Darvinizmin ən böyük müəmması: həyat necə başladı?


human-evolution1831 oktyabr 2016-cı il tarixdə təkamülçü internet saytı «BBC News»də “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuzu” iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatına” başladılar.

Yazının əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi.

“Həyat necə başladı? Bəşəriyyət tarixi boyu demək olar ki, hər kəs fövqəltəbii qüvvələrin bunu etdiyinə inanıb. Fərqli yanaşma düşünülmədi. Bu artıq düzgün deyil. Ötən əsr boyu bəzi elm adamları həyatın ilk dəfə necə ortaya çıxdığını izah etməyə çalışdılar. Öz laboratoriyalarında təsadüfi şəkildə yeni həyatı ortaya çıxarmağa cəhd etdilər. Bu günə qədər bunu bacaran olmadı, lakin uzun yol qət etdik. Bu gün həyatın mənşəyi üzərində çalışan elm adamlarının çoxu düzgün yolda olduqlarına əmindir, təcrübələri də bu inamlarını dəstəkləyir”.

Göründüyü kimi, darvinistlər əllərində hələ də bir sübut olmadığını lap əvvəldən etiraf edir, amma “çox yol qət etdikləri” bilgisi ilə leyhdə təsürrat yaratmağa çalışırdılar. Məlum olduğu kimi, sübut olunmamış bir iddiaya inanmaq elmi deyil, ideoloji yanaşmadır. Yazını qələmə alan Marşal “Yerdə həyatın başlanğıcı sirri” başlığı ilə oxucularına sirr verəcəyi imicini verib. Bir tərəfdən müxtəlif elmi iddialar sadalayır, bir tərəfdən də bunların nə üçün təkamül mənasında baş verməyəcəyinə toxunaraq qərəzsiz yanaşmalar etməyə çalışıb. Ancaq yazının sonunda yenə irəli sürdüyü saxta dəlillərə əsaslanaraq “təkamül mənasında həyatın başlanğıcını anlamağa indi daha yaxın olduğumuz” istiqamətində bir nəticəyə gəlib. Halbuki hekayədən ibarət “dəlillərin” sübut olunmuş heç bir əsası yoxdur. Fərziyyələrlə, “bu və ya digər bir şey baş vermiş ola bilər” şəklində bir qismi xəyali, bir qismi də o günlərin şərtlərinə uyğun olmayan iddialar irəli sürməkdən başqa görülən iş yoxdur.

Sözügedən iddiaların elmi əsassızlığına toxunsaq:

Abiogenez: dəlili olmayan ssenari

Həyatın necə başlandığının izahı təkamül ssenarisinin ən qaranlıq tərəflərindən biridir. Abiogenez, yəni cansız maddələrdən canlıların formalaşması məsələsində təkamülçülərin heç bir açıqlaması yoxdur. Çəkilən xəyali “təkamül ağaclarında” ilk hüceyrədən əvvəlki dövr dumanlı şəkildə göstərilərək bu dövrə aid məlumatın olmadığı qəbul edilmiş olur. Hətta bu cür suallardan qaçmaq üçün “təkamül ilk hüceyrə əmələ gəldikdən sonra növləşmə mərhələlərini açıqlayır. Bu ilk hüceyrə məsələsi abiogenezin mövzusudur, təkamülün deyil” kimi ifadələrə əl atırlar. Hətta təkamülçü Riçard Doukinsin bu məsələdə yenə etiraf məzmunlu açıqlamasında həyatın dünyaya kənardan gələn “özünü törədən xəyali molekul” ilə başlamış ola biləcəyini söyləməsi də, həyatın dünyada təsadüfi yolla ortaya çıxmasının mümkünsüzlüyünün qəbulu deməkdir. (https://www.youtube.com/watch?vvo6r5mtxcrı) Bundan 4 il əvvəl Doukins öz fonduna aid internet saytında “həyatın necə başladığına dair nəzəriyyə irəli sürmə” ilə bağlı 2 milyon funt-sterlinq mükafatlı müsabiqə elan etmişdi. Belə bir araşdırma müsabiqəsinin elan edilməsi də təkamül nəzəriyyəsinin əsasını təşkil edən həyatın başlanğıcının bu günə qədər izahı bir yana qalsın, nəzəriyyəsinin belə hələ formalaşmadığının bir sübutudur.

“BBC News” saytında yer verilən məqalədə keçən bir sıra iddiaları bir-bir nəzərdən keçirək.

Elmi olaraq ruhun olmadığını sübut edilməsi yanlışlığı

Müəllifə görə materialist anlayışla ruhun varlığı rədd edilmişdir. Buna dəlil olaraq da 19-cu əsrin əvvəllərindən etibarən canlı hüceyrə əmələ gətirən bir sıra molekulların laboratoriya şəraitində əldə edilməyə başlaması göstərilmişdir. Sidik cövhərinin ammoniumsianatdan əldə olunmasının da bu cərəyanın başlanğıcı olduğunu söyləmişlər.

Bundan başqa, 1859-cu ildə Darvinin “Növlərin mənşəyi” kitabı ilə həyatın qeyri-adi müxtəlifliyinin ortaq əcdaddan gəldiyi sübut edildiyi, beləliklə, ruh anlayışının elmi olaraq sona çatdığı iddia edilmişdir.

Müasir elmi kəşflərdən xəbərdar bir insanın ruhun olmadığına dair təqdim etdiyi “sübutların” bayağılığı başa düşülən deyil. “Təkamül nəzəriyyəsi ortaya atıldı və bununla ruhun varlığı məsələsi ortadan qalxdı” kimi bəsit məntiq dəlil deyil, olduqca çürük iddiadır. Əvvəla, təkamül nəzəriyyəsi hər cəhətdən tənəzzülə uğramış nəzəriyyədir. Nə bioloji həyatın varlığı, nə də darvinistlərin ən böyük müəmması olan ruhun varlığı barədə açıqlama verə bilmişdir. Verə bilməsi də mümkün deyil. Buradakı iddiaya qayıtsaq, fiziki olaraq bədənimizi meydana gətirən bütün material təbii olaraq qeyri-üzvi maddələrdən, yəni atomlardan əldə edilir. Ammonium sianatdan sidik cövhərinin əldə edilməsi yalnız sadə kimyəvi kəşfdir. Bu maddənin əmələ gəlməsi üçün onsuz da üzvi quruluşa ehtiyac yoxdur. Üzvi strukturların əsasını təşkil edən zülal, karbohidrat, yağ və nuklein turşusu molekulları isə canlı hüceyrələrə ehtiyac duyur. Hüceyrədən kənarda, şüurlu şəkildə laboratoriya şəraitində istehsal edilə bilməz. Qaldı ki, laboratoriya şəraitində istehsal edildiyini fərz etsək belə bu hal yenə ruhun varlığını aradan qaldıran bir dəlil deyil. Hüceyrənin hər bir orqanoidi, hər bir zülalı tam şüurla hərəkət edir. Buna aid bir çox nümunə vermək olar. Məhz bu şüurun qaynağı metafizik güc olmadan açıqlana bilməz. Bu səbəbdən həyatı yalnız maddə ilə açıqlamaq mümkün deyil.

Darvinistlər əgər ruhun varlığı məsələsinə toxunmaq istəyərlərsə, bu halda, təkcə elektrik siqnallarını rəngarəng dünya kimi qavrayan, gözü olmadan görən, qulağı olmadan eşidən varlığın kim olduğunu açıqlamaq məcburiyyətindədirlər. Bu məsələni qulaq ardına vurduqları müddət boyunca ruhun varlığı qarşısında çarəsiz olduqlarını da qəbul etmiş olurlar.

Məqalədə yer verilən “təkamülçü elm adamlarının” ideoloji dünyagörüşləri də olduqca maraqlıdır. Müəllif bunu özü də açıqlayır və Aleksandr Oparin, Con Holdeyn kimi həyatın mənşəyini təkamülçü məntiqlə açıqlamağa çalışan insanların hamısının ateist və kommunist anlayışa sahib olduğunu açıq şəkildə bildirir. Almaniyanın Osnabryuk Universitetindən Armen Mulkicanyana görə, “Sovet İttifaqında bu fikirlər sevincl’ qarşılanırdı, çünki Tanrıya [haşa] ehtiyac duymurdular. Qərb dünyasında isə bu istiqamətdə düşünənlərin hamısı solçu, kommunist və ya oxşar fikirdə idilər”.

Darvinistlərin həyatın necə başladığını açıqlama cəhdləri

Darvindən başlayaraq Oparin və Holdeyn ilə davam edən həyatın ilk əmələ gəlməsinə dair nəzəriyyələri ilk olaraq təcrübə ilə sübut etmək cəhdi məlum olduğu kimi, məşhur Miller-Yurey təcrübəsidir. Miller dünyanın başlanğıcında mövcud olduğunu ehtimal etdiyi dörd kimyəvi maddəni şüşə test borularında birləşdirdi. Boruların içində qaynar su, hidrogen qazı, amonyak və metan var idi. Tətbiq etdiyi soyuq tələ üsulu ilə qlisin və alanin amin turşularını əldə etdi. Əldə etiyi yalnız cansız maddədən meydana gələn iki molekuldan ibarət olmasına baxmayaraq, bu təcrübə illərlə böyük acgözlüklə təkamülçülərin həyatın mənşəyini açıqlama üsulu olaraq istifadə edildi. Ancaq meydana gətirdiyi ibtidai atmosferin səhv olduğu daha sonra aydın oldu. Daha sonra bir neçə təşəbbüs olsa da, artıq heç kəs həyatın mənşəyini bu üsullarla sübut etməyə səy göstərmədi. Bir çox elmi kəşfdən sonra isə həyatın zənn ediləndən daha mürəkkəb olduğu məlum oldu. Canlılar təkcə kimyəvi maddələri daşıyan çantalar deyildilər. Hər bir hüceyrə bir şəhər qədər kompleks idi. Bu səbəbdən bunları sıfırdan qurmaq düşüncəsi xəyallara sığmayan səviyyədə idi.

Bugünkü imkanlarla laboratoriya şəraitində, nəzarət altında bir zülal belə əldə edə bilməmişkən, bunun bir çox dağıdıcı amilə malik təbii mühitdə əmələ gəldiyini iddia etmək böyük ağılsızlıqdır. Miller təcrübəsinə bu qədər sahib çıxılmasının səbəbi də təcrübənin nəticə vermiş olması yox, əldə başqa bir şeyin olmamasıdır.

İbtidai hüceyrə yoxdur

Həyatın ortaya çıxmasını təsadüfə əsaslanan proseslərlə izah etmək məcburiyyətində qalan “təkamül nəzəriyyəsində” ilk hüceyrənin necə yarandığı təkamülçülər üçün tamamilə müəmmadır. 3.8 milyard il əvvəl fosil qalıqlarına rast gəldiyimiz ilk hüceyrənin hər cür xüsusiyyəti ilə bir anda ortaya çıxdığını qəbul etmək Yaradılış mənasını verdiyindən təkamülçülər bu açıq elmi həqiqəti öz ağıllarına görə ortadan qaldıracaq ssenarilər yaradırlar. Bu ssenarilərə görə, bütün xüsusiyyətləri ilə qarşımıza çıxan bu hüceyrədən xeyli əvvəl, “ibtidai” sayılan “üzvi molekullar və hüceyrələr” olmalıdır. Ancaq bu zənn edilən “ibtidai əcdad” heç vaxt tapılmayıb. Bundan başqa, təkamülçülər bu prosesin necə getdiyi haqqında eyni fikirdə də deyillər, ola da bilməzlər. Çünki istənilən hipotez bir canlı hüceyrənin tam və əskiksiz olaraq müəyyən edilmiş əsnada mövcud olmasını şərt qoşur. Amma həmin darvinistlər bir gün birinin gəlib ilk hüceyrənin ortaya çıxmasını açıqlayacağı ümidi ilə ideoloji fikirlərinə möhkəm yapışmağa davam edirlər.

Bir hüceyrənin həyatını davam etdirə bilməsi üçün mütləq sahib olmalı olduğu bəzi xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri əskik olduğu zaman digər xüsusiyyətlərin olması da mənasızlaşır. Çünki belə bir vəziyyətdə hüceyrə üçün ölüm qaçılmazdır. Burada kobud şəkildə bəhs edəcəyimiz xüsusiyyətlər belə dərinliklərdə onlarla, yüzlərlə təfərrüata malikdir. Birinin belə əskik olması mümkün deyil. Dövrümüzdə tez-tez rast gəldiyimiz genetik xəstəliklər belə çox kiçik detallardakı pozuntulardan irəli gəlir və bunların nəticələri ciddi xəstəliklər və ya ölümdür. Bu səbəbdən ilk mövcud olan hüceyrə də qüsursuz olmaq məcburiyyətindədir.

Bir hüceyrədə aşağıdakı xüsusiyyətlərin olması şərtdir:

1.Hüceyrəni xarici mühitdən ayıran hüceyrə qılafı

2.Hüceyrədəki fəaliyyətlərin daimiliyi üçün lazım olan enerjini təmin edən sistem

3.Hüceyrənin məlumatını saxlayan və gələcək nəsillərə ötürən genetik material

Burada ümumiləşdirərək saydığımız bu üç xüsusiyyətdən başqa hüceyrə həzm, ifrazat, hüceyrə skeleti, nəqliyyat sistemi və s. bir çox həyati funksiyaya da malikdir. Əsas funksiya olaraq saydığımız bu üç quruluşu bir-bir nəzərdən keçirək.

Hüceyrə qılafı özbaşına əmələ gələ bilməz

Kənardan baxdıqda bir hüceyrəni struktur olaraq xarakterizə edən ən həyatı quruluş hüceyrə qılafıdır. Hüceyrə qılafı hüceyrənin həyatı vahidlərinin içəridə kütləvi şəkildə qalması üçün şərtdir. Bunun fərqində olan təkamülçülər hüceyrə üçün lipid molekullarından ibarət olan qılafın vacibliyini dilə gətirirlər. Ancaq burada unudulan məqam lipidlərin də üzvi molekullar olmasıdır. Hüceyrə qılafı strukturunda yer alan hər bir lipid molekulu onlarla zəncirvari reaksiya nəticəsində yaranan və təbii olaraçox kompleks bir sistemlə əmələ gəlmişdir. O halda qılafın formalaşması üçün də yenə əvvəlcədən hazır lipidlərə ehtiyac var. Beləliklə, bunları da hazır edən başqa bir hüceyrəyə ehtiyac var.

Hüceyrə qılafının lipid quruluşu yalnız yağda həll edilə bilən kiçik molekulların sərbəst şəkildə qılafdan keçidinə icazə verir. Ancaq su, suda həll olan maddələr və böyük molekulların keçidinə icazə vermir. Hüceyrə qılafında bu molekulların içəri və ya kənar hərəkətini nəzarətli şəkildə təmin edən zülal quruluşlu qapılar və kanallar olmalıdır. Zülal isə DNT və ya RNT quruluşundan yenə yüzlərlə ferment zülalların köməyi ilə sintezlənmək və hüceyrə membranına gətirilmək məcburiyyətindədir. Elə isə bu vəziyyətdə də tam funksiyalı bir hüceyrəyə ehtiyac var.

Həyati funksiyaların davamiyyəti enerji tələb edir

Bir hüceyrə içində heç bir mexanizm enerji olmadan işləyə bilməz. Hüceyrə qılafı daşıma sistemi, zülal istehsal edilməsi, parçalanma və s. kimi hər sistem enerjisiz qaldıqda həmin an dayanır. Bu da ölüm deməkdir. Beləliklə, ilk hüceyrədə enerji istehsal edən sistemin varlığı şərtdir. Enerjinin toplanıb istifadə edilə biləcək hala gətirilməsini təmin edən əsas mexanizm fotosintezdir. Günəş enerjisi ilə qlükoza əldə edilir. Qlükoza da glikoliz ilə ATF-ə çevrilir. Fotosintez ən azı qırx ayrı reaksiya, qlikoliz də 10 müxtəlif reaksiya tələb edir. Bu pillələrin hər birinin müxtəlif fermentlərlə kataliz edildiyini düşündükdə necə mürəkkəb quruluşla üz-üzə olduğumuz aydın olur. Belə bir sistem mütləq “ilk hüceyrədə” olmalıdır. Belə mürəkkəb bir quruluşa sahib olan “ilk hüceyrə” isə qətiyyən “ibtidai” deyil. Onsuz da ən qədim fosillərə əsasən hüceyrələrin (3.8 milyard illik sianobakteriyalar) belə fotosintez etdiyi məlumdur.

RNT hüceyrədən əvvəl mövcud ola bilməz

DNT-nin zülalların istehsalı üçün istifadə edilməsi prosesi çox mürəkkəbdir. Bu da həyatın mənşəyini təkamüllə izah etmək istəyən hər kəs üçün böyük problemdir. Çünki bu qədər kompleks quruluşun necə başladığını təsəvvür etmək belə qeyri-mümkündür. Həyatın mənşəyinə dair veriləcək hər hansı bir izah nuklein turşularından ( DNT, RNT) və ribosom kimi orqanoidlərdən ibarət kompleksin necə mövcud olduğunu və işləməyə başladığını da açıqlamalıdır.

Ona görə prosesi sadələşdirmək üçün ingilis kimyagər Lesli Orgel tərəfindən ilk öncə DNT və zülalın olmadığı, yalnız RNT molekullarının meydana gəldiyi irəli sürüldü. Bu molekul DNT kimi özünü köçürməli və zülal kimi qatlanaraq fermentativ fəallıq da göstərməli idi. Mövzu haqqında geniş təxribatlarına baxmayaraq, bu iddianın yaranmasını təmin edən bir sübut yox idi. Bu iddia tamamilə fəlsəfi fikir idi. Lakin əlində heç bir tutunacaq yeri olmayan təkamülçü dairələrdən böyük maraq gördü. Halbuki bir RNT molekulunun özbaşına, bir anda mövcud olduğunu fərz etsək belə, başqa heç bir orqanoidi olmayan, daha doğrusu bir hüceyrəsi olmayan RNT molekulu necə funksiyasını yerinə yetirib sağ qala bilər?

Burada bir başqa məsələni də xatırlamaq lazımdır. RNT dediyimiz quruluş, yəni ribonuklein turşusu riboza deyilən 5 karbonlu karbohidrat, pürin və ya pirimidin strukturunda bir nukleotid ehtiva edir. Bu üç formanın da üzvi formalar kimi yenə bir hüceyrə daxilində meydana gəlmək məcburiyyətində olduğunu düşündükdə, RNT ssenarisi tamamilə çökmüş olur.

Bundan başqa, yaşayan hüceyrələrdə özünü törədən bir RNT-yə rast gəlinməyib. Yəni bu iddia tamamilə xəyalidir. RNT-ni təşkil edən quruluşlar eynilə zülallar kimi, su ehtiva edən mühitdə bir araya gəlib birləşə bilməz, ribosom və fermentlərdən asılı amillər olmadan meydana gələ bilməzlər. Molekulyar biologiya tədqiqatları ilə tanınan Con Sutherland bunu belə açıqlayır:

RNT kimyasının bəzi kilid nöqtələri işləmir. Hər bir RNT nukleotidi karbohidrat, azotlu əsas və fosfatdan ibarətdir. Ancaq bu sübut edildi ki, karbohidrat və azotu birləşməyə razı salmaq mümkün deyil.

Yenə məlum olan biologiya kitabı Albertsdə bu vəziyyət bu şəkildə bildirilir:

Təbiətdə özünü kopyalaya bilən RNT molekulları olmamasına baxmayaraq, elm adamları bunları laboratoriyada emal edə biləcəklərindən əmindirlər. (Molecular Biology of The Cell fifth edition Alberts p. 402)

Təkamülçülər baxımından irsi material olmadan quraşdırma etmək çox mənasız olacaq. İrsi material hüceyrəyə aid məlumatları ehtiva edir. DNT olmadan hüceyrəyə məxsus digər strukturların məlumatı qorunmayacaq və həqiqi hüceyrə bölünməsi də baş verməyəcək. Genetik material da yuxarıda açıqladığımız kimi, bir çox fərqli sistemlərin bir arada olmasına ehtiyac duyur. Bu da bir anda Yaradılış olmadan baş verə bilməz. Əslində bu yazıda müdafiə edilən fikirlərin niyə gerçəkləşməyəcəyinə dair etiraf xarakterli açıqlamalar da verilib. Genetik materialın zəruriliyi belə vurğulanıb:

Hüceyrə divarı olan, ancaq geni olmayan hüceyrə çox şey edə bilməz. Bala hüceyrələrə bölünə bilsə də özü haqqında heç bir məlumatı balalara ötürə bilməyəcək.

Həyat bir anda başlayıb

Göründüyü kimi, “təkamül nəzəriyyəsinə” konkret dəlil tapmayan təkamülçü alimlərin nəzəri mənada belə fərziyyələrinə sübut uydurma səyləri uğursuzluqla nəticələnib. Fosil qeydlərində göründüyü kimi, ilk hüceyrəyə 3.8 milyard il əvvəl bir anda fosil qeydlərində rast gəlinir. Dövrümüzdə araşdırdığımız hüceyrələrdə mövcud olan bütün xüsusiyyətləri ilə birlikdə ortaya çıxmış və dəyişmədən varlığını davam etdirmişdir. Bundan əvvəl isə yerin təbəqələrində həyatın varlığına dair heç bir əlamət yoxdur. Yarı inkişaf etmiş, “təkamül” keçirməyə çalışmış hüceyrə qalıqları yoxdur. Yuxarıda detalları ilə açıqladığımız kimi, tam funksional hüceyrənin varlığından başqa, canlının həyatını davam etdirməsi mümkün deyil. Mərhələ-mərhələ inkişaf edən hüceyrə modeli mümkün deyil.

Təsadüfə əsaslandığı irəli sürülən təbii seçmə yeni məlumat ortaya çıxarmaq qabiliyyətinə malik olmadığından zülallar və genlər kimi məlumat ehtiva edən formaların əmələ gəlməsini izah edə bilməz. Geriyə qalan təsadüf iddiasıdır. Təsadüf isə bəşəriyyət tarixi boyunca ortaya atılmış ən məntiqsiz, ən gülməli, ən aciz iddiadır.

Açıqlanmalı əsl məsələ, həyatın çox mürəkkəb mexanizmini inkişaf etdirmək üçün lazım olan məlumatın haradan gəlməsidir. Təkamülçülərin iddia etdiyi şəkildə vasitə qutunuzda atomlar, təbiət qanunları və təsadüflər olsa da, həyat necə ortaya çıxıb? Bu kompleks və nizamlı məlumat necə ortaya çıxıb? Məhz bu sual darvinistlər üçün cavabsızdır. Bu suala təkamüllə cavab tapmağa çalışdıqları müddətcə də cavabsız qalacaq.

“BBC News”in irəli sürdüyü fikirlər müasir dinsiz mədəniyyətin əfsanələridir. Aydın məsələdir ki, həmin yazı darvinistlərin yaşadıqları böyük məğlubiyyəti dəf edə bilmək üçün əl atdıqları zavallı cəhddən ibarətdir.

Biz heç vaxt cansız maddənin struktur vahidlərinin özbaşına kompleks və funksional quruluşu meydana gətirdiklərini görmürük. Bu ancaq insandan da üstün bir ağılın və zehnin istiqamətləndirməsi ilə baş verir. O Ağıl isə bütün açıqlığı ilə qarşımızdadır və yaratdığı hər bir detalda Özünü göstərir. O Ağıl, aləmlərin Rəbbi olan uca Allahdır.

Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hadid surəsi, 4)

 

İqtibaslar

  1. http://www.bbc.com/earth/story/20161026-the-secret-of-how-life-on-earth-began
  2. https://www.youtube.com/watch?v=vO6R5mTXcRI
  3. Molecular Biology of The Cell fifth edition Alberts p 402

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma