Yarasa Sonarı Texnalogiyamızın Sərhədlərini Aşır


Sonar sistemi dənizin içindəki sualtı aləmi müəyyən etmək üçün imtina edilməz bir üsuldur. Buna görə Amerika Müdafiə Nazirliyi yarasa sonarındaki iş prinsiplərini öz sonarlarına tətbiq etmək üçün hərəkətə keçmişdir.

Amerikanın məşhur elm jurnallarından biri olan “Science”nin verdiyi bir xəbərə görə ABŞ Müdafiə Nazirliyi bu layihə üçün xüsusi vəsait təsis etmişdir. Yarasaların zülmət qaranlıqda istiqaməti sonar sistemi sayəsində reallaşdırdığı uzun zamandan bəri bilinirdi. Son olaraq tədqiqatçılar bu sonar sisteminin yeni bəzi sirlərini kəşf etmişlər. Buna görə, qəhvəyi həşaratyeyən yarasa (Epesicus fuscus) saniyədə 2 milyon üst-üstə olan səs əks-sədalanmasını əməliyyata salma qabiliyyətinə malikdir. Həm də bu əks-sədaları yalnız 0.3 millimetrlik bir həssaslıq fərqiylə qəbul edə bilər. Bu rəqəmlər isə yarasa sonarının insan istehsalı sonarlardan təxminən üç qat daha həssas olduğunu göstərir.(59)

Yarasaların sonar sistemli uçuş qabiliyyətləri bizə qaranlıqda uçuş haqqında çox şey öyrədir. İnfraqırmızı termal təsvir sistemli kameralar və səs – üstü dalğaları qəbul detektorlarla edilən tədqiqatlar, yarasaların gecə ov uçuşları haqqında çox daha geniş məlumatlar əldə etmə fürsəti vermişdir.

Yarasalar yerdən havalanan bir böcəyi havada uçarkən tuta bilir. Bəzi yarasalar ovlarını tutmaq üçün onları kolluqların içində belə təqib edirlər. Əks olunan səs dalğalarını istifadə edərək gecə səmada vızıldayan bir ağcaqanadın üzərinə atılmaq olduqca çətindir. Bir də böcəyin kolluqların arasında uçduğunu, ətrafdakı bütün yarpaqlardan səs dalğalarının əks olunduğunu düşünsəniz, yarasanın nə qədər böyük bir iş bacardığını daha yaxşı anlaya bilərsiniz.

Belə bir vəziyyətdə yarasalar sonar səslərini azaldırlar. Bunun səbəbi, yəqin ki, ətrafdakı bitkilərdən gələn əks-sədaların fikrini dağıtmamasının qarşısını alınması üçündür. Lakin yarasaların, cisimləri ayrı-ayrı qəbul edə bilməsi üçün bu üsul tək başına kafi deyil. Üst-üstə gələn exoların gəliş zamanları və istiqamətləri də ayırd edilməlidir.(60)

Yarasalar su üstündə uçarkən su içmək üçün və ya ovlarını yerdən tutmaq üçün də sonar sistemindən istifadə edirlər. Ən usta manevrləri isə bir yarasanın digərini qovduğu vəziyyətlərdə göstərirlər. Yarasaların bu müvəffəqiyyəti necə əldə etdiklərinin başa düşülməsi sonar, uçuşlar və təsbit cihazları başda olmaqla bir çox texnologiya məhsulunun istehsalında asanlıq təmin edə bilər. Həmçinin yarasaların çox yüksək tezlikli sonar sistemləri bu gün mina axtarış texnologiyasında də təqlid edilir.(61)

awaks
Boeing 767 təyyarələrində yerləşdirilən və AWACS adlanan sistemlər sahib olduqları inkişaf etmiş radar avadanlıqları ilə erkən xəbərdarlıq və hədəf nəzarəti üçün istifadə olunur.62 Quruda və havada olduqca təsirli olan AWACS dənizdə və təkcə dəniz üstündəki gəmiləri aşkar edə bilər; Sualtı qayıqlarda, eyni müvəffəqiyyəti göstərə bilməz, yəni dəniz dibi AWACS-in əhatəsi xaricindədir.63
awaks
Bulldog yarasası suda hədəfləri təyin etməkdə AWACS-dan üstündür. Bu yarasa sonar sisteminin köməyi ilə balıq tuta bilər. Bu xüsusiyyətlərinə görə onu həm döyüş, həm də erkən xəbərdarlıq xüsusiyyətlərinə sahib üstün döyüş təyyarəsi olaraq düşünmək mübaliğə olmazdı. Bulldog yarasası sonar ilə su səthinə yaxın yerdə üzən balıqları aşkar edərək dalır. Yarasanın ayaqları balıq ovu üçün ideal dizayndadır. Dırnaqları təraş bıçağı qədər incə və itidir. Ovuna yaxınlaşdıqda ayaqlarını suya batırır. Dırnaqların incə quruluşu sayəsində suya davamlılığın mənfi təsiri ilə qarşılaşmır. Kəskin, iti və iri dırnaqlar böyük yarasaya ovu tutmaqda üstünlük verir.64 Bəzi güvə növləri yarasanın yerləşmə sistemini çıxardıqları yüksək tezlikli səslərlə qarışdırırlar. Beləliklə, yarasa güvə yerini tapa bilmir və buna görə də onu ovlaya bilmir. 65 Bu gün ABŞ ordusu tərəfindən istifadə edilən EA-6B Prowler adlı təyyarə, güvənin işini təqlid edir. Elektron cihazları sayəsində bu təyyarə düşmən radarlarını pozaraq hədəfin aşkarlanmasının qarşısını alır. EA-6B Prowler düşmənin rabitə sistemlərini də poza bilər.66
prowler
EA-68 Prowler

Göründüyü kimi, canlılardakı xüsusiyyətlər çox geniş bir sahədə insanlara fayda təmin edir. Allah Qurandakı bir ayədə heyvanlardakı faydalara belə diqqət çəkir:

Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də. (Muminun surəsi, 21)

59 http://www.godandscience. org/evolution/design. html; The Designing Times, Vol.1, No.8. , March 2000

60 http://www. nature. com/nsu/010208/010208-1. html; Philip Ball, Nature, “Astounding Bat Mobility”, 2 February 2001

61 http://www.nature. com/nsu/010208/010208-1. html; Philip Ball, Nature, “Astounding Bat Mobility”, 2 February 2001

62 AWACS “Havaya Konuşlandırılmış Uyarı ve kontrol Sistemi”nin ingilizce kısaltmasıdır

63 Bezen Çetin, “Hava Savunma Sistemleri”, Bilim ve Teknik, Ocak 1995, s. 33

64 http://www. szgdocent. org/ff/f-bateco. htm

65 Wild Technology, Phil Gates, sf.53

66http://www. hqmc. usmc. mil/factfile. nsf/7e931335d515626a8525628100676e0c/b69da93e5a6094a18525626e00490b3f?OpenDocument

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma