Elmin sübut etdiyi həqiqət: qədər


renk_3b_0801_baslikQədər tarix boyunca mübahisə edilən mövzulardan biridir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına qədər deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Belə ki, Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısası, Allah üçün keçmiş, gələcək və bu an eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.

Qədər gerçəyini Quranın bir çox ayələrində görmək mümkündür. Məsələn, “… Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır.” (Ali İmran surəsi, 83) ayəsində də bildirildiyi kimi, kainatdakı hər şey “istəsə də, istəməsə də” Allaha təslim olaraq qədərə tabe olmuşdur. Başqa sözlə desək, Allahın iradəsi heç vaxt keçilə bilməz. Hər bir hadisə Onun təyin etdiyi qədər daxilində baş verir. Onun iradəsi, rizası və əmri olmadan heç bir şey dəyişə bilməz. “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam surəsi,  59) ayəsi və ya “Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz!…” (İnsan surəsi, 30), “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.” (Qamər surəsi, 49) ayələri də Allahın bütün varlıqlar üzərindəki hakimiyyətini və qədərin işlədiyini göstərən digər dəlillərdəndir.

İnsanın bütün həyatı film lenti kimidir. Biz bu lentdə olanları yaşayarkən, sanki CD oxuyucusunda bir filmi izləyirik. Filmdəki hər bir hadisəni anbaan yaşayırıq. Allah isə film lentində olanları əvvəlcədən bilir. Çünki filmi bütün incəlikləri ilə yaradan Odur.

Məhz bütün bunlar hər şeyin göründüyü kimi olmadığını göstərir. Görünən maddi dünyadan başqa, bizə nəzarət edən bir gücün, yəni hər şeyi yaradan, hər şey üzərində hakimiyyəti olan Allahın varlığı aşkardır. Bu həqiqətlə bağlı elmi dəlillər sinir elmi sayəsində bir neçə dəfə sübut edilmişdir. Bu elmi dəlillərdən biri “sərbəst iradə” haqqında aparılan tədqiqatlardır. Berlindəki Bernştayn Hesablamalı Sinir Elmi Mərkəzindən (Bernstein Center for Computational Neuroscience) nevroloq Haynes seçim anı ilə hərəkət anı arasında zaman fərqinin olub-olmadığını araşdırmışdır. Bu məqsədlə insanlara ekranda müxtəlif hərflər göstərərək beyinlərini MRT (maqnit rezonans tomoqrafiya) cihazı ilə incələmişdir. Təcrübəyə qoşulanların sağ və sol əllərinə iki düymə verilmiş, istədikləri anda sağ və ya sol baş barmaqları ilə düyməni sıxmaları və seçim edərkən ekranda göstərilən hərfi yadda saxlamaları bildirilmişdir. Bu zaman beyin fəaliyyətləri də qeydə alınmışdır.

Təcrübənin nəticələri çox təəccüblü oldu. Qərar düyməni sıxma hərəkətindən 10 saniyə əvvəl verilirdi. Bu vacib elmi nailiyyət insanların seçim etmədən də seçimlərinin məlum olduğunu göstərirdi. Tədqiqatın nəticəsi “Nature” jurnalında belə qeyd edilmişdir:

“Uzun müddətdir ki, “sərbəst” verilən qərarların beyin fəaliyyəti ilə daha əvvəldən müəyyən olunduğu haqqında mübahisələr olmuşdu. Biz də aşkar etdik ki, biz hələ şüurunda olmadan 10 saniyə əvvəl verilən qərar beynin prefrontal və parietal korteksində şifrələnmişdir”. 1

Gündəlik həyatımızdan nümunələr verək. Bir sürücü 10 saniyə sonra yola çıxacaq uşağa verəcəyi reaksiyaya aid fiziki və kimyəvi proseslər, uşaq hələ ortada yoxkən beynində hazırlanır. Xrolonoji olaraq əvvəlcə reaksiya hazırlanır, sonra isə uşaq yola çıxır. Bəs hələ ortada uşaq yoxkən, beyin bunu necə edir?

Bu nevrofizioloji hadisələr reaksiyanın uşağın görünməsi ilə əlaqəsinin olmadığını göstərir. Hazırda nevroloqlar qəbul edirlər ki, “seçim” hissinin insanın hərəkətlərinə təsiri yoxdur, yalnızca biokimyəvi olaraq “sonrakı düşüncədir”. Bəzi alimlər isə bunu “sərbəst iradə yalnızca illuziyadır” kimi izah edirlər. London Kolleci Universitetindən nevroloq Patrik Haqard “seçdiyimizi hiss edirik, amma əslində bu belə deyil” deyir. Haynes isə insanın sərbəst iradəsinin olmadığını bu cür etiraf edir:

“Nə vaxt əmələ gəldiyini və nə etmək üçün verilmiş qərar olduğunu belə bilmirəmsə, o istək haqqında necə “mənim” deyə bilərəm?” 2

İnsanın qərar və seçim müddəti haqqında bir çox insanların xəbəri belə olmayan bu həqiqəti ilk irəli sürən Kaliforniya Universitetindən nevropsixoloq Benjamin Libetdir. Libet beyinin elektrik fəaliyyətini başa yapışdırılan elektrodlar vasitəsilə müşahidə edərək EEQ (elektroensefaloqrafiya) cihazının köməyi ilə apardığı təcrübələrdə beyin fəaliyyətinin şüurlu hərəkət istəyindən 500 millisaniyə əvvəl ortaya çıxdığını göstərmişdir. 3

Libetin beyin fəaliyyətini məhdud şəkildə müşahidə edən EEQ texnikasını daha da inkişaf etdirərək beyini funksional MRT cihazı ilə ölçən Haynes sonrakı təcrübələrində də eyni nəticəni əldə etmişdir. Həmin təcrübə 2011-ci ildə Almaniyadakı Maks Plank İnstitutunda 7 Tesla gücündəki funksional MRT cihazı ilə təkrarlandıqda da eyni nəticələr əldə edildi. Mövzu ilə bağlı elmi məqalədə sərbəst verildiyi zənn edilən qərar və davranışların əslində şüurumuzdan kənar baş verdiyi belə qeyd edilir:

“İnsanlar olaraq nə vaxt nə edəcəyimizi şüurlu olaraq seçdiyimizi təcrübədən keçirmişik. Lakin bu şəxsi sərbəstlik təcrübəsinin bir illuziyadan başqa bir şey olmadığı, bununla yanaşı hədəflərimizin və motivasiyalarımızın belə şüurumuzdan xaric işlədiyi qəbul edilir” 4

Elmi ədəbiyyatda eyni nəticələri əldə edən yüzlərlə oxşar təcrübələr var. Bu nəticələri təsdiqləyən 14 ölkədəki 33 laboratoriyada aparılmış 90 müxtəlif analizləri qeyd edə bilərik. 5

Bütün bu elmi təcrübələrin nəticələri bizə fiziki və biokimyəvi dünyanın xaricində bir iradə və idarəetmənin olduğunu və əvvəlcədən müəyyən edilmiş hadisələri yaşadığımızı göstərir. Etdiyimiz seçimlər bizə aid deyil. Yalnızca bizə “qərarı biz vermişik” hissi verilir. Məhz burada hər şeyin “qədər”lə yaradıldığı məlum olur. Yaradan yalnızca Allahdır. Allah bunun müzakirə edilməyən həqiqət olduğunu bizə göstərir:

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

 

[1] (Chun Siong Soon, Marcel Brass, Hans-Jochen Heinze & John-Dylan Haynes, Unconscious determinants of free decisions in the human brain. Nature Neuroscience April 13th, 2008)

[2] (Smith, Kerri (2011), “Neuroscience vs philosophy: Taking aim at free will”, Nature, 477 (7362): 23–5)

[3] Libet,B., Gleason, C.A., Wright, E.W.&Pearl, D.K. Brain 106, 623–642 (1983)

[4] Bode S, He AH, Soon CS, Trampel R, Turner R, et al. (2011) Tracking the Unconscious Generation of Free Decisions Using UItra-High Field fMRI. PLoS ONE 6(6): e21612. doi:10.1371/journal.pone.0021612

[5] (Bem D, Tressoldi P, Rabeyron T and Duggan M. Feeling the future: A meta-analysis of 90 experiments on the anomalous anticipation of random future events [version 2; referees: 2 approved]. F1000Research 2016, 4:1188 (doi: 10.12688/f1000research.7177.2)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma