Müsəlmanın danışıq üslubunun insanlardakı təsiri


 

Müsəlmanın danışıq üslubu vacib iman əlaməti və dünyadakı ən təsirli danışıq formasıdır. Bu təsirin gücü isə möminlərin imanlarından və səmimiyyətlərindən irəli gəlir. Çünki müsəlmanların sözləri ilə yaşadıqları bir-birini təsdiq edir. Danışıqları həqiqətən inandıqlarını və hiss etdiklərini əks etdirir. Müsəlman üslubu ilə danışan insanlarla üzləşənlər çox vaxt heyranlıq hissinə qapılırlar. Həyatları boyu Quran əxlaqını əks etdirməyən danışıqlara şahid olduqları üçün müsəlmanların səmimiyyətindən çox təsirlənirlər. Daha əvvəl tanış olduqları bəzi insanlar da gözəl əxlaqın və səmimi dindarlığın zəruriliyini onlara çatdırmış ola bilər. Amma bu insanların öz danışdıqlarını özlərinin tətbiq etməməsi qarşıdakı insanda təsir yaratmır. Bu kimi insanlarla çox qarşılaşdıqlarından sözü ilə əməli bir olan insanları gördükdə daha əvvəl dəfələrlə eşidib əhəmiyyət vermədikləri məsələləri Allahın diləməsi ilə böyük diqqət və səmimiyyətlə dinləməyə və yerinə yetirməyə başlayırlar. Məhz müsəlman danışıq üslubunun insanlar üzərində yaratdığı ən mühüm təsirlərdən biri budur: Allahın diləməsi ilə insanların qəlbini imana isindirmək, onlara imanı sevdirə bilmək…

Müsəlman üslubu ilə danışan insan Quran əxlaqını ən təsirli və ən gözəl şəkildə izah edir. Məsələn, Allah qorxusunu danışarkən ürəyindəki Allah qorxusu danışıqlarına əks olunur və Allahın izni ilə qarşı tərəfin bu məsələni daha asan dərk etməsinə səbəb olur. Həmin mövzunu qəlbində bu qorxunu yaşamayan bir insan izah etməyə çalışsa, eyni cümlələri eyni şəkildə ard-arda gətirsə, qarşı tərəf danışanın səmimiyyətinə inana bilməyəcəyi üçün danışılanlardan da təsirlənə bilməz. Halbuki müsəlman üslubu ilə danışan insan səmimiyyəti yaşayaraq səmimiyyəti, təslimiyyəti hiss edərək təslimiyyəti, tolerant üslubla tolerantlığı, mərhəmətli münasibətlə mərhəməti və bunlar kimi hər mövzunu hiss edərək danışır və hamısında Allahın diləməsi ilə qarşı tərəfin vicdanına təsir edir.

Müsəlman üslubu ilə danışmağın bir başqa əhəmiyyətli təsiri də insanların qəlblərinə rahatlıq və sevinc verməsidir. Çünki Allah, “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır” (Rad surəsi, 28) deyə buyurmuşdur. Allahı unutmadan, Onun rizasına uyğun olaraq danışılan hər mövzu insanların qəlbinə rahatlıq və sevinc verir. Bu üslubla danışan insan birbaşa Allahın adını zikr etməsə, yaxud da dini mövzudan bəhs etməsə də imanı və Quran əxlaqını əks etdirən üslubu insanlara təbii olaraq Allahı xatırladır.

Müsəlmanın ətrafındakı insanlar öz-özlüyündən onun təsiri altına düşürlər. Onun üslubu sayəsində dünya həyatının müvəqqəti olduğunu, ölümün yaxınlığını, axirət gerçəyini və Allahın rizasını qazanmağın əhəmiyyətini düşünməyə başlayırlar. Buna görə də müsəlmanın öz danışıq üslubu ilə ətrafdakı insanlarda yaratdığı təsirlərdən biri də onları səmimi düşünməyə və vicdanlarını mühakimə etməyə yönəltməkdir.

Müsəlman üslubu ilə danışan birinin yanında olan insanlar vərdiş etdikləri və böyük ehtimalla təhlükəli görmədikləri Allahdan qafil üslublarını bir anda tərk edirlər. İki danışıq tərzi arasında görünən ciddi fərq istifadə etdikləri cahil üslubdan utanıb çəkinmələrinə səbəb olur. Əslində bu insanlar Allahdan uzaq danışıqların olduğu mühitlərdə ölümü, axirəti, acizliklərini unutmalarından qaynaqlanan şüursuz üslubla danışmaqda bir maneə görmürlər. Buna baxmayaraq, müsəlman üslubu ilə danışan birinin yanında çox vaxt bu üslublarını tərk edirlər. Möminin səmimiyyəti üstünü örtməyə çalışdıqları vicdanlarını hərəkətə keçirir və qısa bir müddətə də olsa səmimi düşünüb səmimi hərəkət etməyə çalışırlar.

Müsəlman üslubu ilə danışmaq insanlar arasında dostluq və güvən yaranmasına da səbəb olur. Danışıqları ilə Allaha olan bağlılığını və sevgisini göstərən bir insan qarşısındakı insanda dərin sevgi və hörmət hissi də yaradır. Bu da müsəlmanlar arasında böyük təsanüd əmələ gətirir. Belə ki, Allah müsəlmanlara buyurur:

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir.  (Maidə surəsi, 55-56)

Ayələrdə möminlərin “Allahı, onun elçisini və möminləri dost tutmaları” bildirilir. Bir-birilərinin hər zaman müsəlman üslubu ilə danışdığını, imanlarının sözlərinə əks olunduğunu gördükdə müsəlmanlar arasında güclü inam və böyük dostluq əmələ gəlir. Bu Allahın qəlbləri bir-birinə yaxınlaşdırmasıdır.

Bir sözlə müsəlman üslubu ilə danışmaq ətrafa daim xeyir və bərəkət gətirir. Təkcə möminin öz axirəti üçün deyil, bütün insanlara yönəlik mühüm ibadətdir. Belə ki, Allah Quranda “gözəl sözün” insanlar üçün daima xeyir mənbəyi olduğunu ən gözəl nümunə ilə açıqlayır:

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

http://www.harakahdaily.net/index.php/article/39924-the-effects-of-the-muslim-way-of-speaking

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma