Materializmin elmi cəhətdən süqutu


1395608390_img20140323225241“Materializmin, elmi düşüncə olduğunu bundan sonra heç kəs iddia edə bilməz”.

(Tanınmış mütəfəkkir Artur Kestler (Arthur Koestler))(1).

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yarandı?

Bu kainatdakı tarazlıq, ahəng və nizam necə meydana gəldi?

Üzərində yaşadığımız dünya, yaşamağımız üçün, necə belə uyğun sığınacaq ola bildi?

Məhz bu suallar, tarixin əvvəlindən indiyə qədər insanların marağına səbəb olmuşdur. Ağıl və sağlam düşüncə ilə bu sualları araşdıran elm adamlarının və ya mütəfəkkirlərin gəldikləri nəticə isə, həmişə bu olmuşdur: Kainatdakı bu nizam, bütün kainata hakim, üstün bir Yaradıcı olan Uca Allahın varlıq dəlillərindən biridir.

Ağıl, vicdan və dəlillər vasitəsilə əldə etdiyimiz bu nəticə, həqiqətdir. Allah, insanlara rəhbər olaraq 14 əsr bundan əvvəl Peyğəmbərimiz (s.ə.v)-ə vəhy etmiş olduğu Quranda bu həqiqəti insanlara bildirir. Allah, Quranda kainatı yoxdan yaratdığını və ona müəyyən məqsəd üçün nizam verdiyini, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün yaratdığını bildirir.

Allah ayələrində insanı bu mühüm həqiqət üzərində düşünməyə belə dəvət edir:

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,

Onun qübbəsini yüksəltdi və müəyyən nizam verdi,

Gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

Sonra da yeri döşədi. (Naziat surəsi, 30)

Allah həmçinin, kainatdakı bütün sistem və tarazlıqları insan üçün yaratdığını və insanın bunu bilərək, bu həqiqət üzərində düşünməli və ibrət almalı olduğunu bildirir:

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda ağlını işlədə bilən insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)

Uca Allah Qurandakı digər bir ayədə isə, belə buyurur:

O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Məhz bunları (nizamlı) yaradan Allah sizin Rəbbinizdir. Mülk Onundur. Sizin Ondan başqa ibadət etdikləriniz isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)

Quranda bildirilən bu həqiqət müasir astronomiyanın banisi olan bir çox hörmətli elm adamı tərəfindən də qəbul edilmişdir. Qaliley (Galilei), Kepler, Nyuton (Newton) kimi şəxsiyyətlər, kainatın, Günəş sisteminin quruluşunu, fizikanın qanun və tarazlıqlarını kəşf etdikcə, bütün bunların Allah tərəfindən yaradıldığını anlayıblar.

Materializm: XIX əsrin səhvi

Buraya qədər bəhs etdiyimiz yaradılış həqiqəti, tarixin qədim dövrlərindən etibarən, fəlsəfi bir görüş tərəfindən rədd edilir. Bu fəlsəfənin adı materializmdir, yəni maddəçilikdir. İlk dəfə Qədim Yunanistanda ortaya çıxan, sonra isə, bəzi müxtəlif sivilizasiyalar və ya insanlar tərəfindən bəzi vaxtlarda müdafiə edilən bu fəlsəfə, maddənin əzəldən bəri mövcud olduğunu müdafiə edir. Dolayısilə, kainatın da əzəli olduğu, yəni Allah tərəfindən yaradılmadığı səhvini müdafiə edir (Allahı tənzih edirik).

Materialistlər kainatın əzəldən bəri mövcud olduğunu müdafiə etdikləri kimi, kainatda hər hansı məqsəd və xüsusi olaraq yaradılmış mükəmməl nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün tarazlıq, ahəng və uyğunluğun yalnız təsadüflərin əsəri olduğunu iddia edirlər. Bu “təsadüf” iddiası, daha sonra “canlılar necə meydana gəldi?” sualına cavab olaraq da işlədilmişdir. Təkamül nəzəriyyəsi və ya digər adıyla darvinizm kimi bilinən iddia, materializmin bu yolla təbiətə uyğunlaşdırılmasından ibarətdir.

Müasir astronomiyanın banilərinin kainatın Allah tərəfindən yaradıldığına və nizamlandığına iman etdiklərini bildirmişdik. Lakin XIX əsrdə elm aləminin bu fikrində dəyişiklik olmuşdur. Materializm, bəzi insanlar tərəfindən qərəzli surətdə elm aləminə gündəminə gətirilmişdir. XIX əsrdəki bəzi siyasi və ictimai şərtlər materializmi dəstəklədiyi üçün, bu fəlsəfə elm aləmində də geniş şəkildə yayılmağa başlamışdır. Lakin elmi tapıntılar, həmin bu materializm yanılmasının nə qədər həqiqətdən kənar olduğunu bu gün ortaya çıxmışdır.

XX əsr elminin nəticələri

Materializmin kainat barəsində bir qədər əvvəl qeyd etdiyimiz iki iddiasını xatırlayaq: Kainatın əzəldən bəri mövcud olduğu, yəni yaradılmadığı və kainatda heç bir nizam, plan, məqsəd olmadığı, hər şeyin təsadüf məhsulu olduğu iddiası.

Məhz XIX əsr materialistlərinin, həmin dövrün inkişafdan geri qalmış elm səviyyəsində böyük hərarətlə müdafiə etdikləri bu iki iddia da, XX əsrdəki elmi tapıntılar tərəfindən çürüdülmüşdür.

Əvvəlcə, kainatın əzəldən bəri mövcud olduğu iddiası tarixə qarışmışdır. 1920-ci illərdən etibarən kainatın quruluşu barədə əldə edilən məlumatlar, kainatın bundan müəyyən müddət əvvəl “böyük partlayış” (“big bang”) nəticəsində yoxdan yarandığını sübut etmişdir. Yəni kainat əzəli deyildir, Allah tərəfindən yoxdan yaradılmışdır.

XX əsr elminin çürütdüyü ikinci iddia isə, “təsadüf” iddiasıdır. 1960-cı illərdən etibarən aparılan tədqiqatlar, kainatdakı bütün fiziki tarazlıqların insan həyatı üçün çox həssas şəkildə nizamlandığını göstərir. Tədqiqatlar genişləndikcə, kainatdakı fizika, kimya və biologiya qanunlarının, cazibə, elektromaqnit kimi təməl qüvvələrin, atomların və elementlərin bütün quruluşlarının, insan həyatı üçün tam lazımi qaydaya nizamlandıqları bir-bir tapılmışdır. Qərbli elm adamları bu gün bu fövqəladə nizamı; “antropik prinsip” (“anthropic principle”) adlandırırlar. Yəni kainatdakı hər bir incəlik, insanın yaşamasına uyğun bir məqsədlə yaradılmışdır.

Bir sözlə, hazırkı dövrdə materializm elmi cəhətdən süqut etmişdir. XIX əsrdə elm adından ortaya çıxmış, lakin qısa müddətdə böyük məğlubiyyətə uğramışdır.

Belə olması da normaldır. Çünki, Allahın; “Biz göyü, yeri və onların arasında olan şeyləri batil olaraq yaratmadıq. Bu, kafirlərin zənnidir” (Sad surəsi, 27) ifadəsiylə buyurduğu kimi, kainatın “batil”, yəni boşuna və məqsədsiz şəkildə yaradıldığı düşüncəsi, həqiqətdən kənar bir zənndir. Bu zənnə əsaslanan hər cür iddianın, həqiqətlər qarşısında yox olması isə labüddür.

Bu kitabda bu həqiqətlərin sübutlarına birgə nəzər salacağıq. Materializmin elm qarşısındakı süqutunu görəcək və kainatın Allah tərəfindən nə qədər üstün və mükəmməl yaradılışla yaradıldığına şahid olacağıq.

1) Arthur Koestler, Janus: A Summing Up, New York: Vintage Books, 1978, səh. 250.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma