Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması


hleZpoD1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. Lemetr (Lemaître), bu çıxış yollarına əsaslanaraq kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən dayanmadan genişləndiyini irəli sürdü. Həmçinin, bu başlanğıc anından gəlib çıxan radiasiyanın da ortaya çıxarıla biləcəyini ifadə etdi.

Bu elm adamlarının nəzəri hesablamaları o zaman çox diqqət çəkməmişdi. Lakin 1929-cu ildə müşahidə olunmuş bir dəlil, elm aləminə bomba kimi düşdü. Həmin il Kaliforniyadakı Maunt Vilson rəsədxanasında, Amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl (Hubble), istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların aralarındakı məsafəyə əsasən qırmızı rəngə çalan işıq yaydıqlarını müəyyənləşdirdi. Bu fikir, həmin vaxtadək qəbul edilən kainat anlayışını kökündən sarsıtdı

Çünki məlum fizika qanunlarına görə, müşahidə aparılan nöqtəyə doğru hərəkət edən işıqların spektri bənövşəyi tərəfə doğru, müşahidənin aparıldığı nöqtədən uzaqlaşan işıqların spektri isə, qırmızı tərəfə doğru hərəkət edər (müşahidəçilərdən uzaqlaşan bir qatarın fit səsinin getdikcə azalması kimi). Hablın (Hubble) müşahidəsi isə, bu qanuna görə, göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habl (Hubble), çox keçmədən çox mühüm bir şeyi də tapdı; ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında alına bilən tək nəticə isə, kainatın “genişlənməsi” idi.

Qısa müddət əvvəl Corc Lemetr (Georges Lemaître) tərəfindən irəli sürülən bu həqiqət, əslində əsrin ən mühüm elm adamı sayılanAlbert Eynşteyn (Albert Einstein) tərəfindən də daha əvvəl dilə gətirilmişdi. Eynşteyn (Einstein) 1915-ci ildə yaratdığı “ümumi nisbilik” nəzəriyyəsi əsasında apardığı hesablamalar nəticəsində kainatın sabit ola bilməyəcəyi nəticəsinə gəlib çatdı. Lakin bu nəticə qarşısında olduqca təəccüblənən Eynşteyn (Einstein) bu dırnaqarsı “uyğunsuz” nəticəni ortadan qaldırmaq üçün, tənliklərinə “kosmik sabit” adlandırdığı bir əmsal əlavə etdi. Çünki o vaxtlar, astronomlar ona kainatın statik olduğunu söyləyirdilər, o da nəzəriyyəsinin bu modelə uyğun gəlməsini istəmişdi. Lakin sonradan bu kosmik sabiti “karyerasının ən böyük səhvi” adlandıracaqdı.

Hablın (Hubble) ifadə etdiyi kainatın genişlənməsi həqiqəti, qısa müddət sonra yeni bir kainat modelini yaratdı. Kainat genişləndiyinə görə, zamanda geriyə doğru gedildikdə olduqca kiçik bir kainat, daha da geri getdikdə isə, “tək bir nöqtə” ortaya çıxırdı.

Aparılan hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu “tək nöqtə”nin, görünməmiş dərəcədə böyük cazibə qüvvəsindən ötrü “sıfır həcmə” malik olduğunu göstərdi. Kainat, sıfır həcmə malik bu nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlayış “Big Bang” (böyük partlayış) adlandırıldı və bu nəzəriyyə də eyni adla tanındı.

Bu nəzəriyyənin göstərdiyi mühüm bir həqiqət vardı: Sıfır həcm “yoxluq” mənasını verdiyinə görə, kainat “yoxluqdan” yaranmışdı. Bu isə, kainatın bir başlanğıcı olduğu mənasını verir və beləliklə də, materializmin “kainat əzəldən bəri mövcuddur” fərziyyəsini çürüdürdü.

“Stasionar kainat” sınağı

Böyük partlayış nəzəriyyəsi, özünü dəstəkləyən dəlillərin gücündən ötrü, qısa müddətdə elm aləmində qəbul olunmağa başlandı. Lakin materialist fəlsəfəyə və bu fəlsəfənin təməlindəki “sonsuz kainat” fikrinə bağlı qalmaqda qətiyyətli olan astronomlar, böyük partlayışa qarşı müqavimət göstərməyə və sonsuz kainat fikrini davam etdirməyə çalışdılar. Bu cəhdin səbəbi, adları ilk sıralarda çəkilən materialist fiziklərdən Artur Eddinqtonun (Arthur Eddington) “fəlsəfi olaraq təbiətin indiki nizamının birdən-birə yaranmağa başlamış olduğu mənə inandırıcı gəlmir” sözündən başa düşülürdü.(1)

Böyük partlayış nəzəriyyəsindən narahat olanların başında dünya səviyyəsində tanınmış ateist ingilis astronomu Fred Hoyl (Fred Hoyle) gəlirdi. Hoyl (Hoyle), bu əsrin ortalarında “steady-state” (stasionar kainat) adlı, XIX əsrdəki sonsuz kainat fikrinin davamı olan yeni bir kainat modeli ortaya atdı. Hoyl (Hoyle) kainatın genişləndiyini qəbul etməklə yanaşı, kainatın ölçü və zaman cəhətdən sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə maddə, lazımi miqdarda, birdən-birə, öz-özünə yaranmağa başlayırdı. Görünür ki, yeganə məqsədi materialist fəlsəfənin təməli olan “əzəldən bəri mövcud olan maddə” əhkamını dəstəkləmək olan bu nəzəriyyə kainatın başlanğıcı olduğunu müdafiə edən böyük partlayış nəzəriyyəsinə tamamilə ziddi.

Stasionar kainat nəzəriyyəsini müdafiə edənlər uzun müddət böyük partlayış nəzəriyyəsinə qarşı müqavimət göstərdilər. Lakin elm əleyhlərinə işlədi.

1) S. Jaki, Cosmos and Creator, Regnery Gateway, Chicago, 1980, səh. 54

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma