Gizli güclərin boş xəyalı: İslamsız Yaxın Şərq


Yaxın Şərq üç səmavi dinin meydana çıxdığı, saysız-hesabsız dövlətə və imperiyaya ev sahibliyi etmiş sivilizasiyalar beşiyidir. Dünyanın ən mühüm regionlarından biri, bir növ dünyanın qəlbidir. Siyasi, strateji, mədəni, iqtisadi aspektlərdən tarixin hər dövründə çox mühüm rolu olmuş, mədəniyyət və inancların yayılıb inkişaf etməsində körpü vəzifəsini görmüşdür.

Şərqlə Qərbi, Aralıq dənizi ilə Hind okeanını, Rusiya ilə isti dənizləri bir-birinə birləşdirən coğrafi mövqeyi, neft, qaz, almaz, qızıl, uran kimi strateji ehtiyatları ilə böyük əhəmiyyətə malik olan bu region tarix boyu dünyaya hökm etmək arzusunda olan gizli dərin güclərin əsas hədəfi olmuşdur. Dövrümüzdə də həmin güclər terror hadisələri törədərək, psixoloji müharibə strategiyaları tətbiq edərək, qanunsuz təşkilatlardan istifadə edərək və qeyri-qanuni siyasi, iqtisadi, hərbi əməliyyatlar həyata keçirərək Yaxın Şərq torpaqlarını parçalamağa, yerli ünsürləri dağıdaraq ərazini asanlıqla idarə edilə bilən hala gətirməyə, beləliklə bölgənin resurslarını sərbəst şəkildə ələ keçirməyə və bölgədə söz sahibi olmağa çalışdıqları məlum olan bir həqiqətdir.

Gizli dərin dövlət güclərinin digər bir planı da əvvəlcə bölgəni mümkün olduğu qədər kiçik vahidlərə bölərək zəifləməsini və sabitliyinin pozulmasını təmin etmək, bütövlüyünü itirmiş, parçalanmış dövlətlər yığını halına gətirdikdən sonra da region xalqlarını dindən uzaqlaşdırmaq və dinsiz Yaxın Şərq meydana gətirməkdir.

Lakin bu planı quranların göz ardı etdikləri çox mühüm bir həqiqət var ki, o da Yaxın Şərqin minlərlə ildir dinlərlə, xüsusilə də İslam dini ilə bütünləşmiş olduğu həqiqətidir. Bu böyük regionda din bölgənin ən aktiv həyat tərzini formalaşdıran yeganə amildir. Belə ki, Yaxın Şərq dinlərin ana vətənidir. Bölgəni minlərlə ildir formalaşdıran dindir. Dolayısilə bölgənin beynəlxalq konyuktura əhəmiyyətini yalnız geosiyasi və geostrateji mövqeyinin, enerji mənbələrinin və ya siyasi xüsusiyyətlərinin müəyyən etdiyini düşünmək əskik bir baxış bucağı olacaq. Dünyanın üç böyük ilahi dininin bu məkanda ortaya çıxdığını unutmamaq lazımdır.

Sözün əsl mənasında “dinlər regionu” olan Yaxın Şərq dinlə elə bütünləşib ki, bütün region ölkələrində bunun təsirini görmək mümkündür. Yaxın Şərq Qərb mədəniyyətinin əsasını təşkil edən xristianlığın doğulduğu və dünyaya yayıldığı yerdir. Regiondakı əhalinin 4%-ini təşkil edən xristianlıqla yanaşı, musəvilik də Yaxın Şərqdə ortaya çıxmış səmavi dindir.

Region ölkələrində hakim olan din isə İslamdır. Məsələn, Qətər əhalisinin 95%-i müsəlmandır, Səudiyyə Ərəbistanı əhalisinin 99%-i müsəlman olan dövlətdir. İran əhalisinin 99.5%-ni müsəlman xalq təşkil edir. Əfqan xalqının 99.7%-i müsəlmandır. İraq və Yəməndə isə əhalinin 99%-i müsəlmandır.

VII əsrdən etibarən bölgəyə hakim olan İslam dini siyasət, iqtisadiyyat, hüquq, mədəniyyət, elm, sənət, təhsil kimi gündəlik həyatın bütün sahələrində böyük təsirə malik olmuşdur. Yaxın Şərqdə hər şey İslam adətləri üzərində qurulub. Bölgə demək olar ki, bütövlüklə İslam dininin motivlərini daşıyır.

Bölgə insanı üçün İslamdan uzaqlaşmaq bir növ faciədir. Dolayısilə iqtisadi və ya siyasi vədlərlə dinlərini bir kənara qoymalarını onlara təlqin etməyin heç bir faydası olmayacaq. Belə ki, bölgə insanlarının ən səciyyəvi xüsusiyyətlərindən biri dinlərinə olan bağlılığıdır. Əsrlərdən bu yana inanclarına sadiq qalaraq yaşamış, hər şərt və hər şəraitdə bu günə qədər inanclarını qoruyub saxlamışlar. Dinsiz, İslamsız Yaxın Şərq formalaşdırmağa çalışmaq səmərəsiz xəyaldan başqa bir şey deyil. Başqa sözlə, gizli dərin dövlət güclərinin illərlə üzərində çalışdıqları «İslamsız Yaxın Şərq» və sonda «İslamsız dünya modeli» real olmadığı kimi, heç bir şəkildə uğurlu olması mümkün olmayan, tələsik hazırlanmış modeldir.

Yaxın Şərq regionunun fərqli ünsürləri arasında qədim tarix və mədəniyyət vəhdətindən, habelə bir qədər də birliyindən söz etmək mümkündür. İllər əvvəl hazırlanan və bu gün reallaşdırılmağa çalışılan tənəzzül planlarının uğursuz olması bu birliyin möhkəmləndirilməsinə bağlıdır. Yaxın Şərq xalqı xarici təhriklərinə qapılmadan, üzərində oynanan oyunları görərək, zorakılıq və qarşıdurmaların fiquru olmağı qəbul etməməlidir.

Milyonlarla insan təqribən bir əsrdir ki, Yaxın Şərqdə davam edən zülmün hesabını həyatı ilə ödəyib və ödəməyə də davam edir. Bu gün Yaxın Şərq regionunda xaosunun hakim olmadığı demək olar ki, heç bir yer yoxdur. Suriya altıncı ilinə girən vətəndaş müharibəsində 250 mindən çox əhalisini itirmiş, böyük bir millət tamamilə yox olarkən geriyə yalnız əks qüvvələrin bir-birlərini öldürmək üçün vuruşduğu, dağıntı halına gəlmiş ölkə qalmışdır. Liviyada Qəddafi rejiminin dağılmasından sonra davam edən qarşıdurmalar və vətəndaş müharibəsi səbəbindən təxminən 400 min liviyalı ölkə içində yer dəyişdirmiş, Yəmən şiə husilər və sünni rəhbərlik arasında böyük toqquşma nəticəsində tamamilə parçalanmışdır. İraqdakı məzhəb qarşıdurmaları əksəriyyəti mülki şəxs olan 15 mindən çox insanın həyatını itirməsinə səbəb olmuşdur. İntensiv təzyiqlərə məruz qalan xristian və musəvi azlıqlar da əsrlərdən bəri məskunlaşdıqları yurdlarını tərk etməyə məcbur edilirlər.

Bu fitnənin Yaxın Şərqin üzərindən qalxması ancaq bölgə insanlarının aralarındakı münaqişələri bir kənara qoyub, sülh və qardaşlıq müstəvisində bir araya gəlmələri ilə mümkündür. Yaxın Şərqdə birləşdirici faktorun din olduğu həqiqəti nəzərə alınmalı, bölgə əsrlərdir olduğu kimi, fərqli din və məzhəblərdən ibarət bütün icmaların inanclarını rahat şəkildə ifadə etdikləri məkan olmağa davam etməlidir. Hər qrup öz inancına sahib çıxmalı, özündən fərqli olanlara isə hörmət etməlidir. Hamı birlikdə tövhid damı altında birləşərək bölgədəki parçalanmanın qarşısı alınmalıdır.

Yaxın Şərqin qurtuluşu üçün bütün haqq dinlərin əmr etdiyi dostluğun, qardaşlığın, humanizm və mərhəmətin əsas alındığı birlik qurmaq lazımdır. Şübhə yoxdur ki, Yaxın Şərqin gücü dini əsas alan bu sevgi birliyindədir.

http://www.gulf-times.com/story/485260/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma