Böyük partlayışdan sonra elementlərin yaradılışı


nucleosynthesis_periodic_table-svg“Əgər təbiətin dərinliklərində baş verən işlərin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?”

(Fizika professoru Pol Devis (Paul Davies)) (1)

Böyük partlayış elm adamlarının hesablamalarına görə dövrümüzdən təxminən 13.7 milyard il əvvəl baş verdi. Hal-hazırda kainatı meydana gətirən bütün maddələr, əvvəlki hissələrdə araşdırdığımız kimi; “yoxdan yaradıldı” və fövqəladə tarazlıq içində müəyyən forma aldı. Lakin böyük partlayışdan sonra yaranan kainat, hal-hazırda yaşadığımız kainatdan olduqca fərqli bir yer ola bilərdi.

Məsələn, əvvəlki fəsildə toxunduğumuz dörd əsas qüvvənin dəyəri bir az fərqli olarsa, kainat yalnız radiasiyadan ibarət ola bilərdi. Qarışıq işıqlardan ibarət olacaq bu kainatda, əlbəttə ki, qalaktikalar, ulduzlar, planetlər və biz insanlar ola bilməzdik. Lakin dörd əsas qüvvənin görünməmiş dərəcədə mükəmməl şəkildə yaradılması sayəsində, böyük partlayışdan sonra bu gün “maddə” adlandırdığımız şeyin əsas elementi olan atomlar meydana gəldi.

Elm adamlarının ortaq qənaətinə görə, böyük partlayışdan keçən ilk 14 saniyə ərzində, kainatın ən sadə iki atomu meydana gəlməyə başladı: Hidrogen və helium. Böyük partlayışdan sonra kainatın temperaturu sürətlə azalıb, maddə böyük sürətlə ətrafa dağılmağa başladığı bir vaxtda, hidrogen və helium atomları meydana gəldi. Digər bir sözlə, böyük partlayışdan sonra yaranan “ilkin kainat”, yalnız hidrogendən və heliumdan ibarət bir “qaz topası” idi. Əgər kainat həmişə belə qalsaydı, içində həyat ola bilməzdi. İçində heç bir ulduz, planet, daş, torpaq, ağac və insan da ola bilməzdi. Təkcə boşluq içində hərəkət edən iki növ qazdan ibarət bir kainat, yəni ölü bir kainat olardı.

Bəs necə oldu da yalnız qazlardan ibarət olan bu kainatın içində daha ağır elementlər, məsələn, bütün canlı həyatının ən əsas elementi olan karbon meydana gəldi?

Bu sualı araşdıran elm adamları, XX əsrin ən təəccüblü elmi kəşflərindən biri ilə qarşılaşdılar.

Elementlərin quruluşu

Kimya, maddənin daxili quruluşunu araşdıran elm sahəsidir. Kimyanın təməli isə, dövri cədvəldir. İlk dəfə rus kimyaçısı Dmitri İvanoviç Mendeleyev (Dmitry Ivanovich Mendeleyev) tərəfindən yaradılan dövri cədvəl, Dünyada olan elementlərin atom quruluşuna görə tərtib olunmuşdur. Dövri cədvəlin ən başında hidrogen gəlir. Çünki hidrogen, bütün elementlərin ən sadəsidir. Nüvəsində tək bir proton var. Bu protonun ətrafında isə, tək bir elektron fırlanır.

Protonlar – atomların nüvələrində yerləşən və müsbət (+) elektrik yükünə malik zərrəciklərdir. Hidrogendə tək bir proton olduğu halda, dövri cədvəldə ikinci yerdə gələn heliumda iki proton var. Karbonun altı, oksigenin səkkiz protonu var. Nüvələrindəki proton sayına görə elementlər bir-birlərindən fərqlənirlər.

Atom nüvəsində protonla yanaşı yerləşən digər bir zərrəcik də, neytrondur. Neytronların elektrik yükü yoxdur; onsuz da “neytron” sözü də “yüksüz” mənasını verir.

Atomu əmələ gətirən üçüncü əsas zərrəcik isə mənfi (-) elektrik yükünə malik elektronlardır. Elektronlar digər iki zərrəciyin əksinə nüvədə deyil, nüvədən kənarda yerləşirlər. Hər atomda, nüvədəki proton sayı qədər elektron olar. Əks elektrik yükləri bir-birlərini cəzb etdikləri üçün, elektronlar nüvədəki protonlar tərəfindən cəzb edilir, lakin sürətləri vasitəsilə buna müqavimət göstərirlər.

Elementlər, bir qədər əvvəl də ifadə etdiyimiz kimi, atomlarının quruluşu etibarilə bir-birindən fərqlənirlər. Bir hidrogen atomunu dəmirdən ayıran fərq, onun proton və elektron sayının 1, dəmirinkinin isə 26 olmasıdır.

İşin mühüm tərəfi isə, elementləri bir-birinə çevirməyin təbii dünya şəraitində qeyri-mümkün olmasıdır. Çünki bir elementin digər bir elementə çevrilməsi üçün, nüvəsindəki proton sayı dəyişməlidir. Halbuki protonlar, kainatdakı ən böyük fiziki güc olan güclü nüvə qüvvəsi tərəfindən bir-birlərinə bağlanırlar və ancaq “nüvə” reaksiyaları vasitəsilə yerlərindən tərpədilə bilərlər. Lakin təbii dünya şəraitində baş verən bütün reaksiyalar, elektron alış-verişinə əsaslanan və nüvəyə təsir göstərməyən kimyəvi reaksiyalardır.

Əlkimya, orta əsrlərdə çox geniş yayılmış bir məşğuliyyətdir. Əlkimyaçılar, yuxarıda ifadə etdiyimiz həqiqəti bilmədikləri üçün, həmişə elementləri bir-birinə döndərmə xəyalları qurublar, dəmir kimi metalları qızıla döndərməyə çalışıblar. Halbuki bu dünya şəraitində qeyri-mümkündür. Çünki elementlərin bir-birinə çevrilməsi, ancaq çox yüksək temperatur şəraitində gerçəkləşər.

Lazımi temperatur o qədər yüksəkdir ki, bu, yalnız ulduzlarda mövcud olur.

1) Paul Davies, Superforce, New York: Simon and Schuster, 1984, səh. 243

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma