Qərb ölkələri miqrantları niyə qəbul etmək istəmir?


 

Suriyadakı vətəndaş müharibəsindən qaçan milyonlarla insan həyatlarını xilas etmək üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar.

Məlum olduğu kimi, Türkiyə ən çox – təqribən 2,4 milyon qaçqını ölkəsində himayə edir. Türkiyə qaçqınlara sahib çıxıb, onları sanki öz evlərindəki kimi qonaq edir.

Qərb dünyasının miqrantlar məsələsindəki mövqeyi isə Türkiyədən çox fərqlidir. Avropa və Amerika sanki miqrantları görmür. Öldürülməkdən qaçan bu biçarə insanları köməksiz qoyub onlara qapılarını bağlamağa çalışır. Mərhəmətin və ədalətin beşiyi olduğunu iddia edən Avropanın miqrantlara qarşı etdikləri vicdanları sızlatmağa davam edir.

Görünüşdə təhlükəsizlik, iqtisadi səbəblər, işsizlik problemi kimi arqumentlər irəli sürülsə də, Qərbin miqrantları qəbul etmək istəməməsinin ən mühüm səbəblərindən biri də getdikcə artan müsəlman əleyhdarlığıdır. Belə ki, bu əleyhdarlıq artıq yüksək səslə dilə gətirilir.

Macarıstanın Baş naziri Viktor Orbanın alman «Frankfurter Allgemeine Zeitung» qəzeti üçün qələmə aldığı məqaləsində işlətdiyi ifadələr bu vəziyyətin ən bariz nümunələrindən biridir. Orban həmin məqaləsində “ölkəsinin Avropanın xristian köklərini təhdid edən miqrantlar tərəfindən zəbt edildiyini” bildirir. [1]

Macarıstanın Baş naziri Viktor Orban yaşanan miqrant böhranını müzakirə etmək üçün Avropa parlamentinin sədri Martin Şults ilə keçirdiyi görüşdən sonra verdiyi mətbuat konfransında da Avropanın miqrantlara qapılarını açmasının əxlaqi arqument olmadığını söyləmiş və onlara müraciət edərək, «Xahiş edirəm gəlməyin. Türkiyə təhlükəsiz ölkədir, orada qalın. Ailələr, uşaqlar və özünüz üçün orada qalmağınız daha yaxşıdır” deyə bildirmişdir. [2]

Danimarka hökumətinin etdiyi də Macarıstandan fərqli deyil. Danimarka miqrantların ora gəlmək istəyini ağıllarına belə gətirməsini istəmir. Bu səbəbdən Yaxın Şərq ölkələrində yayımı olan bəzi təşkilatlara “Əsla bizə gəlməyin, xoş rəftar görməz, sonra kədərlənərsiniz” mənasına gələn elanlar verdilər. [3]

Danimarka Xalq partiyasının əcnəbilər üzrə nümayəndəsi Martin Henriksen də “Pulunu verək, miqrantlar bizə gəlməsin, Türkiyədə qalsın” şəklində bəyanatlar verdi. [4]

Digər Avropa ölkələri də miqrant məsələsinə mənfi baxır. Avropa İttifaqı ölkələri çərçivəsində keçirilən daxili işlər nazirləri görüşündə Avropanın müxtəlif ölkələrində toplanan miqrantların müəyyən kvotalar daxilində İttifaq ölkələrinə yerləşdirilmələrinə Macarıstan və Slovakiya ilə yanaşı, Çexiya və Rumıniya da qarşı çıxmış, Finlandiya isə bitərəf qalmışdı.

Slovakiya Baş naziri Robert Fiko da qısa müddət əvvəl verdiyi bəyanatda, “Slovakiyada müsəlmanların ehtiyaclarını qarşılayacaq infrastruktur yoxdur” deyə müsəlman miqrantları qəbul etməyəcəklərini bildirmişdi. [5] Halbuki suriyalı miqrantlara “gedin” demək onları ölümə tərk etmək mənasına gəlir.

Onsuz da Avropa ölkələrinin sərhədlərində miqrantlara qarşı rezin güllədən, gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edərək qarşılarının alınması, 24 saat ərzində yemək və su verilmədən saxlanılmaları və daha müxtəlif insanlıqdan kənar rəftara məruz qalmaları onların Avropa torpaqlarında arzu olunmadıqlarının açıq göstəricisidir. Bu məzlum insanlara yaşadılan acıları ağıl və vicdan heç vaxt qəbul edə bilməz.

ABŞ-da da müsəlman əleyhdarlığı getdikcə artır. Son olaraq 2016-cı ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından prezidentliyə namizədliyə namizəd olan Donald Tramp ölkədəki məscidlərin nəzarət altında saxlanılması və müsəlmanların hüquq-mühafizə orqanları tərəfindən terrorla mübarizə çərçivəsində nəzarətə götürülməsinin zəruriliyini dilə gətirdi. Hətta Tramp bu fikrini daha da sərtləşdirərək müsəlmanların hamısının ölkəyə girişinin qadağan edilməsinin vacibliyini vurğulayaraq böyük reaksiya gördü. [6]

Amerika yayım təşkilatı “CNN İnternational”ın məşhur isimlərindən və eyni zamanda müsəlman olan Fərid Zəkəriya müsəlmanların hazırda ABŞ-da ən çox nifrət edilən azlıq mövqeyində olduqlarını və tezliklə küçəyə belə çıxa bilməyəcəklərini ifadə etdi. [7]

Avropa və Amerika mediası bir-birinin ardınca İslam əleyhinə yazı və görüntülərə yer verir. Bu şəkildə xalqda da müsəlman əleyhdarlığının ideoloji zəmini yaradılmağa çalışılır.

Göründüyü kimi, Qərb dünyası miqrantları ölkələrində görmək istəmir. Onların ölkələrinə gəlməmələri üçün pis rəftar də daxil olmaqla, əllərindən gələn hər şeyi edirlər. Başqa sözlə, miqrantlara, “müharibənin içində qalın, olduğunuz torpaqlardan çıxmayın” deyilir. Bu məzlum insanlar sanki olduqları torpaqlara məhkum edilib göz görə-görə ölümə tərk edilirlər.

Qərb ölkələri bu regionda heç bir maddi və ya mənəvi əlaqəsi olmamasına baxmayaraq, ölkələrinə istəmədikləri bu insanların guya təhlükəsizliyini təmin etmək və terrorla mübarizə aparmaq bəhanəsi ilə Yaxın Şərqə tarixin ən böyük hərbi sürsatlarını yığırlar. Başda Rusiya və ABŞ olmaqla, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Belçika, Hollandiya, Portuqaliya, Yunanıstan və Kanada Şərqi Aralıq dənizinə hərbi gəmilərini göndərirlər. İran və Çin də hər an gələcəkmiş kimi hazırdılar. [8]

Bölgədə yaranan bu mənzərə çox narahatlıq vericidir. Bir tərəfdə ölkələrinə məhkum edilən milyonlarla çarəsiz insan, digər tərəfdə də bu çarəsiz insanların üzərinə tuşlanmış silahlar. Bu gərginlikdə yarana biləcək kiçik bir qığılcım böyük-kiçik demədən əksəriyyəti müsəlman olan bütün bölgə xalqını məhv edəcək qədər böyük bir müharibəyə çevrilə bilər.

İnsan hüquqlarının pozulması ilə bağlı narahatlığını daim vurğulayan Avropanın bu məsələdə də ən yüksək həssaslığı göstərməsi şərtdir. Bu məzlum və günahsız insanların yaşamaq hüquqlarını təmin etmək baxımından regionda yerləşən bütün ölkələr bir-birinə qarşı ağıllı və mülayim münasibət göstərməli, gərginliyi artıracaq hər cür söz və hərəkətdən çəkinməlidirlər.

Bərəkəti ilə gələn miqrantlara qarşı Türkiyənin mərhəmətinə isə bütün dünya şahid olur. Qərb ölkələri müharibə təhdidi altındakı bu bölgədən getmək istəyən insanların içində olduqları çarəsiz vəziyyətə dərhal diqqət verməli və ən azından təhlükəsizliklərini təmin etmək üçün Türkiyənin mərhəmətini və qonaqpərvərliyini nümunə götürərək onlara qapılarını açmalı, “bu insanlara necə baxa bilərik, yoxsullaşırıq” məntiqi ilə deyil, vicdanları ilə düşünməlidirlər. Şəfqət və mərhəmət dolu belə isti münasibət müxtəlif dinlərdə insanların bir-birilərinə daha çox yaxınlaşmasına, bir-birini daha çox sevib hörmət etməsinə də səbəb olacaq. İnsanların təkcə bu gün yox, gələcəkdə də sülh və əmin-amanlıq içində, qardaş kimi yaşamaları üçün bu əhəmiyyətli fürsətdir.

[1] http://www.milliyet.com.tr/macaristan-basbakani-ndan/dunya/detay/2112255/default.htm
[2] http://www.ntv.com.tr/dunya/macar-basbakandan-multecilere-turkiyede-kalin,vrPlwqTB9k24U7QId8XZVQ
[3] http://onedio.com/haber/danimarka-multeciler-gelmesin-diye-ortadogu-ulkelerinde-reklam-vermeye-basladi-582362
[4] http://paylasman.com/content/see/703/danimarkadan-multeci-onerisi-parasini-verelim-turkiyede-kalsinlar.html
[5]http://www.cumhuriyet.com.tr/koseyazisi/375307/Musluman_gocmen_istemeyen_Avrupalilar.html
[6] http://tr.euronews.com/2015/12/11/donald-trump-musluman-karsiti-soylemlerini-savundu/
http://www.internethaber.com/donald-trump-fikirleri-ile-dehsete-dusurdu-1493386h.htm
[7] http://www.cumhuriyet.com.tr/koseyazisi/444606/Dunya_Muslumanlar_icin_giderek_daraliyor.html
[8] http://www.turkishny.com/headline-news/2-headline-news/196990-akdenizde-suriye-icin-dev-askeri-yiginak#.Vm2HF4QkcSl

http://www.thehansindia.com/posts/index/International/2016-02-23/Why-Do-Western-Countries-Not-Want-Refugees/209190

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma