Myanma rəhbərliyi yanlışından hələ də dönə bilər


 

myanma9 oktyabrda Banqladeş sərhədində 9 myanmalı təhlükəsizlik işçisi naməlum şəxslər tərəfindən öldürüldü. Bunun ardınca bu provokatif cinayətlər bəhanə edilərək Myanmadakı Rohinca müsəlmanlarına tətbiq edilən sistematik zülm və soyqırımların dozası yenidən artırıldı.

9 oktyabrdan sonra təqribən 1.5 ay ərzində Myanma ordusu və arakanlı irqçi buddist azlıqlar tərəfindən həyata keçirilən azğın əməliyyatlarda 428 müsəlman şəhid edildi, 440 nəfər həbs olundu, 192 qadına təcavüz edildi. 160 müsəlman işgəncəyə məruz qaldı, 1780 ev yandırılaraq yararsız hala gətirildi, məscidlər oda verildi. BMT Rohinca müsəlmanlarının yaşadıqları kəndlərin demək olar ki, hamısının “təhlükəsizlik bölgəsi” elan edildiyini, ancaq 150 min nəfərə göndəriləcək yardımları çatdırmağın mümkün olmadığını bildirdi. 30 mindən çox müsəlman bu zülm və vəhşilikdən qaçaraq evlərini tərk etmək məcburiyyətində qaldı.

Banqladeşlə sərhəd qəsəbə Coxs Bazardaki BMT qaçqın nümayəndəliyinin (UNHCR) sədri John McKissick baş verən son dəhşəti, “əsgərlər insanları öldürərək, vuraraq, uşaqları qətlə yetirərək, qadınlara təcavüz edərək, evləri yandırıb qarət edərək onları çayı aşıb Banqladeşə keçməyə məcbur edir” sözləri ilə bildirir.

Myanma hökuməti və ordusu hərbçilərin etdiyi zülmlərin rəsmiləşməməsi üçün yardım təşkilatlarının, jurnalistlərin və insan hüquqları müşahidəçilərinin bölgəyə girişini qadağan edib. Digər tərəfdən, burada törədilən insanlıq əleyhinə cinayətləri israrla rədd edərək “rohincaların evləri özlərinin yandırdığı” kimi həqiqətdən uzaq, hətta gülünc iddialarla özünü müdafiə etdi.

Human Rights Watch isə rəsmi saytında yeni məlumatların hökumətin bu iddialarının yalan olduğunu bütün detalları ilə açıqladı. Təşkilatın Asiya direktoru Brad Adams “peyk görüntüləri və şahidlərin ifadələri binaları yandıranların əsgərlər olduğunu açıq şəkildə göstərir” sözləri hökumətin yalanını ortaya çıxardı. Belə ki, Human Rights Watch hesabatı 9 oktyabr – 23 noyabr tarixləri arasında Myanma hərbi qüvvələrinin Arakan əyalətindəki müsəlman yaşayış bölgələrində törətdikləri dağıntı, yanğın, zülm və qırğınları bir çox dəlil, sənəd, şahid ifadələri və fotolarla ətraflı olaraq ortaya qoyur.

Kökləri 8-ci əsrə qədər gedib çıxan Rohinca müsəlmanları ingilislərin 18-ci əsrin sonlarına doğru bölgəni işğal etməsindən etibarən ilk dəfə ciddi sıxıntı və təzyiqlərlə qarşı-qarşıya gəldilər. Myanmanın 1947-ci ildə müstəqilliyini elan etməsi ilə bu çətinlik və təzyiqlər yeni vüsət aldı. Arakanlı müsəlmanlar mərkəzi hakimiyyət tərəfindən fasiləsiz olaraq hər cür ayrı-seçkilik, bərabərsizlik, hüquq pozuntuları, təzyiq və sanksiyalara məruz qaldılar.

Belə ki, bölgədəki müsəlmanlara qarşı etnik təmizləməni sürətləndirməyi və tamamlamağı hədəf alan ən qanlı əməliyyatlar 2012-ci ildən etibarən başlandı. Bu dəfə də müsəlmanların guya buddist qadına təcavüz etdiyinə dair yalan xəbərin milli media orqanlarında dəfələrlə yayımlanması ilə yerli irqçi buddistlər müsəlmanlara qarşı qızışdırıldı.

Həmin il müsəlmanlara qarşı həyata keçirilən təcavüz və hərbi əməliyyatlarda minlərlə ev, iş yeri və ibadətgahla birlikdə saysız-hesabsız müsəlman kəndi yandırıldı. Təkcə rəsmi rəqəmlərə görə, 5-10 min arasında müsəlman şəhid edildi. 100 minlərlə müsəlman yurdlarından didərgin düşdü. İşgəncə, təcavüz və digər insanlıqdan kənar əməllərin sayı belə bilinmir.

Sonrakı illərdə mərhələli olaraq artırılan zülm və dəhşət siyasətinin son dalğası yuxarıda bəhs etdiyimiz kimi, 9 oktyabr 2016-cı ildə başladı. Myanmadakı hakim partiyanın lideri və defakto dövlət başçısı Aung San Suu Kyi isə bu fəlakətlərə biganə və laqeyd mövqe nümayiş etdirir. Nobel Sülh mükafatlı Suu Kyi normalda bu zülm və qırğınlara ən çox qarşı duran və təcili son qoymalı olan şəxs olduğu halda, Arakanda müsəlmanlara qarşı terror həyata keçirən hərbçiləri və irqçi buddistləri dəstəkləyir.

Suu Kyi regionda illərdir bütün dünyanın gözü önündə davam etdirilən insanlıqdan kənar əməliyyatların, vəhşilik və soyqırımın uydurma və şişirdilmiş iddialar olduğunu müdafiə edir. Ötən günlərdə Sinqapurda etdiyi çıxış zamanı Rohinca müsəlmanlarının vəziyyətini izah edən kağızı istehzalı tərzdə qəhqəhə ataraq oxuması da narahatlıq verici hadisə olaraq qəbul edildi.

Məzlum Rohinca xalqının tək çarəsinin yenə müsəlmanlardan başqası olmadığı görünür. Ancaq müsəlmanlar birləşmədikcə məruz qaldıqları haqsızlıqlar qarşısında beynəlxalq təsirə malik olmaları, sözlərinin dinlənməsi, siyasi təzyiq və sanksiya gücünə malik olmaları mümkün deyil. İndiki dağınıq, qopuq, hətta aralarındakı ixtilaflı vəziyyəti digər müsəlmanların köməyinə çatacaq, dərdlərini dindirəcək, axan qanları dayandıracaq gücə və təsirə malik olmadıqları açıqdır.

Malayziya Baş naziri Najib Razakın Myanmanın vəziyyətinə münasibət bildirərək Rohinca müsəlmanlarına sahib çıxması, oradakı vəziyyəti soyqırım və etnik təmizləmə olaraq adlandırması, müsəlmanları və İslamı müdafiə edəcəklərini açıqlaması, BMT-ni, Beynəlxalq Cinayət Məhkəməsini, İslami Təşkilatları vəziyyətə müdaxilə etməyə çağırması bu mənada olduqca müsbət və gözəl təşəbbüsdür.

Ən böyük arzumuz bu münasibətin bütün İslam ölkələrinin və liderlərinin ortaq xüsusiyyəti halına gəlməsi, bütün müsəlmanların sarsılmaz birlik, qardaşlıq və həmrəylik ruhunda hərəkət etməsidir. Bu vasitə ilə də heç bir irq, məzhəb və milliyyət fərqi qoymadan həm İslam aləminin, həm də bütün dünyanın əziyyət, çətinlik və fəlakətlərdən xilas olaraq sülh, əmin-amanlıq, rifah və səadətə qovuşmasına səbəb olmalarıdır.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma