Günəş sistemindəki həssas nizam


gezegenlerKainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır.

Günəş sisteminin quruluşunu araşdırdığımız vaxt, yenə böyük tarazlıqla qarşılaşarıq. Planetləri dondurucu soyuqluqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir, Günəşin “cazibə qüvvəsi” ilə planetin“mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsindən ötrü bütün planetləri cəzb edər, onlar da fırlanmalarının yaratdığı mərkəzdənqaçma qüvvəsi sayəsində bundan xilas olar. Lakin planetlərin fırlanma sürəti bir qədər daha az olsa, o zaman bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və sonunda Günəş tərəfindən böyük partlayışla udularlar.

Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətlə fırlansalar, bu zaman da Günəşin gücü onları tutub saxlamağa çatmayacaq və planetlər xarici kosmosa səpələnəcək. Halbuki çox həssas olan belə bir tarazlıq yaradılmışdır və sistem bu tarazlığı qoruyub saxladığı üçün davam edir. Həmçinin bu tarazlığın hər planet üçün ayrı-ayrılıqda yaradılmış olduğuna da diqqət yetirilməlidir. Çünki planetlərin Günəşə olan məsafələri çox fərqlidir. Üstəlik, kütlələri də çox fərqlidir. Bundan ötrü də, hamısı üçün ayrı fırlanma sürəti müəyyənləşdirilməlidir ki, Günəşə yapışmaqdan və ya ondan uzaqlaşıb kosmosa səpələnməkdən xilas olsunlar.

Materialist astronomiya məhfumu, Günəş sisteminin mənşəyinin təbii fiziki proseslərlə izah oluna biləcəyini, yəni bu sistemin nəzarətsiz və təsadüfən meydana gələ biləcəyini iddia edir. Lakin son 300 ildir ki, bu mövzuda ortaya atılan bütün müxtəlif nəzəriyyələr heç bir elmi dəlili olmayan bir fərziyyədən kənara çıxa bilməmişdir. Günəş sisteminin mənşəyi, buna, materialist dünyagörüşüylə izah gətirməyə çalışanlar üçün bir sirrdir.

Günəş sistemindəki fövqəladə həssas tarazlığı kəşf edən Kepler, Qaliley (Galilei) kimi astronomlar isə, bu sistemin çox açıq bir yaradılışı göstərdiyini və Allahın kainat üzərindəki hakimiyyətinin bir dəlili olduğunu ifadə ediblər. Günəş sisteminin quruluşu haqqında mühüm kəşflər edən (eləcə də, “yaşamış ən mühüm elm adamı” sayılan) İsaak Nyuton (Isaac Newton) isə belə yazmışdır:

“Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox həssas sistem, yalnız ağıl və güc sahibi bir Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər… O, bunların hamısını idarə edir və bu hakimiyyətindən ötrüdür ki, Ona, “üstün qüvvət sahibi Rəbb” deyilir”.(1)

1) Michael A. Corey, God and the New Cosmology: The Anthropic Design Argument, Maryland: Rowman & Littlefield Publishers, Inc., 1993, səh. 25

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma