Dəniz Altındakı 100 Milyon İllik Üstün Texnologiya


nautilus
Nautilus
denizaltı
1. Sualtı qayıq su səthində
2. Sualtı qayıq su altında
3. Su dolu çəlləklər
Sualtı qayıqlar suyun səthinə qalxmaq və ya dalmaq üçün xüsusi bölmələrdən istifadə edirlər. Bu bölmələr Nautilusdakı bölmələrlə eyni şeyi edir. Bölmələr hava ilə dolduqda, sualtı qayıq su səthində dayanır. Bölmədəki hava su ilə dəyişdikdə, sualtı qayıq dibə batır. Sualtı qayığın sualtı axını bölmələrinə müvafiq miqdarda suyun vurulması və ya boşaldılması yolu ilə tənzimlənir.

Sualtı qayıqlardakı dalğıc çəlləkləri su ilə dolunca gəmi sudan daha ağırlaşır və dibə batır. Əgər çəlləkdəki su təzyiqli hava ilə boşaldılsa sualtı qayıq yenidən su üzünə çıxar. Nautilus da hərəkət edərkən eyni metoddan istifadə edir. Nautilusun bədənində 19 sm səviyyəsində ilbiz qabığı formasında spiral bir orqan vard. Bu orqanda bir-biriylə əlaqəli 28 “dalğıc hüceyrəsi” var. Ancaq bu, suyun boşaldılması üçün kifayət deyil; möhkəmlətmək üçün təzyiqli havaya da ehtiyac vardır. Yaxşı, amma Nautilus suyu boşaltmaq üçün lazımlı təzyiqli havanı haradan tapır?

Nautilusun bədənində biokimyəvi yolla xüsusi bir qaz istehsal olunur və bu qaz, qan dövranı ilə hüceyrələrə köçürülərək hüceyrələrdən suyun çıxması təmin edilir. Bunun sayəsində Nautilus ovlanarkən ya da düşmənlərindən qaçmaq istədiyində daha dərinə enə bilər və ya səthə çıxa bilər.

Bir sualtı qayıq yalnız 400 m dibə enəbilərkən Nautilus üçün 450 m dərinliyə enmək son dərəcə asandır.(58)

Bu, bir çox canlı üçün olduqca təhlükəli bir dərinlikdir. Ancaq buna baxmayaraq Nautilus bu vəziyyətdən heç təsirlənməz, qabığı təzyiqdən parçalanmaz və ya bədənində hər hansı bir zərərli təsir görünməz.

Burada əsas məqamlardan biri də odur ki, Nautilus yaradıldığı ilk gündən bəri bu sistemə malikdir. Yaxşı, 450 metr dərinlikdəki təzyiqə dözümlü bu xüsusi qabıq quruluşunu Nautilusun özü hazırlaya bilərmi? Ya da bədənindəki suyu boşaltmaq üçün təzyiqli hava əldə edə biləcəyi qazı özü tapa bilərmi? Şübhəsiz, Nautilusun nə öz-özünə qaz çıxaracaq bir kimyəvi reaksiyaya girə bilməsi, nə də bu reaksiyanı reallaşdıracaq quruluşu öz bədənində qurması, ya da suyun təzyiqinə görə üzərindəki tonlarla yükə tab gətirən bir qabıq düzəltməsi qətiyyən mümkün deyil.

Bu, hər şeyi örnəksiz yaradan Allahın əsəridir. Quranda Allahın Bədi (yoxdan yaradan) sifəti belə xəbər verilir:

“O, göyləri və yeri icad edəndir…” (Ənam surəsi, 101)

58http://waquarium. mic. hawaii. edu/MLP/root/html/MarineLife/Invertebrates/Molluscs/Nautilus. html; Waikiki Aquarium Education Department, December 1998

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma