Ən Kiçik Canlı


Bədənimizin hər nöqtəsində kiçik, lakin kiçik olduğu qədər də mürəkkəb bir həyat hökm sürür. İnsanın hər hansı bir orqanının dərinliklərini mikroskop altında araşdırdığımız vaxt orada həmin orqanı meydana gətirmək üçün bir yerə toplanmış və hər an fəaliyyət göstərən milyonlarla kiçik canlının yaşadığını görərik. Təkcə insan deyil, bütün canlılar hüceyrə adlı bu mikroskopik canlıların bir yerə toplanmasından meydana gəlirlər.

Hücre
(Şəkil 1.1.) Hüceyrədən bir hissə: Ortada nüvə və hüceyrə içindəki orqanoidlər

Hüceyrələr nüvəsiz (prokariot) və nüvəli (eukariot) olmaqla iki yerə ayrılırlar. Bakteriyalar təkhüceyrəli nüvəsiz canlılardır. İnsan və heyvan hüceyrələri ilə bitki hüceyrələri isə nüvəli hüceyrələrdən ibarətdirlər, lakin quruluş etibarilə bir-birlərindən fərqənirlər. Bitki hüceyrələri tərkiblərindəki xloroplastlar sayəsində günəş şüasından istifadə edərək insanlar və heyvanlar üçün qida və oksigen meydana gətirərlər.

İnsan bədənində 100 trilyondan çox hüceyrə var. Bu hüceyrələrdən bəziləri o qədər kiçikdir ki, bunlardan bir milyonu bir yerə toplansa, təkcə bir iynə ucu qədər yer tutar. Lakin, bu kiçikliyinə baxmayaraq hüceyrə, elm aləminin ortaq qənaətiylə, bəşər oğlunun bu günə qədər qarşılaşdığı ən mürəkkəb struktur ünvanını qoruyub saxlayır. Hələ də kəşf edilməmiş bir çox sirrə sahib olmağı davam etdirən hüceyrə, təkamül nəzəriyyəsinin də ən böyük çıxılmaz vəziyyətlərindən birini meydana gətirir. Necə ki, tanınmış rus təkamülçüsü A. L. Oparin (А. Л. Опарин) görməzlikdən gəlinə bilməyən bu həqiqəti belə ifadə edir: “Təəssüf ki, hüceyrənin meydana gəlmə prosesi təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir”(1). 1

Bu mövzudakı digər bir etiraf isə, İohan Qutenberq adına Mainz Universitetinin biokimya institutunun rəhbəri prof. dr. Klaus Doza (Klaus Dose) aiddir. Doz, canlı hüceyrənin meydana gəlməsi ilə əlaqədar; “böyük səylərə baxmayaraq, son 30 ildən indiyədək canlı hüceyrələrin meydana gəlməsini izah edə biləcək hər hansı bir fikir əldə oluna bilmədi”(2) 2  deyərək, təkamülün canlıların mənşəyinə bir izah gətirə bilmədiyini etiraf edir.

Bu etirafdan, təkamülün önünün hələ ilk mərhələdə kəsildiyi və daha çox irəliləmə imkanının qalmadığı asanlıqla aydın olur. Çünki, məlum olduğu kimi, canlı bədəninin əsas təməl elementi hüceyrədir. Dolayısilə, hələ hüceyrənin hətta hüceyrəni meydana gətirən zülallar və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənin, yer üzündəki canlıların meydana gəlməsi barəsində, bir izah gətirməsi qeyri-mümkündür.

Əksinə, hüceyrə, insanın “yaradılmış” olduğunun ən göz qamaşdırıcı dəlillərindən birini meydana gətirir.

Hüceyrənin yaşaya bilməsi üçün mühüm funksiyalara sahib bütün təməl hissələri bir yerdə olmalıdır. Yəni bir insan hüceyrənin guya təkamül prosesi nəticəsində meydana gəldiyini iddia edirsə, deməli, o, əslində hüceyrənin milyonlarla hissəsinin eyni anda və eyni yerdə təsadüfən meydana gəldiyini iddia edir. Üstəlik, bütün bu hissələr yenə eyni anda müəyyən nizam və plan nəticəsində bir yerə toplanmış olmalıdırlar. Belə bir hadisənin təsadüfən baş verə bilməsi isə, şübhəsiz ki, qeyri-mümkündür. Dolayısilə hüceyrə kimi bir strukturun varlığı, “yaradılış”ın açıq-aydın bir dəlilidir.

Hücre, hücre organelleri

Bir bənzətmə etsək, hüceyrənin, təkamülün iddia etdiyi kimi, təsadüflər nəticəsində meydana gələ bilməsi, mətbəədəki partlayışla təsadüf nəticəsində ensiklopediyanın nəşr edilmiş olmasından daha zəif ehtimaldır. Digər bir sözlə, canlıların təsadüfən meydana gəlmə ehtimalı yoxdur.

Buna baxmayaraq təkamülçülər, hələ, primitiv dünya şərtləri kimi, mümkün olan ən nəzarətsiz mühitdə canlıların təsadüflərlə meydana gəldiyini iddia edə bilirlər. Halbuki bu, heç vaxt elmi məlumatlarla uyğunlaşmayan bir iddiadır. Həmçinin ən sadə ehtimal hesablamaları belə, nəinki canlı bir hüceyrənin, hətta həmin hüceyrədəki milyonlarla zülaldan təkcə birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi cəhətdən sübut etmişdir. Bu da təkamül nəzəriyyəsinin ağıl və məntiqdən çox, xəyal, fantaziya və isnadlara əsaslanan ssenarilər toplusu olduğunu göstərir.

hayvan hücresi
(Şekil 1.3) Heyvan hüceyrəsinin ümumiləşdirilmiş sxemi

Tək bir hüceyrənin varlığı qədər, hüceyrələr arasında mükəmməl uyğunlaşma və əməkdaşlığın olması da heyrət vericidir. İnsan bədənindəki bütün hüceyrələr başlanğıcda tək bir hüceyrənin bölünərək çoxalmasıyla meydana gəlmişdir. Həmçinin, hələ ən başından, bədənimizin hazırki quruluşu, forması, dizaynı və bütün xüsusiyyətləriylə əlaqədar hər cür məlumat bu ilk hüceyrənin nüvəsindəki xromosomlarda mövcuddur.

Bütün hüceyrələr ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər. Lakin hər orqan, quruluşuna və vəzifəsinə görə xüsusiləşmiş formalar və qabiliyyətlərlə təchiz edilmiş digər orqanlardakından fərqli hüceyrələrə malikdirlər.

Təkcə bir hüceyrə belə, bütün iş sistemləri, rabitə əlaqəsi, nəqliyyatı və idarəetmə sistemi ilə birlikdə, böyük bir şəhər kimi qarışıqdır: Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar; həyat üçün zəruri olan ferment və hormonları sintez edən fabriklər; sintez ediləcək bütün maddələrlə əlaqədar məlumatların qeydə alınmış olduğu bir məlumat bankı; bir yerdən başqa bir yerə xammalları və maddələri nəql edən mürəkkəb daşıma sistemləri, boru xəttləri; kənardan gələn xammalları faydalı hissələrə çeşidləyən təkmilləşmiş laboratoriya və ayırma zavodları; hüceyrə daxilinə alınacaq və ya hüceyrədən kənara göndəriləcək maddələrin giriş-çıxışlarına nəzarət edən mütəxəssisləşmiş hüceyrə membranı zülalları bu mürəkkəb strukturun yalnız bir hissəsini meydana gətirir.

İnsan həyatının davam etməsi, özünü meydana gətirən bu hüceyrələrin həm özlərinin uyğunluq içində işləməsi, həm də bir-birləri arasında uyğunluq içində işləmələri sayəsində mümkün olar. Hüceyrə, digər hüceyrələrlə uyğunluq içində işləyərkən, öz həyatını da böyük nizam və həssas tarazlıq içində davam etdirər. Bu nizamını davam etdirmək, daxili tarazlığını qorumaq üçün ehtiyacı olan bir çox maddəni, enerjisi də daxil olmaqla, bilavasitə özü müəyyənləşdirər və əmələ gətirər. Özünün ödəyə bilmədiyi ehtiyacı olan maddələri isə, kənardan böyük diqqətlə seçib alar. Elə seçicidir ki, xarici mühitdə nəzarətsiz gəzən maddələrdən biri belə hüceyrənin icazəsi olmadan özbaşına onun qapılarından içəri girə bilməz. Hüceyrənin içində lazımsız, məqsədsiz tək bir molekul belə olmaz. Hüceyrədən kənara çıxan maddələrə də, eynilə həssas şəkildə nəzarət edilər və tam yoxlanışlardan keçirilər.

Bütün bunlarla yanaşı hüceyrə, hər cür xarici təhdid və hücuma qarşı özünü qoruyacaq müdafiə sisteminə də malikdir. Üstəlik, tərkibindəki bu qədər struktur və sistemə, içində davam edən saysız fəaliyyətə baxmayaraq, orta ölçüdəki bir hüceyrənin böyüklüyü müasir bir şəhər kimi, kvadrat kilometrlərlə deyil, təkcə millimetrin 100-də biri qədərdir.

Linklər:

1) A. I. Oparin, Origin of Life, səh.196

2) Klaus Dose, “The Origin Of Life: More Questions Than Answers”, Interdisciplinary Science Reviews, səh. 352

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma