Edam cəzası: ədalətsiz «ədalət»


olum hokmuEdam cəzası tarixin qaranlıq səhifələrindən gələn insanlıq ayıbı kimi dövrümüzdə hələ də tətbiq edilir. Bu cəza keçmişdəki qaranlıq dövrlərdən qalan, haqsız, ədalətsiz və sevgisiz üsuldur. Dünya xalqları yüzlərlə il dövlətlərin, kralların, hökmdarların, fironların, inkvizisiya keşişlərinin əli ilə törədilən cinayətlərə şahid olmuşdur. 21-ci əsrdə isə müasir hüquq-mühafizə qurumları artıq bu geri dönüşü olmayan cəzanı tətbiq etməkdən imtina etməlidirlər.

Edam cəzası dövrümüzdə BMT-yə üzv olan 102 ölkənin qanunvericiliyindən çıxarılmışdır. 7 ölkə edam cəzasını yalnız müharibə dövrü cinayətləri üçün tətbiq edir, 50 ölkənin isə qanunvericiliyində mövcud olmasına baxmayaraq, faktiki olaraq praktikada 10 ildir ki, tətbiq edilmir. 37 ölkənin isə həm qanunlarında, həm də praktikasında edam cəzası mövcuddur. Bu 37 ölkə arasında ABŞ, Yaponiya, Tayvan və Sinqapur sənaye ölkələridir. Belarus istisna olmaqla heç bir Avropa ölkəsi edam cəzasını tətbiq etmir.

2014-cü ildə dünyada 1652 edam cəzası tətbiq edilmiş, bunların 1000-dən çoxu kommunist Çin dövləti tərəfindən həyata keçirilmişdir. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmən və Şimali Koreya ərazisində edam edilmişdir.

ABŞ-da başda Texas, Oklahoma və Corcia olmaqla 31 ştatda edam cəzası tətbiq edilir. ABŞ-da son 40 ildə 1422 nəfər edam edilib. 3000 nəfər isə edam edilmək üçün gözləyir. Şübhəsiz ki, bir çox mövzuda müasir Qərb dünyasının lideri olan ABŞ öz xalqına qarşı da şəfqətlə yanaşmalıdır.

Amerika tarixi bu mövzuda utancla yad ediləcək bir çox insanlıq ayıbı ilə doludur. Ölkənin quruluşundan etibarən 20.000 nəfər edam edilib. Xüsusilə ABŞ-ın qərbə doğru genişlənməsinin ardından yeni yaradılan ştatlar edam cəzasını geniş miqyasda tətbiq etdilər. Qərbdəki qanunsuzluğun da təsiri ilə oğurluq, təcavüz, qətl, qarət kimi bir çox cinayətə görə edam cəzası tətbiq edilirdi. Qanunsuzluq artdıqca hakimlər daha da mərhəmətsiz olurdu. Edam cəzası ədaləti təmin etmək üçün deyil, şəhərlərə nizam gətirmək üçün tətbiq olunan hökm halına gəlmişdi. Eyni dövrdə ölkənin cənub əyalətlərində də xalq məhkəmələri və kütləvi edamlar gündəlik həyatın bir hissəsi oldu. 1882-1920 illər arasında 4742 nəfər məhkəməsiz edam edildi. Bu insanların 3345-i isə vətəndaş müharibəsindən sonra asılan, yandırılan, çarmıxa çəkilən və ya döyülərək öldürülən zənci amerikalılar idi.

Şübhəsiz ki, 21-ci əsr artıq bu edam anlayışının çoxdan başa çatmalı olduğu bir dövrdür. Cəzalar xalqı zəbt etməyi hədəfləyən intiqam vasitəsi olmaqdan çıxmalıdır. Ədaləti təmin edən, cinayətkarı öldürməyi yox, islah edərək cəmiyyətə qazandırmağı hədəfləyən proqramlar olmalıdır.

Bununla yanaşı, edam cəzası tarix boyunca dövrlərə, cəmiyyətlərə, mədəniyyətlərə, sosial-iqtisadi vəziyyətə görə dəyişən bir üsuldur. Tarixdə ölümlə cəzalandırılan bir çox cinayət müasir cəmiyyətlə birlikdə aradan qalxmışdır. Bu səbəbdən hər hansı bir cinayətin ölüm cəzasına layiq olduğunu iddia etmək yanlışdır. Orta əsrlərdə inkvizisiya məhkəmələri işgəncə ilə əldə edilən etiraflara əsaslanaraq on minlərlə günahsız insanı yandıraraq edam etmişdir. Hətta çox yaxın bir dövrdə dövrümüzdən 300 il əvvəl belə ABŞ-ın Massaçusets ştatında 24 nəfər sehrbaz olduqları üçün edam edilmişdir. Halbuki bu gün cinayət hüququnda bu cinayətlərin adı belə keçmir.

Məhkəmə prosesləri çox vaxt çaşdırıcı və istiqamətvericidir. Bir çox məhkumluq orta və çətin qəbul edilə bilən dəlillərə əsaslanır. Təhqiqat texnologiyaları tədricən dəyişir. ABŞ-ın Federal Təhqiqat Bürosu 2000-ci illərdən əvvələ aid 3.000 cinayət işinin yenidən araşdırılması nəticəsində işlərin 90%-də tədqiqatçıların gəldiyi nəticələrin səhv olduğunu müəyyən etmişdir. Andlı iclasçılar sistemi də bənzər şəkildə xətaya çox açıq mühakimə etmə üsuludur. Verilən ölüm hökmləri andlı iclasçıların şəxsi ön mühakimələri, böyüdükləri mühit, etnik mənsubiyyətləri, cinsiyyət və yaşlarından asılı olaraq dəyişən nisbi qərarlardır.

Bundan başqa, edam qərarları ABŞ-da getdikcə irqçi hal alıb. Zənci amerikalılar əhalinin yalnız 12%-ni təşkil etməsinə baxmayaraq, edam olunanların 41%-ni təşkil edir. Statistikalar göstərir ki, məhkum olunmuş insan ağ dərili olduqda cəza daha asan həyata keçirilir. Edam cəzası tətbiq edilərkən yoxsullara, azlıqlara, etnik və dini icma üzvlərinə qarşı ədalətsiz münasibət göstərilir.

Bir insana “peşman olmaq” və “özünü islah etmə” imkanı verməyən bu ədalətsiz ölüm cəzası “böyük səhv etdik” deməklə kompensasiya edilə biləcək bir qərar deyil. 1973-cü ildən etibarən 156 edam cəzası almış məhkum təqsirsiz hesab edilərək azadlığa buraxılmışdır. Bu insanların bir çoxu on illərlə haqsız yerə həbsdə qalmışdır. Günahsız bir insanı dövlət əli ilə öldürmək vəhşilikdir. Dövləti qatillərlə eyni əxlaqi mövqeyə gətirir.

Ölüm cəzasının cinayət nisbətini azaldacağı inancı da çox yanlışdır. Ölüm cəzasının ləğv edildiyi ştatlarda cinayətlərdə artım olmamışdır. 2009-cu ildə kriminalistlər arasında aparılan bir araşdırmaya qatılanların 88%-i ölüm cəzasının cinayətlərin qarşısını almadığını düşündüklərini bildirmişlər.

ABŞ-dakı məhkumların 5%-nin təqsirsiz olduğu təxmin edilir. Bu hər il 10.000 insanın haqsız yerə məhkum edilməsi deməkdir. Başqa bir araşdırma isə edam məhkumlarının 4,1%-nin təqsirsiz olduğunu göstərir. Eyni araşdırma həmçinin 1973-cü ildən etibarən 340 təqsirsiz insanın edam edildiyini göstərir.

1992-ci ildə yaradılan “Innocence Project” hərəkatı bu günə qədər təqsirsiz yerə məhkum edilən 329 nəfərin azadlığa çıxmasını təmin etmişdir. Bunların 18-i edam edilməyi gözləyən məhkumlar idi. Azad olunanların 28-i daha ağır cəza almalarının qarşısını almaq üçün günahkar olduqlarını qəbul etmişdilər. Şübhəsiz ki, bu cür səhvlərlə məsum insanları ölüm sırasına qoymaq geri dönüşü mümkünsüz xətalara və ədalətsizliyə səbəb olacaq. Aydındır ki, ölüm cəzasının bərpası yoxdur.

ABŞ-da edam cəzalarının daha az tətbiq edilməsi bəzi təbəqələrdə narazılıq doğurur. 1999-cu ildə ABŞ-da 98 nəfər edam edilərkən, 2014-cü ildə bu rəqəm 19-a düşmüşdür. Buna baxmayaraq, edamı gündəmə gətirməyən valilər tənqid edilir, həbsxanalardakı ölüm kameralarından məsul olan məmurlar otaqların getdikcə daha az istifadə edilməsindən şikayət edirlər. Edam cəzası xalqın hələ də 70%-dən dəstək görür.

Halbuki ABŞ-ın ölüm hökmünü aradan qaldırma mövzusundakı səyləri bütün dünyaya nümunə olmalıdır. Siyasətçilər və hüquq-mühafizə orqanları məsuliyyətli davranmalıdır. Edam cəzası bir qisas metodu deyil. İnsanlar səhv edə biləcəkləri üçün insanların haqsız yerə edam edilmə ehtimalının qarşısı heç vaxt qəti şəkildə alına bilməyəcək. Halbuki bir insanın belə haqsız yerə edam edilməsi dövlət əli ilə edilən cinayətdir.

BMT çətiri altında ölüm hökmü əleyhinə bir proqram başlatmaq lazımdır. ABŞ prezidentlərinə yaraşan da bu kampaniyanın təşəbbüskarı olmaqdır. Unudulmamalıdır ki, cinayətkarlığı azaldacaq ölüm cəzası deyil, maarifləndirmədir. Heç bir ölüm cəzası vicdanın təsirinin yerini tuta bilməz.

http://www.pravdareport.com/society/stories/01-02-2016/133218-death_penalty-0/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma