““New Scientist” və “BBC News”un qeysəriyyə ilə doğuş təkamülə təsir edir” yalanı


 

nyu-scientistÖtən ay ərzində başda “New Scientist”, “BBC News”, “Independent” olmaqla bir çox yerli və xarici mətbuat orqanında “Qeysəriyyə ilə doğuşun guya təkamül prosesini dəyişdirdiyi” ilə bağlı yazılar dərc edilib. Bu yazılara dayaq olaraq da “Proceedings of the National Academy of Science” jurnalında 26 oktyabr 2016-cı il tarixində yazılmış bir məqalə mənbə kimi göstərildi.

Məqalənin məzmunu “insan doğuşlarının uşaq başının böyüklüyü və ananın dar çanaq sümüyü uyğunsuzluğu səbəbindən çətin olduğu, son 50 il ərzində qeysəriyyə ilə doğuşun geniş yayılması guya təkamül prosesinə təsir etdiyi və uyğunsuzluğun artdığı” şəklində idi. Bu məqaləyə əsaslanaraq atılan başlıqlardan bəziləri bu şəkildə oldu: “Qeysəriyyə daha böyük uşaqlara təkamül keçirməyə həqiqətən səbəb olurmu?”, “Artan qeysəriyyə əməliyyatlarının sayı insan təkamülünə təsir edir”, “Uğurlu qeysəriyyə əməliyyatları insanın təkamül prosesini dəyişdirir”.

Bu şəkildə verilən başlıqların məqsədi, adətən, sanki yeni elmi məlumat əldə edilib, nəticədə guya təkamül prosesi var və davam edirmiş kimi təəssürat yaratmaqdır. Beləliklə, təkamül nəzəriyyəsinin hələ də əsaslı olduğu, müxtəlif qondarma dəlillərlə sübut edildiyi mənzərəsi yaradılmağa çalışılır. Adətən bu informasiyalar mövzu haqqında məlumatı olmayan cəmiyyətin müəyyən təbəqələrini aldatmaq məqsədi daşıyır. Məşhur elmi jurnallarda dərc olunmaları da inandırıcılığı artırmaq üçündür. Halbuki həmin elmi jurnallar elmi mənada süquta uğramış təkamül nəzəriyyəsini yaşatmağa çalışan darvinist diktatorluğun himayəsindədirlər.

Məqaləni ətraflı tədqiq etdikdə məsələnin tamamilə fəlsəfi aspektdə müzakirə olunduğu, genetik heç bir əsas ehtiva etmədiyi, elmi dəlillə dəstəklənməməsi açıq şəkildə qarşımıza çıxır. İndi bu yazının nəinki təkamülə dəlil təşkil etmək, heç bir elmi xarakterinin olmadığını, ideoloji əsaslı olduğunu iddiaları açıqlayaraq cavab verək.

“Uşaq kəlləsi – ana çanaq quruluşu uyğunsuzluğunun artdığı” iddiası əsassızdır

Məqalənin əsas iddiası son 50 il ərzində qeysəriyyənin tətbiq edilməsindən günümüzə qədər keçən müddət ərzində kəllə-çanaq uyğunsuzluğunun 1000 doğumda 30-dan 36-ya çıxdığı, bunun da 20% artım mənasına gəldiyidir. Bəs bu nəticə həqiqi məlumatlar qiymətləndirilərək əldə edilib?

Əslində təkamül prosesinə guya dəlil olaraq mətbuata təqdim olunan bu məqalə əksinə təkamülü ön-qəbul ilə qəbul edərək bu nəticələrə gəlir. Bu iddianı sübut etmək səyi isə real göstəricilərlə deyil, tamamilə xəyali modellər üzərindən uydurulan statistik məlumatlara əsaslanır.

Aparılan araşdırmalarda kəllə sümüyü uyğunsuzluğunun 1,4% ilə 8,5% arasında dəyişdiyi məlum olur. Göründüyü kimi, müəyyən nisbi göstəricilər fərqli nümunələr və fərqli dəyərləndirmələrlə edildiyindən bir-birindən olduqca fərqli nəticələr əldə edilib. Bu məqalənin iddia etdiyi kimi, 3%-dən 3,6%-ə artım olduğunu qəbul etsək belə, sözügedən nisbət bildirilən sərhədlər daxilində olacağından, bu artımın varlığını dəqiq müəyyən etmək mümkün deyil. Qaldı ki, belə bir artım olsa belə bu genetik deyil, ətraf mühitin təsiri nəticəsində ortaya çıxacaq.

Uyğunsuzluğun əsas amili döllərin daha iri olmasıdır. 50 il əvvələ görə, hal-hazırda döllərin daha iri olmasına səbəb ola bilən bir çox amil var. Ananın hamiləlik prosesində daha yaxşı qidalanması, köklük və şəkər xəstəliyinin artması kimi səbəblərdən döllərin doğuş çəkisi artmış ola bilər. Ancaq bu genetik deyil, ətraf mühitin şərtlərinə bağlı olaraq ortaya çıxan haldır. Şərtləri tərsinə çevirdikdə bu təsir də azalacağından qeysəriyyə əməliyyatlarına da ehtiyac azalacaq. Bundan başqa quruluşdan asılı olaraq ortaya çıxan hidrosefal (beyində su toplanması) kimi xəstəliklər də normal doğuşa mane ola bilər. Amma bu da genetik dəyişikliklə ortaya çıxmır.

Bununla yanaşı uyğunsuzluğun digər amilini təşkil edən ananın çanaq sümüyünün quruluşu da genetik quruluşdan asılı olaraq dəyişir. Aparılan tədqiqatlarda tamamilə eyni gen tənzimləməsinə malik olan tək yumurta əkizlərində də çanaq sümüyünün ölçülərinin fərqli olduğu, ətraf mühit amillərinin genetik amildən daha ön planda olduğu məlum olmuşdur. Bundan başqa, bir insanı belə düşündükdə, genetik quruluş hamıda eyni qalmasına baxmayaraq, uşaqlıqdan yaşlılığa qədər sümük quruluşu davamlı olaraq dəyişir. İllər ərzində sümük quruluşunda forma dəyişikliyi olur. Başqa bir misal da kişi və qadın çanaq quruluşundan verilə bilər. Eyni ana-atadan doğulan bir qadının çanaq sümüyü quruluşu doğuma əlverişli olsa da, oğlanın çanaq sümüyü dar və uzunlamasına inkişaf etmiş quruluşa malikdir. Kişi tipli çanaq sümüyünə malik ana uşağını heç vaxt doğa bilməz. Amma sümük quruluşu inkişaf edərkən adətən hüceyrələr bunun şüurundaymış kimi hərəkət edərək formalaşırlar.

Dövrümüzdə sosial səbəblər də qeysəriyyə nisbətini artırır. Keçmişə görə əməliyyat şərtlərinin daha yaxşı olması qeysəriyyə əməliyyatını daha təhlükəsiz hala gətirib. Bu səbəbdən həkimlər kəllə – çanaq uyğunsuzluğu diaqnozunu daha tez-tez qoymağa başlayıblar. Ancaq qeysəriyyənin təkcə kəllə-çanaq uyğunsuzluğuna görə üstünlük verilən doğuş növü olmadığını da qeyd etmək lazımdır. Hamilə qadınlar normal doğuşun çətinliyini yaşamamaq üçün də qeysəriyyə əməliyyatını seçir. Lakin bu hal tibb işçiləri tərəfindən çox da tövsiyə olunmur.

Genetik əsası olmayan elmdən kənar iddia

Məqaləni tədqiq etdikdə verilən məlumatların statistik hesablardan başqa hər hansı bir fakt ehtiva etmədiyi görünür. Bu da yazının elmi xarakterinin olmadığı mənasına gəlir. Çünki buradakı statistik göstəricilər sosial üstünlüklərlə bağlıdır. DNT düzülüşündə keçmişdən günümüzə qədər hər hansı bir dəyişiklik yoxdur. Sümük quruluşunun tənzimlənməsi ilə bağlı onlarla, hətta yüzlərlə ayrı gen bölgəsinin harmoniya içində fəaliyyət göstərməsi şərtdir. İnsanların genetik düzülüşləri arasındakı fərq yox deyiləcək qədər azdır və bu fərqlər də gendən kənar bölgələrdə yer alır. Bu qədər fərqli fiziki quruluşda insanın ortaya çıxışı epigenetik və ətraf mühit amillərinin təsiri ilə olur. Ətraf mühit amilləri təkcə genetik məlumatda bəzi genləri dominant, bəzilərini resessiv hala gətirirlər. Genetik məlumata yeni məlumat əlavə etmirlər. İlk insanla dövrümüz insanı eyni genlərə malikdir.

İlk insandan etibarən araşdırılan insan fosillərində heç bir struktur dəyişikliyi yoxdur. Bu, ananın çanaq quruluşu, uşaq kəlləsinin quruluşu və böyüklüyünə də aiddir. Doğuş eyni proseslə baş verir. Uydurma təkamülçü məntiqdə doğuşun illər ərzində daha asan olması üçün ana çanaq quruluşunun genişlənməsi və ya uşaq kəlləsinin harmoniya göstərəcək şəkildə kiçilməsi söz mövzusu olmalıdır. Amma belə bir dəyişiklik olmayıb, ola da bilməz. Çünki təkamül deyilən proses böyük yalandır. Minlərlə illik bəşəriyyət tarixi boyu çətin doğuşlar həmişə var olmuş, amma doğuş prosesi həmişə eyni qalmışdır. Doğum bir möcüzədir.

Doğuşun zamanlaması mükəmməldir. Təxminən 38 həftə davam edən hamiləlik olduqca həssas bir zamanda doğuşla bitir. Doğuş əgər bir neçə həftə erkən olsa, körpə inkişafını başa vurmadığı üçün həyati təhlükə yaşayır. Doğuş əgər bir-iki həftə gec baş verərsə, bu zaman da körpə üçün yetərli şərait qalmır, qidalanma problemləri ortaya çıxır, körpə doğuş kanalına sığmayacaq qədər böyüyür. Ana da, döl də bu proseslərin heç bir mərhələsinin fərqində deyil. Olması lazım olan vaxtda doğuş sancıları başlayır, uşaqlıq boynu açılır və toxumalar elastikləşir. Bundan başqa, döl doğuş kanalına ən uyğun şəkildə girmək üçün dönmə (rotation), bükülmə (fIexion), gərilmə (extension) kimi bəzi hərəkətləri etmək məcburiyyətindədir. Demək olar ki, hər döl bu hərəkətləri növbə ilə nöqsansız yerinə yetirir. Buradakı həssas tarazlıqları görməyərək səhv axtarmaq və çətinliklərə diqqət yetirmək ağılsızlıqdır.

Təkamülçülər bu məqalədə və bir çox başqa şəraitdə həyatın təsadüflər nəticəsində ortaya çıxdığı cəfəngiyyatını hər zaman vurğulamağa çalışırlar. İnsanın və digər canlıların möcüzə xarakterli xüsusiyyətlərini görməzliyə vuraraq, bir nöqsan varmış kimi göstərmə cəhdinə girirlər. Bu cür quruluşların və funksiyaların əslində daha mükəmməl ola biləcəyi halda, olmadığı, nöqsanlarla dolu olduğu fikrini aşılamağa çalışırlar. Halbuki mövzunu dərindən bilən bu insanlar insan vücudu başda olmaqla canlıların saysız-hesabsız mükəmməl quruluşla təchiz edildiyini çox yaxşı bilirlər. Ancaq israrla bu həqiqəti dilə gətirməkdən çəkinirlər. Çünki bu həqiqəti ucadan danışmağın nəzəriyyələrini tamamilə ortadan qaldıracağını bilirlər.

Doğuş prosesi insanın yaradılışına dair ən başda gələn möcüzələrdən biridir. Bu prosesdə “onsuz olmaz” deyə biləcəyimiz saysız mexanizm bir anda hərəkət edir. Bunlardan biri olmadıqda nə dölün, nə də ananın yaşaması mümkündür. Bu səbəbdən hələ ilk doğuşla birlikdə bu xüsusiyyətlər var olmalıdır. Tək bir doğuşun baş verməsi özü-özlüyündə möcüzə ikən, bu günə qədər milyardlarla möcüzə gözümüz önündə baş verir. Bəzi doğuşların çətin olması, bu möcüzənin görməzdən gəlinməsini şərtləndirmir. Doğuşun mərhələlərinin incəliklərinə hakim olduqca Allahın Yaratma sənəti daha yaxşı başa düşüləcək. Uca Rəbbimiz bir ayəsində belə buyurmuşdur:

Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, müəyyən bir vaxta qədər. (Mürsəlat surəsi, 20-23)

Nəticə etibarilə nə qeysəriyyə, nə də doğuş zamanı edilən başqa cür müdaxilə gələcək nəsillərdə daha iri uşaqların yaranmasını təmin edəcək bir vəziyyət deyil. Belə ki, elmi tərəqqi dövründə bilik və bacarıq artımı yeni nəslin IQ səviyyəsinin keçmiş nəsillərdən daha yüksək olmasına səbəb olmadığı kimi, qeysəriyyə də ana və uşağın fiziki quruluşunu dəyişdirə bilməz. Qeysəriyyə nisbətindəki artımın əsas səbəbi ətraf mühit və sosial amillərdəki dəyişiklikdir. Ətraf mühit amilləri də, ancaq genetik quruluşumuzun icazə verdiyi meyarlar həddində təsir edə bilər.


Mənbələr:

  1. Cliff-edge model of obstetric selection in humans, http://www.pnas.org/content/113/51/14680.full
  2. DumontA, deBernisL, BouvierColleMH,Bre ́artG,MOMAStudyGroup(2001)Caesarean section rate for maternal indication in sub-Saharan Africa: A systematic review. Lancet 358(9290):1328–1333.
  3. Sharma K (2002) Genetic basis of human female pelvic morphology: A twin study. Am J PhysAnthropol117(4):327–333.
  4. “Success of C-sections altering course of human evolution, says new childbirth research”, Peter Walker, 06 dekabr 2016. http://www.independent.co.uk/news/science/success-caesarean-sections-altering-course-human-evolution-babies-bigger-heads-a7458066.html

 

5. https://www.newscientist.com/article/2115103-are-caesareans-really-making-us-evolve-to-have-bigger-babies/?utm_source=NSNS&utm_medium=ILC&utm_campaign=webpush&cmpid=ILC%257CNSNS%257C2016-GLOBAL-webpush-BIGBABY

6. http://www.bbc.com/news/science-environment-38210837

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma