Veriləcək qərar öz yaxınları ilə əlaqədar olsa da, mömin ədalətlə hökm verməlidir


esitlikadaletƏdalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Bu sual qarşısında bir çox insan tərəddüd edir. Həqiqətən də, belə vəziyyətdə ədalətli olmaq bəzi insanlara çətin gələ bilər. Sevdiyi insana başqa birinə nisbətən daha çox tolerant davrana bilər, bir anlıq bəzi həqiqətləri görməzliyə vura bilər. Ancaq insanın hər şərtdə və hər vəziyyətdə ədalətlə davranmaqdan çəkinməməsi, Allahın “Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun!..” (Nisa surəsi, 135) ayəsinə ciddi əməl etməsi əsasdır. Hər şərtdə doğruların tərəfində olmaq insanlarda etibar hissi yaradır. Sadəcə qan qohumluğu və ya dostluq əlaqəsi olduğuna görə yaxınlarını qorumaq ədalət istəyən insanları narahat edəcək və etibarsızlıq yaradacaq.

Ancaq Quranın hökmlərinə əsasən hərəkət edən insan Allahın “… Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!” (Ənam surəsi, 152)  şəklində bildirdiyi tövsiyələrinə əməl edər. Bu davranış onun Allaha güclü imanının və gözəl əxlaqının göstəricisidir.

Quranda bu barədə hz. Musanın (əs) həyatından nümunə verilir. Qasas surəsində belə bildirilir:

 

O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, azdıran açıq-aydın bir düşməndir!”– dedi. (Qasas surəsi, 15)

 

Bu hadisədə hz. Musa (əs) öz tərəfdarlarından birinin davasına şahid olur. Musa Peyğəmbər (əs) yaxınlarından olan bu adama tərəf çıxır və onunla birlikdə digər adama qarşı vuruşur. Bu davada qarşı tərəfə yumruq ataraq onu istəmədən öldürür. Ancaq sonra çox böyük səhv etdiyini anlayır. Bu, iman gətirən insanın ədalət anlayışını göstərən çox mühüm nümunədir. Çünki kimin haqlı, kimin haqsız olduğunu araşdırmadan, sadəcə öz yaxını, qohumu və ya dostu olduğu üçün bir nəfəri dəstəkləmək Allahın bəyənmədiyi əxlaqdır. Müqəddəs peyğəmbər olan hz. Musa (əs) da bu həqiqəti dərhal dərk etmiş, ayədə xəbər verildiyi kimi, etdiyi hərəkəti “şeytanın əməli” adlandırmışdır.

Hz. Musanın (əs) “şeytan əməli” adlandırdığı təfriqəçilik tarix boyu tökülən qanların ən böyük səbəblərindəndir. İnsanların ədalətə və haqqa görə deyil, öz ailəsini, nəslini, qövmünü, tərəfdarlarını və ya millətini haqlı çıxarmaq cəhdləri münaqişə və müharibələrin səbəbi olmuşdur.

Buna qarşı mömin hz. Musanın (əs) həyatından Quranda verilən nümunəyə əsasən davranmalıdır. Hz. Musa (əs) şeytanın insana verdiyi pis fikrin zülm olduğunu vicdanı ilə dərhal anlamış, tövbə edib Allaha sığınmışdır. Qissənin davamında hz. Musanın (əs) bu nümunəvi, vicdanlı davranışı belə təsvir edilir:

Dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. Dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” (Qasas surəsi, 16-17)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma