Allah ədalətli olmağı əmr edir


adalet

Əsil ədaləti Allah Quranda belə təsvir edir: insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm vermək, insanların hüquqlarını qorumaq, zülmə səssiz qalmamaq, zalıma qarşı məzlumun tərəfində olmaq, ehtiyac içində olanlara yardım etmək. Bu ədalət bir qərar vermək lazım olduqda hər iki tərəfin də hüququnu qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəflik, haqq, dürüstlük, mərhəmət və şəfqət tələb edir. Bunlardan biri əksik olduqda və ya  üstün gəldikdə əsl ədaləti tətbiq etmək çətinləşir. Məsələn, hadisələri soyuqqanlılıqla dəyərləndirməyən, həyəcanlı və hisslərinə qapılan insan düzgün qərar verə bilməz, hisslərinin təsiri altında qalar.

Halbuki ədalətlə hökm verən insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan yardım istəyən hər iki tərəfə qarşı ədalətlə davranmağı, hər cür şərtlər altında doğru olmağı, dürüstlükdən əl çəkməməyi Quran əxlaqı ölçüsündə özünə meyar etməlidir. Bu şəxs elə əxlaqda olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır.

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8) ayəsində də bildirildiyi kimi, Allah insanın bütün əməllərini bilir. Uca Rəbbimiz Allahdan qorxan və axirət günündə haqq-hesaba çəkiləcəyini bilən şəxs Allahın razılığını qazanmaq üçün ədalətlə hökm verər. Çünki bilir ki, Allah bütün əməllərinə, söylədiyi hər sözə və ağlından keçirdiyi hər düşüncəyə görə onu axirət günü sorğu-sual edəcək və əməllərinin qarşılığını tam verəcək.

Məhz buna görə insan Allahın rizasını qazanmaq, cəhənnəm əzabından xilas olmaq və Allahın sonsuz nemətlərinə qovuşmaq üçün Quran əxlaqı ilə tam yaşamalıdır. Bu əxlaqa yiyələnmək üçün hər kəs şəxsən cəhd etməli, nəfsinin bütün istəklərini və şəxsi mənfəətlərini bir kənara qoyub ədaləti, mərhəməti, sevgini, şəfqəti və sülhü özünə yol seçməlidir. Allah Quranda əsil ədaləti təfərrüatı ilə təsvir edir, hər cür anlaşılmazlığın ədalətlə həll olunacağını bildirir. Ədalətli rəhbərlərdən və ədalətli insanlardan ibarət cəmiyyətdə hər cür anlaşılmazlıq asanlıqla həll olunar. Quranda ədalət tam təsvir edilmiş, iman gətirənlərə qarşılaşdıqları hadisələrdə necə ədalətlə davranacaqları bildirilmişdir. Bu, iman gətirənlər üçün çox böyük asanlıq və Allahdan rəhmətdir. Bu səbəbdən də iman gətirənlər həm Allahın razılığını qazanmaq, həm də rahat, təhlükəsiz, əmin-amanlıq içində yaşamaq üçün insanlar arasında ədaləti tam tətbiq etməklə məsuldurlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma