Futbolla kütlələri əldə etmək


Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2016-10-14 20:36:34Z |  | ÿºÊÙÿÈÖãÿ»ÈÖÿ3Ô´PÈ

Futbol ingilis fəhlələrinin məhəllə aralarında oynadığı əyləncəli oyun olaraq başladı. Bu oyunun beynəlxalq səviyyədə mübarizə və rəqabətə çevrilməsi, həqiqətən, maraqlı və araşdırılmağa dəyər bir proses oldu. Ölkələrin milli komandalar nəzdində təmsil edilməsi bəzən futbolu siyasiləşdirdi, dostluq oyunları bəzən ölkələr arasındakı münasibətləri bərpa etdi, futbol adından edilən jestlər bir çox kütlənin dostluğu üçün ilk addım oldu. Futbol komandaları, ölkələri üçün nümunə, futbolçular isə cəmiyyət üçün nümunə təşkil etmək missiyasını öz üzərinə götürdü. Bu səbəbdən centilmenlik bu sektorda güzəştə gedilməyən jest oldu.

Demək olar ki, hər idman növü kimi futbolun cəmiyyətə və ölkələr arası münasibətlər kontekstində müsbət istiqamətverici təsiri olsa da, böyük təhlükəni də özü ilə birlikdə gətirdi: fanatizm.

Fanatizm, şübhəsiz, təkcə bir idman növü üçün deyil, həyatın hər mərhələsində hər inanc və həyat tərzi üçün riskli məsələdir. Fanatik insan düz bildiyini zorla da olsa, qarşısındakına qəbul etdirmək istəyən xəstəliyə tutulur. Elə bu səbəbdən fanatizm çox vaxt zorakılıqla birlikdə dilə gətirilir. Futbol məsələsində eyni vəziyyət olub.

Çox vaxt fanatik azarkeşlərin törətdiyi zorakılıq əməlləri tarix boyunca centilmenlik arenası olmalı olan futbol arena və tribunalarında qan tökülməsinə səbəb olub. Zorakılıq tərəfdarı olan bu insanların əməlləri bəzən futbolu idman növü olmaqdan uzaqlaşdırıb. Belə ki, dövrümüzdə futbol, komandaların əzəli rəqabətlərinin mübarizə meydanına çevrilməsinə şahid olur. Futbolun sektor halına gətirilməsinin də bunda payı, şübhəsiz ki, böyükdür. Belə ki, futbol bu gün artıq astronomik büdcələri olan, transfer və sponsor məbləğləri kimi məsələlərdə milyardların dilə gətirildiyi ticarət sahəsi halına gəlib. FİFA-nın təkcə 2014-cü ilin Dünya Çempionatından əldə etdiyi gəlirin 4,5 milyard dollar olduğu nəzərə alınsa, vəziyyət daha yaxşı aydın olar.

Futbolu ictimai tərəfi ilə tədqiq etdikdə keçmişdən bu günə futbol fanatizminin olduqca dəhşətli zorakılıq və irqçilik hadisələrinə səbəb olduğunu görərik. Bunda futbolun sektorlaşdırılması əsnasında istifadə edilən dil əhəmiyyət daşıyır. Məsələn, böyük komandaların mübarizəsi daim mediada böyük rəqabət ruhuna təkan verir. Matç öncəsi və sonrasında bu rəqabəti qızışdıracaq şişirdilmiş təriflər və şərhlər insanları oyun ruhundan uzaqlaşdırıb sanki xuliqanlaşdırır.

Fanatların futbolu dərk etmə formaları, onları öz komandaları üçün “ölümü gözə almaq” səviyyəsinə gətirir. Bu düşüncədəki bir insanın asanlıqla adam öldürməsi mümkün olur. Həmin xuliqanların oyunlara gedərkən yanlarında bıçaq, şiş kimi silahlar aparmaları bunun ən böyük dəlillərindəndir. Belə ki, tamaşaçıları xoşbəxt etmək üçün keçirilən futbol oyunu bir çox gəncin ölümünə səbəb olması tanış olduğumuz haldır. Təəssüf ki, bu vəziyyət lokal yox, qlobaldır.

Məsələn, 24 may 1964-cü ildə Peruda Olimpiya seçmə mərhələsində Argentina Perunu məğlub etdikdə azarkeşlər arasında qarşıdurma yaranmış və çıxan qarışıqlıq 318 nəfərin ölümü, 500 nəfərin yaralanması ilə nəticələnmişdi.

1970-ci il FİFA Dünya Kuboku seçmə mərhələsində qarşılaşan iki qonşu ölkə Salvador və Honduras arasında matç sonrası 100 saat davam edən müharibə çıxmışdı. Dünya ədəbiyyatına Futbol Müharibəsi kimi keçən bu müharibə nəticəsində 2100 ölü və 10 mindən çox yaralı olmuşdu. Bu müharibə Amerika Dövlətləri Təşkilatının müdaxiləsi ilə sona çatmışdı.

29 may 1985-ci ildə Belçikada oynanılan Avropa Kuboku Finalında Yuventus-Liverpool tərəfdarları arasında dava zamanı 39 nəfər, 14 iyul 1996-cı ildə  Liviyadakı matç zamanı 50 nəfər, 11 aprel 2001-ci ildə Cənubi Afrikadakı qarşılaşmada 43 nəfər, 29 mart 2009-cu ildə Fil Dişi Sahili və Malavi arasındakı Dünya Kuboku seçmə oyununda isə ən az 22 nəfər həyatını itirmişdi.

2012-ci ildə Misirdə Əl-Əhli ilə Əl-Masri komandaları arasındakı matçdan sonra Əl-Masri tamaşaçısının stadiona daxil olması nəticəsində ən azı 74 nəfər ölmüş, minlərlə insan yaralanmışdı. Bir qrup azarkeş stadionu yandırmış, asayişi təmin etmək məqsədilə Misir ordusu hərəkətə keçmişdi.

Sadaladığımız bu hadisələr futbol fanatizminin gətirdiyi faciəvi nəticələrdən yalnız bir neçəsidir. Futbolda irqçiliyin də narahat verici səviyyədə olduğu qeyd edilməlidir. Futbolçular, hakimlər və azarkeşlər ölkələrindən, ictimai quruluşlarından və ya dinlərinə görə söyülür, təhqir edilir.

Futbolun bu dəhşətli vəziyyətdən çıxarılması mühüm əhəmiyyət daşıyır. Futbolda fanatizmi, şiddəti, irqçiliyi təşviq edən, bu istiqamətdə təbliğat aparan şəxslərin açıqlamaları mətbuatda yer almamalı, media, irqçiliyə və fanatizmə dəstək olmamalıdır. Amma ən önəmlisi irqçi və xuliqan fikirlərə qarşı bunlar daha yaranmadan tədbir görülməsidir. Sevgiyə əsaslanan maarifləndirmə bu məqamda əhəmiyyət daşıyır. Başqalarına qarşı sevgisiz, mərhəmətsiz, ittihamedici və ayrı-seçkilik edən insanların əsas xüsusiyyəti ön mühakimələrlə hərəkət etməsidir. Ön mühakimələrlə yanaşı ortaya çıxan aşağı görmə, rədd etmə, təcrid və kənarlaşdırmanın bəzi insanlarda nifrət, zorakılıq, hətta vəhşiliyin qızışdırılmasına yol açdığı unudulmamalıdır.

Azarkeşləri xüsusi maarifləndirmə ilə futbol, insanları müsbət yöndə istiqamətləndirəcək maarifləndirmə mühitinə çevrilə bilər. Bu mühüm və miqyası olduqca geniş olan sektorun xuliqanlıq, qəzəbə əsaslanan rəqabət və güc mənbəyi olaraq mənimsənilməsinə son verilməli və köklü dəyişikliklə futbol adına daha çox sevgi və qardaşlıq vurğusu ön plana çıxarılmalıdır. Bu barədə futbol komandalarının, medianın və əlbəttə ki, futbolçuların böyük payı olacaq. Dünyanı sevgiyə öyrəşdirmə məsələsində sənətdən sənayeyə qədər hər sahənin böyük məsuliyyəti var. Futbol da bunlardan biri olmalıdır.

 

http://www.gulf-times.com/story/517474/Let-us-make-a-better-world-through-football

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma