BMT-də islahatlara olan ehtiyac


 

bmtBMT 1945-ci ildə yeni dünya müharibəsinin qarşısını almaq məqsədi ilə yaradıldı. Bu baxımdan baxıldıqda bügünkü günə qədər öz missiyasını böyük ölçüdə yerinə yetirmiş kimi görünür. Amma bu birlik şübhəsiz ki, o illərdə yeni təcrübə etdiyi dünya müharibələrindən başqa, fərqli qarşıdurma şəraitlərinə hazır deyil. Aradan keçən 71 il ərzində BMT müdaxilələrinin bir qismi uğurlu olsa da, dünyada baş verən bir çox hadisə BMT-ni ciddi şəkildə aciz qoydu.

Millətlərin sülh şüarı ilə bir dam altında toplaşmaları şübhəsiz ki, gözəl təşəbbüsdür. BMT bu gün 193-ə çatan üzv sayı ilə dünyanın çox böyük hissəsini öz ətrafında toplaya bilib. Ancaq dünya BMT hüququnu göz ardı edərək güclü münaqişə sahəsinə çevrilib. 2016-cı il Qlobal Sülh İndeksinə görə, dünyada son 10 il ərzində münaqişə olmayan təkcə 10 ölkə qalıb. Terror təkcə 2015-ci ildə dünyada 32 min 715 nəfərin həyatına son qoyub. Dünya sülhündən məsul BMT-nin dünya müharibələrinə diqqətini cəmləyərkən dünyadakı yerli müharibələrə də cəmlənməsi vacibdir.

BMT dünyanın bugünkü şəraitini nəzərə alaraq quruluş məqsədindən irəli getmək məcburiyyətindədir. Bunun üçün də BMT daxilində müxtəlif yeniliklərin edilməsi, bir növ islahatların aparılması lazımdır.

İslahatlarınTəhlükəsizlik Şurası ilə başlamasının vacibliyi artıq bütün dünyanın ortaq qənaətidir. BMT-də Baş Məclis məsləhət heyəti qismindəf əaliyyət göstərir və bütün üzv dövlətlər tərəfindən təmsil edilir. Ancaq 24-cü maddəyə əsasən «beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti» öz üzərinə götürən Təhlükəsizlik Şurası hər biri veto hüququa malik 5 daimi üzv və 2 illik müddətə seçilmiş 10 daimi olmayan üzvdən ibarətdir. Həmin veto hüququ fikirləri və prioritetləri bir-biri ilə əsəsən zidd olan bu ölkələrin birgə qərar qəbul etməsini çox çətinləşdirir. Sazişin 7-ci bölməsinə görə, qarşıdurmaların baş verdiyi ölkələrdə lazımi təhlükəsizlik tədbirlərinin alına bilmədiyi görünür. Bu hal, xüsusilə, bu günlərdə BMT-ni münaqişə bölgələrinə yardım aparan bir qurum olmaqdan uzağa aparmır.

BMT-dəki bu zəiflik inkar edilməz həddə çatdığından buna çarə olacaq müxtəlif islahatlar son günlərdə dilə gətirilməyə başladı. Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması ilk planda ən populyar təkliflər arasındadır. Daimi üzvlər sırasına əhalisi çox olan və iqtisadi gücü böyük olan ölkələrin daxil edilməsi, lakin bununla yanaşı veto səlahiyyətinin məhdudlaşdırılması dilə gətirilir.

Şübhəsiz ki, ağır qarşıdurmaların və açıq şəkildə insan hüquqlarının pozulduğu bölgələrə məcburi müdaxiləni zəruri edəcək şəkildə alternativ sistemi də düşünmək lazımdır. Dünyanın şahid olduğu bu tip xüsusi hallarda veto səlahiyyəti istifadə edilmədən həyata keçirilməli olan qərarlar olmalıdır. Buna Avropa İttifaqının Lissabon Müqaviləsi nümunədir. Bu saziş üzv ölkələrin konsensus əvəzinə səs çoxluğu ilə xüsusi hallar üçün sürətli qərarlar qəbul etməsini təmin edir. Amma əlbəttə ki, bu mexanizmin BMT-yə tətbiq edilməsi üçün Təhlükəsizlik Şurasının üzv sayının artırılması zərurət kimi görünür. Çünki məlum olduğu kimi, BMT Avropa İttifaqından daha geniş və bir-birindən fərqli siyasi fraksiyaları bir arada tutan qurumdur. Beləliklə, səs çoxluğunun ədalətli nəticə verməsi üçün əksəriyyətin üçdən daha çox ölkə tərəfindən təmsil edilməsi vacibdir.

Türkiyənin dilə gətirdiyi, Təhlükəsizlik Şurasında bir ölkə haqqında qərar qəbul olunarkən region ölkələrinin fikir bildirmək hüququnun olması məsələsi isə olduqca haqlı fikirdir. Ətraf ölkələr həm vətəndaş müharibəsi, həm də terrorla çalxalanan, Türkiyə kimi risk içindəki ölkələr qonşu ölkələrinin çözümü üçün daha səmərəli və köklü həll yolları gətirə bilərlər. Belə ölkələrin təkcə regionu deyil, etnik mənsubiyyəti, bölgə xalqını və terror faktorlarını da bölüşdüyü burada unudulmamalıdır. Şübhəsiz, bu ölkələr qonşularını daha yaxşı tanıyır və bölgənin xarakterinə dair daha rasional strategiyalar müəyyənləşdirə bilərlər.

Hər qitənin bir daimi üzvlə təmsil edilməsi də təkliflərdən biridir. Dünya beşdən böyük olduğu kimi, üç qitə ilə də məhdud deyil.

BMT II Dünya Müharibəsini çoxdan geridə qoyduğumuz bu günlərdə 21-ci əsrin standartlarına və 21-ci əsrin münaqişələrinə görə formalaşmaq məcburiyyətindədir. Demokratikləşmə bu islahat addımının ilk şərti kimi görünür. Çünki belə xüsusi bir qurumun qərar qəbul edənlərinin demokratikləşməyə addım atmaması, sadəcə, BMT-yə deyil, bütün dünyaya təsir edir. Ölkələrin yaşadığı fəlakətlərə həll yolu gətirməməklə yanaşı, güc mərkəzləri bu çözümsüzlükdən sui-istifadə edir və hər hansı qarşı güclə qarşılaşmamağın rahatlığını yaşayırlar.

Unudulmamalıdır ki, terror və zorakılığın yeganə vasitəsi silah deyil. Güc mərkəzləri yanlış fikirlərin arxasınca gedir və sülh insanlarının səssiz qalmasından istifadə edirlər. Bu halda, dünyaya sülh gətirmək adı ilə ortaya çıxan BMT sülhün zorakılıq və müharibələrdən daha çox səs gətirdiyinə inanmalı və bir birlik ruhunda yanlış fikirlər, yanlış əqidələrlə elmi yolla mübarizə aparmalıdır. Qərar qəbul edə bilməyən sülh şurası deməli daimi zəiflik içərisindədir. Ölkələr, əgər həqiqətən sülh adına bir araya gəlibsə, bu birliyin tələblərini düzgün islahatlar və düzgün qərarlarla həyata keçirməlidirlər.

http://www.gulf-times.com/story/524188/The-United-Nations-needs-reformations

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma