Miqrantlara qucaq açmaq

refugees-hungary-p_3432984kSon 5 il ərzində dünya miqyasında miqrant problemi geniş vüsət aldı. Bunun çoxu da Türkiyənin yaxınlığında Ərəb Baharı ilə birlikdə baş verən xalq hərəkatlarına verilən sərt cavablardan sonra baş verdi. Yəmən, Liviya, İraq, Əfqanıstan, Eritreya və Suriyadakı vətəndaş müharibələri nəticəsində milyonlarla insan evlərini, yurdlarını, ailələrini, dostlarını, mallarını, mülklərini geridə qoyub xarici ölkələrə sığınmaq məcburiyyətində qaldı.

Aralarında kiçik uşaqlar, hətta südəmər körpələr, qadınlar və qocalar olan bu məzlum insanların bəziləri soyuq havaya, yağışa və palçığa baxmayaraq, həyatını xilas etmək üçün arxasına baxmadan qaçdı. Bəzisi heç bir əşya götürmədən, təkcə üzərindəki geyimlə köhnə gəmilərə, katerlərə minərək qeyri-müəyyənə doğru səfərə çıxdı. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) hesabatına görə, dünyadakı ümumi miqrant sayı 2014-ci ilin sonuna olan rəqəmlərə görə, 60 milyona çatıb. [i]

Doğma vətənlərini, böyüyüb boya-başa çatdıqları torpaqları və öyrəşdikləri hər şeyi geridə qoyaraq tamamilə başqa torpaqlara köç etmək məcburiyyətində qalmış 60 milyon insan… Oxumağa davam et

Suriyalı qadınlar hər şəyə baxmayaraq, güclüdür

alman_dergisinden_turkiye_ye_iftira_suriyeli_kadinin_fiyati_5_bin_tl_h23609_a05ebSuriya vətəndaş müharibəsi son beş ildir xəbər başlıqlarından heç düşmür. Ancaq bu da bir həqiqətdir ki, Suriya xalqının ehtiyacı olan yardımlar başlıqlarda bu qədər çox yer almır. Bir də bir qrup var ki, bu müharibədə ən çox xəsarət alanlar onlar olduğu halda, manşetlərdə onlardan heç bəhs edilmir. Bəli, suriyalı qadınların yaşadıqları çətinliklər kifayət qədər bilinmir. Vətəndaş müharibəsi 200,000 insanın həyatını itirməsinə və milyonlarla insanın həm sevdiklərini, həm də evlərini itirməsinə səbəb oldu. Əllərində qalan isə yalnız xarabalığa çevrilmiş bir ölkədi. Hava hücumları, barel bombaları, kimyəvi silahlar və baş verən müharibənin amansızlığı ürəkləri dağlasa da, qadınların varlığı bir çox insan üçün hələ də ümid işığı olmağa davam edir.

Suriyada bir çox insan anasını, atasını, həyat yoldaşını, qardaşlarını, evini, sosial həyatını, karyerasını itirdi. Son üç il ərzində Suriyadan qaçan 2.8 milyon əhalinin hər beşindən dördü qadın və uşaq idi. BMT-nin hesabatlarına görə, hazırda qonşu ölkələrdə yaşayan 145,000 suriyalı qaçqın ailə artıq qadınlar tərəfindən idarə olunur. Bu ailələrin kişiləri ya öldürülmüş, ya yaralanmış, ya da həbsxanalara atılmışdır. Qərbli bir çox insanın heç əhəmiyyət vermədiyi bu qadınlar bir tərəfdən yaşadıqları bu travmanın üstəsindən gəlməyə çalışır, bir tərəfdən də ailələrinə necə baxacaqlarını və onları necə saxlayacaqlarını düşünürlər. Oxumağa davam et

İngilis dərin dövlətinin 135 illik Türkiyəni “parçala və hökmranlıq et” siyasəti və PKK

pkkTürkiyə bir tərəfdən cənub-şərqində cümhuriyyət tarixinin ən böyük separatçı qüvvəsi ilə üzləşib, digər tərəfdən də cənub qonşuları İraq və Suriyadakı daxili münaqişələrdən ciddi şəkildə təsirlənir.

Bu münaqişə və müharibələr dünya ictimaiyyəti tərəfindən qarşısı alınmaq əvəzinə gizli güclərin dəstəyi ilə daha da alovlandırılır. 100 il əvvəl Türkiyəni Sevr müqaviləsi ilə bölə bilməyən dərin dünya dövləti də bölgədəki qarışıqlıqları qızışdırır. Nəticə etibarilə “parçala və hökmranlıq et” siyasəti ilə ölkəni parçalamaq məqsədi güdən plan heç vaxt gündəmdən düşmədi.

Bu hiyləgər plan “Böyük Yaxın Şərq Layihəsi” çərçivəsində dəstəklənir. Polkovnik-leytenant Ralf Piterin “qanla çəkiləcəyini bildirdiyi yeni Yaxın Şərq sərhədləri” xəyalı üçün bölgədəki bir çox ünsürdən faydalanırlar. [i] Bu məqsədlə beynəlxalq dairələr Suriyadakı kommunist Bəəs rejimindən, İraqdakı xurafatçı cərəyanlardan bölgəni qan gölünə çevirmək üçün istifadə edir. Bunlarla yanaşı, bütün gizli qüvvələrlə həmrəy olan, ehtimal olunan Armaqedonda Türkiyə və müsəlmanlar əleyhində döyüşəcəyini elan edən və cinayətdə sərhəd tanımayan PKK da ən münasib taşeron terror təşkilatı kimi qarşımıza çıxır. [ii]

PKK Anadoludakı min illik İslam qardaşlığına, milli-mənəvi dəyərlərə təcavüz edir, nifrəti yayır, terror tətbiq edir. Oxumağa davam et

İslamın mənfəətlərini önəmli görməyən, qorxaq, öz mənfəətini düşünən və çətinliyə girməyən müsəlmanlar

qorxaq muselmanSəmimi olaraq vicdanınızın səsinə qulaq asın və düşünün.

İnsanlar doğulur, böyüyür, təhsil alır, iş həyatına atılır, evlənir, oğul-uşaq sahibi olur, bu arada gücü çatdığı qədər pul və nüfuz qazanmağa çalışır, sonra uşaqlarını evləndirir, nəvə sahibi olur, ölür. Daha sonra uşaqları, nəvələri də oxşar həyatı yaşayır və ölür. Sizcə dünyaya gəliş məqsədimiz budur?

Təbii ki, deyil. Ancaq din əxlaqından uzaq yaşayan insanların böyük bir qisminin həyat anlayışları bununla məhduddur. Hər kəs üçün həyat şərtləri dəyişsə də, bu əzbərlənmiş sıralamanı yaşayır və ölür. Bu zaman həyatlarındakı ən böyük nöqsanı görmür, dünyaya gəliş məqsədlərini düşünmürlər. Bu ən böyük çatışmazlığı görə bilmədiklərinə görə, iş yerlərində, təhsildə uğurlu olsalar belə, çətinliklərinə, əzablarına nəyin səbəb olduğunu da dərk etmirlər. Oxumağa davam et

New Age (Yeni Əsr) imperializmi

4020483_origTarix boyu böyük və güclü ölkələrin öz rifah və zənginliklərini yüksək səviyyəyə çatdırmaq üçün daha zəif ölkələr üzərində hakimiyyət qurma arzusu müstəmləkəçilik hərəkatını ortaya çıxardı. Müstəmləkəçi ölkələr işğal etdikləri ölkələrin insan resurslarını, işçi qüvvəsini, təbii sərvətlərini və bazarlarını ələ keçirdilər. Qurduqları müstəmləkə rejiminə müqavimət göstərməmələri və maraq sistemlərinə zərər verməmələri üçün də yerli xalqları, onların hər cür sosial, mədəni və dini həmrəyliyini ciddi təzyiq altında saxladılar.

XVI əsrdə başlayan müstəmləkəçilik dövrü ərzində Fransa, İngiltərə, Hollandiya kimi ölkələr qoşun göndərdikləri müxtəlif Afrika, Asiya və Sakit Okean hövzəsi ölkələrində koloniya dövlətləri qurdular. Daha sonra həmin ərazilərə öz rəhbərlərini və qurumlarını yerləşdirməklə yerli xalqları öz maraqlarına xidmət etdirəcək planlar qurdular.

XIX əsrin sonları – XX əsrin əvvəllərində Avropada başlayan və bütün dünyaya yayılan milli dövlət anlayışının təsiri ilə müstəmləkəçilik hərəkatı mərhələli olaraq sona çatdı. Ancaq I və II Dünya Müharibəsi dövründə qlobal güc nisbətlərinin yenidən formalaşması, ad olaraq artıq mövcud olmayan, ancaq anlayış olaraq heç vaxt yox olmamış müstəmləkəçiliyin fərqli növlərini gündəmə gətirdi. Oxumağa davam et

Sünni-şiə düşmənçiliyi yoxdur, ancaq provokasiya var

vehdet-616x320Dərin qlobal güclərin İslam aləmini kiçik, gücsüz və təsirsiz hissələrə bölmə planı çərçivəsində əl atdıqları üsulların ən hiyləgər və təhlükəli olanlarından biri şübhəsiz ki, məzhəb ayrı-seçkiliyinin qızışdırılmasıdır.

Yaxın dövrdə Səudiyyə Ərəbistanı, Küveyt, Pakistan, Banqladeş, Yəmən kimi müxtəlif İslam ölkələrində aparılan məzhəb yönümlü qanlı provokatif hərəkətlər bu hiyləgər üsulun hər an qüvvədə olduğunu bizlərə bir daha göstərdi.

Bu cür təxribatlarla şiə və sünnilər arasında yaradılan süni düşmənçilik və qarşıdurma mühitinin miqyasını genişləndirərək bütün İslam aləminə yaymaq istəyirlər. Son aylarda baş verən bu məzhəb mənşəli provokatif hərəkətlərdən bəzi nümunələr bu şəkildədir:

Ötən may ayında Səudiyyə Ərəbistanının Qatif şəhərindəki şiə məscidinə təşkil olunan hücumda 21 nəfər şəhid oldu, onlarla insan da yaralandı. Bundan bir həftə sonra yenə başqa bir şiə məscidinə təşkil edilən bombalı intihar hücumunda ən az dörd müsəlmanın şəhid olduğu bildirildi. Oxumağa davam et

Avropa İttifaqı birlik olmada nə qədər uğurludur?

55eefad1c461885f6b8b457cAvropa İttifaqının elan edildiyi 1993-cü il Maastrixt sazişi ilə 12 ölkə Avropa xalqlarını birləşdirmək və ümumi problemlərə həll yolu tapmaq məqsədilə siyasi birlik halına gəldi. Vahid konstitusiya, vahid pul vahidi, mərkəzi icra və qanunverici orqanları birliyi gücləndirdi. 4-ci Böyümə ilə Avstriya, İsveç və Finlandiya, 5, 6 və 7-ci Böyümə ilə keçmiş Şərq Bloku ölkələri Avropa İttifaqına qatıldı. Avropa İttifaqı 28 ölkə, 500 milyon insan, 20 trilyon dollara yaxın bir iqtisadiyyatı ilə dünyanın sayılan güclərindən biri oldu.

Halbuki Avropa İttifaqının bu nəhəng maddi gücdəki siyasi birliyi sosial və mədəni həmrəyliklə lazımi qədər dəstəklənmədi. Bütün Avropa İttifaqı xalqlarını birləşdirən ortaq dəyərlər zənciri yaratmadı. Avropa cəmiyyətinin ümumi rifah, əmin-amanlıq və xoşbəxtlik səviyyəsini yüksəldəcək, ədalət və bərabərlik anlayışlarını bütün Avropa İttifaqına çatdıracaq addımlar kifayət qədər olmadı.

Bunun ən vacib səbəblərindən biri iki əsas blok arasında İttifaqın qurulmasından etibarən davam edən mübahisə oldu. Bu bloklar Fransa və Almaniya rəhbərliyindəki qitə Avropası ilə İngiltərə və İtaliyanın rəhbərliyindəki Avropanın sahilyanı bölgəsi idi. İttifaq daxilindəki bu ayrılıq və çəkişmə 2008-ci il iqtisadi böhranında İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa İttifaqı üzvlərinin maliyyə böhranı ilə üzləşmələrində mühüm rol oynadı. Oxumağa davam et

Terrorizm ancaq maarifləndirmə ilə məğlub edilə bilər

images (1)Başlanğıcı çox qədimlərə gedib çıxsa da, 11 sentyabr hücumu islamofobiya anlayışı üçün milad olaraq qəbul edilir. Bu təcavüz istər ABŞ, istərsə də dünyada şok təsiri yaratdı. Bu tarixdən sonra dünyadakı bütün tarazlıqların dəyişəcəyi hələ hücumun baş verdiyi ilk gündən məlum olmuşdu. Bu tarixdən sonra İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik mövqeyi Qərb ölkələrində aqressiv şəkildə yayılmağa başladı. Bu prosesdə müsəlmanlara qarşı zorakılıq hücumlarının sayında gözəçarpacaq dərəcədə artım oldu.

Ancaq bütün bu reaksiya və təzyiqlərə baxmayaraq, hələ də milyonlarla müsəlman Qərb ölkələrində ictimai həyata adaptasiya olaraq həyatına davam etməyə çalışır. Müsəlmanların Qərb ölkələrindəki həyatlarını araşdıraraq mühüm nəticələrə nail olan müxtəlif hesabatlar tez-tez müvafiq təşkilatlar tərəfindən nəşr olunur. Ancaq bu tədqiqatların nəticələri adətən akademik səviyyədə qalır və cəmiyyət arasında çox eşidilmir. Bu səbəbdən islamofobiyanın qarşısının alınmasında çox təsirli ola biləcək bu kimi mühüm məlumatlar statistik məlumatlar olmaqdan uzağa getmir.

Bu tədqiqatlar bizə mühüm həqiqəti göstərir: müsəlmanlar yaşadıqları cəmiyyətlərə uyğunlaşmaq üçün böyük əmək sərf edir və özlərini yaşadıqları cəmiyyətin bir hissəsi kimi görmək meyilləri çox yüksəkdir. Oxumağa davam et

Vətəndaş müharibəsinin digər bir üsulu: aclığa tərk etmək

CWDd5QAWoAES9pKMüharibə hər cür dəhşətli hadisənin etinasızca həyata keçirildiyi kriminal mühitdir. Müharibə hüququ və müharibə əxlaqı kimi terminlər bu cinayəti yüngülləşdirən izahlar kimi görünsə də əslində insan öldürməyin heç bir hüquqi tərəfinin olmadığı gerçəyini aradan qaldırmır. Bu həqiqətə baxmayaraq, 21-ci əsr müharibənin nə qədər azğınlaşacağını, nə qədər əxlaqsızlaşıb zalımlaşacağını, insanları necə ruhsuz və vicdansız hala gətirəcəyini bütün dünyaya kifayət qədər nümayiş etdirdi.

Tolstoyun müharibə ilə bağlı bir sözü müharibələrdə insanlar ölərkən digərlərinin nələr hiss etdiklərini maraqlı formada açıqlayır:

«Müharibə hər zaman diqqətimi cəlb etmişdir. Burada böyük generallar tərəfindən edilən manevrlər mənasındakı müharibə yox, müharibənin reallığı, insanı birbaşa olaraq öldürmək idi diqqətimi çəkən. Austerlits və Borodinodaki orduların necə təşkil edildiyindən çox, bir əsgərin digərini necə və hansı hissin təsiri altında öldürməsi diqqətimi çəkirdi». Oxumağa davam et

Terrorla mübarizə özü-özünə mane olur?

war-on-terror_e0dc5Qərb dünyası 11 sentyabr 2001-ci il tarixindən etibarən heç gözləmədiyi şəkildə terror hücumları ilə qarşılaşdı. Bu hücumlar ABŞ və Avropa dövlətlərini dərindən sarsıtdı. 11 sentyabrdan sonra ABŞ rəhbərliyi Corc Buş başda olmaqla terrorla qlobal mübarizə konsepsiyasına başladı. Oxşar hücumların qarşısını almaq məqsədi ilə bir çox qanun və fərman qəbul edildi. Ancaq bu gün mövcud vəziyyət odur ki, ABŞ-da bir çox düşüncə təşkilatı 11 sentyabrdan sonrakı siyasəti tənqid edir. Çünki baş verən hadisələr onu göstərir ki, dünya 2001-ci ilə görə daha təhlükəlidir.

14 ildə 300-ə yaxın terror hücumunda on minlərlə günahsız insan həyatını itirdi. Dünya miqyasında fəaliyyət göstərən terror təşkilatlarının sayı 150-dən çoxdur. Hücumlardan sonra dövlətlər özlərinə görə müəyyən tədbirlər aldı. Bu dövrdə konstitusion hüquqlar tapdandı, söz və səyahət azadlıqları məhdudlaşdırdı. Milyonlarla məzlum insan haqsız yerə təqib edildi, bir qismi də həbs olundu. Milyardlarla dollar bu istiqamətdə görüləcək əlavə təhlükəsizlik tədbirlərinə xərcləndi. Bütün bunların nəticəsində də başda ABŞ olmaqla Qərb dünyasında insan hüquqlarının həyata keçirilməsi qeyri-mümkün oldu. Oxumağa davam et

Qılınc balığındakı hikmətli yaradılış nümunələri

Sürətli üzə bilmələrinin səbəbi bədən quruluşlarıdır:01swordfish.adapt.1190.1

Qılınc balıqlarının bədən forması sualtı silah kimi istifadə edilən bombaya bənzəyir. Kürək üzgəcinin ön tərəfi oraq formasında və yüksək olub, sinə üzgəcləri uzun, iti və qarnına yaxın yerləşmişdir. Quyruğunun yan tərəflərində uzunlamasına bir xəncər var. Quyruq üzgəci oraq formasında olub, çox güclüdür. Gövdəsi qabarcıqlarla örtülmüşdür və qarın üzgəcləri yoxdur. Balığın malik olduğu bu xüsusiyyətlər, əslində, onun sürətlə üzməsi üçün yaradılmışdır. Belə ki, bu canlı saatda 96 km sürətlə üzür və 60 saniyədə 1.500 metr məsafəni qət edir. Qılınc balığının malik olduğu bu xüsusiyyət insanlara heyvanlardakı möhtəşəm yaradılış dəlillərini görmək və bu vasitə ilə Allah’ın qüdrətini haqqı ilə təqdir edib, Onu təriflə ucaltmaq üçün kifayətdir. Bir ayədə Rəbbimizin yaratma elmi belə xəbər verilmişdir:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (Nur surəsi, 45) Oxumağa davam et

Mikro elektrik açarlarına ilham mənbəyi olan palma böcəkləri

red_palm_weevil-2_small1Bu gün bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi layihələrinə başlamazdan əvvəl canlılardakı nümunələri araşdırır, onlardakı sistemləri və dizaynları təqlid edirlər. Başqa sözlə, elm adamları Allah`ın təbiətdə yaratdığı sistemləri tədqiq edir və bunlardan ilham alaraq yeni texnologiya məhsulları icad edirlər. Palma böcəkləri də elm adamlarına ilham verən minlərlə canlıdan biridir.

Xüsusilə son illərdə təbiətdəki üstün yaradılış dəlilləri elm adamlarına texnoloji irəliləyişdə ilham mənbəyi olur. Kornel Universitetində Kimya və Biomolekulyar Mühəndislik fakültəsindən professor Pol Stin (Paul Steen) tərəfindən dizayn olunan mikro elektrik açarları bu nümunələrdən biridir. Palma böcəklərindən ilham alaraq son texnologiya ilə istehsal olunmuş bu elektrik açarları mikron səviyyəsi adlandırılan metrin milyonda birinə bərabər ölçüdə öz-özünə işləyə bilir. Oxumağa davam et