Ağıllı Silahlar: Antitellər


Antitellər bədənə daxil olan yad hüceyrələrə qarşı istehsal edilən zülal quruluşlu silahlardır. Bu silahlar immun sistemin əsgərlərindən biri olan B hüceyrələri tərəfindən hazırlanır.

Antitellər işğalçıları təsirsiz hala gətirirlər.Əsas iki vəzifəsi vardır: Birincisi, bədənə daxil olan düşmən hüceyrə ilə (antigenlerlə) birləşmək. İkincisi, birləşdikdən sonra antigenin bioloji quruluşunu pozmaq və onu məhv etmək.

Qanda və hüceyrə ətrafı mayedə olan antitellər xəstəliklərə yol açan bakteriya və ya viruslara birləşirlər. Birləşdikləri xarici molekulları bədənin döyüşçü hüceyrələri üçün işarələyib zərərsizləşdirirlər. Bu, müharibə sahəsindəki düşmən tankının uzaqdan idarə olunan raketlə vurulub zərərsizləşdirilməsinə bənzəyir. Antitel birləşdiyi düşmənə (antigenlər) üç ölçülü quruluşda, eynilə açarla kilid arasındakı uyğunlaşma kimi tam olaraq yerinə oturur.

Orqanizm, demək olar ki, qarşılaşdığı hər düşmənə uyğun antitel istehsal edir. Üstəlik, antitellər tək bir növdə hazırlanmır. Hər düşmənə qarşı onun quruluşuna uyğun, onunla mübarizə apara bilən antitel hazırlanır. Çünki bir xəstəlik üçün istehsal edilən antitel başqa xəstəlik qarşısında çarəsiz qala bilər.

Hər düşmənə uyğun xüsusi bir antitel istehsalı, həqiqətən, fövqəladə haldır və bunun haqqında düşünmək lazımdır. Çünki bu hadisə üçün B hüceyrələrinin qarşılaşdıqları hər düşməni çox yaxşı tanımaları, quruluşunu çox yaxşı bilmələri lazımdır. Təbiətdə isə milyonlarla növdə düşmən (antigen) var.

Bu hadisə milyonlarla kilidin hər birinə uyğun bir açarı ilk baxışda düzəltməyə bənzəyir. Ancaq burada əhəmiyyətli olan məqam isə budur ki, insanın kilidi əlinə alıb araşdırmadan, hər hansı qəlibdən istifadə etmədən əzbərdən açarı düzəldə bilməsidir.

Tək bir açarın quruluşunu belə əzbərdən yadda saxlamaq bir insan üçün olduqca çətindir. Bəs milyonlarla kilidin hər birini açacaq milyonlarla açarın üç ölçülü quruluşlarını yadda saxlamaq bir insan üçün mümkündürmü?

Əlbəttə, xeyr. Ancaq gözlə görə bilmədiyimiz kiçik ölçüdə olan B hüceyrəsi yaddaşında milyonlarla məlumat saxlayır və lazım olduqda bu məlumatları düzgün və şüurlu şəkildə istifadə edir.

Çox kiçik bir hüceyrənin içinə milyonlarla məlumatın yerləşdirilməsi insana göstərilən çox böyük möcüzədir. Başqa bir möcüzə isə hüceyrənin bu məlumatları insanın sağlamlığını qorumaq üçün istifadə etməsidir.

Açıq-aydın görünür ki, kiçik hüceyrələrin sahib olduqları bu qeyri-adi müvəffəqiyyətin sirri insan ağlının qavrama sərhədlərindən kənarındadır. Bir sözlə, bu gün insan beyni və müasir texnologiyanın gücü hüceyrələrin göstərdiyi bu fövqəladə ağıl qarşısında çarəsiz qalmışdır. Əslində, Yaradıcının varlığının açıq dəlili olan bütün bu ağıl əlamətləri təkamülçü alimlər tərəfindən belə gözardı edilə bilmir. Necə ki Türkiyədə təkamülün nəzəriyyəsinin ən məşhur müdafiəçilərindən olan prof. dr. Əli Demirsoy, “İrsiyyət və Təkamül” adlı kitabında bu vəziyyəti belə etiraf etmişdir.

“Plazma hüceyrələri bu məlumatı necə və hansı formada əldə edərək ona görə xüsusi şəkilləndirilmiş antitel istehsal edə bilir? Bu günə qədər bu problemin qəti izahı yoxdur.” (Əli Demirsoy, “Varislik və Təkamül”, Ankara: Meteksan Yayınları s. 416)

Bu günə qədər antitel istehsalının necə həyata keçdiyi təkamülçü alimlərin yuxarıda etiraf etdiyi kimi, sirri açılmamış bir məqamdır. 21-ci əsrin texnologiyası bu mükəmməl istehsalın metodlarını anlamağa belə müvəffəq olmamışlar. Qarşıdakı illərdə insana xidmət üçün yaradılan bu kiçik hüceyrələrin hansı üsullardan necə istifadə etdiyi araşdırıldıqda bu hüceyrələrin yaradılışlarındakı mükəmməllik və sənət daha yaxşı aydın olacaq.

Antitellərin Quruluşu

Antitellərin bir növ zülal olduğunu ifadə etmişdik. Buna görə əvvəlcə zülalların quruluşunu araşdıraq.

Zülallar amin turşularından əmələ gəlirlər. 20 müxtəlif amin turşusu müxtəlif ardıcıllıqla ard-arda düzülərək fərqli zülalları meydana gətirir. Bu, 20 müxtəlif rəngdə muncuq istifadə edərək bir-birindən fərqli boyunbağılar düzəltməyə bənzəyir. Zülallar arasındakı fərq də bu amin turşularının düzülüşündən qaynaqlanır.

Ancaq vacib bir məqam var: amin turşularının düzülüşündə yol verilən hər hansı bir xəta zülalı yararsız, hətta zərərli hala gətirir. Bu səbəbdən düzülüşdə ən kiçik bir səhvə belə yol vermək olmaz.

Bəs hüceyrə daxilindəki zülal fabrikləri əllərindəki amin turşularını hansı sıra ila düzülüb, hansı zülalı istehsal edəcəklərini haradan bilirlər? Məhz minlərlə növ zülalın hər biri haqqında məlumat hüceyrə nüvəsində olan genetik məlumat bankındakı genlərdə mövcuddur.

Bu səbəbdən zülalın bir növü olan antitellərin istehsalı üçün də bu genlərə ehtiyac vardır.

Məhz burada çox əhəmiyyətli bir möcüzə nəzərə çarpır. İnsan bədənində yaranan 1.920.000 antitelə uyğun yalnız yüz min gen vardır.

Bəs necə olur ki, az sayda olan genlərdən ümumi gen sayının az qala on qatı qədər antitel istehsal olunur. Hüceyrə sahib olduğu yüz min geni müxtəlif kombinasiyalarda birləşdirərək yeni antitel əmələ gətirir. Yəni bəzi genlərdəki məlumatları alır, bu məlumatları başqa genlərdəki məlumatlarla birləşdirir və bu ümumi məlumatla gərəkli olan istehsal olunur .

Ümumi 5200 kombinasiya baş tutur və 1.920.000 fərqli antitelinin meydana gəlməsi təmin edilir. (Scientific American, Sentyabr 1993, s. 53) Bu prosesi isə nəinki şüurlu insan hazırlaya bilər, hətta mühakimə edə bilməyəcəyi qədər böyük ağıl və planlaşdırma tələb edir.

Əvvəlcə bunu bilmək lazımdır ki, cəmi yüz min gen istifadə edilərək sonsuz sayda kombinasiya hazırlana bilər. Ancaq hüceyrə mükəmməl ağıl sərgiləyərək yalnız 5200 təməl birləşmədən istifadə edir və 1.920.000 xüsusi antitel istehsal edir. Görəsən hüceyrə lazım olan antitelləri yaratmaq üçün sonsuz ehtimal içindən düzgün kombinasiyalar etməyi necə öyrənmişdir?

antikorların yapısı
1. Antikorlar
2. Hafif Zincirin Değişken Alanı
3. Hafif Zincirin Sabit Alanı
4. Ağır Zincirin Sabit Alanı
5. Karbonhidrat Grubu
6. B Hücresi
7. Antijen Bağlanma Alanı
8. Ağır Zincirin Değişken Alanı
9. Antijen
10. Aktifleştirilmiş B Hücreleri
11. Plazma Hücresi
12. Serbest Antikor
13. Hafıza Hücresi
Milyonlarca kopya oluştuktan sonra B hücrelerinin çoğu bölünmeyi bırakır ve birer plazma hücresi (antikor üretmek üzere donatılmış bir hücre) olur. Bölünen B hücrelerinin bir kısmı ise bölünmeye devam ederek hafıza hücrelerini oluşturur. Plazma hücreleri tarafından üretilen serbest antikorlar kan ve lenf sıvısı içinde dolaşır. Hedef antijenine bağlanan antikorun şekli değişir. İşte antikorun makrofajların dış yüzeyine yapışmasını sağlayan da bu şekil değişikliğidir.

Sonsuz sayda ehtimallar arasından düzgün birləşmələri qüsursuz şəkildə hazırlamaq bir yana, bu cür birləşməsini yaratma fikrinə hüceyrə necə sahib olmuşdur?

Bundan başqa, yaradılan kombinasiyalar müəyyən bir məqsədə xidmət edir: bədənə daxil olan antigeni dayandırmaq üçün antitel istehsal edir. Buna görə hüceyrə bədənə girən milyonlarla antigen xüsusiyyətlərini də tək-tək tanıyır. Yer üzündəki heç bir insan ağlı belə möhtəşəm dizayn yaratmağa gücü çatmaz. Ancaq millimetrin yüzdə biri ölçüsündə olan hüceyrələr bunu etmeyə qadirdir, heç şübhəsiz, bu Allah`ın ağlının təcəllisidir.

Bəs bu cür xüsusi sistemi hüceyrə necə öyrənmişdir?

Əslində, heç bir hüceyrə bioloji bir funksiyanı əsl mənada “öyrənmə” fürsətinə sahib deyil. Çünki hüceyrənin yaranması zamanı belə bir funksiyası yerinə yetirmə xüsusiyyətləri olmadığı kimi, sonrakı həyatı boyunca bunun öhdəsindən gəlmə bacarığı əldə etmək ehtimalı da yoxdur. Bu cür hadisələrdə əsas şərt hüceyrədaxili sistemin hələ həyatın başlanğıcında tam hazır olmasıdır. Hüceyrənin belə birləşmələri öyrənmə qabiliyyəti olmadığı kimi, öyrənmə vaxtı da yoxdur. Əks təqdirdə, bədənə daxil olan antigenlərə antitellər mane ola bilməz və bədən döyüşdə məğlub olar.

İnsanın belə quruluşunu araşdırmaqda aciz qaldığı sistemin düşünmə və mühakimə qabiliyyəti olmayan bir hüceyrənin içinə yerləşdirilmiş olmasının çox xüsusi mənası vardır. Bu, sonsuz elm sahibi Allah`ın yaratmasındakı bənzərsizliyin kiçik bir hüceyrə üzərində əks olunmasıdır. Allah`ın üstün elminin hər şeyi əhatə etdiyi Quranda belə bildirilmişdir.

“Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.” (Bəqərə surəsi, 255)

Yaxşı, əgər sizə tapşırsaydılar bir antigen molekulu hazırlayın, bunu necə edərdiniz? Molekulun quruluşunu müəyyən etməzdən əvvəl çox geniş tədqiqat aparmalısınız. Təsadüfi bir quruluş verə bilməyəcəyinizə görə, antitelinin vəzifəsini ətraflı bilmək şərtdir. Hazırlayacağınız antitellər antigenlərlə əlaqədə olacağına görə, antigeni də çox yaxşı tanımanız, quruluşunun necə olduğunu bilməyiniz gərəkdir.

Nəticə etibarilə, düzəldəcəyiniz antitelinin bir tərəfi xüsusi və yeganə olmalıdır. Ancaq bu formada müəyyən bir antigenə birləşə bilər. İkinci tərəfi isə digər antigenlərlə oxşar olmalıdır. Çünki antigeni məhv etmə mexanizmi yalnız bu cür işləyə bilər. Xülasə, bir tərəf standart, o biri tərəf isə (bir milyon növdən çox) digərlərindən fərqli olmalıdır.

O ki qaldı ki insan sahib olduğu bütün texnologiyaya baxmayaraq, hələ heç bir antigen yarada bilməmişdir. Laboratoriya mühitində istehsal edilən antitellər isə insan orqanizmindən və ya başqa canlılardan alınan qəliblərdən istifadə edilirək dizayn edilir.

Antitellərin Növləri

Antitellərin zülal növü olduqlarını bildirmişdik. Bu zülallar bədənin müdafiəsində, immun sistemində fəaliyyət göstərdiklərindən immunitet qlobulini (zülal) mənasını verən “immunoqlobulin” kimi adlandırılır və qısaca “İg” olaraq göstərilir.

İmmunitet sisteminin ən xarakterik zülalları olan immunoqlobulin molekulları antigenin mövcudluğunu başqa immunitet hüceyrələrinə xəbər vermək, ya da müharibənin məhvedici zəncirləmə reaksiyasına başlamaq üzrə antigenlə birləşirlər.

IgG (immunoqlobulin G) : IgG ən əsas antiteldir. Əmələ gəlmələri üçün bir neçə gün kifayət edən bu antitellərin ömürləri isə bir neçə həftə ilə bir neçə il arasındadır. Bütün bədəni dövr edən bu antitellər qanda, limfada və bağırsaqda mövcuddurlar. Qanla birlikdə dövr edərək birbaşa işğalçıya hücum edir və üzərinə yapışırlar. Antibakterial və antigen məhvedici təsirə sahibdirlər. Bakteriya və viruslara qarşı bədəni qoruyur, toksinlərin (zəhərlərin) turşu xüsusiyyətini yox edirlər. Bundan əlavə, hüceyrələrin arasına daxil olur, hüceyrə və dərinin içinə sızan bakteriya və mikroorganik istilaçıları təsirsiz hala gətirirlər. Bu antitel ölçülərinin kiçik olması sayəsində hamilə bir qadının plasentasına girərək müdafiəsiz bir körpəni infeksiyalara qarşı qoruya bilir.

Əgər antitellər plasentaya keçə biləcək xüsusiyyətdə yaradılmasa idi, ana qarınındakı körpə mikroblara qarşı müdafiəsiz qalacaqdı. Bu vəziyyətdə də doğulmadan ölüm təhlükəsi ilə qarşılaşacaqdı. Buna görə körpə doğana qədər ananın anticimləri tərəfindən düşmənlərinə qarşı qorunur.

IgA (immunoqlobulin A): Göz yaşı, tüpürcək, ana südü, qan, hava torbacıqları, mukoz təbəqələrində, mədə və bağırsaq ifrazatları kimi orqanizmin antigenlərlə mübarizə apardığı yerlərində olur. Bu cür nahiyələr nəmli mühit olduğuna görə bakteriya və viruslar üçün əlverişli yerlərdir. Quruluşca bir-birlərinə çox bənzəyən IgA-lar mikroblar üçün əlverişli bölgələrinə yerləşərək həmin yerləri nəzarət altında saxlayırlar. Bu fəaliyyət strateji olaraq əhəmiyyətli bölgələrə etibarlı növbətçi əsgərlər qoymağa bənzəyir.

Körpələri ana bətnində xəstəliklərdən qoruyan antitellər körpə doğulduqdan sonra da onu yalnız buraxmır və qorumağa davam edirlər. Körpənin, həqiqətən də, anadan gələcək köməyə ehtiyacı vardır, çünki yeni doğulmuş körpənin orqanizmində IgA antitelləri mövcud deyil. Məhz bu dövrdə anadan aldığı süddə olan IgA antitelləri uşağın həzm sistemini bir çox mikrobun təsirinə qarşı qoruyurlar. Eynilə IgG kimi, bu antitel növü də körpə bir neçə həftəlik olduqda vəzifələri bitir və sonra yox olurlar.

Bəs heç düşündünüzmü, siz daha heç bir şeydən xəbərsiz bir döl olarkən, sizi mikroblardan qorumaq istəyən bu antitelləri göndərən kimdir? Ananız? Atanız? Yoxsa ikisi birlikdə qərara gəlib sizə bu antitelləri göndərdilər?

Şübhəsiz, sözü gedən kömək ananın imkanı xaricindədir. Ana öz daxilində həyata keçən kömək planının baş tutmasının belə fərqinə varmır . Eyni şəkildə, ata da bütün bu baş verənlərdən xəbərsizdir.

Bəs ana döşündə olan və bu antitelləri ifraz edən hüceyrələr bu köməyi nə üçün edirlər? Hansı güc buradakı hüceyrələrə yeni doğan körpənin antitelə ehtiyacı olduğunu söyləmişdir? Körpə üçün antitel istehsal edən hüceyrələrin körpənin əməcəyi süddə olduqları qətiyyən təsadüf deyil.

Burada çox əhəmiyyətli başqa bir möcüzə də var. Antitellər zülal quruluşludur. Zülallar isə insanın mədəsində həzm olunur. Bu səbəbdən ana südünü ağız yolu ilə alan körpənin mədəsində bu antitellər həzm olunmalı və uşaq mikroblara qarşı müdafiəsiz qalmalı idi. Ancaq yeni doğulmuş körpənin mədə şirəsi bu antitellərə təsirsiz yaradılmışdır, yəni onları nə həzm edir, nə də yox edir. Zülal həzm edən fermentlərin ifrazı bu mərhələdə çox aşağıdır. Beləcə həyati əhəmiyyəti olan antitellər parçalanmır və körpəni düşmənlərindən qoruyur.

Möcüzələr bununla da bitmir. Mədə tərəfindən parçalanmayan antitellər bütöv olaraq bağırsaqdan sorula bilinir. Körpənin bağırsaq hüceyrələri bu əməliyyatı həyata keçirə biləcək şəkildə yaradılmışdır.

Şübhəsiz ki, bu möcüzəvi hadisələrin ard-arda düzülməsi təsadüflərin nəticəsi deyil. Bir insan orqanizmi həyatının ana bətnindəki mərhələsindən etibarən tam immunitet sisteminə sahib olana qədər son dərəcə planlı, qüsursuz formada xəlq edilmişdir. Hər gün, hər saat, hər dəqiqə bədənində baş verməli hadisələr son dərəcə həssas hesablarla planlanmışdır. Əlbəttə, bu həssas hesabın sahibi də hər şeyi bizim üçün yaradan Allah`dır.

IgM (immunoqlobulin M): Bu antitellər qanda, limfada və B hüceyrələrində mövcuddurlar. İnsan orqanizmi hər hansı bir antigenlə qarşılaşdıqda bu düşmənlə döyüşmək üçün orqanizmdə ifraz edilən ilk antitel IgM-dir.

Ana bətnində olan uşaq 6 aylıq olduqda IgM antitelləri istehsal edilir. Əgər ana bətnində ikən uşaq hər hansı bir düşmənlə qarşılaşmışsa və xəstəliyin mənbəyi mikrob olarsa, bu uşaqda IgM ifrazı çox artır. Ana bətnində olan uşağın hər hansı bir xəstəliyə yoluxub-yoluxmamasını bilmək üçün qandakı IgM miqdarı hesablanır.

IgD (immunoqlobulinD): IgD antitelləri də qan, limfa və immunitet hüceyrələrinin (B hüceyrələrinin) səthində mövcuddurlar. Sərbəst hərəkət etmirlər. Müəyyən müdafiə hüceyrələrinin (T hüceyrələrinin) səthinə yerləşərək onların antigenləri tutabilmələrini təmin edirlər.

IgE (immunoqlobulinE): IgE də qanda dövr edən antitellərdir. Döyüşçü və bəzi qan hüceyrələrini döyüşə çağırmaqla vəzifəli olan bu antitellər eyni zamanda allergik reaksiyalarda iştirak edirlər. Buna görə də allergik insanlarda IgE antitellərinin sayı çox olur.

Təkamülçülərin Yaradılış Dəlillərini Ört-Basdır Etmə Səyləri

Əvvəlcə, antitellər haqqında bura qədər verdiyimiz məlumatları yenidən nəzərdən keçirək:

◉ Antitellərin orqanizmə daxil olan antigenləri (düşmənləri) təsirsiz vəziyyətə gətirməsi,

◉ Hər düşmən üçün fərqli növdə bir antitelinin istehsal edilməsi,

◉ Hüceyrənin milyonlarla müxtəlif antigen üçün milyonlarla növdə antitel ifraz etməsi,

◉ Bu istehsalın düşmənin orqanizmə daxil olduğu zaman başlaması,

◉ Antigenlə və həmin antigen üçün ifraz edilən antitelin üç ölçülü (3D) quruluşunun açarla kilid kimi bir-birlərinə tam olaraq uyğun gəlməsi,

◉ Hüceyrənin sahib olduğu məlumatı lazımlı vəziyyətlərdə müxtəlif şəkillərdə birləşdirərək müxtəlif antitellər əldə edə bilməsi,

◉ Bu əməliyyatları həyata keçirərkən insan ağlının qavramayacağı qədər mükəmməl ağıl və planlaşdırma nümayiş etdirməsi,

◉ IgA antitelini istehsal edə bilməyən körpənin antitel ehtiyacının ana südündə yerləşdirilən antitellər tərəfindən qarşılanması,

◉ Körpənin mədəsinin antitelləri parçalamayıb, onları körpənin orqanizminə xidmət etsinlər deyə salamat qalması …

Bu cür qüsursuzca fəaliyyət göstərən bir sistem vardır. Allah antitelləri istehsal edən edən hüceyrələrin daxilinə onların istehsal planlarını hazırlayan və minlərlə ensiklopediya səhifəsini dolduracaq qədər məlumat yerləşdirmişdir. Şüuru olmayan bu hüceyrələrə insanın ağlının qavraya bilmədiyi kombinasiya etmək qabiliyyəti də vermişdir.

Bəs təkamülə kor-koranə inananlar bu qədər mükəmməl sistemin varlığını necə izah edirlər? Cavab son dərəcə sadədir: izah edə bilmirlər.

Əllərindən gələn yeganə şey heç bir məntiqi olmayan, ziddiyyətlərlə dolu fərziyyələr irəli sürməkdir.”Necə etmək olar ki, bu sistemi təkamülə görə izah edək?” sualına cavab tapmaq üçün heç bir elmi əsası olmayan, bir çox xəyali ssenari mövcuddur.

Bu ssenarilərdən ən çox rəğbət qazananı isə immunitet sisteminin bir antiteldən təkamül keçirərək meydana gəldiyini müdafiə edir. Heç bir elmi dayağı olmayan ssenari qısa olaraq belədir:

İmmunitet sistemi başlanğıcda immunoqlobulin (bir növ zülal) növü istehsal edən bir gendən ibarət idi. Ancaq bu gen “öz-özünü sürətlə çoxaldaraq” hər biri fərqli immunoqlobulin molekulu meydana gətirən kopyalar yaratdı. Bundan sonra da təkrar birləşmə qabiliyyətinə sahib başqa gen hissələrinin istehsalını istiqamətləndirən nəzarət mexanizmləri peyda oldu.

Bu nümunə həm təkamül nəzəriyyəsinin nə qədər çürük təməllərə əsaslandığını görmək, həm də təkamülçülərin tez-tez müraciət etdikləri beyin yuma, göz boyama üsullarını anlamaq baxımından əhəmiyyətlidir. İndi bu yalanı cümlə-cümlə təhlil edək:

1-ci cümlə: “İmmunitet sistemi başlanğıcda, bir tək immunoqlobulin (bir növ zülal) növü istehsal edən bir gendən ibarət idi.” .”

Hər şeydən əvvəl bu sualı vermək lazımdır:

“Başlanğıcda mövcud olan bu gen kim tərəfindən yaradılmışdır?”

Bu mərhələ təkamülçülər tərəfindən əhəmiyyətsiz kimi göstərilib üstündən keçilməyə çalışılır. Ancaq bu ilk genin necə yarandığını izah etmək məcburiyyətindədirlər. Bir genin öz-özünə meydana gəlməsi elmi olaraq qeyri-mümkündür. Gen düzülüşünün təsadüfən meydana gəlməsinin mümkünsüzlüyü təkamülçü elm adamları tərəfindən belə dəfələrlə etiraf edilmiş bir gerçəkdir. Bu mövzuda yenə yerli təkamülçülərdən prof. Əli Demirsoydan nümunə verə bilərik:

Əgər canlı həyat müəyyən bir düzülüşü tələb edirsə, bu, bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malikdir deyilə bilər. Yaxud da meydana gəlməsində bizim müəyyən edə bilmədiyimiz fövqəltəbii güclər iş görmüşdür. (Əli Demirsoy, Varislik və Təkamül, Ankara: Meteksan Yayınları s. 61)

Ancaq bu məqam təkamülçülər tərəfindən ört-basdır edilir və sanki əvvəlcədən bir gen mövcudmuş kimi ağıldankənar başlanğıc qəbul edilir. Göründüyü kimi, bu ssenari hələ ilk pillədə məhv olur.

2-ci cümlə: “Ancaq bu gen “öz-özünü sürətlə çoxaldaraq” hər biri fərqli immunoqlobulin molekulu meydana gətirən kopyalar (nüsxələr) yaratdı.”

Hər nə qədər mümkünsüz olsa da, başlanğıcda müəyyən bir genin olduğunu fərz edək. Bu ilkin genin öz-özünə meydana gəlməsi belə ehtimalları zorlasa da, təkamülçülər bu genin “özünü yenidən yaratdığı” kimi məntiqsiz ifadələr sərf edirlər. Heç bir elmi dəyəri olmayan bu cür ifadələr təkamülçülərin aldatma üslublarına gözəl nümunədir. Bir genin özünü yaratması, sonra da fərqli surətlərini çoxaltmasını iddia edən bir fərziyyənin nə məntiq normalarına, nə də elmi həqiqətlərə uyan tərəfi yoxdur.

Bundan başqa, öz-özünə meydana gəldiyi fərz edilən belə mövhumi gen və surətlərinin ifraz etdiyi antitellərin xarici dünyadan gələcək antigenlərin qarşısını alacaq xüsusiyyət və quruluşa sahib olmalıdırlar. Bu səbəbdən antigenlər də, antigenlər üçün antitel ifraz edən genlər də eyni Yaradıcı, yəni Allah tərəfindən yaradılmışlar.

3-cü cümlə: Bundan sonra da təkrar birləşmə (kombinasiya) qabiliyyətinə sahib başqa gen hissələrinin istehsalını istiqamətləndirən nəzarət mexanizmləri yarandı.

Bu nəzarət və birləşmə mexanizmlərinin iş prinsiplərini izah etməkdə belə aciz olan təkamülçülər işlərinə gəldiyi zaman tək bir cümlə ilə “bu sistemin öz-özünü var etdiyi”ni söyləyib keçirlər. Lakin belə möhtəşəm sistemin necə olub da təsadüflər nəticəsində öz-özünə yarandığını izah etməyə yanaşmırlar. Bu cür mövzulara açıqlama gətirməyə çalışdıqlarında isə qarşıya uydurma və gülünc ssenarilərdən başqa bir şey çıxarmır. Bu şəkildə çarəsizliklərini və müdafiə etdikləri iddianın axmaqlığını gözlər önünə sərirlər.

Bu nəzarət mexanizmlərində elə möhtəşəm ağıl özünü göstərir ki, minlərlə müxtəlif məlumat kombinasiyaları nəticəsində təxminən iki milyon bir-birindən fərqli formada məhsul istehsal edilir. Ancaq əvvəlcə də ifadə edildiyi kimi, nə hüceyrə, nə də hüceyrənin daxilində olan hər hansı bir sistem “öyrənmə” və “inkişaf” qabiliyyətinə sahib deyil. Hətta hüceyrə bu məlumat kombinasiyalarını sonsuz sayda ehtimalın içindən yalnız doğru olanları seçərək yaradır. Bu səbəbdən bu iş çox ciddi şüurlu və ağıllı seçim tələb edir.

Bu iddianı ortaya atanlar son texnologiya məhsulu olan hər hansı bir məhsul haqqında da aşağıdakı nəzəriyyələri ortaya ata bilərlər:

“Daş lövhələr öz-özlərini yaratdılar və sonra da özlərini təkminləşdirərək kompüterə çevrildilər.” Və yaxud:

“Öz-özünü yaradan çərpələnglərdən bir müddət sonra reaktiv təyyarələr yarandı.”

Yuxarıdakı cümlələr ağıllı hər insana olduqca absurd (gülünc) görünür. Ancaq bu nəzəriyyələr nə qədər gülünc olsa da, hələ heç iş prinsipləri izah edilməyən immunitet sistemi işçilərinin təsadüfən əmələ gəldiklərini söyləməkdən daha çox məntiqlidir.

Ancaq yalnız antitellərin əmələ gəlməsi insan orqanizmini tək başına qorumaq üçün kifayət etmir. İmmunitet sisteminin fəaliyyəti və insanın yaşaması üçün makrofaqlar, faqositlər, məlumatçı T hüceyrələri (T-xelper), öldürücü T hüceyrələri (T-killer), zəiflədici T hüceyrələri (T-supressor), yaddaş hüceyrələri, B hüceyrələri və başqa bir çox faktorun bir yerdə fəaliyyət göstərməsi lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma