Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?


trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır.

Seçkinin ilkin məğlub olanları şübhəsiz ki, ABŞ-ı uzun müddətdir təsiri altına alan ruhsuz düşüncə və bunu dəstəkləyən bəzi dairələrdir. Onsuz da Trampın qələbəsindən sonra verilən anormal reaksiyalar də özünü “uduzanlardan” görən bəzi dairələrin bu qələbədən narahat olduğunu göstərir.

Bundan başqa, seçkidə ideoloji olaraq da məğlub olanlar var. Neokonların Demokrat zəmindəki əksi olan və “pozitiv beynəlmiləlçilər” adlandırılanlar bu qrupun içinə daxil edilə bilər. Hillari Klintonun da aralarında olduğu bu heyətin bir qismi liberal və hətta sol fikirli olduqlarını desələr də, əslində, hərbi məsələlərdə sərtlik tərəfdarı olan bəzi mühafizəkarlardan ibarətdir. Həmçinin neokonlarla demək olar ki, eyni fikirləri müdafiə edirlər.

Seçkinin digər məğlub tərəfi isə istər ABŞ-da, istərsə də ABŞ-dan kənar müharibə tərəfdarlarıdır. Bunlar İraqda, Suriyada, Liviyada, Yəməndə, Əfqanıstanda yeni qanlı toqquşmalar üçün öz fikir sistemlərinə uyğun prezidentin gəlməsini gözləyirdilər. Xəyalları isə keçmişdən etibarən Yaxın Şərqdə parçalamaq siyasətini toqquşmalar yolu ilə davam etdirə bilmək idi. Amerika seçkiləri isə hədəfi “daha çox müharibə” olan bu adamlara mühüm dərs verdi: Amerika xalqı artıq Yaxın Şərqdə müharibə istəmir.

2016-cı il ABŞ seçkilərinin başqa məğlub tərəfi isə ABŞ mediasının “mərkəz axın” adlanan təbəqəsi idi. Trampın qalib gəlməsi ilə birlikdə özünü “mərkəz” olaraq görən və həqiqətləri öz maraqları istiqamətində istiqamətləndirən bir qisim media orqanlarının ABŞ rəhbərliyi üzərindəki gücü də əhəmiyyətli dərəcədə qırılmış oldu.

Əslində oxşar hadisələrə təkcə ABŞ-da deyil, Türkiyə daxil olmaqla bir çox ölkədə də şahid olduq. Həqiqətlərdən uzaq, provokasiya xarakterli manşetlərlə hökumət quran, devirən, seçkilərdə qalib və ya məğlub edən, ölkələrdə iqtisadi böhranlar başladan, insanları zəngin edən və ya iflas etdirən bəzi media qurumları xalqın gücü qarşısında böyük məğlubiyyətlə üzləşdilər.

Bu seçkilərə qədər hansı Amerika vətəndaşından soruşsanız, sizə prezidentin medianın müəyyən etdiyini deyərdi. Ancaq 2016-cı il ABŞ seçkiləri güclü və düzgün dəyərlər üzərində qurulmuş xalq hərəkatının mərkəz axın mediasının bütün gücünü qıra biləcəyini göstərdi. Şübhəsiz, həmin media qurumları qarşıdakı dövrdə əvvəlki etibar və güclərində olmayacaqlar.

Trampın prezident seçilməsi ilə birlikdə ABŞ-ı iqtisadi böhrana sürükləyən, gəlir bərabərsizliyini qızışdıran və ölkənin borc içində üzməsinə səbəb olan maliyyə baronları da sarsıldı. Tramp ABŞ mərkəzi bankı Federal Ehtiyat Sistemi (FED) başda olmaqla bütün mühüm iqtisadi mövqelərə öz kadrlarını gətirəcəyini söyləyərək yeni iqtisadi strategiyanın tətbiq olunacağını elan etdi. Artıq ABŞ hökumətinin xalqın pulunu düzgün xərcləyəcək, bədxərcliyi azaldacaq siyasət yürüdəcəyi məlum olur. Beləliklə, trilyonlarla dollarlıq “xilas etmə” əməliyyatları da tarix olacaq.

İqtisadi baxımdan aparılacaq islahatlar, əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Ancaq Trampdan əsas gözlənilən vəd etdiyi kimi, əvvəlki Amerika ruhunu geri gətirməsidir. Uzun müddətdir iqtisadi, əxlaqi və sosial çöküş yaşayan ABŞ-a rifah və bərəkət gətirəcək olan mənəviyyata önəm verən Amerika ruhudur.

Tramp da çox yaxşı bilir ki, bir ölkənin zənginləşməsi üçün başqa millətləri əzməsinə, onları yoxsullaşdırmasına ehtiyac yoxdur. Zənginləşmənin əsas sirri sevgi və güclü ittifaqdır. Ağıla və dostluğa əsaslanan, bir-birinə güvənən ittifaqlar bütün dünyanı asanlıqla rifaha qovuşduracaq.

Təbii ki, bu məqamda ABŞ-ın Türkiyə ilə münasibətlərinin necə istiqamət alacağı da əhəmiyyət daşıyır. ABŞ və Türkiyə uzun müddətdir dost və müttəfiq olan iki ölkədir. ABŞ-ın Türkiyə ilə yaxşı əlaqələr qurması, bu ölkənin İslam və Türk dünyası ilə münasibətlərini düzəltməsi baxımından da olduqca əhəmiyyətlidir. Aydındır ki, Türkiyə bu məsələdə körpü vəzifəsi görəcək. İslam dünyasında ABŞ-la dostluğa dəyər verəcək bir çox dövlət adamı, ziyalı və cəmiyyət lideri var. Sözügedən addım və həmin insanlarla ittifaq həm ABŞ-ın gələcəyi, həm də Yaxın Şərq siyasətini formalaşdırması baxımından faydalı olacaq.

Son olaraq, “ölkələr arasındakı münasibətlərdə dostluq yox, yalnız qarşılıqlı maraq var” şəklindəki yanlış mentalitet təkcə ABŞ deyil, bütün dünya ölkələri tərəfindən dərhal tərk edilməli olan münasibətdir. İnsanlar necə dost olursa, tərəfdaşlıq edərək bir ideal uğrunda birlikdə hərəkət edirsə, dövlətlər də dost ola, həqiqi mənada müttəfiq halına gələ, hər iki tərəfin də mənafeyini güdərək fədakarlıqla davrana bilərlər. Dünyada sabit sülhün və ictimai əmin-amanlığın bərqərar olması üçün lazım olan budur.

İnanıram ki, çox qısa bir zamanda ABŞ bu prinsipi hərtərəfli mənimsəyəcək, köhnə anlayışları tərk edəcək və saxta dostlarından xilas olub, sürətlə ortaq dəyərləri bölüşdüyü həqiqi dostlarını tapmağa yönələcək. Trampla formalaşacaq yeni hökumətin ABŞ-a yeni ruh gətirəcəyi və “Amerika röyasını” yenidən canlandıracağı görünür. Müharibələrdən, münaqişələrdən, müstəmləkə və mənfəət düşüncəsindən uzaq, həsrətlə gözlənilən Amerika röyasının canlanması təkcə ABŞ üçün deyil, bütün dünya üçün gözəllik olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma