Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar


the_holy_quran_by_areart-d5gppsq

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir.

Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir…

Mövzu ilə bağlı statistikalar bəzi nəticələri açıq-aşkar göstərir. Bu gün dünyada dəhşətli dərəcədə bərabərsizlik və ədalətsizlik hökm sürür. Zənginlərlə kasıblar arasında böyük uçurum var. Sevgisizlik, mərhəmətsizlik və eqoizm səbəbindən milyardlarla insan pərişan haldadır. İnsanların böyük hissəsi vəhşi kapitalizmin azğınlığı ilə bir-biri ilə rəqabət aparır. Dünyanın hər yerində güclünün zəifi əzdiyi sistem hakimdir. Bəs bu vəziyyətin həll yolu nədir və həqiqi mənada sosial ədalət necə təmin edilə bilər?

Dünyada hakim olan bu günə kimi tətbiq edilmiş sistemləri düşünərək bu sualın cavabını verək:

Məlum olduğu kimi, vəhşi kapitalizmin qəddar və azğın ruhu dünyanı böyük ölçüdə təsiri altına alıb. Gücü və zənginliyi əlində saxlayan bəzilərinin acgözlüyü səfalətə və böyük acılara zəmin hazırlayır. Bu sosial fəlakətə qarşı görülən tədbirlər isə əsasən nəticə vermir. Bundan başqa tətbiq edilən üsullar həll yox, əksinə, yeni problemlər gətirir. Beləliklə, getdikcə daha da pisləşən mənzərə ilə qarşılaşırıq.

Həll yolunun kommunizm olmadığını da tarix dəfələrlə göstərib. “Sosial ədaləti və əzilən xalqların qurtuluşunu təmin etmək” adı ilə ortaya çıxan kommunistlərin cəhdləri romantik xəyaldan o tərəfə getmədi. Kommunist ideologiyanın əsas çıxış nöqtələrindən biri bərabərlik prinsipi idi. Lakin kommunist cəmiyyətlər yalnız yoxsulluq və yoxsulluqda bərabərlik yaratdılar. Zənginləşərək deyil, yoxsullaşaraq bərabər hala gəldilər. Üstəlik bu insanların ruhları yox edildi, robotlaşdırıldılar, sevinc, rahatlıq, xoşbəxtlik və ümid əllərindən alındı.

İstər kapitalizm, istərsə də kommunizmin ilk anda parlaq vədləri mövcud kimi görünsə də sosial ədaləti və bərabərliyi təmin etmədə tam uğursuz oldu. Bu, materialist fəlsəfənin təbii bir nəticəsi idi əslində. Təsadüf nəticəsində var olduğunu düşünən, məqsədsiz, həyatı yemək, içmək və istehlak etməkdən ibarət görən, təbiətdə daimi həyat mübarizəsi olduğuna və bunun nəticəsi olaraq da gücsüzün zəifi əzməli olduğu yalanına inanan fərdlərdən ibarət cəmiyyətlərdə sosial ədalət və bərabərlik də mümkün deyil təbii ki.

Səmimi olaraq sosial bərabərlik və ədalət axtarışı içində olan və bu məqsədlə müxtəlif ideologiyalara sarılan insanlar böyük yanlışlıq içindədirlər. Onların axtardıqları mükəmməllikdəki sosial sistem Qurandadır. Sosial ədalət Quranın əsas prinsiplərindən biridir və Quran əxlaqına görə hərəkət edən bir cəmiyyətdə tam və mükəmməl şəkildə yaşanır. Şübhəsiz, burada nəzərdə tutulan həqiqi İslam və Quran əxlaqıdır. Bəzi terror təşkilatlarının radikal ideologiyaları, təzyiq və zorakılıq üsulları və ya bəzi İslam ölkələrində yaşanan xurafatlara, uydurma hədislərə, Qurandan kənar inanclara söykənən, qatı və sevgisiz fanatik model deyil.

Peyğəmbərimizin (səv) dövrü İslamın sosial ədalət, bərabərlik və yardımlaşma prinsiplərinin qüsursuz və möhtəşəm şəkildə tətbiq olunduğu bir dövrdür. Bunun ən gözəl nümunələrindən biri, mədinəli müsəlmanların bütün əmlaklarını Məkkədə qoyaraq hicrət edən müsəlmanları qardaşları kimi qəbul etmələri, evlərini, yeməklərini, sahib olduqları hər şeyi könüllü şəkildə və məmnuniyyətlə onlarla bölüşmələridir. Quranda onların sevgi dolu, cəsarət və fədakarlığı, özləri möhtac olsalar belə üstünlüyü müsəlman qardaşlarının ehtiyaclarına verən üstün əxlaqı nümunə verilir (Həşr surəsi, 9).

Şübhəsiz, mal sahibi olmaq Quran əxlaqına uyğundur və müsəlmanın hüququdur. Yanlış olan isə insanın mülkiyyət hərisi olması, imkanı olduğu halda köməyə möhtac insanlara yardım etməməsi və bu zənginliyi yığıb saxlamasıdır (Tövbə surəsi, 34-35; Hüməzə surəsi, 2-6).

Qurana görə infaq etmədəki meyar, yəni zəkat, sədəqə, yardım kimi fəaliyyətlərlə Allah rizası üçün xərcləmədəki meyar, “ehtiyacdan artıq qalandır” (Bəqərə surəsi, 219). Allahın bəyəndiyi davranış Allah yolunda bol-bol xərcləməkdir. Bu model eyni zamanda zəngin və canlı iqtisadiyyatın, xoşbəxt, əmin-aman, rifah cəmiyyətin açarıdır.

Quranda müxtəlif ayələrlə hər fürsətdə yardımlaşma və paylaşma təşviq edilir. Bundan əlavə kömək ediləcəklər təkcə müsəlmanlarla məhdud deyil. Qurandakı sosial ədalət xristianları, yəhudiləri və ya bütpərəstləri də əhatə edir. Məsələn, Quran əxlaqının bir tələbi, insanın özünün istəməsinə baxmayaraq, yeməyi yoxsul, yetim və hətta əsirlə bölüşməsidir (İnsan surəsi, 8). Digər ifadə ilə müsəlman özü ilə vuruşan və özünü öldürməyə çalışarkən əsir düşən biri ilə də yeməyini bölüşməklə məsuldur. Üstəlik hər hansı bir qarşılıq və təşəkkür gözləmədən (İnsan surəsi, 9).

Bu gün materialist olan ölkələr azğın kapitalizmin qəddarlığının özlərini əhatə etməyəcəyini zənn etdilər. Özləri davamlı olaraq istehlak edərkən acından ölən digər ölkələrə yardım əllərini uzatmadılar. Amma heç gözləmədikləri bir anda çox şiddətli aclıq, səfalət və yoxsulluq öz ölkələrini yerlə bir etdi. Ölkələr ard-arda iflas etdiklərini açıqlamaq məcburiyyətində qaldı. Amerikada böyük bir təbəqə dövlətin verdiyi yemək kuponları ilə yaşamağa çalışır. Yunanıstan və Venesuela aclıqdan və işsizlikdən məhv olur. Rohincada, Fələstində, Suriyada, İraqda, Yəməndə, Patanidə, Əfqanıstanda müsəlmanlar həyatda qalmaq uğrunda mübarizə aparırlar. Dünyada milyonlarla insan aclıqla boğuşarkən, bir damcı su tapa bilməzkən, miqrantlar xarici ölkələrin sərhədlərinə yığılarkən, digərlərinin rifah içində yaşaması, ərəb ölkələrinin müsəlmanlara kömək etmək əvəzinə milyonlarla dolları idman klublarına və lüks əyləncələrə yatırmaları Quranla üst-üstə düşmür. Bu gün qonşusuna, ona sığınmağa çalışan qaçqınlara, dünyanın hər yerindəki yoxsullara kömək əlini uzatmayanlar Allahın ayələrinə tabe olmadıqları üçün öz başlarına da anidən belə bir fəlakət gələcəyini və heç kəsdən yardım görə bilməyəcəklərini unutmamalıdırlar. Vicdanlarının səsini dinləyib Qurandakı sevgi, qardaşlıq və mərhəmət ruhu ilə ehtiyac içindəki bütün insanlara kömək əllərini uzatmalıdırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma