«Milenium» nəslini qazanmaq gələcəyi qazanmaqdır


 

millenials-risingHazırda çox ön planda olmasa da, yaxın gələcəkdə bugünkü nəslin hər sahədəki öhdəliklərini öz üzərinə götürməsi gözlənilir. Onlar dünya cəmiyyətinin olduqca geniş hissəsini təşkil edir. Hətta say baxımından bəzi ölkə əhaliləri içərisində ilk sıradadır. Onlar ABŞ-da 80 milyon üzvü ilə ölkə tarixindəki ən yüksək rəqəmə malik yaş qrupu- populyar adı ilə “milenium nəsli”dir.

2000-ci ildə nəşr olunan və bu mövzudakı ən mühüm mənbələrdən biri olan “Millenials Rising” kitabının  müəllifləri Neil Howe və William Strauss eyni zamanda bu nəslin ad qoyanı sayılır. Howe və Ştraus bu sosial qrupu 1982-2004-ci illər arasında anadan olanlar kimi təsvir edir.

Milenium nəslinin ən əhəmiyyətli ortaq xüsusiyyətlərindən biri doğulduqları andan etibarən internet, kompüter, ağıllı telefon və hər cür yüksək texnologiyalarla iç-içə böyümüş olmalarıdır. Sosial və psixoloji inkişaflarında, şəxsiyyətlərinin formalaşmasında bu müasir texnoloji mühitin həlledici rolu çox böyükdür.

Müxtəlif mənbələrə görə milenium nəslinin əksəriyyətinə dair bəzi ortaq xüsusiyyətlər belədir:

İnsanlarla əlaqədə olmağa çox həvəslidirlər. Belə ki, 83%-i mobil telefonları ilə birlikdə yatır, 1 saat ərzində ən az bir dəfə ağıllı telefonlarına baxırlar. Gündə orta hesabla 88 mesaj alıb göndərirlər. Danışmaqdan isə xoşları gəlmir.

55%-i sosial şəbəkəyə ən az bir və ya daha çox selfi çəkib göndərir. Sanki Youtube, Facebook, Instagram və Pinterest-də yaşayırlar. Digər nəsillərə görə ən çox Facebook dostu sayına sahibdirlər. Məşhur birinin onları Twitterdə izləməsi, Facebookda paylaşımlarının bəyənilməsi onlar üçün çox önəmlidir.

Kompüter proqramlarına, prosessorlara, yeni texnoloji cihaz və sistemlərə asan və sürətli şəkildə uyğunlaşa bilirlər. Kompüter əsaslı işləri digər nəsillərə görə daha rahat edə bilirlər.

Hər mövzuda aktual olmaq, anı tutmaq ən böyük hədəfləridir. Hər şeyin ən son modelinə sahib olmaq, hər şeydən ilk xəbərdar olmaq, bir xəbəri ilk yayan olmaq, yeni trend başlatmaq, başqalarının təqlid edəcəkləri sensasiyalı şeyləri ilk ortaya atan olmaq ən böyük həvəsləridir.

Göründüyü kimi, milenium nəsli texniki bacarıq, zəka, yeni texnologiyalara sürətli adaptasiya olmaq baxımından digər nəsillərdən çox öndədirlər. Ancaq şəxsi keyfiyyələri, davranışı və əxlaqi dəyərlər baxımından eyni şeyi söyləmək çətindir.

Belə ki, bəzi ekspertlər, şəxsiyyət xüsusiyyətləri baxımından milenium gəncliyini gəlmiş-keçmiş ən pis nəsil kimi səciyyələndirirlər. Həqiqətən də bu nəsilin böyük hissəsi ifrat dərəcədə özündən razı, eqoist, hər vəziyyətdə özünü haqlı görən, qarşı tərəfin fikirlərinə əhəmiyyət verməyən, yola getməyən, aqressiv, daima haqlar iddia edən, ancaq bu hüququ qazanmaq üçün heç bir səyi olmayan, məsuliyyətsiz, bütün bunlara baxmayaraq, özünü çox mühüm görən insanlardan ibarətdir.

“Time” jurnalı 2013-cü ilin may sayında qapaq mövzusu etdiyi milenium nəslini “Mən mən mən nəsli” kimi təsvir edir. Jurnaldakı eyni başlıqlı, Joel Stein imzalı məqalədə, Amerikan lisey tələbələri arasında hədsiz təkəbbür hissinin (narsizm) 2009-cu ildə 1980-ci illərə nisbətən 58% artdığı göstərilir.

Milenium gəncliyinin böyük hissəsi sosial münasibətlərində çox zəif və təcrübəsizdirlər. İnternetdə, virtual mühitlərdə saatlarla əlaqə qurduqları insanlarla üzbəüz tanış olmaq, normal sosial münasibətlər inkişaf etdirmək çoxunun ağlına belə gəlmir. Milenium nəsli gəncinə görə, məxfilik, adətən, paylaşımlarını kimlərin görə biləcəyini sosial media parametrlərində tənzimləməkdən ibarətdir.

Klark Universitetinin 2012-ci ildə keçirdiyi sorğuya görə, bu nəslin inkişafı ləng gedir. Digər nəsillərə nisbətən daha həssas və kövrək, təzyiq və tənqidlərə qarşı daha dözümsüzdürlər. Bu səbəbdən onlara “qar dənəsi nəsli” də deyilir. Ən kiçik tətikləyici davranış, söz və ya görüntü qarşısında həddindən artıq romantik reaksiyalar verib ağlama krizlərinə girə bilirlər. Depressiyaya düşməyə, hətta intihara çox meyillidirlər.

Bəzi məktəblər və akademik qurumlar onların incinmələrinin qarşısını almaq məqsədilə “safe-space” (təhlükəsiz bölgə), “trigger warnings” (tətikləyici xəbərdarlığı) kimi tətbiqlər həyata keçirirlər.

Pew Forumunun 2014-cü ildə apardığı “Religious Landscape” (Dini mənzərə) araşdırması milenium nəslinin digər nəsillərə nisbətən daha aşağı nisbətdə dini meyilliyinin olduğunu ortaya qoydu.

Allahın haram etdiyi və çirkin əməl kimi bildirdiyi homoseksualizm və LGBT-nin güclü tərəfdarı olan milenium gəncliyi siyasi baxımdan bitərəf olmağı, zidd və müxalif liderləri dəstəkləməyə üstünlük verirlər. Bu fikirlərinə görə, 2008-ci il ABŞ prezident seçkilərində bu təbəqənin 60%-i homoseksual nikahlarını qanuniləşdirən Barak Obamanı dəstəklədi.

Əlbəttə, bura qədər söylədiklərimiz milenium nəslinin geniş də olsa yalnız müəyyən hissəsini əhatə edir. Yoxsa, aralarında yuxarıda sadaladığımız mənfi xüsusiyyətləri olmayan, ağlı başında, şüurlu, şəxsiyyətli, yetkin, prinsipli, əxlaqlı, əqidəli və vicdanlı saysız-hesabsız keyfiyyətli insanlar da var. Əhəmiyyətli olan isə bütün milenium nəslini bu üstün şəxsiyyət və keyfiyyət səviyyəsinə çatdırmaqdır.

Milenium nəslini yalnız müxtəlif sektorlarda texniki qabiliyyətlərindən istifadə edib əxlaq, şəxsiyyət və vicdan baxımından indiki hallarına buraxmaq, həm onlara, həm özümüzə, həm də bütün dünyaya böyük xəyanət olar. Çünki yaxın gələcəkdə dünyadakı bir çox mövqeni və vəzifəni tutacaq bu nəsilə bu gün etinasızlıq göstərilməsi sabah hər kəsin problemi olacaq.

Bu problem yalnız sosioloji və psixoloji araşdırma mövzusu kimi görülməməli, bütün dünyanın gələcəyini maraqlandıran çox vacib və təcili məsələ kimi geniş miqyaslı müzakirə olunmalıdır. Bu nəslin təcili olaraq imani və əxlaqı cəhətdən inkişafını təmin etmək üçün onların xoşuna gələcək, diqqətlərini çəkəcək, təşviq edəcək fərqli təhsil siyasəti formalaşdırılmalıdır. Bu mənada milenium nəslini qazanmaq üçün hökumətlərə, təhsil qurumlarına, düşüncə mərkəzlərinə, mediaya, akademiklərə, din xadimlərinə, fikir adamlarına və bütün məsuliyyət sahibi insanlara çox həyati vəzifələr düşür.

http://www.nst.com.my/news/2016/12/198931/winning-over-millennials

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma