QURANDA KİTAB ƏHLİ


laiksistem2Dünyada rəngi, dili, inancları müxtəlif olan bir çox insan cəmiyyəti var. Din əxlaqı ilə yaşamayan ölkələrdə əsrlərdir ki, düşmənçiliyə səbəb olmuşdur. Bu cür fərqlərə malik xalqların əsla birlikdə sülh şəraitində yaşamayacağına və aralarında həmişə iğtişaş olacağına dair insanlar arasında geniş yayılmış fikir vardır. Halbuki bu, çox böyük aldanışdır. Çünki insanları müxtəlif xalqlar şəklində yaradan Allahdır. Allah Quranda bütün insanları sülhə və əmin-amanlığa çağırır:

 

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

 

Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir. (Yunus surəsi, 25)

 

Allahın elçiləri vasitəsilə insanlara bildirdiyi bütün dinlər insanları bir olan Allaha iman gətirməyə dəvət edir, gözəl əxlaqı tövsiyə edir və pis əxlaqdan çəkindirir. İslamdan başqa dinlər təhrif edilsə də, bu gün hələ də bəzi prinsiplərinin eyni olduğu görünür. Bu səbəbdən də dövrümüzdə yaradılan bu süni münaqişələrin əslində heç bir əsası, məntiqli açıqlaması yoxdur. Yuxarıdakı ayədə də bildirildiyi kimi, insanlar arasındakı narazılıqların əsas səbəbi Allahın dəvətini qəbul etməmələri və şeytanın yolu ilə getmələrdir.

Göylərin və yerin Rəbbi olan Allaha iman gətirən qulların bir-birlərinə düşmənçilik münasibəti bəsləməsi Allahın razı qalmadığı əxlaqdır və bütün iman gətirənlər bu əxlaqdan çəkindirilirlər. Allah insanlar arasında sülhü, sevgini və dostluğu tövsiyə etmişdir. Allahın son elçisi hz. Muhəmməd (səv) vasitəsilə bildirdiyi Quranda iman gətirənlərə bu barədə açıq-aydın əmrlər və tövsiyələr var.

 

Quranda kitab əhlinin vəziyyəti

Quranda tövhid inancına malik və Allahın elçiləri vasitəsilə nazil etdiyi dinlərə mənsub şəxslər – yəhudilər və xristianlar “kitab əhli” adlandırılır. İman gətirənlərin kitab əhlinə münasibəti, aralarındakı münasibət və sosial həyatdakı mövqelərinin necə olması ayələrdə və Peyğəmbərimizin (səv) hədislərində ətraflı bildirilmişdir. Kitab əhlinin Allahın vəhyinə əsaslanan bir çox əxlaqi dəyəri, haram və halal məfhumları var. Ona görə kitab əhlinin bişirdiyi yemək müsəlmanlar üçün Quranda halal edilmişdir. Eyni şəkildə müsəlman kişilərə kitab əhlindən olan qadınlarla evlənməyə icazə verilmişdir. Bununla bağlı ayədə Allah belə buyurur:

 

Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! (Maidə surəsi, 5)

 

İslam tarixinə baxdıqda müsəlman ölkələrində kitab əhlinə həmişə mülayim və mərhəmətlə davranıldığı diqqət çəkir. Bu hal xüsusilə Osmanlı imperiyasında daha çox nəzərə çarpır. Məlum olduğu kimi, katolik İspaniynanın yaşamaq hüququ vermədiyi və sürgün etdiyi yəhudilər axtardıqları rahatlığı Osmanlı torpaqlarında tapmışdırlar.  Fateh Sultan Mehmet İstanbulu fəth etdikdə şəhərdə həm xristianlara, həm də yəhudilərə azad yaşamaq hüququ vermişdir. Bütün Osmanlı tarixi boyu yəhudilərə və xristianlara kitab əhli kimi münasibət göstərilmiş və rahat yaşamalarına imkan verilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma