«Current Biology» jurnalının quşların əcdadı yalanına cavab


 

current-biology

Myanmada kəşf edilən 99 milyon illik DIP-V-15103 saylı (adını paleobotanik Eva Koppelhusdan götürən) “Eva” fosili dekabr ayında bütün elmi sayt və jurnallarda geniş yer aldı. Myanmada hər gün yeni fosil tapılmasına baxmayaraq, bu jurnalların yüz minlərlə fosil içərisindən yalnız bu skeletə xüsusi diqqət göstərməsinin səbəbi isə “Current Biology” jurnalının tapılan fosili quşların əcdadı nağılına dəlil kimi göstərməyə çalışması idi.

Məlum olduğu kimi, DNT-nin və RNT-nin dərindən tədqiq olunması, hüceyrənin içinin su ilə dolu şardan ibarət olmadığının aşkar edilməsi və günbəgün yaradılışı sübut edən fosillərin torpağın altından çıxarılması, uzun müddət idi ki, təkamül nəzəriyyəsinin havadarlarını çarəsiz vəziyyətdə qoyurdu.

Cənab Adnan Oktarın gərgin elmi fəaliyyətinin və şübhəyə yer qoymayacaq qədər açıq-aydın elmi açıqlamalarının təsiri ilə təkamül nəzəriyyəsi bütün dünyada uzun müddətdir böyük məğlubiyyət dövrü keçirirdi. Cənab Adnan Oktarın yüzlərlə fosilin rəsmlərini dərc etdirdiyi, təkamülü çürüdən paleontoloji tapıntılardan ibarət çoxcildli «Yaradılış atlası» təkamül nəzəriyyəsinə endirilən ən böyük zərbələrdən biri idi.

Ard-arda gələn bütün bu məğlubiyyətlərdən sonra, xüsusilə, yaradılışı sübut edən arxeoloji qazıntılar qarşısında çarəsiz qalan təkamülçülər də təkamül tərəfdarlarının sayını artırmaq və elm dünyasında gözdən düşən təkamül nəzəriyyəsinə yenidən etibar qazandırmaq üçün saxtakarlığa əl atdılar. Yaradılışı sübut edən fosilləri «təkamül nəzəriyyəsinə dəlil» kimi göstərən yanlış izahlarla birlikdə nəşr etdirməyə başladılar.

«Current Biology» jurnalının dekabr ayında nəşr olunan sayında yer alan EVA kəhraba fosili də məhz belə təbliğat məhsuludur.

Jurnal 99 milyon illik kəhrabanın içərisində çox mükəmməl şəkildə qorunmuş 2 ədəd lələk olduğunu yazmışdı. Məlumatın bu hissəsi düzgündür. Amma daha sonra xəbərə əlavə edilmiş və bu lələklərin «quşların əcdadı» olduğu iddia edilən “uçan dinozavra” aid olduğu irəli sürülmüşdü.

Əvvəla, bu iddianın böyük çarəsizliklə ortaya atıldığı çox açıqdır. Çünki tapılan lələklərin, iddia edildiyi kimi, “uçan sürünən”ə aid olduğunu göstərən heç bir dəlil yoxdur. Bu iddia yalnız jurnalın təkamülə qarşı ön mühakimə ilə xəbərə yapışdırılmasından və tapılan fosili də öz ideoloji düşüncəsi çərçivəsində subyektiv şəkildə şərh etməsindən ibarətdir.

Bu açıqlamanın heç bir elmi etibarlılığı yoxdur. Çünki onsuz da «National Geographic» jurnalı bu lələklərin təkamülə dəlil təşkil etmədiyini “açıq, elastik və dövrümüzdə hələ də yaşamaqda olan canlılarda bəzək kimi istifadə edilən lələklərə bənzədikləri”1 sözləri ilə çoxdan etiraf etmişdi.

«Current Biology» jurnalı xəbərdə həmçinin bu fosilin Enantiornithes adlı canlı növünə aid olduğuna və bu canlının da quşların sürünən əcdadı olduğu təbliğatına yer vermişdi.

Halbuki bu iddia da yenə boş ifadədən ibarətdir. Çünki Enantiornithes uçan sürünən deyil, nəsli kəsilmiş quş növlərinə verilən addır. Qısa quyruğu, qanad quruluşu və bütün başqa xüsusiyyətləri ilə indiki quşların eynisi olan nəsli kəsilmiş quşdur. Əgər iddia edildiyi kimi, kəhraba içərisindəki lələk Enantiornithes adlı canlıya aiddirsə, bu da yenə bizə quşların milyon illərdir təkamül keçirmədiyini göstərərək təkamül nəzəriyyəsini əsassız edir.

Darvinistlər kəhrabanın içərisində həmçinin pəncə olmasını da eyni iddianı dəstəkləmək üçün istifadə etməyə çalışmışdılar. Ancaq dövrümüzdə yaşayan quşlar içərisində də qanadlarında pəncə olan növlər hələ də yaşayır. Touraco corythaixHoatzin quşlarında budaqlardan yapışmaq üçün caynaqlar var. Bu canlılar milyon illərdir caynaqlıdır. Pəncələrini zaman ərzində itirib başqa quş növlərinə çevrilməmiş, heç bir şəkildə təkamül keçirməmişlər. Bu səbəbdən, qanadında pəncə olan quş fosili təkamülü sübut etmir, əksinə, təkzib edir. Quşların təkamülü nağılının yalandan ibarət olduğunu təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, quşların dinozavrlardan təkamül keçirdiyi iddiası elmi baxımdan hərtərəfli şəkildə yalan olduğu üzə çıxmış, ciddi şəkildə süquta uğramış iddiadır. Bu böyük cəfəngiyyatı aradan qaldıran elmi dəlilləri buradan oxuyun.

Təkamülçülərin bəhs etmək istəmədiyi quş lələklərindəki simmetriya

Xəbərdə kəhraba içərisində yaxşı formada qorunmuş bu quş lələklərinin sənət, simmetriya və estetik cəhətdən gözəlliyindən heç bəhs edilmir. Lələklər yaxından tədqiq edildikdə görünür ki, hər birində möhtəşəm sənət var. Hər lələyin ölçüsü ən doğru və ən mükəmməl formadadır. Lələklər formasız deyil, sanki krujeva kimi incə-incə işlənmiş görünüşə sahibdir.

Bir quş lələyində orta hesabla təxminən 300 milyon kiçik tük olur və bir quşun bütün lələklərindəki tüklərin sayı orta hesabla təxminən 700 milyarda yaxındır. Bu lələklər olduqları yerdə qalmaq və ən kiçik bir hərəkətdə və ya əsən yüngül mehdə quşun üstündən düşməmək üçün yerləşdikləri yerlərə qarmaqlarla bərkidiliblər.2 Əlavə olaraq, tüklərin lələk üzərindəki düzülüşləri də çox mühümdür. Hər bir lələyin uzunluğu olduğu yerə görə dəyişir. Lələyin başlanğıc hissəsində, gövdəyə daha yaxın olan bölgədə daha uzun lələklər olur, lələyin ucuna doğru getdikcə lələklərin boyu qısalır. Bu, canlının rahat şəkildə hərəkət etməsini və lələklərindən ən səmərəli şəkildə istifadə etməsini təmin edir. Eyni zamanda, hər tük uzun lələk dizaynı ilə müqayisədə daha yüngüldür və istifadəsi asandır. Bütün bu cəhətləri ilə quş lələyi belə təsadüfən əmələ gəlməyəcək qədər kompleksdir.

Lələyin sağ tərəfindəki tüklərin mövqeyi və uzunluğu ilə sol tərəfindəki tüklərin mövqeyi və uzunluğu da bir-birinə bərabərdir. Bu da tüklərin kortəbii təsadüflər nəticəsində uzanmadığını, canlının DNT-sində şifrlənmiş kompleks genetik məlumat çərçivəsində mükəmməl riyazi nizam və simmetriya ilə uzandığını, başqa sözlə, YARADILDIĞINI sübut edir.

DIP-V-15103 FOSİLİNİN İÇİNDƏ QORUNMUŞ 99 MİLYON İLLİK QARIŞQA

Bu fosil heç bir darvinist elmi jurnalın bəhs etmədiyi, dilinə belə gətirmək istəmədiyi çox əhəmiyyətli məlumat da ehtiva edir. Bu 99 milyon illik kəhraba fosilinin içində quş lələkləri ilə yanaşı mükəmməl şəkildə qorunmuş qarışqa da var. Qarışqa bığcıqları, ayaqları, qarnı, yəni bütün gövdəsi ilə mükəmməl şəkildə qorunub. Anatomik xüsusiyyətlərinin hamısı indiki qarışqalarla üst-üstə düşür. Bu günə qədər kəhraba içərisində bir çox qarışqa qalığı tapılıb. Bu fosil bizə göstərir ki, 99 milyon illik qarışqa da, 40 milyon illik qarışqa da, 50 milyon illik qarışqa da bir-birinin eynisidir. İndiki qarışqa növləri ilə aralarında ən kiçik bir fərq yoxdur.

Heç bir darvinist jurnalın quş lələklərinin yanında tapılan bu mükəmməl qarışqa məsələsinə toxunmamasının səbəbi, xüsusilə qarışqanın bığcıqlarının açıq şəkildə seçilməsi, bunun da təkamül baxımından çox cansıxıcı vəziyyət yaratmasıdır. Qarışqa bığcıqları ilə bağlı bu ətraflı məlumat məsələyə aydınlıq gətirir:

“Qarışqalar feromonları bığcıqları ilə hiss edir və doğru istiqaməti tapmaq üçün hər iki bığcıqdan müntəzəm istifadə edirlər. Bunu da feromonun hansı tərəfdə – sağda və ya solda- intensivləşdiyinə diqqət edərək edirlər. Əgər qoxunun intensivliyi sağ tərəfdə daha çoxdursa, qarışqa hər iki bığcıqda intensivlik eyni olana qədər bu istiqamətə çevrilir və beləliklə, qoxunun izini tam təqib edə bilir. […] Bu nümunədən də göründüyü kimi, qarışqaların bığcıqları eynilə radar kimi işləyir. Radarların elektromaqnit dalğaları ilə müəyyən məsafələri, sürəti, cisimləri hiss etməsi kimi, qarışqalar da bığcıqları ilə kimyəvi impulsları qəbul edərək istiqamətlərini müəyyənləşdirə, düşməni hiss edə və bir-biri ilə ünsiyyət qura bilirlər”.3

Bu fosildəki qarışqanın bığcıqlarının açıq şəkildə seçilməsi də, bizə yuxarıda izah etdiyimiz radar texnologiyasından qarışqaların 99 milyon il əvvəl də istifadə etdiklərini göstərir. Bu vəziyyət canlıların sadədən mürəkkəbə doğru inkişaf etdiyi iddiasını tamamilə təkzib edir. 99 milyon il əvvəlki qarışqanın da, indiki qarışqanın da bığcıqlarında radar texnologiyası var. Bu da təkamül prosesinin əsla baş vermədiyini sübut edən dəlillərdən biridir.

BU GÜNƏ QƏDƏR TORPAĞIN ALTINDAN ÇIXIB “MƏN YARADILDIM” DEYƏN YÜZ MİNLƏRLƏ CANLIYA AİD FOSİL TAPILIB. BU YÜZ MİNLƏRLƏ FOSİLİN MÜQABİLİNDƏ, BİR CANLININ BAŞQA CANLIYA TƏKAMÜL KEÇİRDİYİNİ GÖSTƏRƏN, İKİ NÖV ARASINDA ARA-KEÇİD NÜMUNƏSİ KİMİ ŞƏRH OLUNACAQ BİR DƏNƏ DƏ FOSİL TAPILMAYIB. PALEONTOLOGİYA ELMİNİN ÜZƏ ÇIXARDIĞI TAPINTILAR TƏKAMÜLÜN BAŞ VERMƏDİYİNİ AÇIQ ŞƏKİLDƏ GÖSTƏRƏRKƏN, İDEOLOJİ SƏBƏBLƏRLƏ BU NƏZƏRİYYƏNİ HƏLƏ DƏ YAŞATMAĞA ÇALIŞMAĞIN HEÇ BİR MƏNASI YOXDUR. TƏKAMÜL NƏZƏRİYYƏSİ MƏĞLUB OLMUŞ, FOSİLLƏRİN ÜZƏ ÇIXMASI İLƏ BİRLİKDƏ TAMAMİLƏ MƏHV OLMUŞDUR. TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏN QIZĞIN TƏRƏFDARLARI ARTIQ İBTİDAİ SİNİF SAGİRDLƏRİNƏ DƏ TƏSİR EDƏ BİLMİR. 21-Cİ ƏSR TARİXDƏ DARVINIZMİN SÜQUT ETDİYİ ƏSR KİMİ YADDA QALACAQ.

1 http://news.nationalgeographic.com/2016/12/feathered-dinosaur-tail-amber-theropod-myanmar-burma-cretaceous/

2http://www.islamicity.com/Science/quranandscience/creation/GeneratedFilesnoframe/TheDesignInBirdFeathers.htm

3 Karınca Mucizesi, Harun Yahya, s.44

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma