İmmunitet Sisteminin Orqanları


Döyüşçü İstehsalat Mərkəzi: Sümük İliyi

kemik, kemik iliği
1. Sümük iliyi2. Sümükdən bir hissə

Xerosima və Naqasaki şəhərlərinə atom bombaları atıldığı zaman , radiasiyaya məruz qalan bir çox insan 10-15 gün içində daxili qanaxma və yoluxucu xəstəliklər səbəbindən öldü. Bu insanlara nə olduğunu anlamaq üçün heyvanlar üzərində aparılan təcrübələr bədənin tamamilə radiasiyaya məruz qalmasının qan yaradan və immunitet sisteminin bel sümüyü olan hüceyrələrin ölümünə yol açdığını ortaya çıxardı. Bu da bədənin qısa müddətdə ölməsi demək idi. (Scientific American , Sentyabr 1993 , s. 32)

Bu həyati hüceyrələrin fabriki sümük iliyidir. Ancaq diqqət yetirilməsi lazım olan əsas məqam bu fabrikdə bir-birindən çox fərqlənən məhsulların yaradılmasıdır. Çünki burada yaradılan bəzi hüceyrələr fagositoz istehsalında, bəzi hüceyrələr qanın laxtalanmasında, bəzi hüceyrələr isə maddələrin parçalanmasında rol oynayır. Bu hüceyrələrin vəzifələri kimi quruluşları da bir-birlərindən fərqlidir.

Ortaq bir məqsədə doğru hərəkət edən müxtəlif hüceyrələrin çox xüsusi bir istehsal sisteminin heyəti olması çox təəccüblüdür!!!!

Təkamül nəzəriyyəsi bunu qətiyyən izah edə bilmir. Çünki təkamül nəzəriyyəsi çoxhüceyrəli orqanizmlərin təkhüceyrəli canlılardan təkamül keçirərək əmələ gəldiyini iddia edir.

Yaxşı, bəs təsadüfən meydana gəlmiş hüceyrələr bir yerə toplandıqdan sonra necə ola bilər ki, meydana gətirdikləri bu quruluşun içində yeni hüceyrələr inşa edəcək bir sistemi yoxdan yarada bilirlər. Bu, bir kərpic anbarında meydana gələn partlayış nəticəsində, havaya sovrulan minlərlə kərpicin təsadüfən üst-üstə düşərək yeni bir bina tikməsinə bənzəyir. Hətta bu binanın içində yeni kərpiclər inşa edəcək bir fabrikin də meydana gəlməsi tələb olunur.

Unutmayaq ki, insan orqanizmi hər hansı bir binadan daha üstün bir yaradılışa sahibdir. İnsan bədəninin elementi olan hüceyrə isə əslində insanın hazırladığı heç bir məhsulla müqayisə edilməyəcək qədər qüsursuz və kompleks bir quruluşa malikdir. Ancaq təkamülçülərin yürütdükləri fərziyyənin nə qədər böyük bir yalan olduğunun başa düşülməsi üçün hüceyrəni kərpicə bənzədən bu nümunə verilmişdir.

Daxilimizdəki İstedad: Timus

t hücreleri
Timusda yetişən müdafiə hüceyrələri (T hüceyrələri)

Timus bioloji cəhətdən tədqiq edildikdə qeyri-adi xüsusiyyəti olmayan adi bir orqan kimi görünəcək. Amma gördüyü işə nəzər salanda inanılmaz bir halla qarşılaşırıq.

Timusda limfosit hüceyrələrinə sanki bir növ təhsil verilir. Səhv oxumadınız. Hüceyrələr timusda təhsil alırlar.

Təhsil ancaq müəyyən bir zəkaya sahib olan varlıqlara tətbiq oluna biləcək bir məlumatın ötürülməsidir. Ancaq burada çox əhəmiyyətli bir məqam vardır. Burada təhsili verən bir ət parçasıdır, yəni timüs. Təhsil alan isə kiçik bir hüceyrə . Yəni hər ikisi də şüursuz varlıqlardır.

İnsan Orqanizminin İmmunitet Sistemində İştirak Edən Orqanlar

Bundan əlavə bu təhsil nəticəsində limfosit hüceyrələri çox mühüm məlumatlarla təchiz edilir. Bədəndəki hüceyrələrin xüsusiyyətlərini öyrənirlər. Bu bir növ bədənə aid hüceyrələrin şəxsiyyətlərinin limfosit hüceyrələrinə öyrədilməsidir. Nəhayət hüceyrələr olduqca yüklü bir məlumatla timusdan ayrılırlar.

Beləliklə, limfositler orqanizmdə, şəxsiyyətlərini öyrəndikləri hüceyrələrə hücum etmirlər. Bundan başqa, qalan hər bir hüceyrəyə və yad maddəyə hücum edir və məhv edirlər.

Timus, uzun illər təkamülçü alimlər tərəfindən rudiment bir orqan hesab edilmiş və təkamülün dəlili olaraq istifadə edilmişdi. Halbuki son illərdə bu orqanın müdafiə sistemimizin əsas hissəsi olduğu aydın olmuşdur. Bu vəziyyətin başa düşülməsindən sonra timusun qalıq (rudiment) orqan olduğunu irəli sürən təkamülçülər , indi eyni orqan üçün tam əks nəzəriyyə ortaya atmışlar. Timusun əvvəllər mövcud olmadığını, yavaş-yavaş təkamül keçirərək meydana gəldiyini irəli sürmüşlər. Hətta timusun digər orqanlardan daha uzun davam edən təkamül prosesi nəticəsində əmələ gəldiyini müdafiə edirlər. Ancaq timus olmadan, ya da tam inkişaf etmədən, T hüceyrələri düşməni tanımağı öyrənə bilməyəcək və immunitet sistemi vəzifəsini yerinə yetirə bilməyəcək. İmmunitet sistemi olmayan bir insan isə həyatını davam etdirə bilməz. Hal-hazırda sizin bu cümləni oxumağınız belə, timusun uzun bir təkamül prosesi nəticəsi deyil, ilk insandan bəri qüsursuz və əskiksiz olaraq yaradıldığının bir dəlilidir. Allah üstün güc sahibi Yaradıcımızdır.

Çox Funksiyalı Orqan : Dalaq

savunma sistemi organları
1. Timus
2. Sümük iliyi
3. Linfa vəzi
4. Dalaq
İnsan orqanizminin müdafiə sistemində iştirak edən organlar

İmmunitet sistemimizin bir digər möcüzəvi üzvü də dalaqdır. Dalaq qırmızı və ağ olmaqla iki hissədən ibarətdir. Ağ hissədə əmələ gələn gənc limfositlər, əvvəl qırmızı hissəyə daşınır və buradan da qan dövranına qoşulurlar. Tünd qırmızı rəngdə və mədənin yanında olan bu orqanın etdiyi əməliyyatlar ətraflı araşdırılanda fövqəladə bir mənzərə ilə qarşılaşırıq. Onu bu cür möcüzəvi və qeyri-adi edən, olduqca çətin və mürəkkəb olan vəzifələridir.

Dalağın hüceyrə və faqositozu , qırmızı qan hüceyrələrini saxlamaq və immunitet yaratmaqda iştirak etmək kimi çox əhəmiyyətli , əhəmiyyətli olduğu qədər də çətin vəzifələri vardır. Şübhəsiz, dalaq da digər bütün orqanlarımız kimi yalnız bir ət parçasıdır. Amma bir ət parçası gözlənilməyən bir bacarıq və ağıl nümayiş etdirir. Heç bir əskikliyə yol verməyəcək şəkildə bütün işləri təşkil edərkən istirahət belə etmədən çalışır. Həqiqətən də dalaq yaradıldığı andan etibarən insan üçün var-gücü ilə çalışır və Allah dilədiyi müddətə qədər vəzifəsinə fasiləsiz olaraq davam edir.

Hüceyrə İstehsalı

Hələ ana bətnində ikən uşaqda mövcud olan sümük iliyi qan hüceyrələrini yaratma vəzifəsini tam olaraq yerinə yetirə bilmir. Sümük iliyi bu vəzifəni ancaq doğuşdan sonra yerinə yetirməyə başlayır. Bəs bu müddət ərzində uşaq necə qansız qala bilər?

Məhz bu mərhələdə dalaq fəaliyyətə başlayır və məsuliyyəti öz üzərinə götürür. Orqanizmin qırmızı qan hüceyrəsi, trombosit və qranulositlərə ehtiyac olduğunu anlayan dalaq limfosit istehsalından əlavə, həm də bu hüceyrələri əmələ gətirməyə başlayır.

Ancaq dalaq şüursuz bir ət parçasıdır. Belə bir məsuliyyəti öz üzərinə götürməyi düşünmək kimi bir qabiliyyəti yoxdur. Bundan başqa, bu məsuliyyəti götürsə belə, son dərəcə mürəkkəb hüceyrə və zülalları əmələ gətirən məlumata və təchizata necə sahib ola bilər?

Aydındır ki, insan bədənini yaradan Allah dalağı da lazım olduqda öz vəzifəsindən xaric fəaliyyət göstərəcəyi şəkildə, buna uyğun istehsal və xəbərdarlıq sistemləri ilə birlikdə yaratmışdır.

Faqositoz İstehsalı

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.(Həşr surəsi, 24)

Dalaqda bol miqdarda makrofaq (təmizləyici hüceyrələr) vardır. Bunlar dalağa gələn qanda mövcud olan qocalmış, ölmüş qırmızı qan hüceyrələri və başqa zədələnmiş qan hüceyrələrini, qandakı bəzi yad maddələri faqositoz edirlər, yəni udub həzm edirlər.

Burada çox əhəmiyyətli bir kimyəvi mübadilə sistemi fəaliyyət göstərir.(!)

Dalaqdakı makrofaq hüceyrələri udduqları qırmızı qan hüceyrələrinin tərkibində olan hemoqlobin zülalının daxilindəki dəmiri başqa maddələrlə birləşdirərək bilirubinə çevirirlər. Bilirubin daha sonra toplanaraq qan-damar sisteminə ötürülüb qaraciyərə göndərilir. Bu çevrilmə sayəsində öd ilə birlikdə bədəndən xaric edilə biləcək hala gəlir. Ancaq öd ilə birlikdə bağırsaqlardan atılmaq üzrə olan bilirubinin içində olan dəmir molekulu bədən üçün çox qiymətlidir. Bu səbəbdən dəmir incə bağırsaqların müəyyən bir bölgəsində təkrar geri sorulur və əvvəl qaraciyərə, oradan da sümük iliyinə gedir. Burada məqsəd həm zərərli bir maddə olan bilirubini bədəndən atmaq, həm də dəmiri təkrar qazana bilməkdir.

Bilirubin tarazlığı bədənimiz üçün olduqca ciddi bir əhəmiyyət daşıyır. Çünki bu mövzuda ediləcək ən kiçik bir səhvin əvəzi olduqca ağırdır. Bunun ən açıq nümunələrindən biri bilirubinin müəyyən bir səviyyənin üstünə çıxanda sarılıq xəstəliyinin inkişafıdır. Ancaq bədənimizdəki hüceyrələr sanki bu təhlükəni bilirmiş kimi diqqətlə bədən üçün təhlükəli olan maddələri xaric edir , faydalı olanları aralarından seçib, təkrar istifadəyə keçirirlər.

Eritrosit Ehtiyati

Dalağın məharətləri bunlarla məhdudlaşmır. Dalaq müəyyən miqdar qan hüceyrəsini (eritrosit və trombositləri daxilində toplayıb saxlayır. ” Saxlama” dedikdə ağlınıza anbar olaraq istifadə edilə bilən əlavə bir hissənin olduğu gələ bilər. Ancaq bəhs olunan kiçik bir orqandır və ətrafda anbar olaraq istifadə edəcəyi heç bir yeri yoxdur. Məhz dalaq bu cür vəziyyətlərdə həcmini böyüdərək , eritrositlər və trombositlər üçün yer ayırır. Bəzi xəstəliklər nəticəsində böyümüş dalağın saxlama həcmi də böyümüş olur.

Mübarizəyə Kömək

Bədəndə hər hansı bir bakterial infeksiya, ya da başqa bir zərərli amilin meydana gəldiyi hallarda, bədən bu zərərli düşmənə qarşı özünümüdafiə hücumuna keçir. Bunun üçün döyüşçü hüceyrələrin çoxalması lazımdır. Belə anlarda dalaq limfosit və makrofaq istehsalını artırır. Beləliklə, xəstəlik zamanı bütün orqanizmdə tətbiq olunan ” fövqəladə hal” vəziyyətinə dalaq da qoşulur.

Başqa İstehsalat Mərkəzi: Limfa Vəziləri

Onu siz yaradırsınız, yoxsa Biz?!(Vaqiə surəsi, 59)

İnsan bədənində bütün bədənə yayılmış bir hərbçi (polis) və polis kəşfiyyat sistemi vardır. Bu sistemin içində növbətçi polis və polis bölməsi də vardır.

Bəhs etdiyimiz sistem limfa sistemi, polis bölməsi də limfa vəziləridir. Sistem limfosit hüceyrələridir. Limfa sistemi başdan-başa insanın əmrinə verilmiş bir möcüzədir. Bu sistem bütün bədənə yayılmış limfa damarları, bu damarların müəyyən hissələrinə yerləşdirilmiş limfa vəziləri, limfa vəzilərində və limfa damarlarında gözətçi vəzifəsini yerinə yetirən limfosit hüceyrələr və bu hüceyrələrin içində üzdüyü, limfa damarlarında gəzən limfa mayesindən meydana gəlir.

Sistem bu cür işləyir: Bütün bədənə yayılmış limfa damarlarının içindəki limfa mayesi , kapilyar limfa damarları ətrafında olan toxumalara təmas edir . Bu təmasdan sonra təkrar limfa damarlarına qayıdan limfa mayesi özü bu toxumalara aid bəzi məlumatları gətirir. Bu məlumatlar limfa damarları boyunca olan ən yaxın limfa vəzisinə çatdırılır. Əgər toxumalarda bir düşmən hərəkatı başlayıbsa, bunun məlumatı da limfa mayesi vasitəsilə limfa vəzisinə gətirilir.

Düşmənə aid məlumat araşdırıldıqdan sonra əgər bir təhlükə varsa həyəcan siqnalı verilir. Limfa toxumalarında sürətli şəkildə limfosit və digər bəzi döyüşçü hüceyrələrin istehsalına başlanır.

İstehsal mərhələsindən sonra, yeni əsgərlər döyüşün olduğu cəbhəyə gətirilir. Yeni əsgərlər limfa vəzilərindən limfa mayesi köməyi ilə limfa damarlarına keçirlər. Limfa damarlarından da qan dövranına keçən əsgərlər müharibənin olduğu bölgəyə çatırlar. Buna görə infeksiya olan bölgədəki limfa vəziləri əvvəlcə şişir. Bu o bölgədəki limfosit istehsalının artdığını göstərir.

İndi mövcud sistemi yekunlaşdıraq :

◉ Bütün bədəni başdan-ayağa əhatə edən xüsusi bir nəqliyyat sistemi.

◉ Bədənin bir çox bölgəsinə yerləşdirilmiş limfa vəzi polis bölmələri.

◉ Düşmən əsgərlərin kəşfiyyatının aparılması .

◉ Bu kəşfiyyat istiqamətində əsgər istehsal edilməsi.

Tək bir hissəsi belə əskik olsa, işləməyəcək bu sistemin zaman içində, mərhələ-mərhələ inkişaf edərək yaranması mümkün deyil. Məsələn, limfa vəziləri və limfosit olan, ancaq limfa damarları yaradılmamış bir sistem fəaliyyət göstərə bilməz. Sistemin fəaliyyəti yalnız bütün işçilərin eyni anda yaradılması ilə mümkündür.

Rəbbimizin yaratması ilə bağlı olaraq bir ayədə belə buyurulur:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (“Həcc” surəsi , 73)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma