Atmosferin həyat üçün ideal uyğunluğu


dunya-atmosfer-850x531Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.

Əvvəlki səhifələrdə də toxunduğumuz kimi, elmi-fantastik filmlər, bəzən insanları yanlış istiqamətləndirirlər. Bunun bir nümunəsi, bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”dur. Kosmik gəmi ilə uzaq bir planetə yaxınlaşan insanlar, planetə enmədən əvvəl atmosferinin tənəffüs üçün əlverişli olub-olmadığına baxarlar. Çox vaxt da, tənəffüs üçün əlverişli bir atmosfer çıxar. Bu ssenarilər, bəşər oğlunun asanlıqla və təsadüfən əlverişli atmosferlər tapa biləcəyi təəssüratını vermək məqsədini daşıyır. Halbuki Yer kürəsinin atmosferi, həyat üçün zəruri olan olduqca xüsusi şərtləri bir yerə toplayaraq yaradılmış fövqəladə qarışıqdır.

Yer kürəsinin atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon, eləcə də, digər qazların qarışığından ibarətdir. Əvvəlcə bu qazların ən əhəmiyyətlisi olan, oksigenlə başlayaq. Oksigen çox əhəmiyyətlidir, çünki insan kimi kompleks bədənlərə sahib canlıların enerji əldə etmək üçün, istifadə etdikləri əksər kimyəvi reaksiya oksigen sayəsində baş verər. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbon qazı və enerji alınır. Hüceyrələrimizdə istifadə etdiyimiz ATF (adenin trifosfat) adlandırılan enerji paketləri, bu reaksiya nəticəsində meydana gələrlər. Məhz biz də bundan ötrü, daim oksigenə ehtiyac duyarıq və bu ehtiyacı ödəmək üçün, tənəffüs edərik.

İşin qəribə tərəfi, tənəffüs etdiyimiz havadakı oksigen miqdarının, olduqca həssas tarazlıqlar üzərində müəyyənləşdirilmiş olmasıdır. Maykl Denton (Michael Denton), bu mövzuda bunları yazır:

“Atmosferimiz, tərkibində daha çox oksigen saxlaya bilər və buna baxmayaraq, həyatın mövcud olmasına imkan verərdimi? Xeyr! Oksigen çox reaktiv bir elementdir. Hal-hazırda atmosferdə olan oksigenin miqdarı, yəni 21%, həyatın təhlükəsizliyi üçün, keçilməməli hüdudların tam ideal nöqtəsindədir. 21%-lik göstəricinin üzərinə əlavə olunan hər 1%-lik oksigen miqdarı, bir ildırımın meşə yanğını başlatma ehtimalını 70% artırar”.(1)

İngilis biokimyaçı Ceyms Lavlok (James Lovelock) isə eyni mövzu barədə belə yazır:

“Oksigenin miqdarı 25%-dən artıq olsaydı, hal-hazırda istifadə olunan bitki mənşəli qidaların çox az hissəsi, bütün tropik meşələri və arktika tundralarını yox edəcək nəhəng yanğınlardan qoruna bilərdi… Atmosferdəki hazırkı oksigen miqdarı, təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədədir”.(2)

Atmosferdəki oksigen miqdarının sabit qalması da, mükəmməl bir “geri çevrilmə” sistemi sayəsində baş verər. Heyvanlar həmişə oksigendən istifadə edər və özləri üçün zəhərli karbon qazı buraxarlar. Bitkilər isə, bu əməliyyatın tam əksini həyata keçirər və karbon qazını həyat mənbəyi olan oksigenə çevirərək həyatın davam etməsini təmin edərlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu yolla istehsal edilərək atmosferə buraxılar.

Əgər bu iki canlı qrupu, yəni bitkilər və heyvanlar, eyni reaksiyanı gerçəkləşdirsəydilər, Yer kürəsi çox qısa müddətdə yaşanılmaz bir planetə çevrilərdi. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen meydana gətirsəydilər, atmosfer qısa müddətdə “yanıcı” xüsusiyyət qazanar və ən kiçik bir qığılcım nəhəng yanğınlar törədərdi. Sonunda isə, Yer kürəsi nəhəng “balon partlayışı” nəticəsində yanaraq qovrulardı. Eləcə də, həm bitkilər, həm də heyvanlar karbon qazı meydana gətirsəydilər, bu dəfə də, atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, “boğularaq” kütləvi halda ölməyə üz tutardılar.

Lakin canlılar arasındakı tarazlıq elə mükəmməl yaradılmışdır ki, atmosferdəki oksigen miqdarı həmişə canlılar arasında ən ideal miqdarda olaraq, Lavlokun (Lovelock) ifadəsiylə; “təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədə” qalır.

Atmosferin çox yaxşı şəkildə tarazlaşdırılmış digər bir cəhəti isə, onun, tənəffüs etməyimizə imkan verən ideal sıxlığıdır.

1) Michael Denton, Nature’s Destiny, səh. 121

2) James J. Lovelock, Gaia, Oxford: Oxford University Press, 1987, səh. 71

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma