Sam Harrisin xətaları və azad iradə gerçəyi


maxresdefault

Yaradıcının varlığını inkar etmə üzərində qurulmuş ateist fəlsəfə  “din anlayışına ehtiyac olmadığı”nı irəli sürür.

Bu yazıda haqqında bəhs ediləcək ateist yazıçı Sam Harris də “The Moral Landscape” adlı kitabında “ictimai əxlaq üçün dinə lazım olmadığı” və “duyğu və düşüncələrin biokimyəvi səbəbləri olduğu” kimi təlqinlər verir. Əvvəla qeyd etmək lazımdır ki, hər insan həyatı və hadisələri istədiyi şəkildə şərh edə bilər. Ancaq insanları yanlış istiqamətləndirmək, elmi həqiqətlərdən uzaq fikirlər yayaraq doğrulardan uzaqlaşdırmaq qəbuledilməzdir. Ateistlərin müdafiə etdikləri anlayışlardakı yanlışların elmi olaraq dəyərləndirilməsi bu səbəbdən vacib və əhəmiyyətlidir.

Biz də bu yazımızda Sam Harrisin həmin kitabında izah etməyə çalışdığı zehniyyətin qüsurlarını və səhvlərini müzakirə edəcəyik. Bundan başqa, əxlaqın zəruriliyini və azad iradə anlayışının ateistlərin mülahizələrini necə etibarsız etdiyini açıqlayacağıq.

ƏXLAQIN ƏSL MƏNBƏYİ NƏDİR?

Ateistlərin iddialarının əksinə əxlaqın mənbəyi hər zaman İlahi dinlərdir. Yaxşılığın və pisliyin tərifi vəhylə endirilən İlahi mətnlərdə yazılmış və elçilər vasitəsilə də insanlara ötürülmüşdür. Dövrümüzdə “yaxşı, gözəl” kimi səciyyələndirilən bütün əxlaq xüsusiyyətləri əslində dinə əsaslanır. Ən əhəmiyyətlisi də Haqq din olan İslamda şəxsi qanun-qaydalar yoxdur, sadəcə müəyyən haram və halallar var ki, bu da bir gözəllikdir, rahatlıqdır.

Quranda Allahın müəyyən etdiyi az sayda haramdan başqa hər şey halaldır və mümkün olduqca azadlıq var. Halbuki dünyanın harasına getsəniz, saysız-hesabsız qaydalarla qarşılaşarsınız. Məsələn, Amerikada, Almaniyada, Fransada küçənin qaydaları var, hər yerin öz adətləri və ənənələri var. Bu qaydalarla insanlar təzyiq altında qalır, əzilir, məhv olur. Nə gülə bilir, nə əylənə bilir, nə də rahat yemək yeyə bilir. İxtira edilən bəzi sistemlər, qaydalar, əxlaq normaları insanlara nəfəs almağa imkan vermir. Quranda isə yalnız Allahın mükəmməl gözəl əxlaqı ilə qarşılaşırıq.

Bu həqiqət əslində təhrif olunsa da, digər bütün dinlərə də aiddir. Xristianlıq da gözəl əxlaqı təşviq edir, musəvilik də.

İslama və bütün digər inanclara qarşı olan materialist fəlsəfədə isə Allah, “qayda qoyan” olaraq qəbul edilmir. (Allahı tənzih edirik) Əlbəttə ki, cəmiyyətlərdə qanunverici olmalı və normativ tənzimləmə çox təfərrüatlı şəkildə aparılmalıdır. Ancaq ictimai qaydalar və tətbiq edilən cəzalar insanları pis əxlaqdan müəyyən qədər çəkindirə bilər. Allahdan qorxmayan bir insan mənfəətlərinə zərər gələcəyini düşündükdə bu təzyiq və sanksiyaların təsiri azalır. İnsan pis əxlaq göstərməyə hazır hala gəlir. Məsələn, ilk fürsətdə dələduzluq edə bilir, başqasının malını-mülkünü talaya bilir. Ancaq Allahdan qorxan bir insan üçün bu vəziyyət fərqlidir.

Allahdan qorxan bir insan təqsirinin sübut edilə bilməyəcəyini düşündüyü yerdə də Allahın onu gördüyünü bilir və mənfəətləri ilə toqquşsa da eyni gözəl əxlaqı göstərməyə davam edir. Oğurluq, zorakılıq etmir, başqasının haqqına təcavüz etmir, köməyə ehtiyacı olana kömək edir. Dünyada təqsiri sübut olunmasa da, axirətdə sonsuz həyatında etdiyi əxlaqsızlığın qarşılığını alacağını bilir və bu vəziyyət onu gözəl əxlaq göstərməyə təşviq edir. Bu vəziyyətin daha yaxşı başa düşülməsi üçün geniş yayılmış və yanlış olan bəzi davranışlardan nümunələr verək:

“Güclü olan qalib gələr” məntiqi niyə zərər verir?

Qaynağını dindən alan bir əxlaqın yaşanmadığı cəmiyyətlərdə qarşılıqlı mənfəətlərə əsaslanan anlayış hakimdir. İnsan ruhundakı eqoist ehtirasların məhsulu olan bu əxlaq anlayışı insanları təkəbbürlü, eqoist, məsxərəçi, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Belə cəmiyyətlərdə öz yüksəlişini təmin etmək üçün başqalarını əzmək lazım olduğuna inanılır və bu amansızlıq hər fürsətdə tətbiq edilir. Məhz bütün bunların əsasında materialist ideologiya var. İnsana, etdiklərindən məsul olmayacağı, insanın bir heyvan növü olduğu təlqin edilir. Güclünün zəifi əzməsi, hətta aradan qaldırması normal təbiət qanunu kimi qəbul etdirilməyə çalışılır. Bu vəziyyətdə hər cür azğınlığı, zülmü etməyə hazır insanlar ortaya çıxır və bu səbəbdən cəza və polis gücü ilə ictimai nizamı təmin etməyə çalışan önləyici sistemə ehtiyac duyulur. Ancaq güc tədbirləri müəyyən qədər təsirlidir. Heç kimin görmədiyi və ya mənfəətinə zərər gələcəyi ehtimalı olan hallarda insanlar vicdanlarına deyil, mənfəətlərinə görə hərəkət etməyə başlayır və pisliyi yaxşılığa tərcih etmələri bu şəkildə başlayır. Halbuki Allah yaratdığı insana belə bir əxlaqı bildirməyib. Quranda bildirilən gözəlliklər səthi və boğucu cəmiyyət qanunları ilə müqayisə edilməyəcək qədər açıqdır.

Qurandakı halal və haramlar insana azadlıq verir

Qurani-kərimdə və digər İlahi kitabların təhrif olunmamış hissələrində insanlara nəcib, təvazökar, etibarlı, xeyriyyəçi, şəfqətli, fədakar, sevgi dolu olmaları əmr edilir. Yoxsul və ehtiyac içində olanlara yardım etmək əsasdır. Təkcə insanlara deyil, heyvanlara da yaxşı rəftar edilir, onlara zülm edilmir, onlar da ən gözəl şəkildə qorunur və sevilirlər.

Bu səbəbdən din əxlaqının gətirdiyi mənəvi anlayış və sevgi mühiti cəmiyyət qaydalarının çox üstündədir. Bu əxlaq sistemi insanın ruh sağlamlığının dərinləşməsinə, ailəsinə, yaxın ətrafına və millətinə faydalı fərd olmasını təmin edir. Təbiət və insanın yaşadığı ətraf mühit qorunur və daha gözəl hala gətirilir. Estetik və sənət ən yüksək səviyyədə olur. Rəssamlıq, heykəltəraşlıq və musiqi kimi sənət sahələrində məhsuldarlıq zirvəyə qalxır.

Ateist və materialist ideologiyanın hakim olduğu bir cəmiyyətdə isə hər an yaşanacaq sevgi anlayışına yer yoxdur. Hətta elə bir vəziyyət yaranıb ki, münaqişə inkişafın əsası olaraq qəbul edilir. Hüquqlarını müdafiə etmək üçün küçələrdə insanlar mübahisə edir, bir-birinə amansızcasına hücum edir, qan tökürlər. Bu sərhəd tanımaz anlayış və hədəf alınan müvəqqəti mənfəətlərə görə oğul atasını, ata qızını, həyat yoldaşları bir-birilərini asanlıqla öldürəcək hala gələ bilirlər.

Materialist ideologiyanın qarşıdurma təlqinlərinə görə ölkələr və millətlər mənfəətləri çərçivəsində bir-birinə yaxınlaşır, ya da düşmən olurlar. Cəmiyyətlər arasında sərhədlər çəkilir, silahlı qüvvələrlə təhdid edilir, bir-birlərinə gedib-gəlmələri xüsusi icazə (viza) ilə mümkün olur. Materialist və ateist məntiqin hakim olduğu bir cəmiyyətdə sevgi əsla yaşanmır. Çünki Allah inancı olmadıqda insanlar bir-birilərinə mənfəət əldə etmək ümidi ilə yanaşırlar. Dillə ifadə edilsə də, sevgiləri saxtadır. Həyat yoldaşı qocaldıqda, ya da gözəlliyi hər hansı bir xəstəlik və ya qəza nəticəsində getdikdə, ya da maddi imkanlarını itirdiyi hallarda ən böyük sevgilərin də bitdiyi hər kəsə məlumdur. Xərçəng xəstəliyinə tutulmaq, işlərin pozulması, şikəst qalma, sonsuzluq, ev işlərini və ya yemək bişirməyi bilməmək belə geniş yayılmış boşanma səbəbləri arasındadır.

Allah qorxusunun tam yaşanmadığı cəmiyyətlərdə problemlər bitmək bilmir. Bu gün dünyanın bir çox ölkəsində 24 saat kameralarla müşahidə edilən küçələrdə belə insanlar özlərini etibarda hiss etməyəcək hala gəliblər. Hər an təcavüz, soyğunçuluq, oğurluq, zorakılıq halla
rı baş verir. Dünyanın ən böyük iqtisadi gücü olaraq qəbul edilən ABŞ-da milyonlarla evsiz insan küçələrdə, səhiyyə dəstəyi almadan, köməksiz vəziyyətdə həyatda qalmağa çalışırlar.

Bütün bunlar bizi mübahisəsiz bir həqiqətə aparır: materialist qaydaların hakim olduğu bir cəmiyyət kobud, vəhşi və qəddardır. Hər kəsin həsrətində olduğu sağlam cəmiyyət isə ancaq İlahi mətnlərdə təsvir edilən, sevgi və hörmətə əsaslanan bir şəraitdə təmin edilə bilər.

DİN OLMADAN ƏXLAQLI OLMAQ MÜMKÜNDÜRMÜ?

Özünü bir heyvan olaraq görən və etdiklərinə görə heç kimə hesab verməyəcəyinə inanan bir insanın hər şeyi etmə ehtimalı var. Belə bir insan cinayətdən müharibələrə və soyqırıma, aldatmadan dələduzluğa, yalandan böhtan və qaralamağa qədər hər cür əxlaqsızlığı etmə potensialına malikdir. Bu davranışlar heç kimin görmədiyi şəraitdə edəcəyi pozğunluqları və ya cəmiyyətin önündə olub qınanmayacağına əmin olduğu hər cür əxlaqsızlığı da əhatə edir. Bu səbəbdən dinsiz insanlardan ibarət bir cəmiyyətin ayaqda qalmasına və davamına imkan yoxdur.

Əslində, bu reallıq bəzi ateistlər tərəfindən də qəbul edilir. Dövrümüzün məşhur təkamülçülərindən Riçard Doukins verdiyi bir müsahibədə bu həqiqəti belə etiraf edir:

“Sizə çox sərbəst şəkildə onu deyə bilərəm ki, darvinist prinsiplər üzərində qurulmuş bir cəmiyyət tam olaraq mənim içində olmaq istəməyəcəyim bir cəmiyyət növüdür. Bu çox pis CƏMİYYƏT OLARDI. Darvinist bir dünyada yaşamaq istəmirəm. 

 …Yaşamaq istəyəcəyimiz elə bir cəmiyyət quraq ki, BU DARVİNİST OLMAYAN bir cəmiyyət olsun. Darvinist prinsiplərdən tamamilə uzaq bir cəmiyyət olsun. Darvinist prinsiplərə əsaslanan cəmiyyət zənginin yoxsulu əzdiyi, azad bazar iqtisadiyyatının hakim olduğu cəmiyyət olsun. (Richard Dawkins Interviews with Creationist Wendy Wright:https://youtu.be/xBJu1j2Mh3E)

ATEİZMİN SONU: AZAD İRADƏ YOXDUR!

Ateist fəlsəfəni bəzi insanlar üçün cəlbedici edən şey azadlıq anlayışı üzərində qurulmasıdır. Ancaq insan həqiqətən də bəzilərinin iddia etdiyi qədər azaddırmı? Bu suala elmi dəlillərlə cavab verək:

Əvvəlla hər şey göründüyü kimi deyil. Görünən maddi dünyadan kənarda bizi idarə edən bir gücün varlığı aydındır. Bu gücün hər an bizi və etdiklərimizi də yaratdığına dair dəlillər nevrologiya sahəsində dəfələrlə ortaya qoyulub. Bu sahədə azad iradə ilə bağlı aparılan təcrübələr çox məşhurdur.

Berlindəki Bernstein Hesablamalı Nevrologiya Mərkəzinin (Bernstein Center for Computational Neuroscience) nevroloqu Haynes 2008-ci ildə apardığı bir təcrübədə seçim anı ilə hərəkət anı arasında zaman fərqi  olub-olmadığını araşdırıb. Bu məqsədlə insanlara ekranda təsadüfi hərflər göstərərkən beyinlərini MRT (maqnit rezonans tomoqrafiya) aparatı ilə müşahidə edib. Sağ və sol olmaqla təcrübədə iştirak edənlərin əllərinə iki düymə verilib və istədikləri anda sağ, ya da sol baş barmaqları ilə düyməyə basmalarını bildirilib. Bu seçimi etdikləri anda ekranda göstərilən hərfi də xatırlamaları tələb olunub. Bu zaman təcrübədə iştirak edənlərin beyin fəaliyyəti qeyd edilib. Nəticələr təəccüb doğururdu:

Hansı düyməni seçəcəklərinə dair qərar təcrübədə iştirak edən şəxslərin düyməyə basma hərəkətindən 10 saniyə əvvəl verilirdi. Bu isə bizə insanlar anlıq seçimlərini etmədən daha əvvəl beyində ediləcək seçimin onsuz da bəlli olduğunu göstərirdi. Bu mühüm araşdırmanın nəticələri “Nature” jurnalında belə bildirilmişdir:

Uzun müddətdir ki, müstəqil verilən qərarların beyin fəaliyyəti ilə daha əvvəldən müəyyən edildiyinə dair mübahisələr yaranmışdı. Biz də hiss etmədən 10 saniyə əvvəl verilən qərarın beyinin prefrontal və parietal korteksində kodlandığını müəyyən etdik. (Chun Siong Soon, Marcel Brass, Hans-Jochen Heinze & John-Dylan Haynes, Unconscious determinants of free decisions in the human brain. Nature Neuroscience April 13th, 2008)

Gündəlik həyatımızdan misal verək. Bir sürücünün yola 10 saniyə sonra çıxacaq uşağa verəcəyi reaksiyalara aid fiziki və kimyəvi proseslər hələ o uşaq yolda görünməzdən əvvəl beyində hazırlanır. Xronoloji olaraq əvvəlcə reaksiyalar hazırlanır, sonra uşaq yola çıxır. Bəs hələ uşaq yola çıxmadan öncə beyin bu vəziyyətə necə hazırlanır?

Bu nevrofizioloji hadisələr bizə o reaksiyaların uşağın görülməsi ilə əlaqəsinin olmadığını göstərir. Nevroloqlar bu gün seçim hissinin insanın hərəkətləri üzərində təsiri olmayan, yalnız biokimyəvi mənada sonrakı düşüncə olduğunu qəbul edirlər. Bu məntiqi bəzi elm adamları “azad iradə yalnız bir illüziyadır” şəklində açıqlayır. London Kolleci Universitetinin nevroloqu Patrik Haggard “seçdiyimizi hiss edirik, amma əslində belə deyil” deyir. Haynes isə insanın azad iradəsinin əslində olmadığına dair bu etirafı edir:

“Nə zaman yarandığını və nə etmək üçün verilmiş bir qərar olduğunu belə bilmirəmsə, o istək haqqında necə “mənim” deyə bilərəm? (Smith, Kerri (2011). “Neuroscience vs philosophy: Taking aim at free will”. Nature 477 (7362): 23–5)

İnsanın qərar və seçim prosesi haqqında bir çox insanın xəbəri belə olmadığı bu həqiqət ilk dəfə 1983-cü ildə Kaliforniya Universitetinin San Fransiskodan olan nevropsixoloqu Bencamin Libet tərəfindən kəşf edilib. Libet beynin elektrik fəaliyyətlərini başa yapışdırılan elektrodlar vasitəsilə müəyyən edən EEQ (elektroensefaloqrafiya) cihazı vasitəsilə apardığı təcrübələrdə beyin fəaliyyətinin şüurlu hərəkət istəyindən 500 millisaniyə əvvəl ortaya çıxdığını göstərib. (Libet,B., Gleason, C.A., Wright, E.W.&Pearl, D.K. Brain 623–642 (1983))

Əvvəldə də bildirdiyimiz kimi, Haynes, Libetin beynin fəallığını məhdud sahədə müşahidə edə bilən bu köhnə EEQ texnikasını daha da irəli apararaq bütün beyni funksional-MRT aparatı ilə araşdırmışdır. Haynes təkcə bununla kifayətlənməmiş, daha sonrakı işlərində də eyni nəticələri əldə etmişdir.

Almaniyadakı Maks Plank İnstitutunda 2011-ci ildə həmin təcrübə 7 Tesla gücündəki funksional MRT aparatı ilə təkrarlandıqda eyni nəticələr yenidən əldə edilmişdir. Həmin məqalədə sərbəst şəkildə alındığı güman edilən qərar və davranışların əslində şüurumuzun xaricində reallaşdığı belə qeyd edilir:

İnsanlar olaraq nə zaman, hansı hərəkəti edəcəyimizi şüurlu olaraq seçə bildiyimizi təcrübə etmişik. Lakin bu şəxsi azadlıq təcrübəsinin bir illüziyadan başqa bir şey ola bilməyəcəyi, bununla yanaşı hədəflərimizin və motivasiyalarımızın belə şüurumuzdan kənarda işlədiyi qəbul edilir. (Bode S, He AH, Soon CS, Trampel R, Turner R, et al. (2011) Tracking the Unconscious Generation of Free Decisions Using UItra-High Field fMRI. PLoS ONE 6(6): e21612. doi:10.1371/journal.pone.0021612)

Yenə Kaliforniya Universitetinin Los-Ancelesdən olan nevroloqu və beyin cərrahı İtzhak Fried isə epilepsiya cərrahiyyəsi zamanı insanların açıq olan beyinlərinə elektrodları birbaşa yerləşdirmiş və insan şüurlu şəkildə qərar verməmişdən 1,5 saniyə əvvəl beynin müəyyən bölgələrində neyron aktivliyini müəyyən etmişdir. Professor Fried belə deyir:

“Daha əvvəldən müəyyən olunmuş şeylər şüura daha sonra daxil olur. Şüurlu istək, verilən qərara daha sonrakı mərhələdə əlavə olunur. (Fried,I., Mukamel, R. & Kreiman, G. Neuron 69, 548–562 (2011))

Elmi ədəbiyyatda eyni nəticələri əldə edən yüzlərlə oxşar təcrübə var. Bu nəticələri təsdiq edən yalnız 14 ölkədəki 33 laboratoriyada aparılmış 90 ayrı meta-analizi saymaq olar. (Bem D, Tressoldi P, Rabeyron T and Duggan M. Feeling the future: A meta-analysis of 90 experiments on the anomalous anticipation of random future events [version 2; referees: 2 approved]. F1000Research 2016, 4:1188 (doi: 10.12688/f1000research.7177.2)

Bütün bu elmi təcrübələrin nəticələri bizə fiziki və biokimyəvi dünyanın xaricində iradə və idarəetmə olduğunu göstərir. Qısası, azad iradə anlayışı bu gün elmi dairələrdə müzakirə edilir və yalnız bir illüziya olduğu ortaya qoyulur. Etdiyimiz seçimlər bizə aid deyil. Bizim 10 saniyə sonra dərk edəcəyimiz vəziyyətlərə beynimiz xeyli əvvəldən hazırlanır. Qərarlar bizim xaricimizdəki proseslərdən keçdikdən sonra o qərarı, ya da seçimi “biz vermişik” hissi bizə verilir. Buna görə də heç bir qərar “mənim” deyən mənə aid deyil.

Əvvəlcədən müəyyən olunmuş hadisələri yaşayırıq

Məhz burada hər şeyin bir qədərlə yaradılmaqda olduğu həqiqəti aşkar olur. Qədər, yəni öncəsi və sonrası məlum olan tarixin davam etdiyi, kimin kimə nə deyəcəyi, harada, nə zaman, necə olacağı kvant səviyyəsində müəyyənləşdirilib. Allah bizə Yaradanın yalnız Özü olduğunu mübahisəsiz həqiqət olaraq göstərir.

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

Bu həqiqətlərlə yanaşı materialist açıqlamalara əsas olan, “fikirlərin kimyəvi molekullarla formalaşdığı” iddiası isə gündəmdən kənardır. Neyronlar arasındakı kimyəvi rabitə və ardınca meydana gələn elektrik fəallıq bizim iradəmiz xaricində baş verir. Ancaq hələ də materialist dünyagörüşündə israr edən kiçik bir qrup var. Həmin qrup “nə edəcəyimizə molekulların qərar verdikləri” iddiasındadır. Ancaq bu insanların gözardı etdikləri və ya pərdələməyə çalışdıqları bir həqiqət var:

Həmin molekullar inkişaf edən anlıq hadisələrə reaksiya olaraq hərəkətə keçmirlər, ancaq 10 saniyə sonra baş verəcək hadisəni bilirmiş kimi hadisə baş verməmişdən 10 saniyə əvvəl fəaliyyətə keçirlər. Bundan əlavə, bu hazırda dünyada yaşayan 7,5 milyard insanda koordinasiya halında eyni anda baş verir, heç kimdə axsaqlıq olmur:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

Bir sürücünün beynində 10 saniyə sonra yola çıxacaq bir uşağa nə reaksiya verəcəyinə əvvəlcədən hazırlanması ancaq bir şəkildə izah oluna bilər: hamımız ssenarisi bütün kadrları ilə məlum olan bir filmi izləyirik. Seçim bizə aid deyil, ancaq filmin həqiqiliyi baxımından bu hiss bizə xüsusi olaraq verilir.

BÜTÜN DUYĞULARIMIZ BİOKİMYƏVİLƏRDƏN İBARƏTDİRMİ?

Sevgi və oxşar duyğular zamanı müəyyən kimyəvi maddələrin ifraz olunduğu doğrudur. Ancaq bizi bu kimyəvi maddələrin idarə etdiyi və istiqamətləndirdiyi iddiası yanlış və əsassızdır.

Fərqli fikirlərlə birlikdə beyində dopamin və oksitosin kimi kimyəvi maddələr ifraz olunur. Ancaq yuxarıdakı təcrübələrdən də aydın olduğu kimi, bitmiş bir filmi 10 dəqiqə gecikməli olaraq geridən izləyirik. Bu halda bu molekulların bir plan daxilində baş verəcək hadisə və vəziyyətlərin fizioloji detalları olaraq hazırlandığını qəbul etməyimiz lazımdır. Bizi molekullar “idarə edir” fikri isə mənzərəni bir bütün halında görə bilməyən yanlış materialist izahdır. Bir bütün halında olub, bir-biri ilə qarşılıqlı əlaqəyə əsasən mövcud olan həyat deyilən möhtəşəm nizamı inkar etmək isə qəbul edilməzdir.

Materializmin böyük ziddiyyəti də bu məqamda qarşımıza çıxır. Azad iradə və determinizm anlayışları öz içində ziddiyyətlidir. Determinizm, yəni hər şeyin əvvəldən müəyyən edildiyini və dəyişməsinin mümkün olmadığını izah edən materializm təlimi yenə də materializmin azad iradə anlayışı ilə ziddiyyət təşkil edir. Determinizmə görə kainatdakı bütün fəaliyyət müxtəlif elmi qanunlarla, məsələn, fizika qanunları ilə müəyyən olunmuşdur və bu müəyyən edilmiş hadisələrin baş verməsi zəruridir. Bu da bizi yenə azad iradənin olmadığına aparır ki, bütün qərarlarımız biokimyəvi reaksiyalara bağlı olaraq baş verirsə, azad seçim də yoxdur deməkdir.

Bütün bu həqiqətləri dərindən düşündükdə Sam Harrisin iddiaları kimi yazılar yazan və ateist düşüncəni hakim etməyə çalışan insanların səhvləri də aydın görünür.

Şüursuz atomların bu şüursuz molekulları yaradıb bizim necə davranacağımıza qərar verdiyi iddiası ağıl və məntiqdən kənardır. Təbii ki, hər şeyi yaradan və hər an hər yerə hakim olan Allah bu molekulları da lazım olduğu anda yaradır və idarə edir.

“Halbuki sizi də, etdikləri də Allah yaratmışdır”. (Saffat surəsi, 96)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma