Kainatın ilk anında maddənin anbaan yaradılışı


doga-duvar-kagidi-1600x1200-1305-a302a4971-795x350“Big Bang” nəzəriyyəsinin də göstərdiyi kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlayış hər cəhətdən insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlarla və detallarla doludur.

Partlayışın hər anındakı istilik, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas ölçülərə malik olmalıdırlar. Həmin ölçülərdən hər hansı birinin təmin olunmaması belə bu gün içində yaşadığımız kainatın varlığını mümkünsüz edərdi. Qeyd olunan ölçülərdən hər hansı birinin riyazi olaraq “0”-a yaxın olan bir miqdarda dəyişməsi belə bu sonu hazırlamağa kifayət edərdi.

Qısası, kainat və onun əsası olan atomlar böyük partlayış anından dərhal sonra Allah`ın yaratdığı bu tarazlıqlar sayəsində yoxdan var olmağa başlayıb. Elm adamları bu proses zamanı meydana gələn hadisələrin mükəmməl vaxt nizamlanmalarını və bu vaxt çərçivəsində qüvvədə olan fiziki qanunların nizamını anlamaq üçün xeyli saysız araşdırmalar aparılıb. Bu gün həmin istiqamətdə çalışan alimlərin qəbul etdikləri gerçəklər bunlardır:

“0” anı: nə maddənin, nə də zamanın mövcud olduğu və partlayışın baş verdiyi bu an fizikada t (zaman) = 0 anı olaraq qəbul edilir. Yəni t = 0 anında heç bir şey yoxdur. Yaradılışın başladığı bu andan öncəni anlamaq və təsvir etmək üçün o dönəmdə mövcud olan fiziki qanunları bilməliyik. Çünki hazırda mövcud olan fiziki qanunlar partlayışın ilk anlarında keçərli olmayıb.

Fizikanın dərk edə bilmədiyi hadisələr ən kiçik zaman aralığı olan 10-43 saniyədən etibarən başlayır. Bu, insan ağlının əsla qavraya bilməyəcəyi bir zaman kəsiyidir. Bəs hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz bu zaman aralığında nələr olub? Fiziklər bu günə qədər həmin anda baş verə biləcək hadisələri bütün detalları ilə açıqlayan bir nəzəriyyə ortaya çıxarmağı bacarmayıblar.(1)

Çünki hesablama aparmaq üçün tələb olunan maddi heç nə yoxdur. Riyazi və fiziki qanunlar bu nöqtədən o yana keçə bilmirlər. Yəni hər bir detalı çox həssas nizamla qurulmuş bu partlayışın öncəsi də, onun ilk anları da müasir elmin və insanın qavrama gücünün xaricindədir. Zamanın olmadığı bir andan başlayan bu yaradılış anbaan maddənin və fiziki qanunların ortaya çıxmasını təmin edib. İndi isə bu partlayış zamanı çox qısa bir müddətdə böyük həssaslıqla meydana gələn hadisələrə nəzər salaq:

Əvvəl də dediyimiz kimi, fizikada hər şey 10-43 saniyə sonradan etibarən hesablana bilir və ancaq bu andan sonra enerji və zamanın təsviri mümkün olur. Yaradılışın bu anında temperatur 1032 (100.000.000.000.000.000.000.000.000.000.000) K olub. Müqayisə etsək, Günəşin hərarəti milyon (108), günəşdən çox böyük ulduzların istiliyi isə milyardlarla (1011) ifadə edilir. İndiyə qədər təsbit olunmuş ən yüksək hərarətin milyardlarla dərəcə həddində olduğunu nəzərə alsaq, 10-43 anındakı temperaturun nə dərəcədə yüksək olduğunu müqayisə etmək mümkündür.

10-43 saniyəlik bu dövrdən bir pillə irəli gedib, saniyənin 10-37 olduğu zamana gələk. Bu iki müddət arasındakı zaman fərqi bir-iki saniyə kimi deyil, saniyənin kvadrilyon dəfə kvadrilyonda biri qədərdir! Bu anda temperatur yenə də fövqəladə yüksək olub 1029(100.000.000.-000.000.000.000.000. 000.000) K ölçüsündədir. Bu pillədə hələ atomlar yaradılmayıb.(2)

Bir addım daha atıb 10-2 saniyəlik zamana daxil oluruq. Bu interval saniyənin yüzdə biri qədərdir. Bu zaman aralığı daxilində temperatur 100 milyard dərəcədir. Bu dövrdə artıq “ilkin kainat” formalaşmağa başlayıb. Atom nüvəsini əmələ gətirən proton və neytron kimi zərrəciklər hələ ortalıqda yoxdur. Ortada sadəcə elektron və onun əksi olan pozitronlar var. Çünki kainatın o andakı hərarət və sürəti yalnız bu zərrəciklərin formalaşmasına imkan verir.

Yoxluğun ardından partlayışdan bir saniyə belə keçməmiş artıq elektron və pozitronlar formalaşmışdılar. Bu məqamdan sonra yaranacaq hər atom hissəciyi məhz hansı anda ortaya çıxacağı çox önəmlidir. Çünki mövcud fiziki qanunların formalaşması üçün hər bir hissəcik xüsusi anda ortaya çıxmalıdır. Hansının öncə, hansının sonra yaranacağı çox mühümdür. Bu ardıcıllıq, yaxud zamanlamada hətta ən kiçik bir şəkildə pozulsaydı belə, indiki kainat formalaşa bilməzdi…

Burada dayanıb bir az düşünək.

“Big Bang” nəzəriyyəsi kainatı əmələ gətirən bütün maddənin yoxdan ortaya çıxdığını göstərməklə Allah`ın varlığına aid bir dəlil göstərdi. Amma məsələ bununla bitmədi, böyük partlayışın ardından heç bir saniyə belə keçməmiş atomun təməl hissəciklərinin də yoxdan var edildiyi bəlli oldu. Bu hissəciklərin sahib olduğu inanılmaz tarazlıq və nizama diqqət etmək lazımdır. Qarşıdakı səhifələrdə incəliklərinə qədər izah edəcəyimiz bu tarazlıq sayəsində kainat bu günkü vəziyyətindədir və biz də rahat yaşaya bilirik. Qısası, böyük bir qarışıqlıq və xaos yaratması gözlənilən partlayışın ardınca mükəmməl nizam, bizim “fizika qanunları” adlandırdığımız dəyişməz qanunlar ortaya çıxdı. Bu isə böyük partlayış da daxil olmaqla, kainatın yaradılışından etibarən hər an qüsursuz şəkildə nizamlandığını və idarə olunduğunu göstərir.

İndi isə prosesin inkişafını qaldığımız yerdən izləməyə davam edək. Bir pillə sonraya – partlayışdan 10-1 saniyənin keçdiyi ana gələk. Burada hərarət 30 milyard dərəcədir. T=0 anından bura qədər hələ 1 saniyə də keçməyib. Ancaq atomun digər hissəcikləri olan neytron və protonlar artıq üzə çıxmağa başlayıb. Sonrakı bölümlərdə qüsursuz yaradılışlarını incələyəcəyimiz neytron və protonlar, beləcə, bir andan da qısa müddət ərzində yoxdan var edilib.

Partlayışdan sonrakı 1-ci saniyəyə gələk. Həmin andakı maddənin sıxlığına nəzər salanda yenə də son dərəcə fövqəladə bir rəqəmlə rastlaşırıq. Hesablamalara görə, o zamankı mövcud kütlənin sıxlığı 3,8 milyard kq/litrdir. Bu rəqəmi riyazi şəkildə kağızda göstərmək asan olsa da, tam qavramaq mümkün deyil. Onun nə qədər böyük olduğunu daha asan şəkildə başa salmaq üçün belə bir misal gətirək: “əgər Everest zirvəsi bu sıxlığa sahib olsaydı, onun cazibə qüvvəsi Yer kürəsini bir anda udardı.”(3)

Daha sonrakı zaman kəsiyinin ən əsas xüsusiyyəti isə istiliyin xeyli azalmasıdır. Kainat təxminən 14 saniyəlik ömrə sahib olanda temperaturu 3 milyard dərəcəyə düşüb, özü isə çox böyük sürətlə genişlənməkdə davam edib. Hidrogen və heliumda olduğu kimi, dayanıqlı atom nüvələri də məhz bu zaman formalaşıb. Yəni protonla neytronun ilk dəfə bir araya gəlməsi üçün şərait yaranıb. Kütlələri var ilə yox arasında olan bu iki zərrəcik fövqəladə cazibə yaradaraq böyük yayılma sürətinə qarşı gəlməyə başlayıblar.

Göründüyü kimi, son dərəcə həssas şəkildə planlaşdırılmış və nəzarət olunan prosesin getdiyi bəllidir. Ağlasığmaz partlayışın ardınca həssas nizam və tarazlıq yaranır. Protonlar və neytronlar bir araya gələrək maddənin əsası olan atomu formalaşdırmağa başlayır. Həmin hissəciklərin özləri, təbii ki, birləşərək maddəni yaratmaq və bu zaman bütün qüvvələrin tarazlığına əməl etmək üçün lazım olan gücə və bilgiyə sahib deyil.

Həmin proses başlayanda kainatın istiliyi artıq 1 milyard dərəcəyə düşmüşdü. Bu, Günəşin mərkəzindəki temperaturdan 60 dəfə çoxdur. …İlk andan bu dövrə qədər 3 dəqiqə 2 saniyə keçib. Artıq foton, proton, antiproton, neytron və antineytron kimi subatom zərrəciklər üstünlük təşkil edir.Bu dönəmdə mövcud olan bütün zərrəciklərin sayı və bir-birlərinə təsiri çox kritikdir. Belə ki, zərrəciklərin hansınınsa sayında cüzi fərq əmələ gələrsə, onların saxladığı enerji tarazlığı pozular və enerjinin maddəyə çevrilməsi əngəllənər.

Məsələn, elektron və pozitronlara baxaq: onlar bir araya gələndə enerji ayrılır. Bu səbəbdən, ikisinin də sayı çox önəmlidir. Tutaq ki, 10 elektronla 8 pozitron qarşı-qarşıya gəlir. Bu halda, onların 8-i pozitronlarla qarşılıqlı təsirə girər və müəyyən qədər enerji ayrılar. 2 elektron isə sərbəst qalır. Elektron kainatın əsasını təşkil edən atomun tərkib hissələrindən biri olduğundan kainatın genişlənməsi üçün bu dövrdə lazımi qədər elektronun mövcudluğu şərtdir.

Əvvəlki misalın üzərində düşünməyə davam edək. Tutaq ki, elektronlarla pozitronların qarşı-qarşıya gəldiyi zaman pozitronların sayı daha artıq olsaydı nəticədə ayrılan enerjidən elektronların yerinə pozitronlar artıq qalardı və maddi kainat formalaşa bilməzdi. Yox, əgər pozitronlarla elektronların sayı bərabər olsaydı, bu dəfə ortaya yalnız enerji çıxar, maddi kainata aid heç nə ortaya çıxmayacaqdır.

Halbuki, elektronların sayındakı çoxluq sonradan kainatdakı protonların sayına bərabər olacaq şəkildə çox həssas ölçü ilə tənzimlənib. Çünki, sonradan yaranacaq atomda elektron və protonların sayı bir-birinə bərabər olacaqdır.

Demək ki, böyük partlayışdan sonra ortaya çıxan zərrəciklərin sayı bu qədər incə bir hesabla müəyyənləşib və nəticədə maddə kainatı formalaşdıra bilmişdir. Professor Stiven Vaynberq bu zərrəciklər arasındakı qarşılıqlı təsirin nə dərəcədə həssas olduğunu belə deyir:

– Əgər ilk bir neçə dəqiqədə həqiqətən də qəti olaraq kainatda yaranan zərrəciklərin sayı bərabər olsaydı, temperatur 1.000.000.000 dərəcədən aşağı düşəndə onların hamısı yox olar və hərarətdən başqa heç nə qalmazdı. Bu ehtimala qarşı çox gözəl bir dəlil var: mövcud olmağımız. Zərrəciklərin və antizərrəciklərin yox olmasından sonra indiki kainatın maddəsini təmin etmək məqsədilə ardından nəyinsə qalması üçün pozitronlardan bir az artıq elektron, antiprotonlardan bir az artıq proton və antineytronlardan bir az artıq neytron qalmalı idi.(4)

…İlk andan 34 dəqiqə 40 saniyə keçib. Kainatımız artıq yarım saat yaşındadır. Temperatur milyard dərəcədən düşərək, 300 milyon dərəcəyə çatıb. Elektronlarla protonlar bir-birləri ilə toqquşaraq enerji ayırmaqda davam edirlər. Artıq atomu formalaşdıracaq zərrəciklərin sayı maddi kainatın formalaşmasına imkan verəcək həddə nizamlanmışdır. Partlayış sürətinin nisbətən yavaşlaması ilə demək olar ki, kütləsi belə olmayan bu zərrəciklər bir-birlərinin təsirinə məruz qalmağa başlayırlar. Bir elektronun bir protonun orbitinə daxil olmasıyla nəticəsində ilk hidrogen atomu formalaşır. Bu formalaşma ilə birlikdə kainatda rastlaşacağımız təməl qüvvələrlə tanışlığımız başlayır.

İnsanın qavrama gücünün xaricindəki bir dizayn məhsulu olan və quruluşları çox həssas nizamlar üzərində qərar tutan bu zərrəciklərin təsadüflər nəticəsində bir araya gəlib, üstəlik də, hamısının eyni davranışı göstərməsi şübhəsiz imkansızdır. Bu qüsursuzluq onu araşdıran hər kəsi çox önəmli bir həqiqətə gətirib çıxarır. Ortada üstün yaradılış və bu yaradılışın hər anına tayı-bərabəri olmayan ciddi bir nəzarət var. Çünki partlayışdan sonra meydana gələn hər zərrəciyin müəyyən bir zamanda, konkret temperaturda və sürətdə formalaşması labüddür. Buna nail olmaq üçün dəqiq saat mexanizmi kimi çalışan sistem əlbəttə ki, öncədən incəliklərinə qədər qurulmalı və proqramlaşdırılmalıdır. Yəni böyük partlayış və onun nəticəsində ortaya çıxan qüsursuz kainat hələ partlayışdan öncə dizayn edilmiş və həyata keçirilmişdir.

Kainatı nizamlayan, dizayn edən və həyata keçməsinə nəzarət edən isə, əlbəttə ki, hər şeyin yaradıcısı olan Allah`dır.

Bu yaratma təkcə atomda deyil, kainatın hər yerində böyük-kiçik hər obyektində müşahidə olunur. Başlanğıcda işıq sürəti ilə bir-birindən qopub uzaqlaşan bu zərrəciklər yalnız hidrogen atomu əmələ gətirməklə kifayətlənməyib, bu günkü kainatın əhatə etdiyi bütün möhtəşəm sistemləri, başqa atomları, molekulları, planetləri, ulduzları, ulduz sistemlərini, qalaktikaları, kvazarları və digərlərini bir plan, ölçü və tarazlıq çərçivəsində ardıcıl olaraq meydana gətirmişlər. Sadəcə bir atomun formalaşması üçün lazım olan zərrəciklərin təsadüf nəticəsində toplanıb həssas tarazlıq yaratması belə qeyri-mümkün olduğu halda, planetlərin, ulduzların, qalaktikaların, qısası, kainatın işini təmin edən bütün sistemlərin hamısının bir-bir təsadüfən ortaya çıxıb tarazlıqları təmin etdiyini iddia etmək, əlbəttə ki, ağıldan və məntiqdən kənar olar. Bu bənzərsiz dizayn bütün kainatın yaradıcısı olan Allah`a məxsusdur.

Formalaşması xüsusi möcüzə olan hidrogen atomunun ardınca digər atomlar da meydana gəlib. Amma burada ağla “digər atomlar nəyə görə yarandı, nə üçün bütün proton və neytronlar sadəcə hidrogeni formalaşdırmadılar, zərrəciklər hansı atomdan nə qədər formalaşdıracağına necə qərar verdilər?” kimi suallar gəlməkdədir. Bu sualların cavabı bizi yenə də eyni nəticəyə gətirir: hidrogenin və onu təqib edən bütün atomların meydana çıxmasında böyük bir qüdrət, nəzarət və dizayn var. Bu nəzarət və dizayn insan şüurunun sərhədlərinə sığmır və açıq-aşkar yaradılışa işarə edir.

Böyük partlayışla ortaya çıxan fiziki qanunlar aradan keçən təxminən 13.7 milyard illik zaman ərzində heç bir dəyişikliyə uğramayıblar. Üstəlik, bu qanunlar o qədər incə hesablar nəticəsində yaranıblar ki, bu günkü qiymətlərindən millimetrlik kənarlaşma belə bütün kainatın quruluşunu və nizamı alt-üst edə biləcək nəticələrə səbəb olardı. Bu məqamda məşhur fizik, prof. Stiven Hokinqin fikirləri maraq doğurur. O, bütün bu məsələlərin, əslində, bizim anlaya biləcəyimizdən daha incə hesablamalar üzərində qurulduğunu belə açıqlayır:

“Əgər “Big Bang”dən bir saniyə sonra genişlənmənin nisbəti 100.000 milyon dəfə milyonda bir qədər az qiymətə malik olsaydı, kainat genişlənmək əvəzinə, öz içinə çökərdi”.(5)

Bu dərəcədə incə hesablarla baş verən böyük partlayış zamanın, məkanın və maddənin özü-özünə yaranmadığını, Allah tərəfindən var edildiyini açıq-aşkar ortaya qoyur. Çünki yuxarıda bəhs olunan hadisələrin kor təsadüflər nəticəsində meydana gəlməsi və kainatın əsası olan atomları yaratması qətiyyən mümkün deyil. Bunu düşünən bütün elm adamları kainatın sonsuz qüdrət və qüvvət tərəfindən yaradıldığını qəbul edirlər. Məşhur astrofizik Hyu Ross kainatı Yaradanın bütün ölçülərin fövqündə olduğunu belə anladır:

– Zaman səbəb-nəticə hadisələrinin meydana gəldiyi ölçüdür. Zaman yoxdursa səbəb və nəticə də yoxdur. Əgər maddə partlayışla meydana gəlibsə, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda, bəzilərinin müdafiə etdiyi kimi, Yaradanın kainat olmadığını və kainatı əhatə etdiyini, kainatın daxilində olan bir qüvvə olmadığını sübut edir.(6)

“Big Bang”in ən əsas cəhətlərindən biri də odur ki, bu nəzəriyyə insanlara Allah`ı daha da yaxşı tanımaq imkanı verir. Kainatın içindəki bütün maddələrlə birlikdə yoxdan var edilməsi Allah`ın gücünün ən böyük dəlillərindəndir. Partlayış zamanı enerjinin həssas tarazlığının qorunması isə Allah`ın elminin sonsuzluğunu isbatlayır.

Mənbələr:

1.  Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.185

2.  Colin A. Ronan, The Universe Explained, The Earth-Dwellers’s Guide to the mysteries of Space, Henry Holtand Company, s. 178, 179

3.  Taşkın Tuna, Uzayın Sırları, Boğaziçi Yayınları, s.186

4.  Steven Weinberg, İlk Üç Dakika, (The First Three Minutes), TÜBİTAK Popüler Bilim Kitapları serisi, 1995, s. 84

5.  Stephen Hawking, Zamanın Kısa Tarihi, Milliyet, s.9

6. Hugh Ross, The Creator and the Cosmos, How Greatest Scientific Discoveries of the Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, s. 76

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma