdən biridir. Bu baxımdan insan hüquqları bütün dünyada olduğu kimi, Türkiyədə də ən çox ön plana çıxarılan hüquqi və sosial anlayışlar arasında özünəməxsus yer tutur.

2000-ci illərə qədər Türkiyədə insan hüquqları zəif idi. O dövrdə ölkədə baş verən çevrilişlər və daxili münaqişələr müxtəlif insan hüquqları pozuntularına səbəb olmuşdu. O illərdə hüquqları pozulan insanların ədalətsizlikləri aradan qaldırma imkanları da, demək olar ki, heç olmamışdı.

Həmin dövrdə insan hüquqlarının qorunması və inkişaf etdirilməsi barədə, əlbəttə ki, atılan bəzi müsbət addımlar olmuşdu. Məsələn, 1987-ci ildə vətəndaşların AİHM-ə (Avropa İnsan Haqları Məhkəməsi) müraciət etməsinə icazə verilmişdi. Türkiyə Böyük Millət Məclisinin nəzdində insan hüquqları məsələsində atılan ilk ciddi addım isə 1990-cı ildə İnsan Hüquqları Araşdırma Komissiyasının yaradılması idi. Bundan əlavə, 1992-ci ildə İnsan Hüquqları üzrə Dövlət Nazirliyi təsis edilmişdi. Ancaq Türkiyə vətəndaşlarının və qurumlarının yeni qaydalara öyrəşməsi vaxt almış, digər tərəfdən də 28 fevral dövründə insan hüquqlarının ciddi şəkildə pozulması müsbət nəticələr əldə edilməsinə mane olmuşdu.

1990-cı illərin sonunda isə Türkiyə-Avropa İttifaqı münasibətlərində mühüm irəliləyişlər baş vermişdi. Avropa İttifaqı üzvü olan dövlət və hökumət başçılarının iştirakı ilə 1999-cu ildə baş verən Kopenhagen zirvəsində Türkiyənin “Avropa İttifaqına namizəd ölkə” kimi qəbul edilməsi ölkədə insan hüquqları sahəsində yeni səhifənin açılmasına səbəb olmuşdu.

Bununla yanaşı, 2000-ci illərin əvvəlində ölkədə baş verən iqtisadi böhran o vaxtkı hökumətin diqqətini başlıca olaraq iqtisadiyyata yönləndirməsinə səbəb olmuşdu. Avropa İttifaqı münasibətləri çərçivəsində insan hüquqları sahəsindəki nöqsanları aradan qaldırma məsuliyyəti 2002-ci ildə təkbaşına hakimiyyətə gələn ƏİP-in (Ədalət və İnkişaf Partiyası) üzərinə düşmüşdü.

2001-ci ildə əsas insan hüquqları ilə bağlı Konstitusiyanın 32 maddəsinin dəyişdirilməsindən sonra ƏİP hakimiyyəti dövründə əsas hüquq və azadlıqların təmin edilməsi üçün bir çox islahat keçirilmişdir.

ƏİP təxminən 14 illik iqtidarı dövründə AİHK (Avropa İnsan Hüquqları Konversiyası) hökmləri, AİHM indeksləri və milli proqramı əsasında insan hüquqları sahəsində böyük addımlar atmışdır. Bunların bir qismi bu şəkildədir:

İnsanların təhlükəsizlik, söz azadlığı, toplaşmaq hüququ, mədəni və siyasi həyatda iştirak etmək hüquqları ilə bağlı Konstitusiyada dəyişikliklər edilmişdir.

Mülki Məcəllədə, Cinayət Məcəlləsində və Cinayət Mühakimə İcraatı qanununda müdafiə və insan hüquqlarını gücləndirən tədbirlər həyata keçirilmişdir.

Türkiyənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr daxili hüquqi sənədə çevrilmiş və normalar iyerarxiyasında Konstitusiya səviyyəsində üstünlük qazanmışdır. Fövqəladə halın tətbiq edilməsinə son qoyulmuşdur.

2004-cü ildə ölüm cəzası tam ləğv edildi.

İşgəncə vermə cinayətində məsuliyyətə cəlb etmə müddəti aradan qaldırılmışdır.

Hüquq-mühafizə orqanlarının və terrorla mübarizə aparan qurumların əməkdaşları Avropa əmək və davranış normaları çərçivəsində təlimdən keçmişdir.

Hakimlər, prokurorlar və yerli rəhbərlər də insan hüquqları barədə təhsil almışlar.

Etnik və dini azlıqların azadlıq hüquqları artırılmış və bu məsələdə qanunvericilikdə dəyişikliklər edilmişdir.

 Müharibə və digər fövqəladə hallarda azlıqların və azlıq fondlarının müsadirə edilmiş mülkiyyəti sahiblərinə geri qaytarılmışdır.

 Vətəndaş nüfuzunun hərbi sahələrdə nəzarəti artırılmışdır.

Müxtəlif dil və dialektlərin qarşısındakı bütün maneələr aradan qaldırılmışdır. TRT bazasında ərəb və kürd dilində iki kanal yaradılmışdır.

 Mətbuatın azadlıq imkanlarını artırmaq məqsədilə yeni Mətbuat qanunu hazırlanmışdır.

 Gender bərabərliyinin təmin edilməsi üçün bəzi tədbirlər həyata keçirilmişdir. Qadın-kişi bərabərliyi komissiyası haqqında qanun qüvvəyə minmişdir.

 Siyasi partiyaların bağlanma şərtləri çətinləşdirilmişdir.

 İnanc və ibadət azadlığı artırılmış, hicab qadağası aradan qaldırılmışdır.

 Yeni Fondlar qanunu ilə azlıqlara aid fondların önündəki sosial və hüquqi maneələr aradan qaldırılmışdır.

 Türkiyə Böyük Millət Məclisi “Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən qorunması haqqında” Avropa Şurası konvensiyasını ratifikasiya etmişdir.

 “Ailənin qorunması və qadına qarşı zorakılığın qarşısının alınmasına dair” qanun qüvvəyə minmişdir.

 İnsan hüquqları məsələləri məktəb tədris planına da daxil edilmişdir.

 2012-ci ildə Türkiyə İnsan Hüquqları Qurumu yaradılmış və Türkiyə İnsan Hüquqları Qurumu haqqında qanun qüvvəyə minmişdir. Ölkənin 15-20 il bundan əvvəlki vəziyyətinə baxsaq, insan hüquqları məsələsində xeyli inkişaf etdiyini görərik. Ancaq bu vəziyyət ölkədə insan hüquqlarında bəzi çatışmazlıqların olduğu həqiqətini görməyimizə mane olmur. Qarşımızda həll edilməsi vacib olan problemlər var. Məsələn, ədalət mühakiməsi icraatı müddətləri hələ də çox uzundur. Bu vəziyyət vətəndaşlara maddi və mənəvi ziyan vurur. İnsanların təqsirli və ya təqsirsiz olduqlarını müəyyən etmək üçün məhkəmə prosesləri bəzən on ildən artıq davam edir ki, bu da ölkəyə yaraşmır.

Ölkə hüquqi cəhətdən görülən tədbirlərə baxmayaraq, qadına qarşı zorakılığın qarşısını almaq və təqsirkarları cəzalandırmaq baxımından da nisbətən geri qalıb. Qadın hüquqlarının tətbiqində hələ çox problemlər var. Məsələn, zorakılığa məruz qaldıqda qadınların müraciətlərinin hüquq-mühafizə orqanlarında ciddi qəbul olunmadığına dair çoxlu şikayətlər var. Qadınlara zorakılıq tətbiq edən insanlara qarşı alınan tədbirlər kağız üzərində mövcud olsa da, bunların həyata keçirilməsində ciddi problemlər olur.

İnsanların həyat tərzlərinə müdaxilə olunmaması, söz və ifadə azadlığı məsələlərində mühüm hüquqi tədbirlər alınsa da, faktiki olaraq ortaya çıxan problemlər hələ də tam şəkildə öz həllini tapmayıb.

 ƏİP-in (Ədalət və İnkişaf Partiyası) gələcək üçün qurduğu ideallar və İslama əsaslanan əxlaq anlayışı ölkədə insan hüquqlarının ən qüsursuz şəkildə qorunmasını tələb edir. Buna görə də bir gün belə gecikmədən insan hüquqları ilə bağlı nöqsanların aradan qaldırılması üçün bütün lazımi addımlar atılmalıdır. İslam aləminə nümunə olmaq istəyən Türkiyənin insan hüquqlarını qorumaqda geri qalması, ya da bu mövzudakı bəzi nöqsanlara etinasız yanaşılması əsla yol verilməzdir.

http://www.diplomacypakistan.com/main-front/where-is-turkey-on-the-journey-of-human-rights/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma