Qarışqanın Gözlərindəki Kompas

İstiqamət müəyyənləşdirmək üçün kompasa və xəritəyə ehtiyac vardır. Xəritə insana harada olduğunu, kompas isə hara gedəcəyini göstərir. Tunisin Aralıq dənizi sahilləri yaxınlığında yaşayan qara səhra qarışqası isə, bunların heç birini işlətməməsinə baxmayaraq, istiqamətini düzgün tapa bilir.

Qarışqa səhər günəşin üfüqdən yüksəlməsiylə 70⁰ C-yə qədər qızmar səhra qumunda qida axtarmaq üçün yuvasından çölə çıxır.

Səhra qarışqası yuvasından təxminən 200 metrə qədər məsafədə tez-tez dayanar və olduğu yerdə ziqzaq şəklində hərəkət edər. Amma bütün bu mürəkkəb ziqzaq hərəkətlərə baxmayaraq, yeməyini tapdığı vaxt, dərhal yuvasına doğru düz xətt boyunca hərəkət edərək yola düşər. Qarışqanın bu səfəri onun uzunluğu ilə müqayisə edildikdə, bir insanın səhrada 35-40 km. hərəkət etdikdən sonra, kompas və sair şeylərdən istifadə edərək birbaşa başladığı yerə qayıtması kimidir.(37)

Səhra kimi bir ərazidə istiqamət müəyyənləşdirməyə imkan verən işarələrin azlığı nəzərə alındıqda, (belə ki, qarışqanın yolda görəcəyi işarələri yaddaşında saxlayıb, yolunu onlara baxaraq tapması da başqa bir möcüzə olardı) qarışqanın bacardığı işin əhəmiyyəti daha yaxşı aydın olar.

Oxumağa davam et

Optika Qanunlarını Bilən Kəpənəklər

Fiziklərin optikada istifadə etdiyi üç təməl qanun var. Bunlar müvafiq olaraq aşağıdakılardır:

1) Bir səth, üzərinə düşən günəş şüalarının həmin səthlə əmələ gətirdiyi bucaq 90⁰-yə yaxınlaşdıqca qızar.

2) Günəş şüalarını eyni bucaq altında qəbul edən iki səthdən tünd rəngli olanı daha çox qızar.

3) Əks etdirən hər hansı səth, üzərinə düşən şüaları, düşdükləri bucaq (səthlə 90⁰ bucaq əmələ gətirdiyi hesab edilən hündürlük) altında da əks etdirər.

Bu qanunları fizika oxuyanlar bilirlər, ancaq bu gün bir çox insan bu qanunlardan tamamilə xəbərsizdir. Bunların gündəlik həyatda hansı təsirlərə malik olduğundan və ya nə işə yaradıqlarından da xəbərsizdirlər. Əlbəttə ki, optika qanunlarını hər insanın bilməməsi olduqca normaldır. Burada qınanılacaq heç nə yoxdur. Ancaq təəccüb oyandıran, bu qanunları çox yaxşı bilən başqa canlıların olmasıdır.

İnsanların bilmədiyi və ya bilib də diqqət yetirmədiyi bu qanunlardan kəpənəklər xəbərdardır. Həmçinin kəpənəklər bu optika qanunlarından gündəlik həyatlarında da faydalanırlar. Bu mövzunu Colias kəpənəklərini nümunə verərək izah edək.

Colias kəpənəyi bədən temperaturu 28⁰ C-dən aşağı olduğu vaxt uça bilməz. Bu vəziyyətdə dərhal qanadlarını açar və arxasını günəşə çevirərək günəş şüalarını düz bucaq altında alacaq şəkildə dayanar. Kəpənək kifayət qədər isinib bədən temperaturu 40⁰ C-yə qədər yüksəldikdə öz oxu ətrafında 90⁰ dərəcə dönər. Beləliklə də, günəş şüalarını üfüqi halda qəbul edər. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Dolayısilə kəpənəyin bədən temperaturu azalmağa başlayır.

Oxumağa davam et

İlanlardakı Ovlanma Mexanizmləri

İlan, iybilmə orqanı olan haçalı dilinin köməyi ilə, zülmət qaranlıqda yarım metr qarşısında yerə çömbəlib oturmuş hərəkətsiz bir canlının varlığını hiss edə bilər. Gecə qaranlığına baxmayaraq, istilik qəbuledici sistem sayəsində ovunun yerini tam düzgün şəkildə müəyyənləşdirir. İlan əvvəlcə ovuna səssizcə yaxınlaşır, hücum edəcəyi məsafəni alır, sonra boynunu yay kimi gərər və ovunun üzərinə böyük sürətlə atılar. Artıq bu əsnada 1800 açıla bilən güclü çənəsindəki dişlərini ovuna keçirmişdir. Bütün bunlar, bir avtomobilin yarım saniyə müddətində sıfırdan 90 km/saat sürətə çatması ilə eyni sürətdə olub bitir.

İlanın, ovunu təsirsiz hala gətirmək üçün işlətdiyi ən böyük silahı isə “zəhər dişləri”dir. Bu dişlərin uzunluğu təxminən 4 sm-dir. Dişlərin içi oyuqdur və zəhər vəzlərinə bağlıdır. Bu vəzlərin əzələləri, ilan ovunu dişlədiyi anda yığılar və zəhəri əvvəlcə diş kanalına, oradan da ovun dərisinin altına təzyiqlə ötürərlər. İlanın zəhəri, ya ovun mərkəzi sinir sistemini iflic edər, ya da qanını laxtalandıraraq ölümünə səbəb olar.

Oxumağa davam et

Əqrəbin Hissetmə Bacarığı

Səhrada yaşayan qum əqrəbləri, kiçik heyvanlar arasında ən təhlükəlilərdəndir. Bu əqrəb növünün gözləri demək olar ki, heç görməz. Buna baxmayaraq, gecələri ovlarının yerini böyük məharətlə müəyyənləşdirə bilərlər. Bəs bu təəccüblü hadisə necə baş verir?

Bu vəziyyət, əqrəbin səkkiz ayağında da yerləşən yarıq formasındakı mükəmməl reseptorlarla əlaqədardır. Bu reseptorlar, millimetrin milyonda bir hissəsindən daha kiçik titrəyişlər yaradan hərəkətləri belə müəyyənləşdirəcək qədər həssasdırlar.

Bir kəpənəyin əqrəbin yaxınlığındakı bir yerə qonduğunu düşünək. Yerə qonan kəpənək yerdə iki cür titrəyiş dalğası meydana gətirər. Birincisi saniyədə 150 metr sürətlə yayılan həcm dalğalarıdır. İkincisi isə, səthə paralel şəkildə saniyədə 50 metr sürətlə yayılan “R” adlı dalğalardır. Ova olan məsafə, bu iki dalğanın əqrəbə çatma müddətləri arasındakı fərq müəyyənləşdirilərək hesablanır.(31)

Oxumağa davam et

Bir Çox Mövzuda İxtisaslaşmış Mütəxəssislər: Koalalar

Koala Avstraliyada yaşayan ən geniş yayılmış kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üstündə keçirərlər.

Koalaların bədən quruluşu bu ağacların üzərində rahat yaşamalarını təmin edəcək xüsusiyyətlərə malikdir. Məsələn, qolları və pəncələri yoğun gövdəli evkaliptlərə asanlıqla dırmaşmalarını təmin edər, ön ayaqlarındakı ilk iki barmaqları isə, digər üçündən aralıdır. Öz əlimizi düşünsək, iki baş barmaqlarının olduğu deyilə bilər. Arxa ayaqlardakı baş barmaqlar da digərlərindən aralıdır və digər dörd barmaq kimi kəskin pəncələrə sahib deyil. Digər barmaqlardan fərqlənən bu baş barmaqlar daha nazik budaqlardan yapışmağa kömək edir.

Koalanın pəncələri ağacların yumşaq və düz olan gövdələrinə çəngəl kimi keçər. Heyvan bu sayədə budaqlardan yapışar. Dörd ayağı da, eynilə bizim bir çubuğu tutmağımız kimi, ağac budaqlarını asanlıqla tuta bilər və budaqlara sarılaraq dırmanmasını təmin edər.(15)

Koalanın evkaliptlərdə yaşamasını təmin edən başqa bir xüsusiyyəti də, xüsusi mədə quruluşuna sahib olmasıdır. Evkalipt ağacının yarpaqları zəhərlidir və koala xüsusi mədə quruluşu sayəsində bu yarpaqlarla qidalana bilir. Su ehtiyacını da yenə bu ağaclar vasitəsiylə təmin edir. Koala bütün bunları edərkən bir tərəfdən tibbi biliklərdən faydalanır, digər tərəfdən də bədənindəki biokimyəvi fabrikdən yararlanır.

Sol:
1. incə bağırsaq
2. qalın bağırsaq
3. yemək borusu
4. Mədə
5. Duodenum
6. Korbağırsaq
7. Rektum

Koalaların bu xüsusiyyətlərini ardıcıllıqla nəzərdən keçirək:

Oxumağa davam et

Böcəklər Arasındakı Kimyəvi Əlaqə: Feromonlar

Qarışqalar yuvalarını, bal arıları da şanlarının yerini, çox uzaq məsafələr getsələr də, yollarını azmadan taparlar. Bəzi böcək sürfələri təhlükə anında dərhal bir yerə toplanaraq qorunarlar. Bir çox heyvanlar da yaşadıqları sahə üzərində bariz hakimiyyət sahibdirlər. Deyilənlərlə yanaşı, bütün böcək növlərində cütləşmək istəyən erkəklər və dişilər bir-birlərindən uzaqda olsalar belə, bir-birlərini asanlıqla tapırlar. Bu davranışlardakı ortaq nöqtə; bütün bunların bir növ ünsiyyət sayəsində baş verməsidir.

Bir çox canlı növü bir-biriylə ünsiyyət yaratmaq üçün, bir cür işarədən istifadə edir. Böcəklərin istifadə etdiyi bu işarənin adı “feromon”dur. Feromon sözü “hormon daşıyıcıları” mənasını verir və eyni növün nümayəndələri arasında istifadə edilən kimyəvi maddələrdir. Ümumiyyətlə xüsusi vəzlər tərəfindən ifraz edilərək ətraf mühitə yayılarlar. Böcəklərin davranışlarının dəyişməsinə səbəb olarlar.

Feromonlar, əvvəllər hormonlarla ekvivalent hesab edilmişdir. Hormonlar kimi az miqdarda ifraz olunmalarına və müəyyən həyati funksiya yerinə yetirmələrinə görə, bədəndən kənara ifraz olunmaları onları hormonlardan fərqləndirir. Feromonlar əsasən növə görə fərqlənir. Çox müxtəlif funksiyalar yerinə yetirən və müxtəlif tərkibli olan feromonlar da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromonlar, 7-8 km kimi xeyli uzaq məsafədə belə öz təsirlərini göstərə bilirlər. Uzaqlıq, istilik, külək və rütubət kimi amillər də feromonların təsir gücünü azaldıb çoxalda bilər.

Oxumağa davam et

Qarışqalar Turşu Zavodu İnşa Edə Bilərlərmi?

(FA). Qarışqa turşusu

Qarışqaların bədənlərində, qarışqa turşusu (H2CO2) adlı kimyəvi maddəni sintez vəzlər var.(4) Qarışqalar antibiotik təsirinə malik bu maddəni müntəzəm surətdə bədənlərinə sürtərlər. Beləliklə həm yuvalarında, həm də öz üzərlərində bakteriya və göbələklərin yaranmasına mane olarlar.

Qarışqaların bədənlərindən ifraz olunan bu turşudan xəbərdar olmaları və bunu necə istifadə edəcəklərini bilmələri heyrət vericidir. Lakin insanı bundan daha da heyrətləndirən şey, başqa canlıların da qarışqaların bu xüsusiyyətindən xəbərdar olmasıdır.

Bəzi quş növləri də qarışqalardakı bu turşudan istifadə edərlər. Quşlar qarışqalar kimi kimyəvi maddələr ifraz etməzlər. Ancaq tez-tez qarışqa yuvalarının təpəsinə qonub, qarışqaların tüklərinin arasında gəzmələrinə imkan verərək, onların ifraz etdikləri turşudan bəhrələnərlər. Bu üsul sayəsində bədəni qarışqa turşusuna bulanan quş, üzərindəki bütün parazitlərdən xilas olar.

Oxumağa davam et

Bezoar Keçilərinin Kimya Bilikləri

Bezoar keçisi olduqca dik, divar kimi qayalara dırmaşa bilən keçi növüdür. Dırnaqlarının altının nahamar olması və ayaqlarının altındakı yumşaq yastıqlar sayəsində, asanlıqla çevik hərəkətlər edirlər. Lakin bu keçi növünün əsil qəribə xüsusiyyəti sahib olduğu təəccüb oyandıran kimya bilikləridir. Adları farsca dərman mənasını verən bir kökdən törəmiş bezoar keçiləri öz-özlərini müalicə etmə mövzusunda ixtisaslaşmışdırlar.

Bezoar keçisi nə vaxt bir ilan tərəfindən sancılsa dərhal yaşadığı yerin ətrafında bitən südləyən bitkisi növlərindən birini yeməyə başlayır.

Bu olduqca heyrətamiz davranışdır. Çünki həqiqətən də südləyən bitkisinin tərkibindəki mayedə olan “eforbin” maddəsi, qana qarışan ilan zəhərini təsirsiz hala gətirir.(3)

Belə olduqda şüurlu və diqqətcil bir insanın ağlına dərhal bu suallar gəlir; gündəlik otlamaları əsnasında südləyənlərə ağızlarını belə vurmayan keçilərin, bu bitkilərdən müalicə məqsədiylə istifadə etmələrini nə təmin edir? Bu canlılar ilan zəhərinə qarşı padzəhər təsirinə malik, bir ot axtarmalı olduqlarını haradan bilirlər? Bezoar keçiləri südləyənlərin tərkibində hansı kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin ilan zəhərini müalicə edici təsirə sahib olduğunu necə öyrəniblər?

Oxumağa davam et

Arılar hesablamağı haradan öyrəniblər?

Bura qədər izah edilənlərdə də göründüyü kimi, arılar çox fərqli şəkillərdə hesablamalar edir və bu hesablamaları edərkən də Günəşi istifadə edirlər. Bir böcəyin dünyanın və Günəşin hərəkətlərini və bunların nəticələrini öz-özünə bilməsi və buna görə hərəkət etməsi heç bir şəkildə mümkün deyil. Arıların hər səfərində bu hesablamaları təsadüfən tutdurmaları da qeyri-mümkündür. Bütün bunlara baxmayaraq -mövzuyla əlaqədar bütün elm adamlarının da həmfikir olduqları kimi- arılar bu hesablamanı səhvsiz bir şəkildə milyonlarla ildən bəri edirlər.

Bir insan azdığında -əgər bu mövzuda xüsusi bir təhsil almamışsa- istiqamətini tapa bilməsi üçün kompas kimi alətlərə ehtiyacı olacaq. Bu adamın Günəşin bucağına görə bir hesablama edərək istiqamətini tapması isə demək olar ki, qeyri-mümkündür. Halbuki, bir arı Günəşin hərəkətinə baxmayaraq gördüyü hər hansı bir yeri səhvsiz şəkildə şandakı digər arılara tərif edə bilər.

Arıların bu fövqəladə xüsusiyyətləri necə ortaya çıxmışdır? Arılar bu hesablamanı necə öyrənmişlər?

Bu sualların cavabları son dərəcə əhəmiyyətlidir. Əvvəlcə arıların istiqamət təyin etmə və bunu başqa arılara tərif edə bilmə qabiliyyətlərinə ilk ortaya çıxdıqları andan etibarən sahib olmaları lazımdır. Bu, arıların bəslənmə və sığınma ehtiyaclarını həll etmələri, bu səbəbdən soylarını davam etdirə bilmələri üçün mütləq lazımlı olan qabiliyyətdir.

Oxumağa davam et

Çiçəklərin mayalanması və arılar

Müxtəlif çiçəklərlə dolu bir çəməndə bal yığan arılar bir müddət izlənilsə, maraqlı bir vəziyyət diqqəti çəkəcək. Arılar hər səfərdə yalnız tək bir çiçək cinsi arasında gedib gələrlər. Bir çiçəkdən digərinə uçarkən başqa cins çiçəklərə diqqət belə etməzlər.

Bəzən günlərlə eyni növ çiçəkləri bu şəkildə ziyarət edən arıların bu davranışları həm özləri, həm də çiçəklər baxımından faydalıdır. Bu vəziyyəti belə açıqlaya bilərik. Bir çiçəyə ilk dəfə qonan bir arı o çiçəyin quruluşunu tanımadığı zaman kiçik bir nektar damlasını tapmaq üçün çox uzun bir müddət cəhd etmək məcburiyyətində qalar. Arı ancaq eyni çiçəyə beşinci və ya altıncı dəfə qonduqdan sonra sürət və bacarıq qazanar və hədəfinə asan şəkildə çatdığı üçün zaman qazanmağa başlayar.

Bu vəziyyətin çiçəklər baxımından faydalı olan istiqaməti isə, arıların tək çiçək növünü seçmələri sayəsində sürətli və etibarlı bir mayalanmanın təmin edilməsidir. Çünki bir çiçəyin tozcuğu başqa çiçəkləri mayalandırmaz və ancaq arıların eyni çiçəklər arasında etdikləri dövrlər əsnasında çiçəklər mayalanmış olar. Arılar eyni növ çiçəkləri tapmaq üçün qoxudan faydalanarlar.

Oxumağa davam et

Çiçəklər və arılar arasındakı uyğunlaşma

Çiçəklərin mayalanmasında son dərəcə əhəmiyyətli bir rola sahib olan arıların mayalandıra bilmədikləri çiçəklər də var. Məsələn, arılar qırmızı rəngi qəbul edə bilmədikləri üçün bu rəngə sahib olan çiçəkləri mayalandıra bilməzlər. Dəfnə, qırmızı qərənfil, yabanı kətan kimi içində başqa rəng olmayan qırmızı rəngli bəzi bitkilər başqa böcəklər tərəfindən mayalandırılar. Bu çiçək növlərinin rənglərindən başqa arılar tərəfindən mayalandırılmalarına maneə törədən başqa bir maraqlı xüsusiyyətləri də var. Bu çiçəklərin nektarları çiçəyin olduqca dərinliklərindəki bölgələrdə olar. Bu çiçəkləri mayalandırmaq istəyən böcəklərin çiçəyin iç qisimlərindəki bu bölgəyə çata bilmələri üçün xüsusi orqanlara sahib olması lazımdır. Böcəklərin eyni zamanda qırmızı rəngi qəbul etməli olduğu da unudulmamalıdır. Yəni bu bitkiləri mayalandıracaq böcəklərin hər iki xüsusiyyətə də eyni anda sahib olması lazımdır; çiçəklərin dərinliklərinə çatacaq xüsusi bir orqan və qırmızını görə biləcəkləri gözlər. Həqiqətən də, təbiətdə qırmızını rəng olaraq görən yalnız iki böcək növü vardır: Eşşək arıları və gündüz kəpənəkləri və üstəlik bu böcəklərin hər ikisinin də dərinliklərdəki nektarlara çata biləcəkləri uzun xortumları var.(90)

Belə bir uyğunlaşmanı təsadüflərlə izah etməyə çalışmaq əlbəttə ki, mənasız olacaqdır. Heç bir təsadüf iki fərqli növdəki canlıya, bir-birlərinə tam uyğun olacaq şəkildə fiziki xüsusiyyətlər qazandıra bilməz. Bu uyğunlaşma hər iki canlının da tək bir Yaradıcı tərəfindən yaradıldıqlarını sübut edər. Bütün canlıların nəzarəti əlində olan Allah hər iki canlını da bir-birinə uyğun yaratmışdır.

90- Prof. Karl von Frisch, Arıların Hayatı, s.31

Arıdakı qüsursuz dizayn

Dünyanın ən tanınmış kompyuter jurnallarından Bytedə yer alan bir xəbər, bal arıları haqqında son dərəcə maraqlı məlumatlar ehtiva edir.Jurnal kompyuterlərlə arı beynini müqayisə edir. Jurnalda yer verilən bir tədqiqatın nəticələrinə görə, arı beyni, dünyanın ən inkişaf etmiş kompyuterlərindən daha sürətli çalışır. Bugün ən inkişaf etmiş kompyuter saniyədə 16 milyard əməliyyat yerinə yetirir. Arı beyninin əməliyyat sayı isə bunun tam 625 qatı, yəni 10 trilyondur.

Üstəlik, arı beyni bu qədər çox əməliyyat yerinə yetirərkən kompyuterdən çox daha az enerji istehlak edir. 10 milyon arının istehlak etdiyi enerji, ancaq 100 vattlıq bir lampanı yandırmaq üçün xərclənən enerji qədərdir (Arının beyni 10 mikrovattan daha az enerji istehlak edir). (111)

Arının beyni ilə əlaqədar edilmiş olan bu müqayisədə də görüldüyü kimi, arıların bədən strukturlarında qüsursuz bir dizayn vardır. Arının hər orqanı bu andakı vəzifələrini yerinə yetirə bilməsi üçün xüsusi olaraq hazırlanmışdır. Məsələn, arının skeleti son dərəcə möhkəmdir, tənəffüs sistemi havanı daha yaxşı istifadə edərək, toxumalara daha çox qida çatdıran quruluşa malikdir. Əzələ quruluşu isə bədənin hər bölgəsində, ehtiyaca görə fərqli xüsusiyyətlərə malikdir. Məsələn, qanadlarındakı əzələlərində daha çox oksigen təmin etmək üçün digər əzələlərdə olan xarici pərdə yoxdur. Eyni şəkildə qoxubilmə və dadbilmə sistemlərində də arının çiçək toplama kimi vəzifələrinə son dərəcə uyğun bir dizayn vardır.

Oxumağa davam et