Qurani-Kərimdə kainatın yaradılışı


Qurandakı işarələr

Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”.kurani-kerim

Bu həqiqət, kainatın yoxdan yaradıldığı həqiqətidir. Bu, elmin kəşfindən minlərlə il əvvəl, Allahın insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablarda bildirilmişdir.

Bütün ilahi mənbələrdə arasında təhrif olunmamış yeganə kitab olan Quranda isə, həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması mövzusunda məlumatlar verilir. Bundan 14 əsr əvvəl vəhy olunmuş bu məlumatlar, XX əsr elminin tapıntılarıyla tam şəkildə üst-üstə düşür.

Əvvəla kainatın “yoxdan yaradıldığı”, Quranda belə bildirilir:

O göyləri və yeri nümunəsiz olaraq yaradandır… (Ənam surəsi, 101)

Dövrümüzdən tam 14 əsr əvvəl insanların kainatla bağlı məlumatları olduqca məhdud olduğu vaxtlarda, yenə Quranda bildirilən digər bir həqiqət də, eynilə böyük partlayış nəzəriyyəsinin göstərdiyi kimi, bütün kainatın, çox kiçik həcmə malik olub bir nöqtədə olarkən, ayrılıb genişlənməklə ortaya çıxmasıdır:

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenə də mi inanmayacaqlar? (Ənbiya surəsi, 30)

Yuxarıdakı ayənin ərəbcə orijinalında çox mühüm bir söz seçimi var. Ayənin “bir olduğu zaman” kimi tərcümə edilən sözü ratk, ərəb lüğətlərində “bir-biriylə iç-içə, ayrılmaz vəziyyətdə, qaynaşmış” mənalarına gəlir. Yəni tam bir bütün meydana gətirən iki maddə üçün işlədilir. Ayədəki “araladıq” ifadəsi isə, ərəbcə fatk feilidir ki, bu fel ratk halındakı bir obyektin yarıb, parçalayıb çölə çıxması deməkdir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması bu fellə ifadə edilir.

Bu məlumat əsasında ayəyə təkrar baxaq. Ayədə göylərlə yerin ratk vəziyyətində olduğu bir vəziyyətdən bəhs edilir. Sonra isə, bu ikisi fatk feli ilə ayrılıblar. Yəni biri digərini yararaq çölə çıxmışdır. Həqiqətən də, böyük partlayışın ilk anını xatırladığımız vaxt, kosmik yumurta adlanan nöqtənin kainatın bütün maddəsini ehtiva etdiyini görərik. Yəni hər şey, digər bir sözlə, bütün “göylər və yer” bu nöqtənin içində, ratk halındadırlar. Sonra isə, bu kosmik yumurta şiddətlə partlamış, bu yolla maddələr fatk olmuş, yəni çölə çıxaraq bütün kainatı meydana gətirmişlər.

Quranda bildirilən digər bir həqiqət isə, elm tərəfindən ancaq 1920-ci illərin sonunda müəyyənləşdirilən kainatın genişlənməsi həqiqətidir. Hablın (Hubble) ulduzların işıq spektrlərinin qırmızı rəngə çalmasını görməsiylə ilk dəfə ortaya çıxan bu həqiqət Quranda belə bildirilir:

Biz göyü böyük qüdrətlə yaratdıq və Biz (onu) genişləndiririk. (Zəriyət surəsi, 47)

Bir sözlə, müasir elmin tapıntıları bir tərəfdən materialist əhkamı qüvvədən salarkən, digər tərəfdən isə, Quran ayələri ilə bildirilən həqiqətləri bir daha göstərir. Çünki kainat materialistlərin zənn etdiyinin əksinə, maddənin içində gedən bəzi təsadüflərlə deyil, Allahın yaratmasıyla mövcud olmuşdur və Allahdan gələn məlumat, şübhəsiz ki, kainatın mənşəyi haqqındakı ən doğru məlumatdır.

Qurandakı işarələr

Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”.

Bu həqiqət, kainatın yoxdan yaradıldığı həqiqətidir. Bu, elmin kəşfindən minlərlə il əvvəl, Allahın insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablarda bildirilmişdir.

Bütün ilahi mənbələrdə arasında təhrif olunmamış yeganə kitab olan Quranda isə, həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması mövzusunda məlumatlar verilir. Bundan 14 əsr əvvəl vəhy olunmuş bu məlumatlar, XX əsr elminin tapıntılarıyla tam şəkildə üst-üstə düşür.

Əvvəla kainatın “yoxdan yaradıldığı”, Quranda belə bildirilir:

O göyləri və yeri nümunəsiz olaraq yaradandır… (Ənam surəsi, 101)

Dövrümüzdən tam 14 əsr əvvəl insanların kainatla bağlı məlumatları olduqca məhdud olduğu vaxtlarda, yenə Quranda bildirilən digər bir həqiqət də, eynilə böyük partlayış nəzəriyyəsinin göstərdiyi kimi, bütün kainatın, çox kiçik həcmə malik olub bir nöqtədə olarkən, ayrılıb genişlənməklə ortaya çıxmasıdır:

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenə də mi inanmayacaqlar? (Ənbiya surəsi, 30)

Yuxarıdakı ayənin ərəbcə orijinalında çox mühüm bir söz seçimi var. Ayənin “bir olduğu zaman” kimi tərcümə edilən sözü ratk, ərəb lüğətlərində “bir-biriylə iç-içə, ayrılmaz vəziyyətdə, qaynaşmış” mənalarına gəlir. Yəni tam bir bütün meydana gətirən iki maddə üçün işlədilir. Ayədəki “araladıq” ifadəsi isə, ərəbcə fatk feilidir ki, bu fel ratk halındakı bir obyektin yarıb, parçalayıb çölə çıxması deməkdir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması bu fellə ifadə edilir.

Bu məlumat əsasında ayəyə təkrar baxaq. Ayədə göylərlə yerin ratk vəziyyətində olduğu bir vəziyyətdən bəhs edilir. Sonra isə, bu ikisi fatk feli ilə ayrılıblar. Yəni biri digərini yararaq çölə çıxmışdır. Həqiqətən də, böyük partlayışın ilk anını xatırladığımız vaxt, kosmik yumurta adlanan nöqtənin kainatın bütün maddəsini ehtiva etdiyini görərik. Yəni hər şey, digər bir sözlə, bütün “göylər və yer” bu nöqtənin içində, ratk halındadırlar. Sonra isə, bu kosmik yumurta şiddətlə partlamış, bu yolla maddələr fatk olmuş, yəni çölə çıxaraq bütün kainatı meydana gətirmişlər.

Quranda bildirilən digər bir həqiqət isə, elm tərəfindən ancaq 1920-ci illərin sonunda müəyyənləşdirilən kainatın genişlənməsi həqiqətidir. Hablın (Hubble) ulduzların işıq spektrlərinin qırmızı rəngə çalmasını görməsiylə ilk dəfə ortaya çıxan bu həqiqət Quranda belə bildirilir:

Biz göyü böyük qüdrətlə yaratdıq və Biz (onu) genişləndiririk. (Zəriyət surəsi, 47)

Bir sözlə, müasir elmin tapıntıları bir tərəfdən materialist əhkamı qüvvədən salarkən, digər tərəfdən isə, Quran ayələri ilə bildirilən həqiqətləri bir daha göstərir. Çünki kainat materialistlərin zənn etdiyinin əksinə, maddənin içində gedən bəzi təsadüflərlə deyil, Allahın yaratmasıyla mövcud olmuşdur və Allahdan gələn məlumat, şübhəsiz ki, kainatın mənşəyi haqqındakı ən doğru məlumatdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma