
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Bu müsahibədə Cəfər Quluzadə çoxsaylı ateist-materialist fikirlər səsləndirib. Bu məqalədə Cəfər Quluzadənin materialist düşüncələrinin elm tərəfindən necə təkzib olunduğunu izah edəcəyik.
C. Quluzadə: “Kainatda ümumi bir nizam var”.
Hər şeydən əvvəl, Cəfər Quluzadənin kainatdakı nizamı qəbul etməsi təqdirəlayiq haldır. Çünki nizamın mövcudluğu qanunların olduğuna, bu da öz növbəsində qanunu təyin edən Yaradıcının olduğuna işarədir.
C. Quluzadə: “Kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da sübut olunmamış bir nəzəriyyədir”.
Cəfər Quluzadə “Big bang” (böyük partlayış) nəzəriyyəsinin sübut olunmadığını qeyd edir. Bu iddia tamamilə yanlış və absurddur. Habbl qanunu olaraq tanınan ulduz spektrlərinin qırmızıya doğru sürüşməsi, kainatın hər yerinə yayılmış kosmik mikrodalğa arxa plan şüalanması, eləcə də kainatdakı hidrogen-helium nisbəti, kainatdakı deyterium və litium miqdarı, kosmik barion sıxlığı, kainatın genişlənmə sürəti, ulduz populyasiyaları, normal və ekzotik maddə ölçmələri, neytrino kütləsi və s. faktorlar Big Bang nəzəriyyəsini tam olaraq sübut edir. Kainatın böyük partlayışla yaranması nəticəsində bu partlayışdan qalan və “kosmik arxa plan radiasiyası” adlandırılan qalıqlar Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı tərəfindən kəşf edilmişdi. Penzias və Uilson Big Bangi təcrübi olaraq ilk göstərən alimlər olduqları üçün Nobel Mükafatına layiq görülüblər. Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...