Türkiyə-Rusiya dostluğu hədər getməməlidir


rus-turkTürkiyə və Rusiya Atatürkün liderliyindən, Sovet İttifaqının qurulmasından etibarən yaxşı münasibətlərə nail olmuş, iki qonşudan daha çox iki dost ölkədir. Ona görə Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması iki xalqı da dərindən sarsıtmışdır.

Mövzu barədə təhlil aparanlar bu hadisəni bir çox amillə bağladılar. Bu həqiqətən bir zərurət, yoxsa yanlışlıq idi?

Həmin şəxslər bu hadisənin Rusiyanın Suriyada türkmənlərə qarşı hücumlarına görə intiqam olduğunu iddia etdi. Bunun səbəbi Türkiyənin öz qohumlarının yaşadığı bölgələrə qarşı hücumlar məsələsində bir müddətdir ki, Rusiyaya müxtəlif xəbərdarlıqlar etməsi və bombalanan bəzi ərazilərdə radikal ünsürlərin olmadığını ictimaiyyətə təqdim etməsi idi. Mövzu ilə bağlı Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Xarici işlər nazirliyinə çağırılmış, ona Türkmən kəndlərini bombardman etməyin ciddi nəticələrə yol aça biləcəyi bildirilmiş və Rusiyadan əməliyyatı bir an əvvəl bitirməsi istənilmişdi.1 Dolayısilə Türkmən bölgələrinə rus bombardmanı məsələsi Türkiyənin bir müddətdir həssas olduğu bir məsələ idi.

Əgər Rusiya hərbi təyyarəsinin vurulmasındakı məqsəd həqiqətən Rusiyaya gözdağı vermək olsaydı, Türkiyə bunun nəticələrini mütləq görməli idi. Rusiya səhvini başa düşməli və Türkmən bölgələrindən geri çəkilməli idi. Amma bu məsələdən dərhal sonra Rusiya iddia edilənin əksinə türkmən bölgələrini bombalamağı davam etdirmiş, hətta bölgə müxtəlif çəkindirici raketlərlə təchiz olunaraq sanki hava məkanını daraltmış və Türkiyənin bölgədə hərəkət qabiliyyətini məhdudlaşdırmışdır. Bunu proqnozlaşdırmaq isə elə də çətin deyil. Hərbi təyyarənin vurulmasının Türkiyəyə bu mənada bir fayda verməyəcəyi açıqdır. Dolayısilə Türkmən hücumlarına qarşı cavab tədbiri olaraq hərbi təyyarənin vurulması iddiası elə də inandırıcı görünmür.

Belə ki, prezident Ərdoğanın “biz hərbi təyyarənin milliyyətini bilmirdik, Rusiya təyyarəsi olduğunu bilsəydik, vurmazdıq” açıqlaması bunun intiqam olmadığını ortaya qoyur.

Mövzunu təhlil edən bəzi şəxslərin üzərində dayandığı ikinci iddia isə Rusiya və Türkiyənin Suriya vətəndaş müharibəsində fərqli tərəfləri dəstəklədiyinə görə maraqlarının toqquşduğu və bu səbəbdən əvvəl-axır münasibətlərin pozulacağı istiqamətindədir. Əvvəla, bunun üçün 5 il davam edən vətəndaş müharibəsi boyunca gözləmək məntiqsizdir. Bundan başqa, Suriyada həll yolu üçün diplomatik bir addım atılmışdı. Bu diplomatik addımlar çox həyata keçirilməsə də, Vyana anlaşması bəlkə də ən çox Türkiyəni maraqlandıran bir addım olmuşdu. Daha əvvəl Türkiyəni olduqca yaxından maraqlandıran Gürcüstan, Krım və Suriya türkmənləri problemlərini uzlaşma və diplomatiya ilə həll etmiş və bir çox mövzuda fikir ayrılığı içində olsa da yaxşı münasibət qurmağa nail olmuş iki ölkənin anidən Suriya münaqişəsini xatırlayaraq bir-birilərinə qarşı olmaları real deyil.

Bu məlumatlar fonunda vəziyyəti yenidən qiymətləndirdikdə həmin hərəkətin Rusiyaya qarşı yox, milliyyəti məlum olmayan hərbi təyyarəyə qarşı milli sərhədləri qorumağa yönəlmiş bir hərəkət olduğu görünür. Sərhəd pozuntusu məsələsi isə bəzi incəlikləri ehtiva edir:

22 iyun 2012-ci ildə silahsız və tanıtma sistemi açıq bir türk təyyarəsinin Suriya rejimi tərəfindən vurulmasından sonra Türkiyə anqajman qaydalarını dəyişmişdir. Bu qaydalara görə, Suriya ərazilərindən Türkiyə sərhədinə yaxınlaşan hər hansı bir hərbi ünsür təhlükə kimi qiymətləndirilib ona qarşı hərbi hədəf kimi davranılacaqdı.2 Beynəlxalq hüquqa uyğun olan bu qərar haqqında bütün maraqlı ölkələr məlumatlandırılmışdır.

Bəzi analitiklər məsələ ilə bağlı olaraq qərbdə Yunanıstanla bölüşdüyümüz Egey dənizi sərhədini nümunə verirlər. Həqiqətən də Yunanıstanla Türkiyə arasında hava sərhədi pozuntuları tez-tez baş verir və reaktiv təyyarələrin bir-birilərini xəbərdar etmələri və qovmaları adi haldır.3 Lakin mövcud vəziyyətdə Egey dənizi münaqişəsini nümunə vermək doğru yanaşma deyil. O cümlədən 2012-ci ildə dəyişən anqajman qaydaları yalnız Suriya sərhədini əhatə edir. Yəni təyyarə vurmaq və ya qurudan edilən hücumlara qarşılıq vermə hüququ xüsusi olaraq Suriya sərhədi üçün müəyyən edilmiş müstəsna qaydalardır. Belə ki, yeni qaydalar çərçivəsində Suriya Hava Qüvvələrinə məxsus bir Mig-23 hərbi təyyarəsi və bir Mİ-17 vertolyotu vurulmuş, iki dəfə PUA-lara (pilotsuz uçan aparat) müdaxilə edilmişdir.4

Bu məqamda xatırladaq ki, Türkiyənin Suriya sərhədini qorumamaq lüksü yoxdur. Çünki bu bölgədə Türkiyənin və NATO-nun hərbi və iqtisadi əhəmiyyətə malik bir çox obyektləri var. Bu cür sərhəd pozuntuları səbəbindən Türkiyənin sərhədyanı bölgələrində yaşayan bir çox vətəndaşımız həyatını itirmişdir. Beləliklə, Türkiyənin Suriya sərhədinin pozulmasına göz yumması düşünülə bilməz.

Rusiya isə sözügedən pozuntuları ən çox həyata keçirən ölkə xüsusiyyətinə malikdir. Rusiya Suriyada hava hücumlarına 30 sentyabr tarixində başlamış və təkcə yeddi gün ərzində 13 hava sərhədi pozuntusu törətmişdir. Sözügedən pozuntular davam etmiş, 3-4 oktyabr tarixlərində Rusiyanın Ankaradakı səfiri Andrey Karlov xarici işlər nazirliyinə çağırılmış və ona anqajman qaydaları xatırladılmışdır. 16 oktyabr tarixində isə bir rus PUA-sı türk qırıcıları tərəfindən vurulmuşdur. Bu pozuntular Rusiyanın Türkmən məntəqələrinə hücumlarının başlaması ilə artmış, lakin birbaşa ictimaiyyətə açıqlanmamış, rus hərbi rəsmilərlə keçirilən yüksək səviyyəli görüşlərdə nümayəndə heyətlərinin önündə dilə gətirilmişdir.5 Pozuntuların sayının artması ilə Türkiyə ABŞ-dan yardım istəmiş və Su-34-lərlə mübarizə apara biləcək F-15-lər Türkiyənin İncirlik hərbi bazasına gətirilmişdir. Bu tip pozuntular tez-tez baş verməsinə baxmayaraq, hər dəfə dost ölkə Rusiya ilə razılıq yoluna getmişdir.

Dolayısilə bu mərhələdə bütün xəbərdarlıqlara baxmayaraq, bir ölkənin hava sərhədini müntəzəm olaraq pozma halı var ki, bu vəziyyət həmin ölkənin liderini çətin vəziyyətə salır. Həmin ölkə öz sərhədlərinə hakim ola bilmir vəziyyətinə düşür. Amma bunun qarşılığı təyyarə vurmaqmı olmalıdır? Əlbəttə ki, xeyr.

Anqajman qaydalarının müharibə şərtlərinə yüksəldilməsi beynəlxalq hüquqda qəbul edilsə də, bir hərbi təyyarənin vurulması həm pilotların, həm də yerdəkilərin həyatını təhdid edir. Dolayısıyla belə bir şeyi qəbul etməyimiz mümkün deyil. Burada əhəmiyyətli olan beynəlxalq hüquqa görə hər hansı bir yanlışlığın edilmədiyi və Rusiyaya qarşı ədavətin olmadığını vurğulamaqdır. Belə ki, NATO, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Hollandiya kimi ölkələr anqajmanın həyata keçirilməsində hər hansı bir qanun pozuntusunun olmadığını bildirdilər.7

İçində olduğumuz dövr həssas dövrdür. Liderlərin sərt sözlərdən çəkinməsi, sonradan peşmançılıq gətirəcək qəzəbli tondan uzaq olmaları şərtdir. Rusiyanın digər dövlətlər tərəfindən təkləmə siyasətinə qarşı uzun zamandır yazılarım və bəyanatlarımla qarşı çıxdığım məlumdur. Sərt sözlər bu təkləmənin dünya miqyasında güclənməsinə yol aça bilər. İstəyimiz bu deyil. Hər iki tərəfdə də analitiklərin məsuliyyətli davranmaları, sevgi və sülh dilindən istifadə etmələri, qəzəb və nifrət dilindən uzaq durmaları lazımdır. Qəzəbli sözlərin sonradan bərpası çətindir. Belə sözlərin cahil, sevgisiz, intiqamı sevən insanları nəzarətdən çıxara biləcəyi və hər iki cəmiyyətə da böyük zərər verəcəyi unudulmamalıdır. Sülh insanları bu mərhələdə aktiv olmalıdırlar.

Türklər və ruslar münaqişə istəmirlər. Rus qəzetlərində verdiyimiz sülh mesajlarının çox diqqət çəkməsinin ən böyük səbəblərindən biri də budur.8 Türkiyə Rusiyanın İslam dünyası ilə olan dialoqunun artması üçün əhəmiyyətli bir qapıdır. Putinin ağıllı siyasəti isə bu münasibətləri gücləndirib. Rusiya ilə əldə etdiyimiz bu dəyərli dostluq bərpası mümkün olmayacaq sərt sözlərlə hədər getməməlidir.

1.http://www.reuters.com/article/2015/11/20/us-mideast-crisis-syria-turkey-russia-idUSKCN0T91MO20151120#BD3b3xCOL0ybS2i4.97
2.https://en.wikipedia.org/wiki/Syrian%E2%80%93Turkish_border_clashes_
3.https://en.wikipedia.org/wiki/Aegean_dispute
4.http://kokpit.aero/su24-krizi-sorular-cevaplar-analiz
5.http://www.yenicaggazetesi.com.tr/rus-ucaklarinin-ihlal-ler-inden-sonra-36391yy.htm
6.http://www.aa.com.tr/tr/dunya/uluslararasi-toplumdan-turkiyeye-destek/481809
7. http://www.pravdareport.com/opinion/columnists/26-11-2015/132707-turkey_russia-0/

Adnan Oktarın «The Jerusalem Post»da dərc edilən məqaləsi:

http://live.jpost.com/Opinion/The-friendship-between-Russia-and-Turkey-must-not-be-frittered-away-436041

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma