Çirkliliyə Qarşı Balıq Detektoru


dedektör balık

Qərbi Afrika fil balığı (Gnathonemus petersii) Afrikanın 27 C-lik isti və palçıqlı sularında yaşayırlar. Vətəni Nigeriya olan 10 sm böyklükdəki bu balıq palçıqlı sularda gözlərindən çox az istifadə edir. Yolunu quyruq tərəfindəki əzələlərində nizamlı olaraq yaydığı elektrik siqnalları ilə tapır. Normalda, dəqiqədə 300-500 siqnal yayır. Lakin suyun çirklilik nisbəti artdıqca dəqiqədə çıxardığı siqnal sayı 1.000-i keçə bilər.

İngiltərənin Bornmut şəhərində çirkliliyi ölçmək üçün fil balıqlarından faydalanılaraq düzəldilən detektorlardan istifadə edilir. Bourmounthdaki bir su şirkəti Stour çayından aldığı su nümunələrini 20 fil balığının idarəsinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş bir akvariumda yaşadılır. Akvaryumlardakı balıqlar siqnalları alıb bağlı olduqları kompüterlərə çatdırır. Əgər su çirkli isə balığın artan siqnalları təsbit edilərək kompüter vasitəsilə həyəcan siqnalı verilir.(75)

elektrikli yılan balığıelektrikelektrikli yılan balığı
Elektrikli ilan balığı “Electrophorus electricus” Amazon çayında yaşayır. Uzunluğu 2 metr olan bu balığın bədəninin üçdə ikisi elektrik enerjisi yaradan üzvi lövhələrlə örtülmüşdür. 5000-6000 ədəd olan plitələr sayəsində balıq 550 volt / 2 amperlik elektrik enerjisi istehsal edir. Balıqdan çıxan bu elektrik enerjisinin şok təsiri 2 m-dir. Daha uzaqdakı canlıları da öldürəcək qədər şiddətlidir, həqiqətən də balığın bu qədər böyük bir enerjiyə sahib olması böyük bir yaradılış möcüzəsidir. Sistem son dərəcə mürəkkəbdir və “addım-addım” inkişaf etmə ehtimalı yoxdur. Çünki balığın elektrik sistemi düzgün işləmədiyi müddətdə ona heç bir üstünlük verməyəcəkdir. Yəni bu sistemin hər bir hissəsi eyni zamanda qüsursuz bir şəkildə yaradılmışdır. Elm adamları, elektrikli ilanlara bənzər bu müdafiə mexanizmini təqlid edir və bu gün bu balığa bənzər elektrikli müdafiə silahları istifadə olunur.
uydu
pc
Cisimlərin yerini təyin edərkən fil balığı beyninin iş prinsipi insan beyninin məsafəni hesablamaq üçün istifadə etdiyi prinsipə bənzəyir. İnsan, uzaqlığı səs dalğaları arasındakı məsafəyə və dalğaların cisimdən qulağa gələnədək keçən müddətə görə məsafəni təyin edir. Bu qərar saniyənin 15 mində birində edilir. Ancaq Kaliforniya Universitetindən olan tədqiqatçılar G. Rose və Heilingenberg balığın bu hesablamaları saniyənin 400 milyardda birində etdiyini müəyyən etdilər. Rose qeyd edir ki, balığın kiçik və sadə bir quruluşa sahib olduğu görünsə də, əslində “içində nüvəsi olan superkompüterləri olan möhtəşəm bir balıqdır”.
Bir obyekt tapmaq və ya xəbərləşmə üçün elektrik siqnallarından istifadə edə bilərsiniz. Ancaq bunun üçün böyük bir elmi bilik və inkişaf etmiş bir texnologiyaya sahib olmalısan. Doğrudan da, bu gün də bu səviyyəyə çatan ölkələrin sayı son dərəcə azdır. Ancaq bəzi elektrikli balıqların bədənlərində davamlı olaraq elektrik siqnalları yayan və bu siqnalların toxunduğu obyektləri şərh edən orqanik bir radar var. Balıq bu radarla ətrafdakı cisimlərin ölçüsü, keçiriciliyi və hərəkəti barədə məlumat əldə edə bilər. Bundan əlavə, eyni sistemlə başqa bir elektrikli balığın cinsi və yetkinliyi haqqında məlumat əldə edə bilər, cütləşməyə dəvət edə və ya qorxuda bilər. İnsanlar tərəfindən istifadə edilən radarların və rabitə sistemlərinin nə qədər kompleks olduğunu düşündüyümüzdə, balığın bədənindəki yaradılış möcüzəsi daha aydın görünür.
75 “Kirliliğe Balık Dedektörü”, Science’den çev. : Mustafa Öztürk, Bilim ve Teknik, Şubat 1991 sf. 43.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma