Delfinlərin Səs Dalğaları Və Sonar Texnologiyası


Delfinlər başlarında olan “melon” (qovun) adındakı xüsusi bir orqandan sıxlığı saniyədə 200 min titrəyişə çatan səs dalğaları göndərir. Bu canlı başını hərəkət etdirərək dalğaları istədiyi tərəfə doğru istiqamətləndirə bilər. Yayılan səs dalğaları qatı bir cismə dəydiyində əks olunaraq delfinə geri dönür. Balığın ağzının alt tərəfi qəbuledici vəzifəsini yerinə yetirir. Alınan dalğalar əvvəl iç qulağa, oradan da beyinə göndərilir. Bu məlumatlar olduqca sürətli olaraq şərh olunur. Bu şərh sayəsində son dərəcə həssas və qəti məlumatlar əldə edilir. Delfin, bunun sayəsində səs dalğasının dəydiyi obyektin hərəkət istiqamətini, sürətini və böyüklüyünü təfərrüatı ilə müəyyən edə bilir.(67)

sonar
1. Yansıyan səs dalğaları
2. Yollanan səs dalğaları
sonar
Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız.
(Yasin surəsi, 83)
robot
Alimlərin və mühəndislərin təbiətdəki sonar dizaynlarından hazırladıqları bir çox robot var. Bunlardan biri də K-Team şirkətinin istehsal etdiyi robotdur. 6 sonar bölmədən istifadə edən “koala” adlanan bu robot uzaqdan idarəetmə ilə idarə olunan kəşfiyyatçı robot kimi dizayn edilmişdir.

Delfinin dalğaları ayırdetmə sistemi o qədər üstündür ki, bir balıq sürüsü içindəki tək bir balığı belə izləyə bilir.(68) Hətta zülmət qaranlıqda suda özündən 3 km uzaqda dayanan iki ayrı metal pulu bir-birindən ayırd edə bilir.(69)

Hal hazırda, gəmilərdə və sualtı gəmilərdə istiqamət və hədəf təyin etmədə SONAR70 adı verilən cihazdan istifadə edilir. Sonarların iş prinsipi delfinlərin səs dalğalarını təyin etməkdə istifadə etdiyi sistemlə eynidir.

ABŞ-da Yale Üniversitetində kəşfiyyat məqsədi ilə istifadə ediləcək bir robot yaradılmışdır. Robotda professor və eyni zamanda elektrik mühəndisi olan Roman Kucun delfinlərin sonarını təqlid edərək icad etdiyi sonar sistemindən istifadə edilmişdir. Bu müvəffəqiyyətinə baxmayaraq 10 ildir səs üstü qəbul edicilər və robot texnologiyası üzərində işləyən professor Kuc təbiətə diqqət çəkərək belə deyir:

Roman Kuc
Roman Kuc

Sonar istehsalı üçün təbiətə daha yaxından baxmalıyıq, gözdən qaçırdığımız hər hansı bir şey ola bilər.(71)

Biri sizə səs dalğalarının dəniz suyunda saniyədə 1500 m sürətlə irəlilədiyini söyləsə və belə bir sual soruşsa: olduğunuz bir sualtı gəmidən bir gəmiyə göndərilən səs dalğaları 4 saniyə sonra geri gəlirsə gəmi nə qədər uzaqdadır?

Apardığınız hesablama nəticəsində tapacağınız nəticə 3 km olacaq. Delfinlər də oxşar hesablamaları olduqca rahat şəkildə edirlər. Ancaq, əlbəttə ki, delfinlər nə səs dalğalarının sudakı yayılma sürətini, nə vurma əməliyyatını, nə də bölməni bilirlər. Bu da bizə, bütün bu əməliyyatların delfinlər tərəfindən edilmədiyini, onların yalnız Allahın onlara əmr etdiyi şəkildə hərəkət etdiklərini açıq olaraq göstərir.

sonar operatörüYunus
Təkamülçülər delfinlərdəki sonarın müxtəlif səbəblərdən meydana gələn bir sıra dəyişikliklər nəticəsində ortaya çıxdığını iddia edirlər.72 Bu iddia eyni rəfdəki minlərlə elektron dövrə hissəsinin külək və ya yer sarsıntısı kimi səbəblərdən bir araya gələrək sonar dövrəsini meydana çıxardığını söyləmək qədər absurddur.Ən inkişaf etmiş sonarın başında cihazdakı məlumatları şərh edə bilən xüsusi təlim keçmiş operatorlar var. Ancaq təkamülçülərin insanlardan daha ibtidai olduğunu düşündükləri delfinlərin heç bir zaman belə bir operatora ehtiyacı yoxdur.

67 Bu konuda ayrıntılı bilgi için Bakınız: “Doğadaki Tasarım”, Harun Yahya, Vural yayıncılık, ss: 86-87

68 Wild Technology, Phil Gates, sf.52

69 Betty Mamane, “Le surdoué du garnd blue”, cience et vie Junior, Ağustos 1998, ss. 79-84

70 Sonar kelimesi, İngilizce “Sound Navigation and Ranging”‘in kısaltmasıdır.

71 http://www. robotbooks. com/sonar-robots. htm

72 http://www. oceanetic. com/sonar/sonar%201. jpg

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma