Siyasətdə öyrəşmədiyimiz anlayış: sevgi

Qətliam, terror və müharibələrin bügünkü halına nəzər yetirib «dünya necə bu hala gəldi» deyənlər bir az ətraflarına, ətraflarındakı həyatlara, insanların, jurnalistlərin, liderlərin və ən önəmlisi siyasətçilərin üslubuna baxmalıdırlar. Qarşılıqlı şəkildə itirilmiş hörmət, ittifaq ruhu, anlayış və fədakarlıq çox şeyə ziyan vurub. Ən böyük ziyanı isə dünyada sevginin yox olmasıdır.

Bu mövzuya siyasət prizmasından baxaq. Ölkələr arası qarşılıqlı anlaşmazlıqların səbəblərini araşdıranlar, xüsusilə, radikal fikir və hərəkətləri təqsirləndirirlər ki, bunda da çox haqlıdırlar. Dini radikallar, irqçi radikallar, fəlsəfi radikallar, ateist radikallar, kommunist radikallar və daha bir çoxları hamısı fərqli ideologiyaları təmsil edirlər. Bu radikallaşmanın qarşısının alına bilməməsinin ən böyük səbəblərindən biri isə siyasət dilinin insan fitrətinə zidd qəzəb və ikiüzlülük içində olmasıdır. Siyasətçilər bir-birlərinə uyğun olmayan üslubda xitab edir, daxili siyasətdə bir-birləri ilə uzlaşmayan liderlər ölkələrin idarəçiliyi və gələcəyi üçün qeyri-sabit mühiti asanlıqla yarada bilirlər. Hər seqmentin sülh içində təmsil oluna biləcəyi qarışıq hökumətlər qurula bilmir, tərəflər heç bir şəkildə bir araya gələ bilmir, qəzəb dili uzlaşma imkanını aradan qaldırır. Qeyri-sabit hökumətlər daima problem yaradır və liderlər anlaşmazlıq içində olduğundan xalq da qütbləşir. Oxumağa davam et