Sam Harrisin xətaları və azad iradə gerçəyi

maxresdefault

Yaradıcının varlığını inkar etmə üzərində qurulmuş ateist fəlsəfə  “din anlayışına ehtiyac olmadığı”nı irəli sürür.

Bu yazıda haqqında bəhs ediləcək ateist yazıçı Sam Harris də “The Moral Landscape” adlı kitabında “ictimai əxlaq üçün dinə lazım olmadığı” və “duyğu və düşüncələrin biokimyəvi səbəbləri olduğu” kimi təlqinlər verir. Əvvəla qeyd etmək lazımdır ki, hər insan həyatı və hadisələri istədiyi şəkildə şərh edə bilər. Ancaq insanları yanlış istiqamətləndirmək, elmi həqiqətlərdən uzaq fikirlər yayaraq doğrulardan uzaqlaşdırmaq qəbuledilməzdir. Ateistlərin müdafiə etdikləri anlayışlardakı yanlışların elmi olaraq dəyərləndirilməsi bu səbəbdən vacib və əhəmiyyətlidir.

Oxumağa davam et

Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar

the_holy_quran_by_areart-d5gppsq

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir.

Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir…

Oxumağa davam et

Ateist Cəfər Quluzadənin modern.az saytına verdiyi müsahibəsindəki iddialara cavab

CEFER

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Bu müsahibədə Cəfər Quluzadə çoxsaylı ateist-materialist fikirlər səsləndirib. Bu məqalədə Cəfər Quluzadənin materialist düşüncələrinin elm tərəfindən necə təkzib olunduğunu izah edəcəyik.

C. Quluzadə: “Kainatda ümumi bir nizam var”.

Hər şeydən əvvəl, Cəfər Quluzadənin kainatdakı nizamı qəbul etməsi təqdirəlayiq haldır. Çünki nizamın mövcudluğu qanunların olduğuna, bu da öz növbəsində qanunu təyin edən Yaradıcının olduğuna işarədir.

C. Quluzadə: “Kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da sübut olunmamış bir nəzəriyyədir”.

Cəfər Quluzadə “Big bang” (böyük partlayış) nəzəriyyəsinin sübut olunmadığını qeyd edir. Bu iddia tamamilə yanlış və absurddur. Habbl qanunu olaraq tanınan ulduz spektrlərinin qırmızıya doğru sürüşməsi, kainatın hər yerinə yayılmış kosmik mikrodalğa arxa plan şüalanması, eləcə də kainatdakı hidrogen-helium nisbəti, kainatdakı deyterium və litium miqdarı, kosmik barion sıxlığı, kainatın genişlənmə sürəti, ulduz populyasiyaları, normal və ekzotik maddə ölçmələri, neytrino kütləsi və s. faktorlar Big Bang nəzəriyyəsini tam olaraq sübut edir. Kainatın böyük partlayışla yaranması nəticəsində bu partlayışdan qalan və “kosmik arxa plan radiasiyası” adlandırılan qalıqlar Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı tərəfindən kəşf edilmişdi. Penzias və Uilson Big Bangi təcrübi olaraq ilk göstərən alimlər olduqları üçün Nobel Mükafatına layiq görülüblər.  Oxumağa davam et

Dualarda səmimi olmaq

Dua Allahın Rəhman və 4-6Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umup Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar.

Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”. (Zümər surəsi, 3) Oxumağa davam et

Müharibə ehtirası hər kəsə zərər verir

maxresdefault

20-ci əsr qarşısı asanlıqla alına biləcək səbəblərlə başlayan iki böyük dünya müharibəsinə səhnə olmuşdur. Bunlardan biri I Dünya Müharibəsinin fitilini alovlandıran Avstriya-Macarıstan vəliəhdi hersoq Ferdinandın Sarayevoda serb millətçisi tərəfindən öldürülməsi idi. 28 iyul 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsindən sonra cəmi 7 gün ərzində Rusiya, Fransa, İngiltərə, Almaniya, Avstriya-Macarıstanla birlikdə koloniya və müttəfiqləri bütünlüklə müharibəyə daxil oldu. 3 ay ərzində də Osmanlı dövlətinin daxil olması ilə üç qitəyə yayılan dünya müharibəsi başladı. Müharibə 4 il davam etdi. 1918-ci ildə sülh elan edildikdə isə ümumi insan tələfatı 15 milyon oldu.

II Dünya Müharibəsi də 1 sentyabr 1939-cu ildə Almaniya və Sovet İttifaqının Polşanı işğal etməsi ilə başladı. İngiltərə və Fransanın müharibəyə daxil olması cəmi 3 gün çəkdi. İngiltərə özü ilə birlikdə Kanadadan Avstraliyaya İngilis Millətlər Birliyinin üzvlərini müharibəyə çəkdi. 6 ay ərzində əvvəlcə İtaliya, sonra da Yaponiya müharibənin iştirakçısı oldu. 6 il ərzində 85 milyon insanın həyatını itirməsinə səbəb olacaq bu müharibə bir neçə ay ərzində əvvəlcə Avropanı, sonra da dünyanı yanğın yerinə çevirdi. Oxumağa davam et

Şərqdəki terror nə qədər önəmlidir?

İstanbul, Bağdad, Məkkə və Məcocuklar-ve-savasdinə… Təkcə bir həftə ərzində dünyanın böyük paytaxtları və meqapolisləri dəhşətli terror hücumlarına hədəf olub. Təkcə bir həftə ərzində zalımcasına törədilmiş terror aktları ilə yüzlərlə insan həyatını itirdi.

Bu hücumlardan sonra dünya ictimaiyyətinin bu hücumlara nə qədər diqqət yetirməsindən danışmaq lazımdır. Paris hücumunda “hamımız Parisik” deyən millətlər, görəsən, Banqladeşdəki girov məsələsindən xəbərləri oldumu və ya İraqda 167 nəfərin həyatını itirdiyi dəhşətli intihar hücumunu yalnız qəzetin bir guşəsindənmi oxudular? “Bu işlər Yaxın Şərqdə bu şəkildədir” deyə vəziyyəti üstündən keçənlər oldumu görəsən? Ya da bir çoxu “o məkan terrora öyrəşib” deməkləmi kifayətləndi?

Avropada həyata keçirilən dəhşətli qanlı hücumlar Qərbdə terrorizmə olan münasibəti xeyli dəyişdirsə də, Qərbin “şərqin terroruna” münasibətı hazırda çox da fərqli deyil. Aradakı tək fərq İraqda yaşayan bir ailənin qapısının qabağında və ya getdiyi bazarda terror aktı ilə qarşılaşma ehtimalının daha yüksək olmasıdır. Amma bu, terror törədənlərin, terrorun təsirinin və öldürücü gücünün Qərblə eyni olduğu həqiqətini dəyişdirmir. Qərblə Şərqin “terror” anlayışı bir-birindən fərqli olsa da, dönüb son bir həftəyə nəzər yetirdikdə baş verən terror aktlarının hamısının beynəlxalq platformada başqa bir adı yoxdur. Oxumağa davam et