Hz. Muhəmməd (səv) hər cür irqi ayrı-seçkiliyə qarşı çıxmışdır

Corporate Photo, two smiling girls and one smiling boy looking up at the camera while they are hugging each other.

Hz Muhəmməd (səv) yaşadığı dövrdə bütün insanlar arasında ədaləti qorumuş, cahiliyyə inancında olan dil, irq, sosial status, etnik mənşə kimi məfhumlardan doğan üstünlük inancını təkzib etmişdir. Çünki insanlar arasında bu xüsusiyyətlərə görə ayrı-seçkilik etmək Quran əxlaqında ciddi tənqid olunur. Dövrümüzdəki ifadəsi ilə “irqi ayrı-seçkilik” Quranda qadağan olunan, ancaq cahiliyyədə geniş yayılmış fikirdir. İnsanların müxtəlif irqlərə mənsub yaradılmalarının hikmətlərindən biri bir-birləri ilə tanış olmalarıdır. Bütün insanlar Allah qatında bərabərdir və yeganə üstünlük Allaha imandan və təqvadan qaynaqlanır. Oxumağa davam et

Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

manzara-1Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Oxumağa davam et

PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Bir camaata qarşı bəslənən kin möminləri ədalətdən çəkindirməz

204521042014Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Oxumağa davam et

Veriləcək qərar öz yaxınları ilə əlaqədar olsa da, mömin ədalətlə hökm verməlidir

esitlikadaletƏdalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Oxumağa davam et

Minimal bakteriya genomunun kompleksliyi həyatın Allah tərəfindən yaradıldığını sübut edir

169

Hüceyrənin mənşəyini axtarmağın mahiyyəti.

Həyatın təkamül prosesi nəticəsində formalaşdığını müdafiə edən alimlərə görə bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və təsadüfən ilk canlı hüceyrə meydana gəlmişdir. Əgər həyat təkamül nəticəsində meydana gəlibsə, onda ilk canlı hüceyrəsi mərhələlərlə necə təkamül keçirmişdir? Bu suala cavab vermək üçün xeyli təcrübələr aparılmış, lakin həyatın təkamüllə meydana gəldiyi isbat oluna bilinməmişdir. Əksinə aparılan tədqiqatlarda ilk canlı orqanizmin təsadüfi mərhələlərlə, təkamül prosesi nəticəsində ortaya çıxmasının qeyri-mümkün olduğu sübut edilmişdir. Məsələn, Müller, Foks, Doze və s. alimlərin keçirdiyi təcrübələr uğursuzluqla nəticələnərək həyatın təsadüf məhsulu olmadığı aşkara çıxarılmışdır. Son dövrlər KİV-lərdə “həyatı yaratmaq mümkündür” kimi təsürrat formalaşdırılamağa çalışılır. Bu mövzuda nümunə göstərilən tədqiqatlar isə gen mühəndisliyi adlanan elm sahəsinə aid edilir. Hal-hazırda laboratoriyalarda bir canlının DNT-sinə başqa canlıdan götürülən genləri sadəcə nəql etmək ya da mövcud DNT-dəki nukleotid cütlərin yerlərini dəyişdirmək gen mühəndisliyi kimi tanınır. Ancaq bu anlayışda hər hansı bir məlumatın yoxdan yazılışı nəzərdə tutulmur. Genom barədə aparılan işlər bəşəriyyət üçün olduqca önəmli və faydalı nəticələrə səbəb olur. Oxumağa davam et

Elmin sübut etdiyi həqiqət: qədər

renk_3b_0801_baslikQədər tarix boyunca mübahisə edilən mövzulardan biridir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına qədər deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Belə ki, Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısası, Allah üçün keçmiş, gələcək və bu an eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.

Oxumağa davam et